SəFƏVİLƏr döVLƏTİ


Əmir əl-üməra, yəni “əmirlər əmiri”



Yüklə 2,18 Mb.
Pdf görüntüsü
səhifə82/96
tarix07.01.2024
ölçüsü2,18 Mb.
#211790
1   ...   78   79   80   81   82   83   84   85   ...   96
Oqtay Əfəndiyev - Səfəvilər dövləti

Əmir əl-üməra, yəni “əmirlər əmiri”.
İlk Səfəvilər dövründə
nizami ordu yox idi və qoşunlar müharibə baş verdiyi təqdirdə qızılbaş
tayfaları əmirlərinin qeyri-nizami hərbi qüvvələrindən təşkil edilirdi.
Əmir əl-üməra mahiyyətcə Səfəvi ordusunun baş komandanı idi. Hərbi iş
bütünlüklə Azərbaycan feodallarının əlində olduğuna görə, əmir əl-üməra
vəzifəsi təbii olaraq qızılbaş tayfa əyanlarının inhisarında olan imtiyaz
sayılırdı. Bu vəzifəni tutanlar arasında, eyni vaxtda həm də vəkil olmuş
Hüseyn bəy Şamlını, 1509-1523-cü illərdə əmir əl-üməra olmuş
Məhəmməd bəy Süfrəçi Ustaclını (Çayan Sultanı)
16
, onun oğlu Byazid
Sultanı
17
göstərmək olar. Div Sultan Rumlu, Çuxa sultan Təkəli və
Hüseyn xan Şamlı bir-birinin ardınca vəkil olmuş, eyni zamanda əmir əl-
üməra vəzifəsini ona uyğunlaşdırıb icra etmişdilər. Sonuncu halda vəkil
və əmir əl-üməra vəzifələri arasında hədd qoymaq çox çətindir. Çünki
mənbələr bu vəzifələri tez-tez eyni şəxslərə aid edirlər. Mənbələrdən
aydın olur ki, hicri 937 (1532-1531)-ci ildə I Şah Təhmasib əmir əl-
üməra vəzifəsini Hüseyn xan Şamlıya və Abdulla xan Ustaclıya etibar
etdi və onlar həmin vəzifəni birgə yerinə yetirdilər
18
. Onlar hər ikisi Şah
İsmayılın bacısı oğlanları idilər. Həmdə Abdulla xan Ustaclı sonralar


299
Şirvan hakimi olmuşdu. Daha sonra, hicri 975 (1567-1568)-ci ildə əir əl-
üməra və azərbaycan sərhədlərinin hakimi kimi qeyd olunan Şahqulu
Sultan Ustaclı məsul elçi kimi türk sultanı II Səlimin yanına göndəriləndə
bu vəzifənin adı çəkilir
19
.
Qorçibaşı
“qorçilərin rəisi” – qızılbaş tayfalarının döyüşçülərindən
ibarət olan şah qvardiyasının başçısı anlamını verir. V.F.Minorski
göstərir ki, ilk Səfəvilər dövründə daimi qoşun yox idi və qorçibaşı
“hərbi nazir” idi, onun adi adı da elə əmir əl-üməra olmuşdur
20
.
Salnamələrdə qorçibaşı adını ilk dəfə çəkən Həsən bəy Rumlu hicri
911 (1505-1506)-ci ildə yazırdı ki, bu il Şah İsmayıl “Sultan Heydərlə
döyüşdə (onun düşmənlərinin) tərəfində iştirak edənlərin hamısını
öldürməyi əmr etmişdir. O, bunu təhqiq etməyi qorçibaşı Əbdül bəy
Dədəyə tapşırmışdır”
21
. I Şah İsmayılın anonim tarixində bəzi təfsilatlar
vardır. Buradan aydın olur ki, qorçibaşı qoşunla Şirvana yollanmış, çoxlu
“türkməni”, Tabasaran və Şirvan sakinlərini qırmışdır
22
. Əbdül bəy Dədə
Talış sakini idi. O, Şeyx Heydərin ölümündən sonra, gənc İsmayıl
Gilanda olduğu dövrdə, Ərdəbil təriqətinin işlərini aparmış məhdud
şəxslər dairəsinin – “əhl-i ixtisas”ın üzvü olmuşdu. Lakin sonralar
qorçibaşı vəzifəsini siyasi həyatda az nəzərə çarpan adamlar tuturlar:
hicri 915 (1509-1510)ci ildə qorçibaşı kimi Yegan bəy Təkəlinin adı
çəkilir
23
. 920 (1514-1515)-ci ildə bu vəzifədə Sarı Pirə Ustaclı olmuşdu
24
.
