Sərnişin gəmiləri


Gəmi daxilindəki əlaqələr



Yüklə 163,7 Kb.
səhifə29/57
tarix02.05.2023
ölçüsü163,7 Kb.
#105724
1   ...   25   26   27   28   29   30   31   32   ...   57
476249671-gemi-qurulus-ve-nezeri-docx

14. Gəmi daxilindəki əlaqələr


Maşın teleqrafı – sükan rubkasını maşın şöbəsi ilə birləşdirir və gəminin yerişini dəyişdirərkən komanda vermək üçün xidmət edir.
Teleqraf rubkada və maşın şöbəsində yerləşən, bir-biri ilə elektrik və yaxud mexaniki veriliş ilə əlaqələndirilən iki eyni dərəcədə olan aparatdan ibarətdir. Hər aparatın əltutan vericisi və qəbuledici əqrəbi olur. Əltutanı döndərməklə gəminin idarə olunan postundan maşın şöbəsinə komanda verilir. Əqrəbin döndərilməsinin cavabı ilə isə komandanın verilməsinin başa düşülməsinin təsdiq olunması alınır.
Danışma boruları - sükan rubkasını yuxarı körpü, maşın şöbəsi, kapitanın kayutunu və radiorubkanı, həmçinin baş mexanikin kayutunu maşın şöbəsi ilə əlaqələndirir. Kiçik gəmilərdə onlar əlaqənin əsas vasitəsidir, böyük gəmilərdə - əlavə vasitədir. Hər danışma borusu və fışdırıq verdiyi çağırış siqnalı ilə qurtarır.
Telefon əlaqəsi – indiki gəmilərdə əsas vasitədir. O iki cür olur: düz və ümumi gəmi əlaqəsi. İki abonent arasında düz əlaqə ən məsul postlar üçün, məsələn sükan ilə radiorubka, sükançı və maşın şöbəsi və s. istifadə olunur. Ümumi gəmi əla-qəsi avtomatik telefon stansiyası vasitəsilə həyata keçirilir, yaşayış və xidmət tənzimlərində istifadə olunur.
Uca səslə danışma əlaqəsi – bir tərəfli və iki tərəfli olur. Komandaları və yaxud xidmət danışmalarını vermək üçün istifadə olunur. Məsələn gəmi körpüyə yan alarkən. Koman­daları vermək üçün açıq göyərtələrdə meqafonlar olur. Gəmi həyəcan siqnalları revun və radiotranslyasiya vasitəsilə verilir. Bu siqnal gəmidə müxtəlif xəbərləri vermək üçün də geniş istifadə olunur.
Hal-hazırda gəmilərdə avtomatik siqnalizasiya geniş istifadə olunur. Bu siqnalizasiya mexanizmlərin iş rejiminin xarab olmasını, gəmi işıqlarının və cihazların sıradan çıx­masını, yanğının baş verməsini xəbər verir. Bu halda siqnallar revun, zəng, siqnal lampaları vasitəsilə uyğun olan posta verilir.


Fəsil IV. Gəmi quruluşları



Yüklə 163,7 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin