SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə87/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   83   84   85   86   87   88   89   90   ...   330
PEYĞƏMBƏR Sallallahu Aleyhi Və Səlləm İN SÜNNƏSİ - altı qismdir: 1. Səbəbi olan Sünnə. Yəni Peyğəmbər – sallallahu aleyhi və səlləm – in hər hansı bir səbəbə görə etdiyi ibadət. Məs: Peyğəmbər – sallallahu aleyhi və səlləm – asqırdıqdan sonra Əlhəmdulilləh deyərdi. Deməli səbəbsiz yerə bunu etmək Sünnəyə müxalifdir. Məs: Əsnədikdə əlhəmdulilləh demək. 2. Keyfiyyəti olan Sünnə. Yəni Peyğəmbər – sallallahu aleyhi və səlləm – in hər hansı bir keyfiyyətdə etdiyi ibadət. Məs: Peyğəmbər – sallallahu aleyhi və səlləm – namaz qıldıqda səcdəni rükudan sonra edərdi. Deməli rükudan qabaq səcdə etmək Sünnəyə müxalifdir. 3. Miqdarı olan Sünnə. Yəni Peyğəmbər – sallallahu aleyhi və səlləm – in hər hansı bir miqdarda etdiyi ibadət. Məs: Peyğəmbər – sallallahu aleyhi və səlləm – Zöhr namazını dörd rükət qılardı. Deməli Zöhr namazını dörd rükətdən artıq və ya əskik qılmaq Sünnəyə müxalifdir. 4. Cinsi olan Sünnə. Yəni Peyğəmbər – sallallahu aleyhi və səlləm – in hər hansı cinsdən etdiyi ibadət. Məs: Peyğəmbər – sallallahu aleyhi və səlləm – Qurban bayramında üç cinsdən qurban kəsməyi əmr etmişdir. Dəvə, öküz, qoyun. Deməli Qurban bayramında at, xoruz və s. heyvan kəsmək Sünnəyə müxalifdir. 5. Zamanı olan Sünnə. Yəni Peyğəmbər – sallallahu aleyhi və səlləm – in hər hansı bir zamanda etdiyi ibadət. Məs: Peyğəmbər – sallallahu aleyhi və səlləm – Məğrib namazını gün batdıqdan sonra qılardı. Deməli gün batmamış Məğrib namazını qılmaq Sünnəyə müxalifdir. 6. Məkanı olan Sünnə. Yəni Peyğəmbər – sallallahu aleyhi və səlləm – in hər hansı bir məkanda etdiyi ibadət. Məs: Peyğəmbər – sallallahu aleyhi və səlləm – Etiqafı Ramazan ayının axır on günündə məsciddə edərdi. Deməli etiqafı məsciddən başqa yerdə keçirmək Sünnəyə müxalifdir. «O, kefi istəyəni danışmır, danışdığı ancaq nazil olan bir vəhydir». (ən-Nəcm 3-4). «Peyğəmbər sizə nə verirsə (şəriət hökmü) onu götürün. Nəyi qadağan edirsə ondan əl çəkin, Allahdan qorxun». (əl-Həşr 7). «De ki: Əgər Allahı sevirsinizsə mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayan və mərhəmətlidir». (Ali İmran 31). «Əgər bir iş barəsində mübahisə etsəniz Allaha və Qiyamət gününə inanırsınızsa onu Allaha və Peyğəmbərə həvalə edin. Bu daha xeyirli və nəticə etibari ilə daha yaxşıdır». (ən-Nisa 59). «Amma xeyr! Sənin Allahına and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim təyin etməyincə və verdiyin hökmlərə görə nəfslərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə iman gətirmiş olmazlar». (ən-Nisa 65). «Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib (sünnəni inkar edib) möminlərdən (səhabələrdən) qeyrisinin yoluna uyarsa, onu istədiyi yola yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir». (ən-Nisa 115). «Onun əmrinə qarşı çıxanlar başlarına gələcək bir bəladan, yaxud düçar olacaqları şiddətli bir əzabdan həzər etsinlər». (ən-Nur 63). Üsul elminin hökmlərindən biri də əməllərin gözəlliyi və çirkinliyi haqq əhlinə görə ancaq şəriət ilə bilinir. Ağıl ilə deyil. Ağlımıza qalsaydı məsti ayaqmızın üstünə deyil altına çəkərdik. Əli - radıyallahu anhu – deyir ki: «Əgər din ağıla görə olsaydı (xufun) alt tərəfinin məst edilməsi, üst tərəfin məst edilməsindən daha uyğun olardı. Lakin mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – in (xufun) üst tərəfinə məst etdiyini gördüm»309. İbrahim ən-Nəhai – rahmətullahi aleyhi – deyir ki: «Əgər Muhəmmədin səhabələri bir dırnağı belə məst etmişlərsə mən də onlara uymağın fəzilətini əldə etmək üçün (ayağımı) yumazdım»310. Bir nəfər bayram günü qəbristanlığda bayram namazın-dan əvvəl namaz qılmaq istədi. Əli - radıyallahu anhu – isə ona mane oldu. Adam: «Ey möminlərin əmiri! Mən bilirəm ki, Allah namaz qılmaqdan ötrü əzab etməyəcəkdir. Əli: «Mən də bilirəm ki, Allah, Allahın Rəsulu bir işi etmədikcə, yaxud da o, işin edilməsi üçün təşviq etmədikcə edənə savab verilmir. Bu durumda sənin qılacağın namaz əbəs bir iş olmuş olur. Əbəs iş etmək də haramdır. Bəlkə də Uca Allah Peyğəmbərə müxalif olduğun üçün bu əbəs işdən ötrü səni cəzalandırsın»311. Sufyan əs-Souri – rahmətullahi aleyhi – deyir ki: «İblis bidəti günahdan daha çox sevir. Çünki günahdan tövbə edilir, bidətdən isə tövbə edilməz»312. Günah edən kimsə günah etdiyini bildiyi üçün tövbə etməsi və günahları səbəbilə məğfirət diləməsi umulur. Bidət sahibi isə itaət və ibadət içərisində olduğuna inanır. Tövbə də etməz. Məğfirət də diləməz. İblisdən nəql edilən: «Adəm oğullarının belini günahlarla qırdım. Onlar isə tövbə etməklə, məğfirət diləməklə belimi qırdılar. Mən də onlar üçün məğfirət diləmələri, tövbə etməyəcəkləri günahlar ortaya qoydum. Bunlar isə ibadət şəkilində olan bidətlərdir». Günahın zərəri insanın özünədir, bidətçinin fitnəsi isə həm özünə, həm də ətrafdakılaradır. Bidətçinin fitnəsi dinin əsasınadır, günahkarın fitnəsi isə şəhvətdir. Bidətçi insan Allahın düz yolu üzərində oturur, günahkar isə belə deyildir. Bidətçi Allahın sifətlərinə ləkə yaxır, günahkar isə belə deyildir. Bidətçi Peyğəmbər – sallallahu aleyhi və səlləm – in gətirdiklərinə qarşı ziddir, günahkar isə belə deyildir. Bidətçi insanların axirətə aparan yolunun qarşısını kəsir, günahkar isə belə deyildir. Sələflər deyirlər ki: «Bidətçilərin dinə olan zərərləri Yəhudi və Nəsranilərin zərərindən də daha çoxdur. Çünki onlar öz dilimizdə danışırlar». Adiy b. Hatim - radıyallahu anhu – deyir ki: «Mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – in bu ayəni belə oxuduğunu eşitdim: «Onlar Allahı qoyub öz alimlərini və rahiblərini, Məryəm oğlu Məsihi özlərinə tanrı etdilər. Halbuki onlara ancaq bir olan Allaha ibadət etmək əmr olunmuşdur. Ondan başqa heç bir tanrı yoxdur». (ət-Tövbə 31). Mən: «Onlar, onlara (alim və rahiblərə) ibadət etmədilər». O: «Məgər onlar Allahın halallarını haram edəndə onlarla birlikdə haram hesab edən, haramlarını halal edəndə onlarla birlikdə haram hesab etmirlərmi?» deyə buyurdu. Mən: «Bəli» bu belədir. Peyğəmbər: «Bu da onlara ibadət etmək deməkdir» deyə buyurdu313. Buna görə də Allahın izin vermədiyi dini bir xüsusda hər hansı bir kimsəyə itaət edən kimsə o, itaət etdiyi varlığa ibadət etmiş və onu Reb etmişdir. İnsanların çoxu öz nəfslərinin gözəl görüb təbiətlərinin meyl etdiyi hər bir şeyi gözəl zənn edərlər və buna görə də dində olmayan bir şeyi gözəl görərək qəbul edərlər.


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin