Sərnişin gəmiləri



Yüklə 163,7 Kb.
səhifə44/57
tarix02.05.2023
ölçüsü163,7 Kb.
#105724
1   ...   40   41   42   43   44   45   46   47   ...   57
476249671-gemi-qurulus-ve-nezeri-docx

Oxlarla işləmək. Dəniz praktikasında yük oxları ilə işləməyin bir neçə üsulları istifadə olunur. Onların ən sadələri tək oxlu və cütləşdirilmiş oxlarla işləməkdir. Birinci halda oxu yükün üstündə mail vəziyyətdə qoyub, burazlarla açırlar.
Sonra yükü ştenkel ilə falşbortdan bir az yuxarı qaldırır və burazların vasitəsi ilə oxu bortdan xaricə çıxarırlar. Buraz­ların loparlarını yenidən bərkidirlər və yükü ştenkel ilə körpüyə endirirlər. Ştenkeli qaldırıb, oxu çıxış vəziyyətinə qaytarırlar.
Bu üsul az səmərəlidir və əsas etibarilə yükü bir dəfə məsələn, təchizat yükünü və s. qaldırmaq üçün istifadə olunur.
Cütləşdirilmiş oxlarla (telefonüsulu) işləyərkən lyukun hər iki oxu tərpənməz vəziyyətdə qoyulur (şək.61): biri-lyukun üstündə («gəmi» oxu), o birisi-körpünün üstündə («sahil» oxu). Oxlar topenantlarla və yaxud topenanttalilərlə saxlanılır və burazlarla açılırlar. Daxili burazlar bir tros ilə - topriklə və yaxud topriktalilərlə əvəz olunur. Toprik talilərin əası göyərtə trosundandır, onların blokları nokun yan halqalarına bərkidilir.
Hərəkətdə olan tros isə oxların birinin uzunluğu boyunca keçirilir və onun şporunun yanında buynuza bərkidilir. Oxların möhkəm bərkidilməsinə arxayın olmaq üçün burazlardan başqa, bort tərəfdən onları ağırlığa davam edən polad tros əls burazlarla (контротяжка) bərkidilir. Hər iki şkentel bir yük qarmağına birləşdirilir və hər iki lebyodka işdə iştirak edirlər. İş bu cür keçir:


Şəkil 61. Cütləşdirilmiş oxların iş sxeması: 1-topenant; 2-əks buraz; 3-burazlar; 4-toprik-taliləri; 5-.kent eller; 6-qarmaq; 7-lebyodkalar

«Gəmi» oxunun şkenteli ilə yükü ambardan qaldırırlar, eyni zamanda ikinci şkenteldə ancaq boşluğu yığırlar. Yükü lazımı qədər lyukdan hündürə qaldırandan sonra «sahil» oxunun şkentelini yığırlar və birinci şkenteli o hesabla boşal­dırlar ki, yük üfüqü vəziyyətdə yerini dəyişsin, yavaş-yavaş bir şkenteldən başqasına keçsin. Yük tamamilə «sahil» oxunun şkentelinə keçəndən sonra eyni zamanda birinci şkenteli boşaltmaqla onu müntəzəm sürətdə bu şkentellə körpüyə endirirlər. Azad qarmağın ambara verilməsi əks qaydada olur.


«Telefon» iş üsulu kifayət qədər yüksək istehsaledici qüvvəni təmin edir, oxu döndərmək üçün əl işi tələb etmir və yük işlərində geniş istifadə olunur. Üsulun mənfi cəhəti ondadır ki, lyukun işıq zolağında oxun daim mail vəziyyətdə olmasına görə “ölü zona” olur, buradan qarmaq ilə yükü qaldırmaq çətinləşir. Bu nöqsan başqa üsullarla aradan qal­dırırlar, lakin bu halda onlar olduqca mürəkkəb ləvazimat və əlavə avadanlıq tələb edirlər.

Yüklə 163,7 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin