Sərnişin gəmiləri


Şəkil 34. Mortira: 1) avarlı vintin ikipəncəli kronşteyni 2) mortira Mühərriklərin və qazanların özülləri



Yüklə 163,7 Kb.
səhifə21/57
tarix02.05.2023
ölçüsü163,7 Kb.
#105724
1   ...   17   18   19   20   21   22   23   24   ...   57
476249671-gemi-qurulus-ve-nezeri-docx

Şəkil 34. Mortira: 1) avarlı vintin ikipəncəli kronşteyni 2) mortira


Mühərriklərin və qazanların özülləri (fundamentləri). – Kiçik sahədə bir yerə yığılmış gəmi qazanlarının və mühərriklərinin böyük çəkisi olur. Bundan başqa mühərriklər işləyən zaman vibrasiya keçirir, yırğalanmada isə onlarda ətalət qüvvələri meydana gəlir. Ona görə də maşınqazan şöbəsi rayonunda dib strinqerlərinin sayını artırmaq və ramalı şpanqoutların qoyulması ilə dib yığımını güclü edirlər. Qazanları, mühərrikləri, maşınları deformasiyanın təsiri altına az düşən möhkəm və davamlı fundamentlərin üstünə qoyurlar. Onların vəzifəsi – gəmi yığımının daha çox saylı möhkəm tirlərinə düşən ağırlığı bölüşdürməkdir: flor, strinqerlər və s. Fundamentləri adətən qalın təbəqəli poladdan və daha seyrək hamarlanmış profildə hazırlanmış, bir-birinə uzununa və eninə tirlərlə bərkidilmiş halda yerinə yetirirlər. Onları ikinci dibə qoymaq üçün ayrıca konstruksiya şəklində və yaxud güclü florlar və strinqerlər, eyni zmanda, fundamentin tirləri olarkən dib yığımı ilə eyni zamanda düzəldirlər.
Fundamentlərin uzununa və eninə əsas tirlərinin müs­tə­viləri dib strinqerlərinin və florlarının müstəviləri ilə bir-birinin üstünə düşməlidir. Əgər bunu yerinə yetirmək mümkün ol­masa, o zaman dib yığımına yarımstrinqerlər və yarımlorlar adlanan əlavə tirlər qoyulur.
Fəsil III. Gəmi mənzilləri


11. Gəmi mənzillərinin vəzifəsi və onların yerləşdirilməsi.


Gəmi mənzillərinin vəzifəsiGəminin korpusu, üst hissələri və rubkaları ayrı-ayrı mənzillərə bölüşdürülmüşdür. Onların sayını, ölçülərini və yerləşdirilməsini şəraitin xüsusən əlverişli və təhlükəsiz istifadə olunmasına görə seçirlər.
Gəminin tipindən asılı olmayaraq vəzifəsinə görə bütün gəmi məzillərini aşağıdakı əsas qruplara bölmək olar.
Xüsusi mənzillər – bu mənzillər vəzifələrinə görə mü­əyyən olunur, məsələn; nəqliyyat gəmilərində - bu mənzillər yük üçün, balıq ovlayan gəmilər tutulan balığın emal olunması və saxlanması, elmi-tədqiqat gəmilərində - müxtəlif labo­ra­toriyalar.

Yüklə 163,7 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin