SəFƏVİLƏr döVLƏTİ


Krım tatarlarının Mollahəsən yaxınlığında



Yüklə 2,18 Mb.
Pdf görüntüsü
səhifə57/96
tarix07.01.2024
ölçüsü2,18 Mb.
#211790
1   ...   53   54   55   56   57   58   59   60   ...   96
Oqtay Əfəndiyev - Səfəvilər dövləti

Krım tatarlarının Mollahəsən yaxınlığında
darmadağın edilməsi
Bu vaxt Mirzə Salman və əmirlər
151
Qarabağdan təcili
hərəkətə başladıla və Qoyun ölümü keçidindən Kürü keçərək
Şirvana daxil oldular. Onlar Osman paşanı Şamaxı qalasında
mühasirəyə aldılar. Mühasirə zamanı qızılbaşlar qalaya girmək
istəyən bir neçə tatarı ələ keçirdilər. Onlarda Adil Gireyin Osman
paşaya məktubu var idi. Qızılbaş əmirləri məktubu oxuyub
öyrəndilər ki, tatar xanı Əbubəkr Mirzə ilə birlikdə rumlu
tayfasının düşərgəsini talan etmiş, indi isə təcili qaydada şimala,
Osman paşanın köməyinə tələsir
152
. Şamaxı ətrafında qalmaq
əmirlərə çox təhlükəli göründü. Çünki aydın idi ki, tatarlar gələnə


185
qədər onlar Osman paşanın uğurlu müdafiə olunduğu qalanı ala
bilməyəcəklər. Eyni zamanda əmirlər şübhə edirdilər ki, tatarlar
cənubdan gələcəyə təqdirdə, onlar bir neçə cəbhədə vuruşmaqla
döyüşü uda biləcəklər
153
. Araz xanın faciəli taleyi də buna şəhadət
verirdi.
Buna görə də əmirlər yeganə düzgün qərar qəbul
etdilər. Şamaxı yaxınlığında Vəli Xəlifə Şamlının başçılığı altında
3 min nəfərlik dəstə qoyaraq Mirzə Salman qorçibaşı Qulu bəy
Əfşar, Şahrux xan möhrdar, Məhəmməd xan Türkman, Pirə
Məhəmməd xan Ustaclı, Sultan Hüseyn xan, Müseyib xan
Şərəfəddin oğlu Təkəli, İmamqulu xan Qacar, Əmir Həmzə xan və
digər “adlı-sanlı” əmirlərlə cənuba, tatarlara qarşı yeridi
154
.
Adil Girey və onun qardaşları – Səadət Girey və Əsgər
Girey Həmzə Mirzənin qoşunlarının gəlməsi, Şamaxını mühasirəyə
alması xəbərini eşidib mühasirəyə alınmış Osman paşanın
köməyinə çatmaq üçün şimala hərəkət etdilər. Tərəflər hicri 986-cı
il ramazanın 28-də (1578-ci il noyabrın 28-də), Ağsu çayı sahilində,
Mollahəsən dalı yerdəqarşı-qarşıya gəldilər
155
. Adil Girey
ləzgilərin, qarabörklülərin və şirvanlıların dörd-beş minlik dəstəsi
ilə möhkəmləndirilmiş on iki min nəfərlik tatar qoşununu
Səfəvilərin qarşısına çıxardı. Bu tərəfdən Əmir Həmzə xan Ustaclı
(çərxçi) və başqa əmirlər çıxış edirdilər. İskəndər bəy Münşi
obrazlı şəkildə qeyd edirdi: “Ölülərin qanına bulaşmış döyüş
meydanı lalələr örtülmüş çəmənliyi xatırladırdı”. Səhər başlanan
döyüş axşama qədər davam etdi. Şamaxı yaxınlığında qalmaq əmri
almış bir sıra qızılbaş əmirləridüşmənin başlıca qüvvələri ilə
döyüşdə iştirak etməyi özləri üçün şərəf işi sayaraq mühasirəni
özbaşına tərk etmiş, qızılbaş qoşunlarına qoşularaq onların
sıralarını xeyli gücləndirmişdilər. Tatarlar bütün günü hər vasitə ilə
onları darmadağın etməyi qərara almış qızılbaşların ardı-arası
kəsilməyən hücumlarını mətanətlə dəf etmişdilər.
Qızılbaşların getdikcə artan üstünlüyünü müşahidə edən
Adil Girey tatarları ruhlandırmaq məqsədilə döyüş meydanına


186
atıldı. Lakin tezliklə qızılbaş dəstəsi Baba Xəlifə Danqralunun
(yaxud Qaramanlının) başçılığı ilə Adil Gireylə üz-üzə gəldi. Adil
Girey nizə zərbəsi ilə atdan salındı. Qızılbaşlar Adil Gireyi
öldürmək istədilər, lakin tanıyaraq onu salamat saxladılar.
Həlak olmuş Qaytas paşanın yerinə Ərəş hakimi təyin
olunmuş Osmanlı sərkərdəsi Piyalə bəy də qızılbaşlara əsir
düşdü
156
. Adil Girey əsir alındıqdan sonra düşmən qoşunu vahimə
içərisində qaçmağa başladı. Tatarların əksəriyyəti döyüş zamanı
qılıncdan keçirildi. Sağ qalanlar (əsasən həmin yerə bələd olan
ləzgilər və şirvanlılar) dağlarda və meşələrdə gizləndilər. Araz xan
Rumlu darmadağın edildikdən sonra
157
tatarların ələ keçirdiyi
bütün qənimət Səfəvilərə qaytarıldı. Əldə olunmuş qələbədən
istifadə etməyə səy göstərən Mirzə Salman yubanmadan Şamaxı
üzərinə hərəkət etdi. Osman paşa tatrların darmadağın olunması və
Adil Gireyin əsir düşməsi xəbərini eşidərək kənardan ediləcək
köməkdən məhrum olduğunu görüb Şamaxını tərk etdi. O,
Dərbəndə getmək və orada pərən-pərən salınmış qoşunlarının
qalıqlarının yolunu gözləmək qərarına gəldi.
Qızılbaş qoşunlarının qələbəsi xəbərini alan Dərbənd
sakinləri türklərə qarşı üsyan qaldıraraq qalanı ələ keçirdilər. Buna
görə də Osman paşa həmin xəbəri qoşunlardan gizlədərək şimala
getməyə tələsirdi. Qış sərt keçirdi, arxadan isə türkləri addım-
addım izləyən qızılbaşlar gəlirdi. Şabrana çatarkən bərk şaxta
düşdü və bu, türklərin kütləvi surətdə məhv olmasına gətirib çıxardı.
Süvarilər şimala doğru hərəkət edir, piyadalar isə yorğunluqdan
yıxılır və bir daha qalxa bilmirdilər. Eyni zamanda, şirvanlılar və
dağıstanlılar da qoşunların arxasınca gələn xəzinə əmlakına basqın
və qarətlər təşkil edir, qiymətli mallar yüklənmiş qatır və dəvələri
sürüb aparırdılar. Geridə qalanları yerli sakinlər qarət edirdilər.
Osman paşa xeyli seyrəlmiş qoşunla nəhayət, Dərbəndə gəlib çatdı.
Sakinlər türkləri Dərbəndə buraxmaq istəmədikləri üçün şəhəri
qüvvə tətbiq etməklə yenidən almaq lazım gəldi
158
. Müxtəlif


187
qızılbaş dəstələri Osman paşanı Şabrana qədər təqib edərək topları
və digər hərbi ləvazimatı ələ keçirdilər
159
. Şirvan türklərdən azad
edilsə də, onların dayaq məntəqəsi olan Dərbənd alınmadı.
Qızılbaş qoşunlarının uğurları barədə xəbərlər Həmzə
Mirzənin və anasının yerləşdiyi Qaraağacdakı baş düşərgədə böyük
sevinclə qarşılandı. Buradan paytaxta – Qəzvinə və bütün ölkəyə
“fəthnamələr” (“Qələbə məktubları”) göndərilirdi. Qərargahın
Osman paşa ilə mübarizəni davam etdirmək, onu məhv etmək və
Dərbənd qalasını ələ keçirmək barədə əmri alındı.
Lakin
qızılbaş qoşunları şah qərargahı göstərişinin ziddinə olaraq Osman
paşanın təqib olunmasını dayandırıb Qarabağa qayıtdılar. Bu
tezliklə çox acınacaqlı nəticəyə gətirib çıxarmış, fəlakətli bir səhv
idi. İskəndər bəy Münşi iddia edir ki, bunun təqsirkarları, guya
Dərbəndin alınmasında və
Şirvanda qələbələrin
möhkəmləndirilməsində təkid etmiş “Məhdi Ülyanın iradəsi
əleyhinə” hərəkət edən Mirzə Salman və qızılbaş əmirləri olmuşlar.
Şərəfxan Bidlisi təqsiri bütövlükdə şahın arvadının üstünə yıxır:
“Bu qədər qələbədən həddindən artıq qəhərlənən Sultan Həmzə
Mirzənin anası Şirvandakı işlərə qadın düşüncəsizliyi ilə, qayğı və
diqqət göstərmədən yanaşdı. Osman paşanı Dəmir qapıda (Dərbənd
– O.Ə.) qoyub qışın ortalarında Adil Girey xanla Qəzvinə
qayıtdı”
160
. Qazi Əhmədin də şərhindən aydın olur ki, şahın arvadı
“bu planla razılaşmadı” (yəni Dərbəndin tutulması və türklərin
Şirvandan tamamilə çıxarılması haqqında şah qərargahından
alınmış əmrlə). O, öz eşikağası Məhəmməd xan Türkmanı Mirzə
Salmanın və əmirlərin ardınca göndərdi. Bundan sonra onlar
Qarabağa qayıtdılar və bununla da Şirvan məsələsi başa
çatdırılmamış və həll olunmamış qaldı”
161
.
Sonrakı
hadisələr qızılbaş sərkərdələrinin fikri ilə az hesablaşan və özbaşına
iş görən şah arvadının günahlarını təsdiq edir.
Mənbələr təsdiq edirlər ki, tezliklə Qarabağda Şirvan
hakimi vəzifəsinə namizədlik (həlak olmuş Araz xan Rumlunun


188
əvəzinə) üstündə şahın arvadı və həmin vəzifəyə Mollahəsən
döyüşünün qəhrəmanı – Abdulla xanın oğlu Həmzə xan Ustaclını
namizəd göstərmiş qızılbaş əmirləri arasında fikir ayrılığı yarandı.
Şahın arvadı bu təklifi qəbul etmədi və qışın bərk soyuğuna
baxmayaraq, 1578-ci ilin sonunda Qarabağı tərk etdi. Əmirlərdən
heç biri şah arvadının “yersiz hərəkətinə” qarşı çıxmağa cəsarət
etmədi və bir neçə gündən sonra bütün əmirlər qoşunları ilə onların
ardınca Qəzvinə yola düşdülər
162
.
Mollahəsən qələbəsinə baxmayaraq, Səfəvilər Şirvanda
möhkəmlənə bilmədilər. Türklər burada əməli olaraq Dəırbənddən
başqa heç bir dayaq məntəqəsinə malik deyildilər. Lakin onlar
ləzgilərin və Dağıstan hakimlərinin köməyi ilə Şirvanda qızılbaş
əmirlərini daim narahat edirdilər
163
.

Yüklə 2,18 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin