Sükan gəmini bilavasitə dönmək üçün xidmət edir; o sükanın pəri adlanan vertikal plastinadan və baller adlanan fırlanan valdan ibarətdir.
Baller pər ilə möhkəm birləşdirilmiş helmport borusundan sükan maşını yerləşən rumpel şöbəsinə keçir.
Sükan ötürücüsüsükanın ballerini sükan maşını ilə əlaqələndirir.
Sükan maşını sükanı hərəkətə gətirir.
Sükan maşınını idarə edən ötürücü telemotr ötürücüsündən ibarət olub, sükan maşınını işə salan quruluşu, sükan rubkasında yerləşən şturval ilə əlaqələndirir. Böyük gəmilərdə əlavə şturval və yuxarı körpüdə qurulur.
Sükanın vəziyyətini kontrol etmək üçün şturvalın qabağında qoyulmuş xüsusi cihazdan-aksiometrdən istifadə edirlər.
Sükan ötürücüləri xüsusi məhdudlaşdırıcılarla təmin olunurlar. Onların vəzifəsi sükanın hər iki borta 35-37-dən artıq qoyulmasını təmin etməkdir. Bu məhdudlaşdırma ona görə edilir ki, sükan həddindən artıq qoyularsa onun hərəkəti pisləşər və qarşıdan gələn suyun təsiri onu sındıra bilər.
Sükan quruluşu gəminin ən məsul quruluşlarından biridir. Gəminin təhlükəsiz üzməsi onun mühüm dərəcədə fasiləsiz işləməsindən asılıdır. Ona görə də Reqistrin qaydalarına əsasən hər dəniz gəmisinin iki sükan ötürücüsü olmalıdır: əsas və ehtiyat. Hər birinin xüsusi sükan maşını olmalıdır. Əgər bu ötürücülər yük vaterliniyasından aşağı olsalar o zaman arakəsmələrin göyərtəsindən yuxarı yerləşən üçüncü-qəza (avariya) sükan ötürücüsü nəzərdə tutulur.
Əsas sükan gəminin irəli hərəkətdə maksimum surətdə sükanın bortdan-borta keçirilməsini təmin etməlidir: bununla bərabər sükanın 35 bir bortundan 30 başqa borta keçirilməsinin irəli hərəkətdə 7 düyün sürətindən az olmayaraq təmin etməlidir. Bunla bərabər sükanın 20 bir bortdan 20 başqa borta keçirilmə vaxtı 60san-dən çox olmamalıdır.
Avariya sükan ötürücüsü sükanın bir bortdan başqa borta keçirilməsini irəli hərəkətdə 4 düyündən az olmayan sürətdə həyata keçirilməlidir. Keçirilmə vaxtı müəyyən olunmur.
Sükan quruluşunun konstruksiyası əsas ötürücüdən ehtiyat ötürücüsünə 2 dəq. ərzində keçməsinə yol verməlidir.