SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə77/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   73   74   75   76   77   78   79   80   ...   330
MÜRTƏDİN HÖKMÜ - Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurur ki: «Kim öz dinini dəyişərsə onu öldürün». Alimlər mürtəd kişilərin öldürülməsində ittifaq ediblər. Əgər qadınlar mürtəd olarsa cumhura görə onun da hökmü mürtəd olaraq öldürülür. Əbu Hənifə – rahmətullahi aleyhi – deyir ki: «O, həbs olunur, lakin öldürülmür». Həmçinin ixtilaf ediblər ki, mürtədin ölümdən qabaq tövbə etməsində. Bəziləri deyir ki: «Ölüm hökmü verilməmişdən qabaq 3 dəfə tövbə olunmalıdır və bu da bir çox alimlərin rəyidir». Onlardan Ömər, Əli, Məlik, İshaqın, Şafinin və İmam Əhməd – Allah onlardan razı olsun – rəyidir ki, ölümdən qabaq tövbə etməlidir. Bəziləri isə qeyd edirlər ki, onlar tövbə etdirilmirlər. Tövbə etmədən öldürülürlər. Muaz b. Cəbəl, İmam Həsən, Tavus – Allah onlardan razı olsun – bu rəydədirlər ki, bir başa öldürülürlər. Daha səhih odur ki, tövbə etdirilirlər.

Həmçinin ixtilaf edilib tövbənin müddətində: Bəziləri qeyd edirlər ki: Bir dəfə etməlidir, bəziləri üç dəfə, bəziləri üç gün, bəziləri bir ay və s. Bu rəylərin hər birini İbn Həzm öz «Muhəlləq» kitabında gətirir.

Mürtədin də şərtləri var: İnsan ağıl sahibi olmalı, həddi-buluğa çatmış olmalıdır. Ancaq uşaqdan, məcnundan, ağlını itirən şəxsdən mürtədlik qəbul olunmur. Əgər uşaq, dəli Quranı tullayarsa, Peyğəmbəri söyərsə, Allahı söyərsə onun bu küfrü qəbul olunmur. Mürtədin kəsdiyi heyvanın ətini yemək haramdır. Hətta Əhli kitab olsa da belə. Məs: Bir insan müsəlman olduqdan sonra dini dəyişib Nəsrani olur. Baxmayaraq ki, Əhli kitabın əti bizə halaldır, ancaq bu mürtədin əti bizə haramdır. Bu barədə Malik, Şafii və başqa alimlər – Allah onlardan razı olsun - bu rəydədirlər. Bəzi alimlərin rəyinə görə isə: Əgər Əhli kitaba keçibsə, onun kəsdiyi əti yemək olar. Səhih rəy odur ki, yeyilməz. Peyğəmbər – sallallahu aleyhi və səlləm – onun mürtəd olması ilə ona ölüm hökmünü verdi.

Mürtədlərin övladları barəsində hökmə gəldikdə: Əgər onların övladları mürtəd olmamaışdan qabaq doğulublarsa, o zaman onlar müsəlman kimi sayılır. Əgər onlar mürtəd olandan sonra doğulublarsa və onların valideyinlərindən biri müsəlmandırsa, onlar İslama nisbət olunurlar, yox əgər ikisidə mürtəddirlərsə, o barədə ixtilaf var. Onların uşaqları mürtəddir, yoxsa Əsli küfr sayılırlar. Bəziləri deyir ki: Onlar kafirdirlər. Onları qul etmək olar. İbn Qudamə və Əhməd – rahmətullahi aleyhi – deyir ki: «Onları qul etmək olar».

Mürtədin malı barəsində: Əgər bir insan mürtəd olarsa, onun malı mürtəd olmaqla qalır, yoxsa itir? Bu barədə alimlər ixtilaf etmişlər. Bəziləri deyir ki: İnsan mürtəd olmaqla onun malının isməti də itir. Əgər bir insan müsəlmandırsa, mal-dövlət sahibidirsə, əgər o mürtəd olsa artıq mürtədliklə onun malının isməti qurtarır. Bu insanın hökmü öldürül-məkdir. Onun malı ona qalmır. Alimlərin çoxu bu rəydədir. Bəzilərinin rəyinə görə: Onun malına əl dəyilmir, hətta hakim hökm verənə qədər. Bəziləri də deyir ki: Əgər insan mürtəd olarsa, mürtədlikdən sonra yenidən İslama qayıdarsa, o zaman onun malı özünə qaytarılar. Əgər mürtəd olan zaman ölərsə, onun malı onun hakimiyətliyindən çıxar. Bunu İmam Nəvəvi – rahmətullahi aleyhi – deyir. Öləndən sonra onun malı kimə sərf olunur? Əli, Həsən, Şabi, Leys, Əbu Hanifə, İshaq – Allah onlardan razı olsun – deyirlər ki: Onun malı müsəlman olan varislərinə çatmalıdır. Bu ən güclü rəylərdən biridir. Rabiyə, Malikin, İbn Əbi Leylənin, Şafinin, Əhməd – Allah onlardan razı qalsın - rəyinə görə: Onun malı varislərinə deyil, Beytul mala çatmalıdır.

Kafirlər arasında bu qədər fərq olsa da belə axirət hömündə onlar eynidirlər. Əbədi Cəhənnəm. Oradan çıxmayacaq və ölməyəcəklər. Əzabda isə eyni dərəcədə deyillər. Cəhənnəmdə əzablarına görə kafirlər bir-birindən fərqlənəcəklər. Cənnət əhli Cənnətdə fərqləndiyi kimi kafirlər də Cəhənnəmdə dərəcələrinə görə fəqlənəcəklər. Məs: Döyüşən kafir ilə döyüşməyən eyni deyildir. Həmçinin salehləri, Peyğəmbərləri, müsəlmanları ödürən kafir ilə, heç kəsdə işi olmayıb öz dinini yaşıyan kafirin əzabı eyni olmayacaqdır. İmanın şöbələri bir-birindən fərqləndiyi kimi, küfr də bir-birindən fərlənir. Möminlər dərəcələrinə görə fərqləndiyi kimi, kafirlər də dərəcələrinə görə fərqlənirlər. Axirətdə kafirlərin əzabları fərqlənəcəkdir. Münafiqlər Cəhənnəmin ən alt təbəqəsində olacaqlar.

Sələflər ixtilaf ediblər ki, onların dünyada etdikləri yaxşı əməlləri onların əzablarını yüngülləşdirəcəkmi? Bu haqda iki rəy vardır: BİRİNCİ RƏY - İbn Rəcəb – rahmətullahi aleyhi – deyir ki: «Yaxşı əməllərinə görə onların əzabları yüngülləşdiriləcəkdir». Dəlilləri: Peyğəmbər - səllallahu aleyhi və səlləm – in əmisinin cəzası Cəhənnəmdə yüngülləş-diriləcəkdir. Abbas b. AbdulMuttalib – radıyallahu anhu – deyir ki: «Ya Rəsulallah! Şübhə yox ki, Əbu Talib daima səni düşmənlərdən qoruyur və sənə kömək edirdi. Bunlar ona fayda verəcəkmi?» Peyğəmbər: «Bəli, mən onu böyük Cəhənnəm atəşi içində olduğunu gördüm və sonra onu oradan topuğuna qədər olan bir atəş çuxuruna çıxardım. Oradan belə beyni qaynayır»273. İKİNCİ RƏY Kafirlər dünyada etdikləri yaxşı əməllərinə görə Qiyamət günü heç bir yüngüllük görməyəcəklər. «Biz onların etdikləri əməlləri qəsdən dağınıq zərrələrə döndərərik». (əl-Furqan 23). «Rəbbini inkar edənlərin əməlləri fırtınalı bir gündə küləyin sovurub apardığı külə bənzəyir. Onlar etdikləri əməllərdən heç bir fayda əldə edə bilməzlər. Budur (haqq yoldan) azıb uzaqlaşmaq». (İbrahim 18). Ənəs b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm – buyurdu: «Kafir yaxşı bir iş gördüyü zaman onun müqabilində dünyada ikən əvəzi verilir. Möminə gəlincə şübhəsiz Allah onun həsənətlərini axirəti üçün onun leyhinə saxlayar. Dünyada olan itaətinə görə onun ruzisini verər»274. Səhih rəy də budur ki, onların əzabları yüngülləşdirilməyəcəkdir dünyada etdikləri yaxşı əməllərinə görə.

O, ki qaldı Qiyamət günü Əbu Talibin əzabının yüngülləşdirilməsinə – onun əzabı yaxşı əməllərinə görə deyil məhz Peyğəmbər - səllallahu aleyhi və səlləm – in şəfaətinə görə olacaqdır. Qurani Kərimdə bir çox ayələrdə Allah buyurur: «Onların heç bir şəfaətçiləri olmaz». Peyğəmbər in əmisinə şəfaət etməsi bunların arasını necə cəm etmək olar? İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Qadağa olunan şəfaət onların cəhənnəmdən çıxmalarıdır. Lakin Əbu Talib üçün olan şəfaət isə əzabın yüngülləşməsi üçündür». İbn Kəsir, Qurtubi – rahmətullahi aleyhi – və s. bu rəyi dəstəkləmişlər. Bəziləri də qeyd edilər ki, bu şəfaət yalnız Peyğəmbər - səllallahu aleyhi və səlləm – xasdır.



Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin