195
etmək üçün qorçilər dəstəsi ayrılmışdı. O, dövlətxana ilə yanaşı
binada yaşayırdı; ümid edilirdi ki, mehriban və xoşrəftarlı
münasibət göstərməklə, onu öz tərəflərinə çəkib, sultanla ittifaqdan
əl çəkməyə razı salar və bununla da Şirvanı Krım tatarlarının
viranedici hücumlarından qurtara bilərlər
175
. Şahın tələbi ilə Adil
Girey İstanbula və Bağçasaraya öz adamları ilə sülh təklifləri irəli
sürülən
məktublar göndərirdi
176
. Lakin Adil Girey öldürüldükdən
sonra bu cəhdlər uğursuzluqla nəticələndi.
Hicri 987 (1579)-ci ilin yayında Krım xanı Məhəmməd Girey
türk sultanının tələbi və hərbi qənimət ələ keçirmək məqsədi ilə
Bağçasaraydan hərəkət edərək Şimalı Qafqazdan keçib Şirvanın
hüdudularına yaxınlaşdı. O, özünün qardaşları Qazi Girey, Səfi
Girey və Səadət Gireyin müşayiəti, yüz minlik ordu ilə oktyabrın
10 (şabanın 18)-da Dərbəndə çatdı və Osman paşa tərəfindən
şadlıqla qarşılandı
177
.
Eyni zamanda şah Məhəmməd Xudabəndə Həmzə Mirzə və
qoşunlarla birlikdə Qəzvindən qərbə tərəf hərəkət etdi və oktyabrın
19 (şabanın 27)-da Təbrizə daxil oldu
178
. Qızılbaş qoşunlarının
Şirvanda türklərə qarşı hərbi əməliyyatlarına
buradan rəhbərliyi
həyata keçirmək üçün qərargah da Təbrizdə yerləşdirildi
179
. Şirvan
hakimi Məhəmməd Xəlifə Zülqədər, Adil Gireyin qardaşlarının
böyük qüvvələrlə, öldürülmüş qardaşın “qan intiqamını” almaq
üçün Dərbəndə gəlmələri barədə qərargaha məlumat verdi.
Təbrizdə hərbi şuranın iclasında Mirzə Salmanla əmirlərin
qoşunlarını tatarlara qarşı göndərmək qərara alındı. Lakin əmirlər
yürüşə hazırlaşdıqları bir zamanda tatarlar Şirvana basqın etdilər.
Məhəmməd Xəlifə cəsur döyüşçü idi və qəhrəmanlıqla ölümü,
şərəfsizcəsinə qaçmaqdan üstün tutaraq azsaylı igid döyüşçüləri il\ə
Samur sahilində tatarlarla qeyri-bərabər döuüşə atıldı. Tatarların
yeni, əlavə qüvvələr alması sayəsində qızılbaşlar darmadağın
edildilər. Məhəmməd
Xəlifə isə həlak oldu
180
.
Məhəmməd Girey və Osman paşa oktyabrın 23 (ramazanın
196
2)-də Şamaxıya daxil oldular, orada üç gün qaldılar
181
. Buradan
Şirvanın müxtəlif hissələrinə dəstələr göndərildi. Məsələn, Bakının
altı yüz nəfərlik qızılbaş müdafiəçilərinin üstünə göndərilən dəstə
şəhəri ələ keçirərəl Xan Əlini və Maqsud Sultanı əsir tutdular.
Sonra Məhəmməd Girey Ərəş yaxınlığında Kürü keçərək Gəncəni,
Qarabağı, Muğanı tutdu, Qızılağaca qədər yeridi və Şimali
Azərbaycan vilayətlərini viranəyə döndərib qarət etdi. Lakin
Məhəmməd Girey və tatarlar başlıca qızılbaş qüvvələrinin
yaxınlaşması xəbərini alan kimi “qayıtmaq təbillərini çaldılar”.
Tatarlar özləri ilə Azərbaycanın xeyli əhalisini əsir və qul kimi (o
cümlədən Qafdakı qul bazarında) satmaq üçün bir çox qadın və qızı
apardılar
182
. Qazi Girey, qardaşları və tatar dəstəsi ilə birlikdə
Osman paşaya kömək üçün Dağıstanda və Dərbənddə saxlanıldı.
Tatarlıların bu yürüşünə qoşulmuş şirvanlıların bir hissəsi
Dərbəndə qayıtdı. Əbubəkr Mirzə ilə qalan
hissəsi isə Şirvanda
Xaçmaz ərazisində möhkəmlənməyə cəhd göstərdi
183
. Tatarların
əsas qüvvələrinin Krıma qayıtması və qızılbaş qoşunlarının Şirvana
daxil olması xəbəri Dərbənddəki türk qarnizonu içərisində vahimə
yaranmasına səbəb oldu.
Mirzə Salman və qızılbaş əmirləri Şirvana gec daxil
olduqlarına görə artıq tatarları orada görə bilmədilər.Qazi Əhmədin
məlumatlarına görə, Şirvana olan bu yürüş çox ağır qış şəraitində
keçirilmişdi. Atlar və dəvələr sərt çaxtalardan və yem
çatışmazlığından
tələf olurdular, döyüşçülər isə piyada yeriməli
olurdular. Qalın qar örtüyü yolları keçilməz etmişdi. Buna
baxmayaraq qızılbaş dəstələri Qarabağdan Kürü keçərək Şirvana
daxil oldular və Şamaxını mühasirəyə aldılar. Bir neçə gün davam
edən mühasirədən sonra Şamaxı qalası qızılbaşlara təslim oldu
184
.
İskəndər bəy Münşiyə görə, Əmir xan Xaşmaza toplanmış
şirvanlılara və dağıstanlılara qarşı yeridi. Tarixçi göstərir ki, bu
yürüş qızılbaşlar üçün uğulu alınmadı və Əmir xan heç nəyə nail
olmadan geri qayıtdı. Bu uğursuzluq qızılbaş tayfaları arasında
197
təfriqə və çəkişməyə səbəb oldu. Şahrux
xan Zülqədər tərəfindən
müdafiə edilən şamlı və ustaclı əmirləri Əmir xandan öz
narazılıqlarını açıqca bildirməyə başladılar. Şahrux xan qızılbaş
dəstəsi ilə şirvanlılara qarçı getmək və Əmir xanın bacarmadığını
etmək arzusunda olduğunu bildirdi. Bu, Əmir xanı qəzəbləndirdi və
qarşılıqlı düşmənçiliyin güclənməsinə səbəb oldu. Əmir xan belə
hesab edirdi ki, ona qarşı bu çıxış baş komandan Mirzə Salmanın
təhriki ilə təşkil edilir.
Beləliklə, özləri üçün əlverişli şəraitdən istifadə edərək,
birgə səylərlə şirvanlıları darmadağın etmək, Osman paşanı
Dərbənddən sıxışdırıb çıxarmaq əvəzinə qızılbaş əmirləri iki
düşmən cəbhəyə bölündülər və onlardan hər birinin tərəfdarları
ayrı-ayrılıqda yerləşdilər. İskəndər bəy Münşinin göstərdiyi kimi,
tərəflərdən hər biri, digərinin hücumundan ehtiyat edərək döyüşə
tam hazır vəziyyətdə dururdu.Bu dəfə də qorçibaşı Qulu bəy Əfşar
siyasi müdriklik göstərdi və öz
nüfuzu ilə qan tökülməsinin
qarşısını ala bildi. O, əmirləri zahirən barışdırmağa nail oldu,
Şahrux xan yürüşdən imtina etdi. Lakin onların qəlblərinin
dərinliyində “düşmənçilik alovu yanmaqda davam edirdi”
185
.
Dostları ilə paylaş: