Sərnişin gəmiləri



Yüklə 163,7 Kb.
səhifə28/57
tarix02.05.2023
ölçüsü163,7 Kb.
#105724
1   ...   24   25   26   27   28   29   30   31   ...   57
476249671-gemi-qurulus-ve-nezeri-docx

Yaşayış mənzilləri – bunlar insanların yaşaması üçün bir, iki və dörd yerli kayutlardır. Komanda heyyətinin kayutları adətən əsas üst hissənin yuxarı yaruslarında, komandanın kayutları isə aşağı yaruslarda yerləşir. Böyük gəmilərdə eki­pajın kayutları bir nəfərlik olur. Baş komanda heyyətinin kayutları bəzən blokdan ibarət olur: kabinet, yataq otağı və sanuzel.
Kayutların avadanlığı bir və yaxud iki yaruslu koykadan, divandan, stoldan, stullardan, müxtəlif rəflərdən, paltar şka­fından, əlüzyuyandan, güzgüdən və s. ibarətdir. Bütün kayut­ların ilyuminatordan və ya pəncərələrdən təbii işıqlan­dırması olur. Onlar isitmə sistemi, ventilyasiya və ya kondi­sioner, radio ilə təchiz olunmuşdur, bəzilərində isə telefonlar qoyulmuşdur.
İnsanları çox olan gəmilərdə, məsələn sərnişin gəmilə­rində kayutları nəinki üst hissədə hətta yük vaterliniyasından aşağı olmamaq şərtilə əsas korpusun aşağı göyərtələrində də yerləşdirirlər. Yerləşdirilməsi, sahəsi və avadanlığına görə sərnişin gəmiləri bölünürlər: “lyuks”, 1-ci və turist sinifli (ibtidai qurulan gəmilərdə turist əvəzinə 2-ci və 3-cü siniflər). Yerli yollarda işləyən sərnişin gəmilərində oturmaq üçün mənzillər olur.
İctimai mənzillər – ekipaj və sərnişinlər üçün müxtəlif ümumi gəmi tədbirləri aparmaq, yeyinti və istirahət etmək üçün istifadə olunurlar. Bu mənzillərə kayut-kompaniya, yeməkxana, qızıl guşə, kitabxana, idman zalı, üzmə hövzəsi və s. daxildir. Az ekipajı olan gəmilərdə filmləri və başqa ictimai işləri adətən yeməkxanada keçirirlər.
Sərnişin gəmiləridə həmçinin restoranlar, kafelər, barlar, kinokonsert zalları, müsiqi salonları, qiraətxana, oyun otaqları, açıq idman və rəqs meydançaları, gəzinti göyərtələri və verandaları, üzmə hövzələri də ictimai mənzillərə aiddir.
Tibb mənzilləribunlara ambulatoriya, izolyator, stasionar, aptek, xüsusi kabinetlər (diş müalicə kabineti, rentgen) ayrıca sanuzel (vanna, üzyuyan, tualet) aiddir.
Təsərrüfat mənzilləri – bunlar yeyinti mənzilləridir: kambuz, çörəkxana, bufet, qab-qacaq yuyulan yer; ərzaq, yeməkxana ağları və qab-qacaq ambarları; sərnişinləri təmin etmək üçün məişət mənzilləri; poçt, bərbərxana, saxlama kamerası, müxtəlif kiosklar və atelye.



Yüklə 163,7 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin