SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə78/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   74   75   76   77   78   79   80   81   ...   330
MÜNAFİQLİK - NİFAQ

NİFAQ İKİ QİSMDİR - Lüğəti Mənası Nəfaqdan törənmişdir. Nəfaq yerin içində gizlənən tunel mənasındadır. Nifaqın bu cür adlanmasına səbəb münafiqin küfrünü gizləməsi və onu göstərməməsidir. Bir görüşə görə də bu kəlimə tarla siçanının yuvası mənasına gələn NAFİKAUL YƏRBU-dan törənmişdir. Çünki bu yuvanın üstü yer üzü ilə eyni səviyədədir. Altda isə gizli bir çuxur vardır275.

İstilahi Mənası Nifaq batinin zahirə müxalifətidir. Açıqdan söylənən sözlərin və əməllərin qəlbdəki inancın tərsi, ziddi olmasıdır. İslamı və xeyiri açığa çıxarmaq, küfrü və şərri gizləməkdir. Yəni qəlbən inanmadığı və rədd etdiyi halda zahirdə Peyğəmbər – sallallahu aleyhi və səlləm – in gətirmiş olduğu şeylərə uyduğunu göstərməkdir. Münafiq imanı açıqlayan, küfrü isə gizlədəndir. Münafiq – sözü əməlinə, içi də çölünə zidd olan kimsədir. O, İslama bir qapıdan girər, digər qapıdan çıxar. Zahirən imana girər, batinən ondan çıxar276. «İnsanlardan bəziləri də vardır ki, inanmadıqları halda Allaha və axirət gününə inandıq deyərlər». (əl-Bəqərə 8). «Onların (münafiqlərin) halı (qaranlıq gecədə) od yandıran şəxslərin halına bənzər. Od, ətrafındakı şeyləri işıqlandırdığı zaman Allah onların işığını keçirər və özlərini zülmət içərisində elə vəziyyətdə qoyar ki, heç nə görməzlər. Onlar kar, lal və kordular. Buna görə də (öz pis əməllərindən) geri dönməzlər. Yaxud (o münafiqlər) qaranlıqlarda göy gurultusu və şimşəklə səmadan şiddətlə yağan yağışa düşmüş şəxslərə bənzərlər ki, ildırımın səsindən ölmək qorxusu ilə barmaqlarını qulaqlarına tıxarlar. Halbuki Allah kafirlərin bütün işlərini biləndir. İldırımın çaxması az qalır ki, onların gözlərinin nurunu alsın. Şimşək onlara işıq verdiyi zaman yeriyərlər, üzərlərinə qaranlıq çökdükdə isə dayanıb durarlar. Əgər Allah istəsəydi, onların qulaqlarını və gözlərini əllərindən alardı. Həqiqətən Allah hər şeyə qadirdir». (əl-Bəqərə 17-20). «Münafiqlər ürəklərində olanı xəbər verəcək bir surənin nazil edilməsindən çəkinirlər. De ki: «Siz istəhza etməyinizdə olun. Allah qorxub-çəkindiyiniz şeyi üzə çıxaracaqdır. Münafiqlərdən soruşsan: Biz ancaq söhbət edib zarafatlaşır, əylənirdik deyə cavab verərlər. De ki: Allaha, Onun ayələrinə və Peyğəmbərinə istəhzamı edirsiniz? (Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra artıq kafir oldunuz. Aranızda bir qismini bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik. Münafiq kişilərlə münafiq qadınlar bir-birinin eynidirlər. Onlar pis işlər görməyi əmr edər, yaxşı işlər qadağan edərlər. Hələ əlləri də bərkdir (xəsisdirlər). Onlar Allahı unutdular, Allah da onları unutdu. Həqiqətən münafiqlər fasiqlərdir. Allah münafiq kişilərə, münafiq qadınlara içində əbədi qalacaqları Cəhənnəm odu vəd etmişdir. O, atəş onlara kifayətdir. Allah onlara lənət elədi. Onları daimi bir əzab gözləyir». (ət-Tövbə 64-68).


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin