(Sumachi)
, Şəki
(Sechi
), Ərəş, Dərbənd, Ərdəbil, Təbriz, Gəncə,
İsfahan, Herat, Kaşan, Şiraz, Astrabad, Qəndəhar, Yəzd, Sultaniyyə və
bəzi başqalarının adını çəkir. Onun məlumatında Azərbaycan şəhərləri
Xoy
(Sou),
Mərənd (
Merent
), Sufiyan (
Soffian)
, Naxçıvan (
Nassiuan
),
Culfanın (
Chiulfu)
adları da vardır
180
.
Mənbələr ölkənin iqtisadi həyatında müəyyən rol oynamış Bakı
181
,
Maku, Xalxal, Şəhrinov, Şabran, Mahmudabad, Niyazabad, Salyan,
Cavad və s. kimi bir sıra şəhərləri də yada salırlar. Misal üçün, Cavad
haqqında A.Cenki8nson aşağıdakıları bildirir: “Yenə də həmin 1562-ci il
oktyabrın 6-da mən öz yoldaşlarımla Şamaxıdan çıxdım və 60 mil
getdikdən sonra kralın (Şirvan bəylərbəyisi Abdulla xan Ustaclı nəzərdə
tutulur – O.Ə.) hər cür növlü meyvələrlə bol bağları olan gözəl sarayının
yerləşdiyi Cavad (
Javate
) şəhərinə çatdım”
182
.
280
Azərbaycan şəhərlərinin inkişafı xeyli dərəcədə bir sıra həm daxili,
həm də xarici səbəblərlə müəyyən edilirdi. Bu, ilk növbədə həmin
şəhərlərin hüdudlarında əmtəə istehsalının və ictimai əmək bölgüsünün
inkişafından asılı idi. Ayrı-ayrı bazarların təşəkkül tapması göz
qabağında idi. İqtisadi mərkəzlər kimi şəhərlərin yüksəlişi (bu, o
cümlədən Şamaxı və Ərəş kimi ipəkçilik rayonlarına da aiddir) bu əmtəə
təsərrüfatının təkamülünün nəticəsi idi (Natural təsərrüfatın müxtəlif
növlü bir çox xüsusiyyətləri ilə qarışmasına baxmayaraq).
Bəzi hallarda şəhərlərin inkişafına həlledici təsir göstərən digər bir
amil – xarici və tranzit (keçid) ticarətinin inkişafı idi. Bu halda şəhərin
böyüməsi, onun əlverişli coğrafi mövqedə yerləşməsi ilə müəyyən
olunurdu. Lakin nəinki öz vilayətlərində, həm də bütün ölkə miqyasında
iqtisadi mərkəzlər olan Təbriz, Şamaxı, Gəncə, Ərdəbil kimi iri şəhərlər
eyni zamanda xarici ticarətin də mühüm mərkəzləri idilər.
Xarici, qeyri-iqtisadi amillər də şəhərlərin yüksəlişi, yaxud
tənəzzülü, bəzən də sonrakı mövcudluğu üçün az əhəmiyyətə malik
deyildi. Onların sırasında Səfəvi-Osmanlı müharibələrini (1514, 1533-
1555, 1578-1590), feodal çəkişmələrini, aclığı, epidemiyaları və s.
göstərmək olar. Osmanlı işğalı dövründə Təbriz şəhərinə vurulmuş ziyan
(ən yaxşı Təbriz sənətkarlarının zorla aparılması, binaların dağıdılması,
əhalinin qılıncdan keçirilməsi və s.) müharibələrin viranedici təsirinə
parlaq nümunədir (nəticədə XVI əsrin sonlarında şəhər əhalisi xeyli
azlmışdı). Eyni sözləri XVI əsrin ikinci yarısında müharibələrdən ciddi
zərər çəkmiş Ərəş, Şamaxı, Naxçıvan, Culfa kimi şəhərlər haqqında da
demək olar
183
.
Şəhərlərdə tez-tez minlərlə insan həyatına son qoyan epidemiyalar
baş verirdi. Misal üçün, hicri 981 (1573-1574)-ci ildə Ərdəbildə yayılan
taun xəstəliyi qısa müddətdə şəhərdə və onun ətrafında 30 minə qədər
insanı həyatdan məhrum etmişdi
184
.
Azərbaycan şəhərləri üçün onların yarımaqrar xarakterli olmaı
səciyyəvi idi ki, buna da səbəb sənətkarlığın kənd təsərrüfatından
ayrılması prosesinin xeyli uzanması və başa çatmaması idi. Buna görə də,
281
hətta bir çox yüzilliklər boyu mövcud olmuş, sənətkarlıq və ticarət
mərkəzləri sayılan şəhərlərin iqtisadiyyatında da kənd təsərrüfatı, habelə
onun bağçılıq, bostançılıq, taxıl əkinçiliyi sahələri əhəmiyyətli rol
oynayırdı. Məsələn, Avropa səyyahlarının yazdıqlarından görünür ki,
Azərbaycan şəhərlərində meyvə bağları, bostanlar və s. böyük sahələri
tuturdu. Belə bir vəziyyət Şamaxıya da, Bakıya da, Mərəndə də və hətta
sənətkarlığı yüksək inkişaf səviyyəsinə çatmış Təbrizə də aid idi
184a
.
Dostları ilə paylaş: |