siyasına, o cümlədən mədəniyyətlərin dialo qunda
yeri və roluna diqqəti yönəldir. Fəlsəfənin in‐
teqrativ funksiyasının tələbinə müvafiq olaraq
bu gün dialoqun məhz bu sonuncu aspekti
fəlsəfənin və filosofun diqqət mərkəzindədir.
Müasir fəlsəfə qarşılıqlı anlaşmanın dialoji
formalarının işlənib hazırlanmasında və reallaş ‐
dırılmasında ən aktiv şəkildə iştirak edir. Və
bu kontekstdə filosof mədəniyyət lərarası boş ‐
luqların aradan qaldırılması üçün mədəniy ‐
yətlərarası ünsiyyətdə moderator kimi çıxış edir.
Məsələ ondadır ki, fəlsəfi mədəniy yət özündə
implisidliyi ehtiva edir.
Dialoqun gedişində Özününkü və Özgə
arasında vasitəçinin müəyyənləşdirilməsi məsə ‐
ləsi aktuallaşır. Bu axtarışlar müasir kompara‐
tiv fəlsəfədə Özgənin rasional və herme nevtik
dərki yanaşmaları kontekstində həyata keçiri ‐
lir. Subyektlər arasında mövcud olan xüsusi
dəyərlər məcmusuna malik ünsiyyət bu axtarış
çərçivəsində dialoqun fenomenoloji ölçülərini
müəyyənləşdirir və fikrimcə, onun klassik və
ənənəvi izahından fərqlənən müasir anlamını
ifadə edir. Bu ölçüdə M.M.Baxtinin – şüur o
zaman mövcuddur ki, iki şüur vardır – müd ‐
dəası aktuallaşır. Әlaqə fenomeni davranışda
özünün sonrakı maddiləşməsi (realizasiyası)
ilə məhz şüurda refleksləşir. Bu aksentuasiya
bundan əvvəlkini – dərketmə və müşahidə – əvəz
edir və ya da tamamlayır. Tərcümə iki şüur
arasında həyata keçirilir və onun adekvatlığı
yalnız digərinə məxsus spesifik dili bilmək
şərti ilə fəlsəfi ünsiyyət nəticəsində reallaşa
bilər. Müasir mədəniyyət
lərarası məkanda
fəlsəfə müxtəlifliyin anlan masından çıxış etmə ‐
lidir. Bu nöqteyi‐nəzər günün multikulturalist
diktəsindən irəli gəlir. Multikulturalizm digə ‐
rinin konseptuallaş ması ilə xarakterizə olu nur.
Etnik və milli mədəniyyətlərin, submə də ‐
niy yətlərin polifoniyası dialoqu yalnız müxtəlif
mədəniyyətlərin deyil, həmçinin müxtəlif
təfəkkür mədəniyyətlərinin qarşılıqlı əlaqələ ‐
rinin forması kimi şərtləndirir. Bu ölçüdə fəlsə ‐
fədə monoloq və dialoq, eyni zamanda müx təlif
fəlsəfələrin dialoqunu, fəlsəfi ənənələrini, fəl ‐
səfi fikir üslublarını nəzərdə tutur ki, bu da
ümumi əsasların axtarışından çıxış edilərək
tolerantlığı şərtləndirir. Bu nöq teyi‐nəzərdən,
fəlsəfənin və filosofun rolu daha çox ünsiyyətin
dialoji
formalarının
aktivləş di ril məsi
ilə
müəyyənləşir.
Dostları ilə paylaş: