Mündəricat
1.
Şəkərli diabet nədir?
......................................................................................2
2.
1-ci tip ŞD xəstəliyinin inkişafına təkan verən xarici mühit faktorları:
............2
3.
1-ci tip ŞD diaqnostikası
..................................................................................5
4.
Qanda şəkərin təyini
.......................................................................................7
5.
Müalicənin məqsədi
........................................................................................8
6.
1-ci tip şəkərli diabetin müalicəsi
......................................................................8
7.
Qida və içkilər
...............................................................................................12
8.
Diabet və hipoqlikemiya
................................................................................14
9.
Diabet və fiziki məşqlər
.................................................................................14
10.
Qızlarda diabet və hamiləlik..
.....................................................................15
11.
Aybaşı/pubertat
...........................................................................................15
12.
Diabet və düşərgə
........................................................................................16
13.
Pəncəyə qulluq!
...........................................................................................16
2
Şəkərli diabet nədir?
Şəkərli diabet (ŞD)– insulinin əmələ gəlməsi və
ya təsir gücünün pozulması nəticəsində yaranan,
xroniki hiperqlikemiya ilə xarakterizə olunan
müxtəlif etiologiyalı maddələr mübadiləsinin
xəstəliyidir.
Şəkərli diabet – orqanizmin ümumi xəstəliyi olub mütləq (1-ci tip) və ya nisbi
(2-ci tip) insulin çatışmazlığı ilə səciyyələnir.
1-ci tip ŞD autoimmun xarakterli olub, genetik meylli şəxslərdə uzun
müddət davam edən xroniki, limfositar insulit nəticəsində beta hüceyrələrin
zədələnməsinə gətirib çıxardır. Nəticədə insulin çatışmazlığı yaranır.
1-ci tip ŞD xəstəliyinin inkişafına təkan verən xarici mühit faktorları:
virus infeksiyaları (qrip, paraqrip, virus
hepatiti,parotit xəstəliyi);
insulin yaradan beta hüceyrələrini zədələyən
kimyəvi amillər və toksinlər (zəhərlər);
qida faktoru (inək südünün erkən dövrdə
uşağın qida rasionuna daxil edilməsi);
digər nadir faktorlar (stress, qorxu, əsəbilik);
Bir sıra statistik materiallar təsdiq edib ki, uşaqlarda və yeniyetmələrdə yeni
şəkərli diabet halları əsasən payız və ya qış mövsümündə rast gəlir.
ŞD uşaqlarda istənilən yaşda rast gələ bilər. Həyatın ilk aylarında xəstəlik
çox nadir hallarda rast gəlinsə də 9 ayından başlayaraq pubertat dövrə qədər
3
xəstəliyin intensivliyi artır, yaşlı şəxslərdə isə yenidən azalır.
Sağlam mədəaltı vəzi qana qlukoza daxil olduğu andan qan dövranına insulin
ifraz etməyə başlayır. İnsulin öz növbəsində açar vəzifəsini yerinə yetirərək
hüceyrələrə yönələn qapıları “açaraq” qlükozanın onlara daxil olmasını təmin
edir. İnsan orqanizmində gedən maddələr mübadiləsinin ən vacib həlqələrindən
biri də qidanın enerjiyə və istiliyə çevrilməsindən ibarətdir;
Karbohidratlar qlükozaya çevrilir;
Zülallar amin turşulara parçalanır;
Yağlar yağ turşusuna çevrilir;
Bizim orqanizmimiz enerjini 3 qida
komponentindən ala bilir – lakin karbohidratlar
bu 3 komponentdən daha əhəmiyyətlisi hesab
olunur. Çünki bizim orqanizmə təcili enerji lazım olanda karbohidratlar tezliklə
şəkərə çevrilə bilir. Qaraciyər öz qlükoza ehtiyatını qida fasilələrində azad
etməklə qanda şəkərin normal miqdarını saxlaya bilir. Şəkərin hüceyrələrə daxil
olması üçün mədəaltı vəz qana insulin ifraz etməlidir. İnsulin öz növbəsində
özünəməxsus həssas hüceyrələrin səthində reseptorlarla əlaqə yaradır. Şəkərin
hüceyrələrə daxil olması üçün insulin öz reseptorları ilə bağlantı yaratmalıdır.
Yemək qəbul etdikdən sonra qanda şəkərin miqdarı tədricən artmağa başlayır.
4
Bununla bağlı olaraq mədəaltı vəzinin ifraz etdiyi insulinin də miqdarı müvafiq
olaraq artır.
Bu zaman qaraciyər öz qlükoza ehtiyatını azad etmir, əksinə ehtiyatda saxlayır
ki, sonra lazım olduqca azad edə bilsin. İnsulin öz işini bitirdikdən sonra
parçalanaraq orqanizmdən kənarlaşdırılır, ona görə də orqanizmdə insulin
ehtiyatı daima yenilənərək lazımi miqdarda olmalıdır.
1-ci tip diabetdə (insulindən asılı tip) mədəaltı vəzinin insulin ifraz edən
hüceyrələri zədələnmiş olur. İnsulin çatışmadıqda və ya ümumiyyətlə olmadıqda
hüceyrələr şəkəri qandan mənimsəyə bilmir: - nəticədə “aclıq” keçirir. Qanda
isə, şəkərin səviyyəsi getdikcə artmaqda davam edir. Yeganə köməkçi üsul,
dərialtına insulin yeritməkdir ki, o da birbaşa qana sovrulur. Təəssüflər olsun
ki, hələ də insulinin daxilə qəbul olunan forması kəşf olunmayıb. Əgər şəkərli
diabet xəstəliyi yaranıbsa, insulin istehsal edən hüceyrələri yenidən bərpa
etmək mümkün deyil. Mədəaltı vəzinin və ya insulin ifraz edən hüceyrələrin
transplantasiyasına cəhdlər edilir. Amma hələ ki, bu əməliyyatı uğurlu hesab
etmək olmaz. Ona görə də, yeganə müalicə üsulu kimi pəhriz və insulinin təyini
hesab olunur. Bügünkü gün mədəaltı vəzinin insulin istehsal edən hüceyrələrinin
zədələnmə mexanizmi hələ də bütün dünya alimləri və mütəxəssisləri üçün həll
olunmaz məsələ olaraq qalır.
Belə bir sual meydana çıxır:
Niyə bəzi insanlarda bu xəstəlik rast gəlir digər qrup insanlarda isə ümumiyyətlə
yaranmır. Əlbəttə ki, 1-ci tip diabet irsi xarakter daşıyır lakin valideynlərdən
birbaşa olaraq uşaqlara praktiki olaraq ötürülmür. Ona görə də, ŞD olan
insanlar qorxmadan və çəkinmədən istənilən sayda övlad sahibi ola bilərlər.
5
1-ci tip ŞD diaqnostikası
Əlamətləri;
Əgər 1-ci tip diabet müalicə olunmasa şəkərin qandan hüceyrələrə keçməsi
ləngiyir və bütün şəkər sidiklə xaric olunur:
Bu proses özünü aşağıdakı kimi təzahür edir;
poliuriya (tezləşmiş sidik ifrazı);
polidipsiya (artmış susuzluq);
6
polifagiya (iştahın artması);
bədən kütləsinin azalması; (arıqlama)
ümumi zəiflik;
Enurez (sidiyi saxlamamaq, əsasən gecələr yuxuda ikən);
7
Əgər insan yuxarıda sadalanan əlamətləri özündə hiss edərsə həkim asanlıqla
ŞD şübhələnməlidir.
Belə ki, 2-ci tip ŞD bu simptomlar ya olmur ya da çox zəif təzahür edir ki, insan
illərlə xəstə olduğunu ağlına belə gətirmir.
Diaqnozu düzgün qoymaq üçün xəstənin qanında şəkərin miqdarını bilmək
lazımdır. Şəkərin miqdarı qanda millimollarla (mmol/l) və ya milliqramlarla
(mq% və ya mq/dl) ölçülür.
ŞD olmayan insanlarda acqarına qanda
şəkərin miqdarı 5,6 mmol/l (100mq%)
təşkil edir. Yeməkdən 2saat sonra 7,0 mmol/l
(126 mq%) artır. Sağlam insanlarda şəkər 3.5
mmol/l ( 63mq%) aşağı düşmür.
Şəkərin səviyyəsi qanda 10 mmol/l-dan aşağı (180mq%) olarsa sidikdə şəkər
təyin olunmur.
Qanda şəkərin təyini
Qanda şəkər gün ərzində 4-5 dəfə ölçülə
bilər və o zaman qanda şəkər 5-7mmol/l
arasında olmalıdır. Qanda şəkərin çox aşağı
düşməməsinə fikir vermək lazımdır.
Şəkəri əsasən yuxudan qabaq ölçmək çox
vacibdir belə ki, bunu bilməklə uşağın gecə
ərzində rahat və hipoqlikemiyasız yatmasına
arxayın olmaq olar.
8
Müalicənin məqsədi
Müalicənin məqsədi qanda qlükozanın səviyyəsini normada saxlamaqdan ibarətdir
Məlumdur ki, qanda şəkərin səviyyəsinə ideal
nəzarət “ uzaq fəsadlar”ın yaranmasını xeyli
ləngidir.
Qlikohemoqlobin HbA1C Bu analizin
norması 6.5% olmalıdır. Qlikohemoqlobin
2-3 aydan bir yoxlanılmalıdır.
1-ci tip şəkərli diabetin müalicəsi
Diabeti olmayan insanlarda insulin müstəqil olaraq ifraz olunur. Ona görə də
diabeti olan insanlar yediyi qidanın miqdarına müvafiq olaraq insulin dozasını
almalıdırlar.
Insulin hal-hazırda 1-ci tip şəkərli diabetin müalicəsində nail olunan yeganə
müalicə üsuludur. Insulin mədəaltı vəzinin xüsusi qrup hüceyrələrinin yaratdığı
və qana ifraz etdiyi bir hormondur (şirədir). O, bizim orqanizmimizə doğma
bir maddədir o səbəbdən də ondan qorxmaq lazım deyil. Şəkərli diabeti olan
9
insanlarda bu maddə kifayət qədər yaranmadığına görə orqanizmə kənardan
müdaxilə etmək lazım gəlir. Yəni, insulin dəri altına yeridilir.
Insulin öz təsir müddətinə görə 4 əsas qrupa bölünür:
1. Ultraqısa təsirli insulinlər (novorapid, xumaloq)
2. Qısa təsirli insulin(xumulin R);
3. Uzun təsirli insulin ( lantus, levemir)
4. Qarışıq insulinlər (mixtard,novomix və s.)
Uşağın vəziyyətindən və diabetin ağırlıq dərəcəsindən asılı olaraq insulinləri
müxtəlif kombinasiyalarda təyin etmək lazımdır. Misal üçün aşağıdakı
kombinasiyaları göstərmək olar:
• Ultraqısa təsirli insulinlə orta təsirli insulin;
• Qısa təsirli insulinlə orta təsirli insulin;
• Orta təsirli insulinlə qarışıq təsirli insulin;
• Qısa təsirli insulinlə qarışıq təsirli insulin.
Uşağın vəziyyətindən və diabetin ağırlıq dərəcəsindən asılı olaraq insulinləri
müxtəlif kombinasiyalarda təyin etmək lazımdır.
1. Ultraqısa təsirli insulinlər yeməkdən 5 dəq. əvvəl təyin olunur. Bu növ insulinlər
3-5 dəqiqədən sonra təsir edir. Bu növ insulinlər uşaqlar və yeniyetmələr üçün
daha münasibdir. Çünki uşaq və yeniyetmələrin orqanizmi və mədəaltı vəzisi bu
hormona çox həssasdır. Buna görə də bu növ hormonun dərialtına yeridilməsi
tez bir zamanda arzu olunan effekt verir.
2. Qısa təsirli insulinləri yeməkdən 30 dəq. əvvəl təyin edirlər. Bu növ insulinin
təsiri dərialtına yeridiləndən 30 dəq. sonra başlayır, ona görə də 30 dəqiqədən
sonra mütləq müvafiq çörək vahidi qədər qida qəbul olunmalıdır. Bu insulin
10
yeridiləndən sonra qanda təsir müddəti 2-4 saat sonra pik nöqtəsinə çatır və
tədricən sonradan səviyyəsi enməkdə davam edir. Bu səbəbdəndə qısa təsirli
insulinləri mütləq uzun və ya orta təsirli insulinlərlə kombinasiya şəklində təyin
etmək vacibdir.
3. Orta təsirli insulinin təsir müddəti yeməkarası fasilələrdə və gecə saatlarında
qanda şəkərin normal səviyyəsini saxlamaq üçün təyin olunur. Dərialtına
yeritdikdən 1-3 saat sonra təsir etməyə başlayır və 10-14 saat davam edir. Ona
görə də bu insulini gün ərzində iki dəfə təyin etmək lazımdır. Səhər və axşam
yeməyindən əvvəl insulinin təsir müddətinin davametməsi onun yeridilmə
dozasından asılıdır. Doza artıq olduqca təsir müddəti də getdikcə uzanır. Təsir
müddətinin ən yüksək səviyyəsi 6-8 saat çəkir. Bu növ insulinlər uşaqlar üçün
məsləhət görülmür. Belə ki, gecə saatlarında qanda insulinin ifrazı dalğavari
xarakter alır. Ona görə də bu insulini təyin edərkən qanda şəkərin miqdarını
nəzərdə saxlamaq lazımdır.
4. Bu növ insulin orqanizmin sağlam mədəaltı vəzisinin normal fəaliyyətini
təkrarlayır. Bu insulini gün ərzində 1-2 dəfə yeritmək məqsədə uyğundur.
Qanda şəkərin miqdarından asılı olaraq seçilən insulin dozası fərqli olur. Bazal
insulin kimi uzun müddətli insulin təyin olunur. Qida fasilələrində və gecə
saatlarında isə qanda şəkərin normal miqdarını qısa təsirli insulini təyin olunur.
Qida insulini rolunu isə qısa təsirli və ultraqısa təsirli insulinlər oynayır. Ona
görə də bu növ insulinləri gündə azı 3-4 dəfə - səhər yeməyindən, günorta
yeməyindən və axşam yeməyindən əvvəl dərialtına yeridilir.
Insulinin vurulma nahiyələrini seçərkən nəzərə almaq lazımdır ki, müxtəlif
nahiyyələrdən insulin müxtəlif dərəcədə sovrulur və bununla da təsir müddəti
getdikcə dəyişir. Belə ki, insulini qarın, bud, çiyin, sağrı, kürək nahiyyələrinə
11
vurmaq olar. Qarın və çiyin nahiyyələrindən insulin sürətlə sovrulur. Sağrı və
bud nahiyyələrindən isə çox ləng sovrulur. İnsulinin vurulma nahiyyələrini
hər 3 gündən bir dəyişmək lazımdır. Belə ki, davamlı olaraq insulin eyni yerə
vurularsa həmin nahiyyədə dərialtı piy qatı qatılaşır (lipodistropiya) və insulinin
sovrulması pozulur (ləngiyir). İnsulin inyeksiyasından sonra həmin nahiyyəni
masaj etmək olmaz.
12
Yaş
1-3
4-6
7-10
11-14
dən aşağ
11-14dən
yuxar
15-18dən
aşağ
15-18dən
yuxar
Səhər
yeməyi
2 3 3 4 3-4
4-5
3-4
Ikinci
səhər
yeməyi
1-1.5
2 2 2 2 2 2
Günorta
yeməyi
2 3 4 4-5
4 5 4
Axşam
yeməyi
1.5-2
2-3 3 4 3-4 4-5 3-4
Ümumi
hesab
6.5-7.5 10-13 12
14-15 12-14 15-17 12-14
Bir çörək vahidi aşağıdakı qida məhsullarının tərkibinə daxildir
Yaşdan asılı olaraq sutkalıq çörək vahidinə tələbat
Qida və içkilər
Diabetli uşaqlar üçün xüsusi qida tələb olunmur. Onlar sağlam normal
qida məhsulları ilə qidalana bilərlər. Belə uşaqlar şirniyyatı və deserti qida
rasionlarından çıxartmalıdırlar. Qida qrafikinə ciddi riayət etməklə gün ərzində
5-6 dəfə qida qəbul olunmalıdır.
Gəzintiyə çıxarkən təcili tibbi yardım ləvazimatlarını mütləq çantada gəzdirməli!
Düşərgələrdə olarkən insulin preparatlarını düz düşən günəş şüalarından
qorumaq lazımdır. insulini xüsusi çantalarda sərin və quru yerdə saxlamaq
lazımdır.
13
Dostları ilə paylaş: |