Әli Abasov (AMEA Fəlsəfə, Sosiologiya və
Hüquq İnstitutu, Müasir fəlsəfə problemləri
şöbəsinin müdiri).
Hesab edirəm ki, ilk dəfə olaraq bu gün
fəlsəfə və mədəniyyətin dərk edilməsində Şərq
və Qərb təfəkkür tiplərinin, dünyanın iki
mədəni ənənəsinin birləşdirilməsinə imkan
yaranıb. Məlumdur ki, Şərq biliyi insanın men‐
tal, mənəvi və fiziki qabiliyyətlərinə görə geniş ‐
lən dirməyə cəhd etdiyi halda, Qərb bu məsə ləni
texniki instrumentariyanın, sonralar isə insan
idrakı və reallıq arasında vasitəçi olan
texnologiyaların inkişafı ilə əlaqələn dirirdi.
Nanotexnologiya, elmlərin konvergen siyası
(düşünürəm ki, bu haqda artıq keçmiş za‐
manda danışmaq olar) bu iki ənənənin birləş ‐
məsinə imkan yaratmışdır, çünki bu gün artıq
insanın psixofiziki təşkilinə, yeni texno logiya
və təcrübələrin aktiv şəkildə tətbiq edilməsinə
başlanıb. Burada söhbət yaxın onilliklərdə,
necə deyərlər, idrakın imkan larının əhəmiy ‐
yətli dərəcədə genişləndiril mə sini bacara biləcək
kiborqların yara dıl masından gedir.
Bununla əlaqədar olaraq həm ənənəvi hu‐
manizmi, həm də yaranan müasir transhumanis ‐
tik konsepsiyaları yenidən dəyər lən dir mək olar.
Doğrudan da, bu, çox cəlbedici mövzu dur. Әn
yeni humanizm israrla ənənəvi sər
hədlərin
genişləndirilməsinin, bütün canlılara və can ‐
sızlara, şüurluya və şüursuza yaşama hüquq ‐
larının aid edilməsinin zəruriliyini diktə edir,
çünki bir çox elmlərin məlu mat larına əsasən
şüur Kainatın, ona bütün aid olanlarla birgə,
atributu kimi dəyərləndi rilməlidir. Ona görə
də bütövlükdə, idrakdan, elmdən və fəlsəfədən,
etikanın konsep si yala rından və huma nizmdən
idrakı məhdud laş dı ran və onların canına hopmuş
antro po logizmi, antroposentrik determinantı
kənarlaşdırmaq lazımdır. Və bu mənada, görü ‐
nür, «mədəniy yətlərin dialoqu» konseptini biz
yenidən dərk etməyə çalış
malı
yıq. Bu gün
hansı dialoq haqqında danışıla bilər ki, min illər
boyu mədəniyyətin inkişafında kişi və qadın
ara sında dialoq hələ də həyata keçə (əldə edilə)
bilməyib.
Rəna Mirzəzadə (AMEA Fəlsəfə, Sosiolo ‐
giya və Hüquq İnstitutu, Politologiya və siyasi
sosiologiya şöbəsinin müdiri).
«Mədəniyyətlərarası dialoqda qadınların
rolunun genişləndirilməsi» mövzusunda 2008‐ci
ildə Bakıda keçirilən beynəlxalq forumda
Azərbaycanın birinci xanımı, Heydər Әliyev
Fondunun prezidenti Mehriban Әli yeva de ‐
miş dir: «Maraqlıdır, sivilizasiya ların, xalqların
və ayrı‐ayrı insanların bir‐birini dinləməsinə və
anlamasına mane olan nədir və onlara bunda
nə kömək ola bilər?» (Azər baycan qəzeti, 10 iyun
2008‐ci il). Fikrimizcə, bu işdə maneələr çoxdur
– burada həm siyasət, həm iqtisadiyyat vardır,
lakin yəqin ki, anlamanın intensiyası kişilər və
qadınlar arasında dialoqdan qay naqlanmalıdır.
Anla şıl mazlıq kimi bu, dialoqda hər zaman
olmuşdur, lakin hələ də bizə məlum deyil. Bu
səbəbdəndir ki, gender problematikası hazırda
bu qədər əhəmiyyət kəsb edir və onun fəlsəfi
dərkinə ehtiyac vardır. Bu bizim genderin so‐
Dostları ilə paylaş: |