Örtülü heca. Samitlə başlanan hecaya örtülü heca deyilir; məsələn: kü-rək, gü-nəş, ba-dam, ba-lıq, bağ-ça və s.
Örtüsüz heca. Saitlə başlanan hecaya örtüsüz heca deyilir; məsələn: ağ, üz, əl, ot, ət və s.
Sözlərdəki hecalar nitq prosesində şəkilçilərin artırılması və fonetik hadisələr nəticəsində dəyişə bilir. Yəni açıq heca qapalı, qapalı heca isə açıq hecaya çevrilir. Məsələn, məktəb sözünü götürək. Bu söz iki qapalı hecadan ibarətdir. Buna -ə şəkilçisini qoşduqda, söz üçhecalı (mək-tə-bə) olur; eyni zamanda, sözün ikinci hecasındakı samitin biri yeni qoşulan şəkilçi ilə birlikdə heca təşkil edir. Bunun da nəticəsində qapalı –təb hecası açıq –tə hecasına çevrilir.
Dilimizdə açıq hecanın qapalılaşmasına da müəyyən dərəcədə təsadüf edilir. Müasir Azərbaycan ədəbi dilində ikihecalı elə sözlər vardır ki, onlara şəkilçi qoşulanda sözdəki açıq heca qapalılaşır, qapalı heca isə açıq hecaya çevrilir. Məsələn, fikir sözünə nəzər yetirək. Bu söz iki hecalıdır: (fi-kir) birinci heca açıq, ikinci heca isə qapalıdır. Buna –i şəkilçisi qoşulduqda səsdüşümü hadisəsi yaranır və birinci-yəni açıq heca qapalı hecaya, ikinci-yəni qapalı heca isə açıq hecaya çevrilir (fi-kir; fik-ri).
Vurğu
Danışıq prosesində nitq axınl parçaları müxtəlif fonetik çalarlıqda tələffüz olunur və buna görə də nitq axını dalğalı axına bənzəyir.Ümumiyyətlə, bir hecanın tərkibində o qədər də güclü və aydın tələffuz olunmayan,hecadüzəltməyən səslərə nisbətən , hecadüzəldən bir səs aydın və güclü tələffüz olunanaraq fərqləndiyi kimi ,çoxhecalı ayrı-ayrı sözlərdə bir heca ,cümlədə isə bir söz digərlərindən uca və ya güclü bir tərzdə tələffüz olunması ilə də fərqlənir.Digər hecalar və ya sözlər isə ucadan və güclü tələffüz olunan heca və yaxud söz ətrafına toplanır. Məsələn
Hecalarda-kəl-mə, söy-lə-mə ,a- ğac-lar və s.
Sözlərdə,Bu kitabı kim yazdı?Mən yazdım.Bu gün məktəbə getdim, kitab oxudum, yazı yazdım .Sözlərdəki hecalardan və cümlələrdəki sözlərdən birinin daha güclü və daha ucadan tələffüz edilməsinə vurğu deyilir .
Nitq axınındakı müxtəlif fonetik boyaların məqamından, istiqamətindən, məqsəd və şəraitindən asılı olaraq vurğunun müxtəlif növləri yaranır ki, bunlardan xüsusın aşağıdakı növləri ədəbi dildə daha geniş dairədə işlənir. Heca vurğusu,məntiqi vutğu, həyacanlı vurğu.
Heca vurğusu.
Tonun artması və ya gücünün çoxalması ilə sözdə heca düzəldən hissənin fonetik boyasındakı dəyişiklik heca vurğusu adlanır.Heca vurğusu ilə tələffüz olunan hecaya isə vurğulu heca deyilir.
Heca vurğusu əsasən sözündə ölcüsüdür,çünki hər bir sözdə ancaq bir əsas heca vurğusu olur.Buna görə də nitq axınında neçə əsas heca vurğusu varsa,o qədər də əsas nitq hissəsi halında işlənilən söz vardır demək olar.
Vurğulu hecanı müxtəlif çalarlıqda tələffüz etmək olur.Elə buna görə də heca vurğusu müxtəlif təzahürlərə malikdir.
Bəzən bir hecanı təşkil edən sait digər hecaları təşkil edən saitlərdən daha güclü və daha gərgin məxrəcdə tələffüz edildiyinə görə həmin sait ilə formalaşan heca da bütövlükdə güclü tələffüz olunur ki,belə vurğu güclü vurğu (dinamik vurğu) adlanır.
Bəzən isə avazın –tonun yuxarı dərəcəyə qaldırılması nəticəsində bir heca digərinə nisbətən yüksək avazla tələffüz olunur ki,belə vurğu avazlı vurğu (tonik vurğu) adlanır.
Azərbaycan dilində ən çox güclü vurğu işlənir.Lakin bəzi hallarda,xüsusən hiss –həyacan ifadəsi üçün avazlı vurğudan da istifadə olunur.
Ümumiyyətlə, vurğulu hecanın yerinı və xüsusiyyətinə görə dünya dillərinin əksəriyyətində heca vurğularının iki əsas növdə olduğu müəyyənləşdirilmişdir: sərbəst vurğu, sabit vurğu.
Dostları ilə paylaş: |