Səfəvilər dövləti banisinin dövründə qorçibaşı əmir əl-üməra ilə
müqayisədə xeyli kiçik sima idi. I Şah Təhmasibin dövründə qorçibaşı
vəzifəsində hicri 937 (1534)-ci ildə təkəli tayfasının qiyamı yatırılarkən
öldürülmüş Durə bəy Təkəlinin adı çəkilir
25
. Sonralar siyasi və hərbi
dairələrdə qorçibaşının rolu artır. Hicri 945 (1538-1539)-ci ildən, yəni
hicri 969 (1561-1562)-cu ilədək qorçibaşı vəzifəsini tutmuş Sevindik
bəy Əfşarın adına mənbələrdə təsadüf olunur
26
.
II Şah İsmayılın tədbirlərindən biri qorçibaşı vəzifəsinə Kirman
hakimi Allahqulu bəy Əfşarı təyin etmək olmuşdu
27
. Məhəmməd
Xudabəndənin dövründə bu vəzifəni sarayda böyük nüfuzu olan Qulu


300
bəy Əfşar tutmuşdu. Maraqlıdır ki, qorçibaşıların əksəriyyəti qızılbaş
əfşar tayfasından çıxmışdı.
Vəzir
mülki bürokratiyanın ənənəvi başçısı idi. İlk Səfəvi şahının
dövründə vəkil və əmir əl-üməra dövlət idarəçiliyi işlərində vəziri ikinci
plana sıxışdırıb hakim mövqeyə malik olduqlarından, onun rolu
əhəmiyyətsiz idi. Qüdrətli şiə ruhanilərinin işlərinə vəzirin qarışmasına
yol verməyən sədrin olması da vəzirin hüquq və vəzifələrini
məhdudlaşdırırdı.
Səfəvilərin ilk vəziri uzun müddət Ağqoyunlu hökmdarlarına
vəzirlik etmiş Şəmsəddin Zəkəriyyə Keçəçi Təbrizi olmuşdu
28
. O, hicri
906 (1500)-cı ildə, İsmayıl Şirvanşahlara qalib gəlib Mahmudabadda
29
qışladığı vaxt ona qoşulmuş və vəzarət-divani əla vəzifəsinə təyin
edilmişdi. İsmayıl onun mühüm rolunu qeyd edərək ona “Azərbaycanın
açarı” adını vermişdi
30
. İki il sonra – hicri 909 (1503-1504)cu ildə Əmir
Zəkəriyyə ilə birlikdə Əlvənd Ağqoyunlunun divanında qulluq etmiş
Qəvaməddin Mahmud xan (yaxud Mahmudcan) Deyləmi Qəzvini vəzir
təyin olunmuşdu
31
. Çaldıran vuruşmasına qədər əlimizdə vəzir vəzifəsinə
təyinatlar barədə məlumat yoxdur. Şah Hüseyn İsfahani vəkil olduğu
dövrdə bu vəzifəyə Xacə Cəmaləddin Məhəmməd Təbrizi ilə birgə Qazi
Cahan Qəzvini təyin olunmuşdu
32
.
Biz artıq I Şah İsmayılın sonuncu dəfə təyin etdiyi vəzirin onun
ölümündən dərhal sonra edam olunduğu barədə danışmışıq. “Yüksək
divan” üzərində nəzarət Qazi Cahan Qəzviniyə etibar edilmiş, sonra isə
hicri 931 (1524-1525)-ci ildə vəkil və əmir əl-üməra Div Sultan Rumlu
tərəfindən vəzifəsindən kənar edilmiş, qalaya salınmışdılar
33
. Onun
yerinə Mir Cəfər Savəci təyin olundu. Div Sultanın vəziri Ağa Molla
Qəzvini, Çuxa Sultanın vəziri Xacə Arux (ehtimal ki, Oruc) Savəci kimi
ona da hər gün irili-xırdalı bütün işlər barədə Div Sultana, Köpək Sultana
və Çuxa Sultana məlumat çatdırmaq əmr edilmişdi
34
. Güman etmək olar
ki, bu, Div Sultanın ustaclı əyanları ilə münasibətləri açıq şəkildə
pozulana qədər, 1525-ci ilin bir neçə ayı ərzində dövləti idarə etmiş
əmirlər üçlüyünə öz tövsiyələrini hazırlamaq məqsədilə təsis edilmiş üç


301
vəzirin şurası idi. Ağa Mollanın sonrakı fəaliyyəti barədə bizim
məlumatımız yoxdur. Lakin əlimizdə məlumatlar vardır ki, Mir Cəfər
Savəci və Xacə Arux (yaxud Oruc) bərabər hüquqla birlikdə hicri 938
(1531-1532)-ci ilədək vəzir vəzifəsini tutumuşlar. Həmin ildə Hüseyn
xan Şamlı vəkil vəzifəsini zorla ələ keçirmiş, ilk növbədə hər iki vəziri
həbs etmiş, 2onların topladıqları çoxlu əmlak və pulları əllərindən
almışdı. Çünki 10 ilə yaxın İraqın, Azərbaycanın, Farsın və Xorasanın
bütün əmlak və pul işləri bu iki şəxsin əlindən gəlib keçmişdi”. Mir Cəfər
Savəci edam edildi, Xacə Arux isə işgəncələr nəticəsində öldü
35
. Hüseyn
xanın məmurlarından biri – Əhməd bəy Nur Kamal İsfahani divan-i əla
vəziri oldu
36
.
Hicri 940 (1533-1534)-cı ildə Hüseyn xan Şamlının edam edilməsi
ilə əlaqədar olaraq Əhməd bəy Nur Kamal vəzifəsindən kənar edildi.
Onun əmlakı müsadirə olundu, özünə isə vergi yığanlar (mühəssilan)
əzab verdilər. O, Əlincək (Əlincəqala) qalasına salındı, lakin sonra azad
edildi
37
. Onun yerində isə Xacə Sədəddin İnayətulla Xuzani əyləşdi
38
.
Xuzani bu vəzifəni bir müddət hicri 942 (1535-1536)-cı ildə yenidən
vəzifəsini yerinə yetirməyə başlamış Qazi Cahan Qəzvini ilə birgə tutdu.
Lakin Qazi Cahan isə Sədəddin ilə bir yerdə işləyə bilmədi. Sədəddin
daim Qazi Cahanı ləkələməyə və rüsvay etməyə cəhd göstərirdi.
Sədəddin hicri 942 91535)-ci ildə edam edildi
39
. Bundan sonra Qazi
Cahan vəzifədə tək qaldı və hicri 957 (1550-1551)-ci ilədək öz vəzifəsini
icra etdi. O, ixtiyar yaşında, hicri 960 (1552-1553)-cı ildə Qəzvində vəfat
etdi
40
. Bizə elə gəlir ki, vəzir vəzifəsində Qazi Cahanın xələfi Məsum bəy
Səfəvi olmuşdur. Onun barəsində ilk dəfə “Əhsən ət-təvarix”də hicri 953
(1546-1547)-cü ildə Ərdəbil mütəvəllisi kimi məlumat verilir. O, həmin
ildə adlı-sanlı əmirlər sırasında şahın qiyamçı qardaşı Əlqas Mirzə ilə
danışıqlar aparmaq üçün Şirvana göndərilmişdi
41
. Məsum bəy hicri 958
(1551-1552)-ci ildə qızılbaş dəstəsinin Ərcişə yürüşünə komandanlıq
etmişdi
42
. Şahın əyanı, “vəkalət-i şah-i din-pənah”vəzifəsini tutan Məsum
bəyin adı ilk dəfə hicri 967 (1559-1560)
43
-ci ildə, yəni Qazi Cahan vəzir
vəzifəsindən kənar olunduqdan 10 il sonra çəkilir. Bu müddətdə digər


302
şəxslərin vəzir (yaxud vəkil) vəzifəsini tutmuş olduğunu bilmirik. Məsum
bəy lələ kimi şahın sevimli oğlu Heydər Mirzəyə təhkim olunmuşdu
44
.
İskəndər bəy Münşi göstərir ki, Məsum bəy Səfəvi “divan əmiri olub ali
vəzarət vəzifəsinə yüksəldilmişdi” və şahdan daim rəğbət görürdü
45
.
“Tarix-i aləm aray-i Abbasi”də əvvəlcə qorçibaşı Sevindik bəy Əfşarın
vəziri, “bir müddət keçdikdən sonra isə divan vəziri olmuş” bir şəxsin –
Mirzə bəy Əbhərinin adı çəkilir
46
. Ehtimal etmək olar ki, elə Mirzə bəy
də Qazi Cahanın bilavasitə xələfi olmuş, vəzir vəzifəsini davam etmişdi.
Şərəf xan Bidlisi göstərir ki, Məsum bəy Səfəvi hicri 976 (1568-
1569)-cı ildə vəzir vəzifəsindən imtina etmiş və bu vəzifə Əmir Seyid
Şərif Saniyə verilmişdi
47
. Iskəndər bəy Münşi xəbər verir ki, Məsum bəy
Səfəvinin istefasından sonra “bir neçə il ərzində vəzarət müstəqil
vəzirdən məhrum olmuşdu”.
Hicri 981 (1573-1574)-ci ildə şah 2vəzarət-i divan-i əla” vəzifəsini
Xacə Cəmaləddin Əli Təbrizi ilə birgə Seyid Həsən Fərəhaniyə vermişdi.
Onlardan hər birinə 500 Təbriz tüməni məbləğində məvacib (mərsum)
müəyyən edilmişdi
49
. Budaq Qəzvini əlavə olaraq bildirir ki, “Xorasan,
Gilan, İraq, Fars və Kirman Seyid Həsənin, “Azərbaycan Şirvan və Şəki
Cəmaləddin səlahiyyətinə Əlinin tabeliyinə verilmişdi. Lakin bir ildən
sonra şah onları işdən kənar etdi”
50
.
“Vəzarət-i divan-i əla”ya sonrakı ildə təyinat II Şah İsmayılın
dövründə hicri 984 (1576)-cü ildə mustoufilik edən Mirzə Şükrulla
İsfahaninin simasında olmuşdur
51
. Lakin şah ondan narazı idi və tezliklə
onu işdən kənar edib, Mirzə Salman Cabiri İsfahanini vəzir təyin etdi.
Şah “onun ləyaqət və mənsəb dərəcəsini zirvəyə qədər ucaltdı və tapşırdı
ki, o, yüksək əmirlərdən heç birisinin qarşısında baş əyməsin”
52
. Yeni
şahın – Məhəmməd Xudabəndənin dövründə Mirzə Salman “Yüksək
divanın” vəziri vəzifəsini tutmaqda davam etdi. Ona hətta “Etimad əd-
dövlə” (“Dövlətin etimadı”) fəxri adı verildi
53
. Yuxarıda deyildiyi kimi, o,
hicri 991 (1583)-ci ildə qızılbaş əyanlarının sui-qəsdi nəticəsində
öldürüldü
54
.


303
I Şah Abbasa qədər vəzir vəzifəsi sırf mülki vəzifə olmuşdur. O,
divanın gəlirinə, habelə bütün əyalətlərdən xəzinəyə daxil olan
məbləğlərə və digər “büyutat”a nəzarət edirdi.
Sədr
dini idarəyə rəhbərlik edir və antifeodal bidətçi hərəkatların
qarşısının alınmasıkökünün kəsilməsi, habelə hər yerdə şiəliyin
mövqelərinin yayılması, möhkəmlənməsi üçün məsuliyyət daşıyırdı.
İskəndər bəy Münşi ilk Səfəvilər dövründə sədrin aşağıdakı vəzifələrini
göstərirdi: “Onlar seyidlərə və əmmaməlilərə himayə göstərməli və
onların işlərində nümayəndələr kimi fəaliyyət göstərməlidirlər (yəni
onların mənafeyini müdafiə etməlidirlər – O.Ə.); vəqfləri (övqaf) idarə
etməli və şəriət məqsədləri (məarif) üçün pul verməlidirlər”
55
.
Sədr vəzifəsi və onun vəzifələri ilk dəfə Səfəvilərdə meydana
gəlməmişdir. Teymurilər dövründə, Qaraqoyunlu və Ağqoyunlu
sülalələrinin hakimiyyəti zamanı da biz sədrlərə təsadüf edirik
56
.
Səfəvilər dövründə ilk sədr Mövlana Şəmsəddin Lahici (Gilani)
olmuşdur. İsmayıl Lahicanda, Kərkiya Mirzə Əlinin sarayında olanda
Mövlana Şəmsəddin İsmayılın tərbiyəçisi olmuşdur. İsmayıl Quranı onun
yanında öyrənmiş, habelə fars və ərəb dillərini mənimsəmişdi
57
. O, hicri
906 (1501)-cı ildə sədr təyin olunmuş, “vilayətlərin vəqf idarələrini
(mövqufat-i məmalik) əlinə alaraq, inam sığınacağının qapılarını
açmışdır”
58
.
Hicri 909 (1503-1504)-cu ildə Qazi Məhəmməd Kaşani
59
“sədarət”liyə irəli çəkildi. Lakin o, hicri 915 (1509-1510)-ci ildə
günahsız adamların öldürülməsində və digər qəbahət işlərdə
təqsirləndirilərək edam edildi
60
. Xondəmirin hekayəsindən göründüyü
kimi, Qazi Məhəmməd Kaşaninin edam edilməsinə sədrin həddən çox
nüfuzuna paxıllıq edən və onun dövlətin bütün işlərinə qarışmasından
narazı qalan vəkil Nəcməddin Məsudun fitnə-fəsadları səbəb olmuşdu.
Sədr vəzifəsi əmir Seyid Şərifəddin Əli Şiraziyə verildi. Lakin çox
keçməmiş, hicri 917 (1511-1512)-ci ildə vəkil Nəcmi Saninin
düşməncəsinə münasibəti üzündən, o, istefaya çıxmağa məcbur oldu və
şiələrin müqəddəs yerləri olan Kərbəlanı, Nəcəfi ziyarət etmək bəhanəsi


304
ilə sarayı tərk etdi. Boş qalmış vəzifəyə Nemətulla Kirmaninin nəslindən
olan Əmir Nizaməddin Əbdülbaqi Yəzdi təyin olundu
62
. Xondəmir
yazırdı: “Əmir Nəcmin (ona) böyük iltifatı sayəsində onun mənsəb və
ləyaqət ulduzu xoşbəxtlik və səadətin yüksək zirvəsinə çatdı”. Mavəraün-
nəhrə yürüşə yola düşərkən Nəcmi-Sani onu özünə vəkil vəzifəsində
müavin təyin etmişdi. Nəcmin ölüm xəbərini alan kimi, Şah İsmayıl əmir
Nizaməddini rəsmi olaraq vəkil kimi tanıdı.
Bu zaman sədr vəzifəsinə bərpa edilmiş Əmir Şərifəddin Əli Şirazi
yenidən sarayda peyda oldu
63
Hər ikisi (vəkil və sədr) Çaldıran
vuruşmasında hicri 920 (1514)-ci il
64
həlak olana qədər öz vəzifələrində
qaldılar.
Çaldıran döyüşündən sonra vəkil və sədr vəzifələri boş qaldı.
Əvvəlcə sədr təyin edilən, Azərbaycanın tanınmış seyidlərindən
olan Şəhabəddin Abdulla Lalə öz vəzifəsinin öhdəsindən gələ bilmədi və
tezliklə işdən kənar edildi. Əmir Cəmaləddinh Məhəmməd Astrabadi bu
vəzifəyə təsdiq olundu
65
O, “böyük hakimiyyət və qüvvə” sahibinə
çevrildi və 11 il ərzində - hicri 931 (1524-1525)-ci ildə vəfat edənədək
sədr vəzifəsini yerinə yetirdi. Vəkil Mirzə Şah Hüseyn ona həsəd aparır
və ondan qorxurdu. Buna görə də, Əmir Qiyasəddin Mənsuru saraya
çağırdı ki, o, sədr vəzifəsini Cəmaləddin Astrabadi ilə bölüşdürsün.
Lakin bu kələkdən nəticə hasil olmadı
66
.
Həsən bəy Rumlunun məlumatına görə, hicri 935 (1528-1529)-ci
ildə “I Şah Təhmasib Əmir Nemətulla Hillini Əmir Qəvaməddin
Hüseynlə birgə sədarət vəzifəsinə qoydu”
67
. Lakin elə həmin tarixçi yazır
ki, çox keçmədən, sonrakı hicri 936 (1529-1530)-cı ildə Əmir Nemətulla
Hilli ilə birgə Əmir Qiyasəddin Mənsur da sədr təyin olundu
68
O dövrdə
tanınmış astronom olan əmir Qiyasəddin Mənsur hicri 938 (1531-1532)-
ci ildə vəzifədən azad edildi. Onun yerinə əmir Müizzəddin Məhəmməd
İsfahani təyin olundu
69
. Sonuncu hicri 943 (1536-1537)-cü ildə vəzifədən
kənar olundu, Əmir Şəmsəddin Əsədulla Məraşi Şüştəri) ilə əvəz edildi
70
.
O vəfat edəndən, yəni hicri 963 (1555-1556)-cü ilədək öz vəzifəsini
yerinə yetirdi
71
. Onun yerini Mir Zeynəddin Seyid Əli tutdu
72
. Qəffarinin


305
məlumatına görə, hicri 964 (1556-1557)-cü ildə keçmiş sədr Müizzəddin
Məhəmmədin oğlu Mir Təqiəddin sədr təyin olundu
73
.
Əmir Təqiəddin sədr vəzifəsini hicri 970 (1562-1563)-ci ildə tərk
etdi. Həsən bəy Rumlunun məlumatlarına görə, sədarət Əmir Məhəmməd
Yusif və Əmir Zeynəddin Əli Şüştəri arasında bölüşdürüldü (ərazi üzrə).
Salnaməçi xəbər verirdi: “Zülqədədə (iyun, iyul 1563-cü il) İraq, Fars və
Xuzistanın sədarəti Astrabadın üləma seyidlərindən olan Əmir
Məhəmməd Yusifə həvalə olundu. Zülhiccənin (iyul-avqust 1563-cü il)
ortalarında isə Xorasan, Azərbaycan və Şirvanın sədarəti Əmir
Şəmsəddin Əsədulla Məraşinin oğlu Əmir Zeynəddin Əliyə verildi”
74
.
Sədr vəzifəsinə sonrakı təyinat II Şah İsmayılın dövründə rəbbi əl-
əvvəlin 26-da (1577-ci il iyunun 13-də) Mövlana Şah İnayətulla
İsfahaninin simasında oldu
75
. Sonrakı ildə Məhəmməd Xudabəndə Mir
Şəmsəddin Məhəmməd Xəbisi Kirmanini sədr təyin etdi
76
.
Mənbələrdən götürdüyümüz yuxarıdakı misallar onu təsdiq edir ki,
İsmayıl və Təhmasibin şahlığı zamanı vəzir və sədr vəzifələri tez-tez iki
əyan tərəfindən, eyni vaxtda yerinə yetirilirdi. Biz artıq əmin olduq ki,
vəzifənin ərazi əlaməti üzrə iki şəxs arasında bölünməsi yalnız sıdarıtı
deyil, həm də vəzarətə aid idi
77
. Göstərilən iki vəzifənin maraqlı
xüsusiyyətlərini qeyd edərək R.Seyvori belə hesab edirdi ki, onların ərazi
üzrə bölgüsü təsadüfi, müvəqqəti idi. Həm də bu iki şəxsdən hər biri
bərabər hüququlara malik olub oxşar vəzifələri yerinə yetirirdi. İngilis
tədqiqatçısının fikrincə, bu, onların hakimiyyətini məhdudlaşdıprmaq
məqsədilə edilirdi. Bu faktlara izah tapmağa cəhd göstərən R.Seyvori,
fikrimizcə, yeganə mümkün olan fərziyyədən imtina edir. O da bundan
ibarətdir ki, sədr və vəkilin ikili olması məmalik və xassə vilayətlərinin
mövcudluğu (bu barədə mənbələrdə bilavasitə müvafiq göstərişə rast
gəlməsək də) ilə bağlı idi. V.F.Minorski Şardenə əsaslanaraq göstərirdi ki,
xassə idarəsi ilk dəfə Şah I Səfinin (1629-1642) dövründə tətbiq
edilmişdi
78
. Fikrimizcə, bu barədə aşağıdakıları yazan A.Lembton
həqiqətə daha yaxındır: “Şarden dövlət və səltənət torpaqları arasında
fərqin I Şah Səfinin hökmranlığına qədər məlum olmadığını qeyd edir.


306
Bizə elə gəlir ki, həqiqətən, onun bölgüsü I Şah Səfinin dövründə
dəqiqləşmişdir. Lakin divani (dövlət) və xassə (səltənət) torpaqları
arasında bir qədər geniş, daha ümumi fərq mövcud idi”
79
.
Bununla belə, R.Seyvori XVI əsrdə ilk Səfəvilər dövründə
dövlətin ərazisinin məmalik və xassələrə bölünməsinin mümkünlüyünü
yolverilməz hesab edir. Bizə elə gəlir ki, bu mənada “Təzkirət əl-
mülükün” mətnində olan göstəriş çox mühümdür. Öz əsərini təqribən
1726-cı ildə bitirmiş naməlum müəllifin fikrincə, sədarət vəzifəsinin
xassə və əmmaya (məmalikə) görə bölgüsü adi təcrübədən irəli gəlirdi. O
yazırdı: “Bəzi hökmdarların vaxtında sədr-i xassə və əmma (vəzifələri)
təkcə bir şəxsə tapşırılırdı”
80
.
Keçmişdə bu iki vəzifənin (sədr-i xassə, sədr-i əmma) bəzən bir
şəxsin simasında birləşdirilməsinə dair sitat gətiddiyimiz göstəriş,
nəzərdən keçirilən və Səfəvilər dövlətinin bütün tədqiqatçılarının
sərfnəzər etdikləri məsələni aydınlaşdırmağa da kömək edir. Əks təqdirdə,
əgər onların arasında vəzifə bölgüsü yox idisə, bu vəzifəyə iki şəxsin
təyin olunmasını nə ilə izah etmək olardı. R.Seyvorinin iddia etdiyi kimi,
iki sədrin, iki vəzirin Səfəvilər dövlətinin bütün ərazisində bərabər
hüquqlarla, eyni vəzifələri yerinə yetirdiyini söyləmək məntiqi cəhətdən
ağlasığmazdır. Deməli, vəzifə bölgüsü olmalı idi və bu bölgünün dövlət,
şah vilayətləri əlamətləri üzrə olmadığını söyləmək üçün əlimizdə əsaslar
yoxdur.

Yüklə 2,18 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin