Sərnişin gəmiləri


İxtisaslaşdırılmış gəmilərin ambarlarının xüsusiyyət­ləri



Yüklə 163,7 Kb.
səhifə25/57
tarix02.05.2023
ölçüsü163,7 Kb.
#105724
1   ...   21   22   23   24   25   26   27   28   ...   57
476249671-gemi-qurulus-ve-nezeri-docx

İxtisaslaşdırılmış gəmilərin ambarlarının xüsusiyyət­ləri – Lesovozlar (şək.40a.) böyük miqdarda və olduqca yüngül yük (taxta-şalban) daşıyırlar. Ona görə də bu gəmilərin ambarlarını tvindeksiz, geniş, yük lyuklarını böyük düzəldir-lər. Gəminin yük qaldırmasını tamamilə istifadə etmək üçün yükün xeyli hissəsini (1/3 yaxın), hündür falşbortla (1,5m-ə qədər) çəpərlənmiş olduqca möhkəm göyərtədə daşıyırlar. Gəminin üzmə qabiliyyətini təmin etmək üçün lesovozlar hətta tam yük götürəndə də adətən ballast (yük qaldırmanın 10% yaxın) qəbul edirlər. Ona görə də onların ballast şöbələri böyük həcmli olur.
Şəkil 40. Ixtisaslaşdırılmış gəmilərin en kəsikləri: 1-ambar;
2-ikinci dibin bölmələri; 3-konteynerləri təsis rtmək üçün istiqamətverici dayaqlar; 4- göyərtəaltı sisternlər; 5-gəminin ckulasının sisternləri

Yük əməliyyatlarında konteynerlərin üfüqü vəziyyətdə yerlərini dəyişməsi üçün konteynerovozların (şək.40b.) ambar­larının olduqca geniş yük lyukları olur. Konteynerləri düzgün yerləşdirmək üçün ambarlar isiqamətverici dayaqlarla təchiz edilirlər. Konteynerlərin xeyli hissəsini açıq göyərtədə daşı­yırlar. Bunun üçün onların xüsusi bərkitmələri olur.


Tez xarab olan yükləri (ət, balıq, meyvələr) daşıyan refrijerator gəmilərinin ambarlarının hündürlüyü çox böyük olmur və onların iki-üç tvindek üstündə, yük lyukları çox kiçik düzəldilir. Yük mənzillərinin daxili səthləri isti izolyasiya ilə örtülür və yüngül qaynaqlı təbəqələrlə tikilir. Mənzillər güclü ventilyasiya ilə verilən temperaturu saxlayan güclü refrijerator sistemi ilə və həmçinin yükü yerləşdirilib və bərkitmək üçün quruluşlarla təchiz olunurlar (ət, meyvə və s. daşıyarkən).
Qalama yükləri (filiz, kömür, buğda, mineral gübrələr) daşıyan gəmilərin qaydaya görə ambarlarının yuxarı və aşağı hissələrində mail divarlıqlar olur. Yük əməliyyatı üçün bu çox rahatdır, ambar yük ilə yaxşı doldurulur, yükün yırğalanma zamanı bir borta keçməsinin qarşısını alır. Bəzən yükün eninə yerini dəyişməsinin qarşısını almaq üçün uzununa arakəs­mələrdən istifadə edirlər. Bortların rayonunda korpusun boş yerləri ballast qəbul etmək üçün istifadə olunur.
Xüsusi ağır yüklər-filiz (şək.40v) daşıyan gəmilərin böyük hündürlüyü olan diblər arasındakı boşluğu olur və yük götürərkən göyərtəaltı sisternlərə ballast götürülür. Bu ağırlıq mərkəzini qaldırmağa imkan verir, beləlikə həddən artıq olan üzmə qabiliyyətini və onunla əlaqədar olan şiddətli yırğalanmanı azaldır. Bu cür gəmilərin ambarlarının ikinci dibinin qalın döşəməsi olur və yük əməliyyatını dreyflərlə etməyə imkan verir.
Son illərdə kombinasiya edilmiş gəmilər – nefterudo­vozlar (neftfiliz daşıyan) geniş istifadə edilir (şək.40q). Bu gəmilər bir istiqamətdə qalama yükləri, əks istiqamətdə isə neft daşıyırlar. Bu halda nefti daşımaq üçün adətən bort tutumlarından, quru yükləri daşımaq üçün isə orta bölmələrdən istifadə edirlər.

Yüklə 163,7 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin