SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə83/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   79   80   81   82   83   84   85   86   ...   330
BİDƏTİN BEŞ NÖVÜ 1. Etiqadda olan bidət. Quran və Sünnəyə zidd olan hər hansı bir etiqad. 2. Sözdə bidət. Quran və Sünnəyə zidd olan hər hansı bir söz. 3. İbadətdə bidət. Quran və Sünnəyə zidd olan hər hansı bir əməl. İki qismə ayrılır: 1) Allahın heç bir şəkildə izn vermədiyi bir yolla ibadət etmək. «Onların Beytul Haramdakı namazı fit verib əl çalmaqdan başqa bir şey deyildir». (əl-Ənfal 35). 2) Əsli etibarı ilə ibadət olan lakin yerində olmayan bir yolla Allaha ibadət etmək. Qadağan edilən vaxtlarda ibadət etmək, bayram günləri oruc tutmaq, cümə günü zöhrü qılmaq və s. 4. Malla olan bidət. İbadət niyyətilə sərf edilən hər hansı bir sərvət. 5. İnkar bidəti. İbadət niyətilə dində halal olan bir şeyi tərk etmək. Məs: Evlənmək və s. Ənəs – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm – in səhabələrindən bir qrup kimsələr gəldilər və Peyğəmbər - səllallahu aleyhi və səlləm – in zövcələrindən onun ailə həyatı, xüsusi həyatı haqqında soruşdular. Onlardan biri: «Mən qadınlarla evlənməyəcəyəm» dedi. Digəri: «Mən daima oruc tutacağam» dedi. Digəri: «Mən gecələri yatmayacağam» dedi. Peyğəmbər - səllallahu aleyhi və səlləm – bu sözləri eşitdikdə buyurdu: «Bir qrup kimsələrə nə olub ki, filan-filan sözləri syləyirlər. Ancaq mən (gecənin bir hissəsini) namaz da qılıram, (bir hissəsini) yatıramda, Oruc tutub, iftar da edirəm və qadınlarla nigahlanıramda. Kim mənim sünnəmdən üz çevirsə məndən deyildir»302.


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin