SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə79/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   75   76   77   78   79   80   81   82   ...   330
1. İSLAMDAN ÇIXARDAN ETİQADDA OLAN NİFAQ - (BÖYÜK NİFAQ) Bu küfrünü qəlbində gizlədərək, imanı dili və əməllərilə göstərməkdir. Belə iman sahibi Cəhənnəmin ən alt təbəqəsinə düşənlərdən olacaqdır. Çünki o, Allahın göndərdiyi haqqın hamısını və ya bir hissəsini yalan saymış və Peyğəmbər – sallallahu aleyhi və səlləm – in təmiz dininin üstünlüyünü yarıtmaz hesab etmiş, daha sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – in gətirdiyi haqqın hamısını və ya bir hissəsini təhrif etmək və buna bənzər küfr əməllərdə olmaq məqsədilə inkara keçmiş və kafir olmuşdur.

Bu nifaq özü də altı növdür: 1) Peyğəmbər – sallallahu aleyhi və səlləm – i təqzib etmək, yalanlamaq. 2) Peyğəmbər – sallallahu aleyhi və səlləm – in gətirmiş olduğu (Quran və Sünnəni) təqzib etmək. 3) Peyğəmbər –sallallahu aleyhi və səlləm – ə qarşı nifrət və qəzəb bəsləmək. 4) Peyğəmbər – sallallahu aleyhi və səlləm – in gətirmiş olduğu şəriətə nifrət və qəzəb bəsləmək. 5) İslamın məğlub olmasına sevinmək və fərəhlənmək. 6) İslamın qələbə çalmasına nifrət və qəzəblənmək. «Əlbəttə münafiqlərin yeri Cəhənnəmin ən alt təbəqəsidir». (ən-Nisa 145-146). «Həqiqətən münafiqlər fasiqlərdir». (ət-Tövbə 67). «Həqiqətən Allah münafiqlərin və kafirlərin hamısını Cəhənnəmdə bir yerə toplayacaqdır». (ən-Nisa 140). «Münafiqlər ildə bir-iki dəfə bəlaya düçar olduqlarını görmürsənmi. Bununla belə yenə də tövbə etmirlər». (ət-Tövbə 126). Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İnsanlar mədənlər kimidir. Cahiliyyədə xeyirli olanlar İslamda da xeyirlidirlər əgər fəqih olarlarsa. Onlardan ən xeyirliləri əmirliyə qarşı istəksiz olduqlarını görərsən. İnsanların ən şərliləri isə birisinin yanına bir sifətlə gələn. Digərlərinin yanına isə başqa bir sifətlə gələn kimsələrdir»277. Muhəmməd b. Zeyd - radıyallahu anhu – rəvayət edir ki, bir qrup insanlar babam Abdullah b. Ömər - radıyallahu anhu – dedilər: «Biz başçılarımızın yanına girdikdə onlara qarşı söylədiklərimizi, yanlarından çıxdığımızda sözylədiklərimizin əksini söyləyirik». İbn Ömər: «Biz bu cür davranışları Peyğəmbərin zamanında nifaq sayardıq»278. Abdullah b. Amr b. əl-As - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Münafiqliyin əlaməti dördür. Kimdə bu dörd əlamət cəmləşərsə o, həqiqi münafiqdir. Kimdə bu əlamətlərdən biri olarsa onu tərk edincəyə qədəq onda nifaqdan bir əlamət olmuş olar. Əmanət edildikdə xəyanət edər, danışdıqda yalan danışar, söz verdikdə xilaf çıxar279 və mübahisə etdikdə (biabırçı sözlərlə) günaha batar (Başqa rəvayətdə: «Oruc tutsa, namaz qılsa və müsəlman olduğunu söyləsə də belə280281. «Allah sizə əmanətləri əhlinə verməyiniziəmr edir». (ən-Nisa 58). Bureydə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Münafiqə seyyid (ağa) – deyə müraciyət etməyin. Əgər o, ağa olsa onda sizlər Allahı qəzəbləndirmiş olarsınız»282. «Ey iman gətirənlər! Özünüzdən başqasını özünüzə sirdaş tutmayın. Onlar sizin barənizdə fitnə-fəsad törətməkdən əl çəkməzlər, sizin zərərə və əziyyətə düşməyinizi istərlər. Həqiqətən onların sizə qarşı olan ədavəti ağızlarından çıxan sözlərdən aşkar olur. Amma ürəklərində gizlətdikləri isə daha böyükdür. Əgər düşünüb dərk edirsinizsə ayələri artıq sizə izah etdi. Bəli siz o, kimsələrsiniz ki, onları sevirsiniz, onlar isə sizləri sevməzlər. Siz kitabın hamısına inanırsınız. Onlar sizinlə görüşdükləri zaman: Biz də inandıq deyir, xəlvətdə olduqda isə sizə qarşı qəzəblərindən barmaqlarını gəmirirlər. De ki: Acığınızdan ölün! Əlbəttə Allah ürəklərdə olanları biləndir». (Ali İmran 118-119). «Sizlər nə üçün münafiqlər barəsində iki dəstəyə ayrıldınız? Halbuki Allah onları gördükləri əməllərinə görə əvvəlki hallarına qaytarmışdır. Siz Allahın azdırdığı kimsəni doğru yolamı gətirmək istəyirsiniz? Allahın azdırdığı kimsə üçün heç bir yol tapa bilməzsən! Onlar kafir olduqları kimi sizin də kafir olub özlərilə bərabər olmanızı istərlər». (ən-Nisa 87-88). «(Ya Məhəmməd!) Münafiqlərə müjdə ver ki, onlardan ötrü (axirətdə) şiddətli əzab vardır». (ən-Nisa 138).


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin