SəFƏVİLƏr döVLƏTİ


Səfəvilər dövlətində daxili siyasi mübarizə



Yüklə 2,18 Mb.
Pdf görüntüsü
səhifə58/96
tarix07.01.2024
ölçüsü2,18 Mb.
#211790
1   ...   54   55   56   57   58   59   60   61   ...   96
Oqtay Əfəndiyev - Səfəvilər dövləti

Səfəvilər dövlətində daxili siyasi mübarizə
Səfəvilər dövlətinin daxilində Azərbaycan tayfalarının
əmirləri ilə İran ünsürləri arasındakı çəkişmələr qızılbaş
qoşunlarının türklərə qarşı mübarizədə sonrakı uğurlarına mane
oldu.
Biz artıq göstərmişik ki, qızılbaş əmirləri Qarabağda
olduqları zaman şah arvadı Məhdi Ülya və qızılbaş əmirləri
arasında tezliklə açıq düşmənçilik münasibətlərinə çevrilən
ixtilaflar yaranmışdır.
İş bunda idi ki, zəif iradəli Məhəmməd Xudabəndəni şah
seçməklə qızılbaş əmirləri, tayfa başçıları dövlət işlərində öz
nüfuzlarının güclənəcəyini, onların icazəsi və razılığı olmadan heç
bir mühüm dövlət tədbirinin həyata keçirilməyəcəyini nəzərdə
tutmuşdular. Buna baxmayaraq hadisələr heç də onların istədiyi
istiqamətdə cərəyan etmirdi. Müstəbid və tündxasiyyət olan şah
arvadı Məhdi Ülya ərinin əvəzinə dövləti təkbaşına, tam


189
hakimiyyət sahibi kimi idarə edir, qızılbaş tayfalarının əyanları ilə
az hesablaşırdı. Onun şəxsi vəziri Mir Qəvaməddin Hüseyn Şirazi,
paytaxtın kələntəri Mövlana Əfzəl Münəccim Qəzvini, habelə
etimad əd-dövlə Mirzə Salman İsfahani İran ünsürlərinə mənsub
olan şəxslər idi. Mənbələr onları türklərdən fərqli olaraq ümumi
taciklər (tacikiyyə) istilahı ilə adlandırırlar. Məhdi Ülya türk
(azərbaycanlı) əmirlərini dövlət işlərindən kənar edərək onların
danışıqsız itaət göstərmələrinə nail olmaq istəyirdi. Bu baxımdan
Mazandaranın irsi hakimi, “ləyaqətli və mömin gənc” Mirzə xanın
Məhdi Ülyanın hökmü ilə öldürülməsi hadisəsi səciyyəvi sayıla
bilər.
Bu zaman şah arvadı özünün günahsız qurbanının mərhum
atası Murad xanla Mazandaranda hakimiyyət uğrunda mübarizədə
təqribən 20 il əvvəl həlak olmuş, Mərəşi seyidlərindən olan atası
Mirzə Abdulla xanın intiqamını almaq kimi xırda hissləri rəhbər
tutmuşdu
164
.
Mirzə xan onun arxasınca göndərilmiş, həyatını
qoruyacaqlarına və şah arvadını qan intiqamından imtina etmək
üçün dilə tutacaqlarına and içmiş adlı-sanlı əmirlərə könüllü təslim
olmuşdu. Lakin Məhdi Ülya əmirlərin andına məhəl qoymadı və
onlardan gizli qorçilər dəstəsinə gecə ikən xanı qətlə yetirməyi əmr
etdi. Şah arvadının əmirlərin razılığı olmadan və onların iradəsi
əleyhinə Mirzə xanı qətlə yetirməsi əmirlərin qəlbində Məhdi
Ülyaya sönməz nifrət oyatdı
165
. Bu qətlə görə, Şahrux xan möhrdar
Zülqədər, Piri Məhəmməd xan Ustaclı və Qorxmaz xan Şamlı kimi
bir sıra görkəmli əmirlər anda xilaf çıxdılar. Bu, onsuz da qadının
hakimiyyəti ilə həvəssiz hesablaşan qızılbaş əyanlarının Məhdi
Ülyanın özbaşınalığına son qoymaq qətiyyyətini möhkəmləndirdi.
Onlar öz niyyətlərini həyata keçirmək üçün əlverişli imkanı çox
gözləməli olmadılar.
Bir gün Kaşan şəhərinin sakinləri divana gələrək, tamahkarlıq
dərəcəsi adi hüdudları aşan şəhər hakimi Məhəmməd xan


190
Türkmandan şikayət etdilər. Divan məmurlarına şikayətə baxmaq
göstərişi verildi. Aydın oldu ki, qızılbaş hakimi həqiqətən ağır sui-
istifadə hallarında təqsirlidir. Buna əsasən “onun ölkəsini
dəyişmək”, yəni onu Kaşandan başqa yerə keçirmək barədə
sərəncam verildi. “Böyük əmirlər və dövlətin ali şəxsləri” sırasına
daxil olan Məhəmməd xan işin belə şəkil alması ilə rüsvay olundu.
Məhəmməd xanın Məhdi Ülyanı inandırmaq üçün göstərdiyi bütün
səylər heç bir nəticə vermədi. Belə olduqda, Məhəmməd xan
əmirlərin arasındakı təhlükəli əhval-ruhiyyədən, onların Məhdi
Ülya idarə üsulundan ümumi narazılığın olmasından istifadə
etməyi qərara aldı. O, qiyamçı əmirlərlə sövdələşdi və onlar
İskəndər bəy Münşinin təbirincə “fitnə-fəsad və düşmənçilik
qapılarını açdılar”. Hətta özünün ağlı və təcrübəsi ilə tanınan
qorçibaşı Qulu bəy Əfşar kimi nüfuzlu bir əyan da qəsdə cəlb
edildi
166
.
Əmirlər gizli müşavirədə şahın arvadını və onun
tərəfdarlarını hakimiyyətdən kənar etmək barədə məsləhətləşməyə
başladılar. Onlar öz həmtayfaları və qohumları qarşısında belə bir
sual qoydular: “Necə olmuşdur ki, şah Məhəmməd Xudabəndə
olduğu halda, hakimiyyət şah arvadının, onun tacik və
mazandaranlılarının əlindədir, adlı-sanlı əmirlər hakimiyyətdən,
nüfuzdan nə üçün məhrum olmuşlar?” Onlar Məhdi Ülyanı
tacikləri və ona yaxın olan mazandaranlıları hər vasitə ilə himayə
etməkdə, onları rəhbər vəzifələrə irəli çəkməkdə, İran ünsürlərini
qızılbaş əmirlərindən üstün tutmaqda, habelə hərəmxana xəzinəsini
Mazandarana keçirməkdə təqsirləndirirdilər.
Nəhayət, əmirlər və əyanlar “Çehelsütun” sarayına
yollandılar. Onlar öz nümayəndələri vasitəsilə şaha bildirdilər ki,
onun arvadı Məhdi Ülyanın “əmirlərə və padşah dövlətinin ali
şəxslərinə” pis münasibəti “və mazandaranlılara (göstərdiyi)
hamilik” onun təbəələri – qızılbaşlar üçün çox təhqiramizdir. Onun
dövlət işlərinə qarışması qızılbaş tayfaları ağsaqqallarını narazı


191
salır. Onlar şaha çatdırdılar ki, əgər vəziyyət dəyişməzsə, məsud
padşahın nökərləri bu tayfaların ümumi üsyanından qorxurlar.
Əmirlərin fitnə-fəsadları barədə məlumatı olan Məhdi Ülya onların
nümayəndələrinə elə təhqirlər və hədələr yağdırdı ki, onların yeni
təhqirdən sonra, acizlikdən yaranmış qəzəblə sarayı tərk etməkdən
başqa çarələri qalmadı
167
.
Sonra hadisələr aşağıdakı şəkildə cərəyan etdi
168
.Biz yuxarıda
göstərmişdik ki, maliyyə idarəsinin verdiyi sənədlərlə qorçilər öz
xeyirlərinə vergi toplamaq üçün Şirvana gəlmişdilər. Müflisləşmiş
əhalidən heç nə ala bilməyən qorçilər əliboş Qəzvinə qayıtmışdılar.
Təbiidir ki, qorçilərin hiddəti ilk növbədə onları təsvir edilən
dövrdə Şirvan kimi ödəmə qabiliyyəti olmayan vilayətə göndərmiş
maliyyə məmurlarına qarşı yönəlmişdi. Əmirlər qorçilərin əhvali-
ruhiyyəsindən öz qəsdçi məqsədləri üçün yubanmadan istifadə
etdilər. Onlar qəzəblənmiş qorçiləri saraya (dövlətxanaya), maliyyə
başçısı (mustoufi əl-məmalik) “tacik” Mirşah Qazi İsfahaninin
yanına göndərdilər. Qorçilər dərhal öz muzdlarını tələb etdilər.
Başlanmış qalmaqalda Mirşah Qazi qorçilərdən birinin qılınc
zərbəsi ilə yaralandı. Yalnız özünü yetirən şahzadə Həmzə
Mirzənin bu məsələni yoluna qoyacağı barədə vəd verməsi qan
tökülməsinin qarşısını aldı. Bundan sonra qorçilər əmirlərin təhriki
ilə şah sarayına yollandıla rvə orada əsir olan tatar xanı Adil Gireyə
hücum etdilər. Sonuncu özünün tatar məiyyəti ilə fədakarlıqla
müdafiə olundu. Qısa, lakin şiddətli döyüşdə hər iki tərəf itki verdi.
Tatar xanı ölümcül yaralandı və yerə sərildi. Qorçilər onun başını
kəsib əmirlərə gətirdilər
169
. Onlar habelə şahın arvadının olduğu
hərəmxanaya da soxulmaq istədilər, lakin xidmətçilər tərəfindən
geri oturduldular.
Ertəsi gün, iyulun 26-da (rəcəbin 2-də) qızılbaş əmirləri
qorçilərin görə bilmədiyi işi başa çatdırdılar. Onlar Məhdi Ülyanı
hakimiyyət işlərindən kənar etmək planını müzakirə etmək üçün
paytaxtın Səadətabad bağına toplşdılar. Yalnız şah ailəsinə sadiq


192
qalan və şahla yaxın qohum olan təkəli tayfasının başçısı Müseyib
xan Şərəfəddin oğlu əmirlərin arasında yox idi. Ona, əmirlərin
hücum edəcəyi təqdirdə şah ailəsi üzvlərini qorumaq tapşırığı
verilmişdi. Lakin o, bu vəzifəni yerinə yetirmək iqtidarında olmadı.
O, dəfələrlə yığıncağa gəlmək tələbi ilə öz həmtayfası mehmandar
Çələıbi bəyi onun yanına göndərmiş silahdaşlarının – qızılbaş
əmirlərinin çağırışı qarşısında dura bilmədi. Müseyib xan
“əmirlərin əleyhinə gedə bilmədi” və onlarla birləşdi
170
. İndi daha
şah ailəsinin taleyi əmirlərin əlində idi. Onlar saraya gələrək, öz
elçilərui vasitəsilə şaha bildirdilər ki, o, öz arvadının və onun
anasının dövlət işlərindən uzaqlaşdırılmasına mane olmamalıdır.
Əmirlər şaha çatdırdılar ki, onun arvadı dövlət işlərini qızılbaş
tayfa başçılarının iradəsi ilə hesablaşmadan, onun ziddinə idarə edir.
O, daim tayfa başçılarını təhqir etmiş, alçaltmış, rüsvay etmş, onları
düşmən saymış, hədələmişdir. Belə vəziyyətə daha dözmək olmaz.
Əmirlər yol vermək istəmidilər ki, qonşu dövlətlər qızılbaşların
hökmdar sülaləsində bir kişinin qalmadığı üçün hakimiyyət başında
qadının durduğunu düşünsünlər. Əmirlər iddia edirdilər ki, əgər şah
arvadı hakimiyyətdən kənar edilməzsə, dövlətin mənafeyinə böyük
ziyan dəyəcəkdir. Şah əmirlərin qəti tələbinə çox yumşaq və
güzəştli cavab verdi: əgər əmirlər şahın arvadının siyasi fəaliyyətini
məqsədə müvafiq saymırlarsa, o əmr edəcəkdir ki, arvadı bir daha
dövlət işlərinə qarışmasın. Əgər əmirlər ondan çəkinirlərsə, o, əmr
edər, arvadı Quma yola düşər və orada oğlu ilə qala bilər. Şah,
həmçinin arvadını öz vətənində yaşaması üçün Mazandarana da
göndərə bilər. Əgər bu təklif də əmirləri qane etməzsə, o taxt-
tacdan imtina edər və öz oğulları ilə birlikdə geriyə - Şiraza yola
düşər. Qoy qızılbaşlar kimi istəyirlərsə, onu da özlərinə şah
seçsinlər. Həm də seyid qızı olan “günahsız” arvadının
öldürülməsinə isə o razılıq vermir
171
. Şah arvadı isə heç də əri kimi
güzəştə getmək fikrində deyildi. İskəndər bəy Münşinin sözlərinə
görə, həyatı üçün təhlükəli olan anda Məhdi Ülya nadir


193
soyuqqanlılıq və dəyanət göstərdi. O, vəziri Mir Qəvaməddin
Hüseyn Şirazinin qorçilərə qızıl paylamaqlaəmirlərin arasına
təfriqə salmaq təklifini özü üçün həqarətli sayaraq qəzəblə rədd etdi.
Şah arvadının barışmaz və qətiyyətli olduğunu bilən əmirlər başa
düşdülər ki, o heç bir vəchlə hakimiyyətdən imtina etməyəcəkdir və
bu məsələ ilə bağlı şahın verdiyi vədlər əslində həyata keçirilə
bilməz. Onlar yubanmadan fəaliyyətə başlamağı qərara aldılar. Bu
“rəzil iş” Şeyxavənd nəslindən Sədrəddin xan Səfəviyə, Həsən Əli
bəy Əlkəsən oğlu Zülqədərə və şahın qohumu İmamqulu Mirzə
Mosulluya həvalə edildi. Onlar “nəzakətsizliklə” şah
hərəmxanasına oxuldular və Məhdi Ülyanı boğub öldürdülər.
İskəndər bəy Münşinin sözlərinə görə, sonra onlar şah arvadının
anasının – bir neçə qohumu ilə Mazandarana gəlmiş və ömrünün
qalan günlərini hərəmxanada keçirən “qoca xeyirxah və mömin”
qadının mənzilinə yollandılar. Şah arvadının anasının, eləcə də
onun qohumlarının və Mazandaran əyanlarının başqa
nümayəndələrinin taleyi də eyni cür oldu. Onların bütün əmlakı
qarət edildi
172
. Şah arvadı öldürüldükdən sonra paytaxtda iğtişaşlar
baş verdi: bütün gün ərzində qara camaat (əmmə) küçələrdə,
meydanlarda mazandaranlıları saxlayır və onları soyurdular. Şah
arvadının Mir Qəvaməddin Hüseyn, Mövlana Əfzəl Münəccim
Qəzvini kimi ən yaxın tərəfdarları və müşavirləri saraydan
çıxarıldılar. Mir Qəvaməddin Hüseyn Şirazi böyük ödənc hesabına
həyatını qoruyub doğma Şiraza qayıtdı. Qanlı 1579-cu il 26 iyul
günündə öz həyatları üçün narahat olan digər taciklər kimi Mirzə
Salman da özünün əvvəlki vəzir vəzifəsində saxlandı. İki-üç
gündən sonra qızılbaş əmirləri saraya gəldilər və üləmaların,
müctəhidlərin qarşısında onlardan hər biri “əlli bir and” içərək söz
verdi ki, Məhəmməd nə qədər sağdır, şah taxtında başqa bir adamı
görmək istəmirlər. O öldükdən sonra isə onun böyük oğlu və varisi
Həmzə Mirzə şah olacaqdır. Andın mətni müctəhidlərin və
üləmaların möhürü ilə təsdiqləndi. Andın mətni öz arvadının ölümü


194
faktı ilə barışmaqdan başqa çarəsi qalmayan şaha təqdim edildi
173
.
Məhəmməd xan Türkman yenidən Kaşan hakimi təyin olundu.
Qızılbaş əmirləri öz istəklərinə çatdılar. Onlar əslində yenidən
dövlətin tam hakimiyyət sahibləri oldular.

Yüklə 2,18 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin