Sərbəst mövzu Fənn: Azərbaycan dili və nitq mədəniyyəti



Yüklə 31,03 Kb.
səhifə6/8
tarix16.05.2022
ölçüsü31,03 Kb.
#58095
1   2   3   4   5   6   7   8
az dili - Elvira

Örtülü heca. Samitlə başlanan hecaya örtülü heca deyilir; məsələn: kü-rək, gü-nəş, ba-dam, ba-lıq, bağ-ça və s.

Örtüsüz heca. Saitlə başlanan hecaya örtüsüz heca deyilir; məsələn: ağ, üz, əl, ot, ət və s.

Sözlərdəki hecalar nitq prosesində şəkilçilərin artırılması və fonetik hadisələr nəticəsində dəyişə bilir. Yəni açıq heca qapalı, qapalı heca isə açıq hecaya çevrilir. Məsələn, məktəb sözünü götürək. Bu söz iki qapalı hecadan ibarətdir. Buna -ə şəkilçisini qoşduqda, söz üçhecalı (mək-tə-bə) olur; eyni zamanda, sözün ikinci hecasındakı samitin biri yeni qoşulan şəkilçi ilə birlikdə heca təşkil edir. Bunun da nəticəsində qapalı –təb hecası açıq –tə hecasına çevrilir.

Dilimizdə açıq hecanın qapalılaşmasına da müəyyən dərəcədə təsadüf edilir. Müasir Azərbaycan ədəbi dilində ikihecalı elə sözlər vardır ki, onlara şəkilçi qoşulanda sözdəki açıq heca qapalılaşır, qapalı heca isə açıq hecaya çevrilir. Məsələn, fikir sözünə nəzər yetirək. Bu söz iki hecalıdır: (fi-kir) birinci heca açıq, ikinci heca isə qapalıdır. Buna –i şəkilçisi qoşulduqda səsdüşümü hadisəsi yaranır və birinci-yəni açıq heca qapalı hecaya, ikinci-yəni qapalı heca isə açıq hecaya çevrilir (fi-kir; fik-ri).

Vurğu
Danışıq  prosesində  nitq  axınl  parçaları müxtəlif  fonetik  çalarlıqda  tələffüz  olunur  və  buna  görə  də nitq  axını  dalğalı  axına  bənzəyir.Ümumiyyətlə, bir  hecanın   tərkibində  o  qədər  də  güclü  və  aydın   tələffuz  olunmayan,hecadüzəltməyən  səslərə  nisbətən , hecadüzəldən  bir  səs  aydın  və  güclü   tələffüz  olunanaraq   fərqləndiyi  kimi ,çoxhecalı  ayrı-ayrı  sözlərdə  bir  heca  ,cümlədə  isə  bir  söz digərlərindən  uca  və  ya  güclü  bir  tərzdə   tələffüz  olunması  ilə  də  fərqlənir.Digər  hecalar  və  ya  sözlər  isə  ucadan  və  güclü  tələffüz  olunan  heca  və  yaxud  söz  ətrafına  toplanır. Məsələn
 Hecalarda-kəl-mə,  söy-lə-mə  ,a- ğac-lar  və s.
 Sözlərdə,Bu  kitabı  kim  yazdı?Mən  yazdım.Bu  gün  məktəbə  getdim, kitab  oxudum, yazı  yazdım  .Sözlərdəki   hecalardan  və  cümlələrdəki  sözlərdən  birinin daha  güclü  və  daha  ucadan   tələffüz   edilməsinə  vurğu  deyilir .
 Nitq  axınındakı  müxtəlif  fonetik  boyaların  məqamından, istiqamətindən,  məqsəd  və  şəraitindən  asılı  olaraq  vurğunun  müxtəlif  növləri  yaranır ki,  bunlardan  xüsusın  aşağıdakı  növləri  ədəbi  dildə  daha  geniş  dairədə  işlənir.  Heca  vurğusu,məntiqi  vutğu,  həyacanlı vurğu.

  Heca vurğusu.




 Tonun artması və ya gücünün çoxalması ilə sözdə heca düzəldən hissənin  fonetik  boyasındakı  dəyişiklik   heca vurğusu adlanır.Heca vurğusu  ilə tələffüz  olunan hecaya  isə  vurğulu  heca deyilir.
 Heca vurğusu əsasən  sözündə  ölcüsüdür,çünki  hər bir sözdə ancaq  bir əsas heca vurğusu  olur.Buna  görə  də nitq  axınında neçə əsas heca vurğusu  varsa,o qədər də əsas nitq hissəsi  halında  işlənilən söz  vardır demək  olar.
 Vurğulu hecanı  müxtəlif  çalarlıqda  tələffüz  etmək  olur.Elə buna görə də  heca vurğusu müxtəlif  təzahürlərə malikdir.
 Bəzən  bir  hecanı  təşkil  edən  sait  digər  hecaları  təşkil  edən  saitlərdən daha  güclü   və  daha  gərgin  məxrəcdə  tələffüz  edildiyinə  görə  həmin  sait  ilə  formalaşan  heca  da bütövlükdə  güclü  tələffüz  olunur   ki,belə  vurğu  güclü  vurğu  (dinamik  vurğu) adlanır.
 Bəzən isə  avazın –tonun  yuxarı  dərəcəyə  qaldırılması  nəticəsində  bir  heca  digərinə  nisbətən  yüksək  avazla  tələffüz  olunur  ki,belə  vurğu  avazlı  vurğu (tonik  vurğu)  adlanır.
 Azərbaycan  dilində  ən  çox güclü  vurğu  işlənir.Lakin  bəzi  hallarda,xüsusən  hiss –həyacan  ifadəsi  üçün  avazlı  vurğudan  da  istifadə  olunur.
 
 Ümumiyyətlə, vurğulu  hecanın yerinı  və xüsusiyyətinə  görə  dünya  dillərinin  əksəriyyətində  heca  vurğularının  iki  əsas  növdə  olduğu  müəyyənləşdirilmişdir: sərbəst  vurğu, sabit  vurğu.


Yüklə 31,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin