Sərbəst mövzu Fənn: Azərbaycan dili və nitq mədəniyyəti



Yüklə 31,03 Kb.
səhifə8/8
tarix16.05.2022
ölçüsü31,03 Kb.
#58095
1   2   3   4   5   6   7   8
az dili - Elvira

Sabit vurğu


Dildəki  sözlərin  tərkibində  müəyyən  mövqedə  olan  hecalara   daimi  təhkim  edilmiş  vurğuya  sabit  vurğu  deyilir  .Belə  vurğu  dünya  dillərininçoxunda  vardır .Bəzisində  vurğu  sözlərin  bir  hecasında  olur(fin,eston ,latış  dillərində),bəzisində  vurğu  sözlərin   sonuncu  hecasından  əvvəlki  yanaşı   hecada  olur(gürcü, polyak  dilində),bəzisində  isə  vurğu  sözlərin  son  hecasında  olur  (fransıp  dilində,türk  dilləriailəsinə  mənsub  dillərdə.)
 Türk  dilləri  ailəsindən  olan  Azərbaycan  dilində  də  heca  vurğusu  sabitdir  ,çünkü  heca  vurğusunun  əsaə  mövqeyi,  yəni  təhkim  olunduğu  məqam  sözün  sonuncu hecasdır .Bunu  aşağıdakı  misallarda  müşahidə  etmək  olar:  ata, oğul  ,yaşayış,  tələbə,kolxozçuiar,tələbələrin və s
 Müasir  Azərbaycan  ədəbi  dilindəki  vurğu  qəbul  etməyən  şəkilçilər,əsasən ,aşağıdakılardır:
1)İnkar  şəkilçiləri -m,-mə,-ma,  məsələn  ,sil-mə  ,oxutdur-ma,  çalış-mır və s.
2) Sual  şəkilçiləri -mı,-mu,-mi,-mü:  məsələn:  alacaq-mı,işləyəcək-mi, gördün-mü və s.
3) Birgəlik  bildirən –la,-lə  şəkilçiləri: məsələn:qardaşım-la,atam-la,gül-lə  və s.
4) Zaman  şəkilçilərindən  sonra  bitişdirilən  şərt  şəkli  şəkilçisi -sa ,-sə;  məsələn:  almış-sa,qalar-sa, biləcək-sə, görür-sə   və s.
5)Seçilmə  bildirən  zərfləri  əmələ  gətirən -ca-cə  şəkilçisi:  məsələn:  məzmun-ca, ağıi-ca  ,mən-cə, siz-cə   fikrim-cə   və s.
6)Tərkibində  inkar  şəkilçisi  olan  feli  bağlama  şəkilçiləri:
a)-madan,-mədən:mə sələn;  oxu-madan,(danışmazlar),bil-mədən(söyləmə), və s.
b)-mamış,-məmiş; məsələn:  salamlaş-mamış(keçmə).Məni  gör-məmiş(getməz) və s.
7)Feli  bağlama  düzəldən  -kən  şəkilçisi ; məsələn;olar-kən, ge-dər-kən ,bilmiş-kən bə s
Yüklə 31,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin