Susma, ürək…
119
Anlamadıq olmuş bir də olacaq,
Yad qalayan alov bizi alacaq.
Ölənəcən, yaddaşımda qalacaq,
Səsin, səsin, a dağların küləyi.
Şiruyəyəm, nə müddətdi vətəndən,
Ayrılmışam, incik qalıb o məndən.
Kəsər olun başımızı bədəndən,
Kəsin, kəsin, a dağların küləyi.
İTİRMİŞƏM
Ölüncə axtarsam tapa bilmərəm,
Ay ellər, ömr adlı ləl itirmişəm.
Qızıldan qiymətli, dürdən qiymətli,
Saçıma dən salan il itirmişəm.
Axtarın əhdini atan gözəli,
Nə yaman şirinmiş eşqin əzəli?
Məddili, mənalı, kövrək, məzəli,
Könüllər oxşayan dil itirmişəm.
Əzəldən başımdan əksilmir xata,
Həsrətəm işrətli bircə saata.
Göyçə kimi vətən, Həsəntək ata,
Mahal itirmişəm, el itirmişəm.
Dostları ilə paylaş: