Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 30,85 Mb.
Pdf görüntüsü
səhifə42/152
tarix02.01.2022
ölçüsü30,85 Mb.
#1849
1   ...   38   39   40   41   42   43   44   45   ...   152
Adil Әsədov (AMEA Fəlsəfə, Sosiologiya və

Hüquq İnstitutu, Estetikanın nəzəri və tətbiqi

problemləri şöbəsinin müdiri).

Düşünürəm ki, bu gün filosof, faktiki olaraq,

mədəniyyətlərin qarşılıqlı əlaqələrində modera tor

kimi çıxış edir. Həm də qeyd etmək istəyirəm

ki, bir tərəfdən mövcud mədəniy yətlər, digər

tərəfdən isə o mədəniyyətlər ara sında ki, biri

mövcuddur, digəri isə möv cud olma lıdır. Bu

aspektləri ayrı‐ayrılıqda nəzər dən keçirək.

Filosofun roluna münasibətimi təqdim etmək

üçün öz fikrimin aydınlaşdırılmasında adi

sosial sxemdən istifadə etmək istərdim. Hər bir

tam suveren millətdə sanki birgə şəkildə dörd

mədəniyyət tipi mövcuddur: cəngavər, icma,

zadəgan, şəhər. Bu mənada, hər bir millətin su‐

verenliyi və beynəlxalq nüfuzu, ilk növbədə,

bu mədəniyyətlərin daşıyı cılarının keyfiyyət

parametrləri və nisbəti ilə müəyyənləşir. Әgər

əkinçilik mədəniyyəti yoxdursa, bu millət

kifayət qədər təminatlı ola bilməyəcək. Eləcə

də cəngavərlik mədəniyyə tinin daşıyıcılarının

miqdarı kifayət qədər deyilsə, o millət öz

təhlükəsizliyini təmin edə bilməyəcək. Şəhər

mədiyyətinin daşıyıcıla 

rının kəmiyyəti

qədərində olmazsa, onda o millət yetərincə

sivil ola bilməz. Aristokratik mədəniyyətin

daşıyıcılarının miqdarı lazımi səviyyədə ol‐

mazsa, bu millət tam suveren ola bilməz, yalnız

vahid sosial orqanizm kimi  suveren millət ola

bilər.


Fəlsəfə hər zaman, bir növ, mövcud olan

sosiumların daxilində (yəni yuxarıda qeyd olu ‐

nan sosiomədəni qruplar arasında) dünyagö ‐

rüşlərin ortaq vəziyyətini və ya bir‐birini əvəz

edən mədəniyyət tiplərinin arasında olan keçid

vəziyyətlərini fiksə edir. Bu səbəbdən də filoso‐

fun vəzifəsi dünyagörüşünü formalaş 

dır 


maqdan ibarətdir. Bu həm də fəlsəfənin rolu dur.

Fəlsəfə dünyagörüşünün yaradılması və ra si onal ‐

 laşdırılması  ehtiyacından  yaran mış dır.  Fəlsəfi

fəaliyyətin bu istiqaməti, o cümlədən fəlsəfi təfək ‐

kürün təşəkkülünün bila vasitə əxlaqi ideal ların

dinamikası ilə bağlı lığında  ifadə tapır. Çünki hər

bir dövrdə davra nış mədəniyyəti bu və ya digər

konkret əxlaqi keyfiyyətə əsasən formalaşır:

döyüşkən qədim dövr üçün igidlik, orta əsrlə ‐

rin kənd mühiti üçün mehribanlıq və mər ‐

həmətlilik, Yeni dövr ticarətçiliyi üçün azadlıq

və tədbirlilik başlıca əxlaqi dəyər mahiyyəti

daşımışdır. Yeni dövrün materializm və deter‐

ministik elmi insana dünyanı azad və tədbirlə

idarə etməyə sanki ontoloji əsas verirdi. Bu gün

dünyada bir çox şeylər dəyişilir və əxlaqi

idealların  dinami ka sını  anlamaq  üçün  fəlsəfi

təfəkkürə zərurət yaranır.

Hər bir dövrün təfəkkürünün «Dünyanı nə

idarə edir?» sualına cavabı da özünəməxsus

olmuşdur. Qədim dövr dünya proseslərinin

hərəkətverici qüvvəsinin universal səbəbini

Dünya İradəsi – Tale ilə, Orta əsrlər – ilahi iradə

ilə, Yeni dövr isə – qanunlarla  eyniləş dirirdi.

Buna müvafiq olaraq, bu və ya digər dövrdə

biliyin bu və ya digər paradiqması mütləq

olmuşdur. Görünür, elə bu səbəbdən də qədim

dövr üçün mifologiya, orta əsrlər üçün din,

yeni dövr üçün nəzəri təbiətşünaslıq mütləq

həqiqət statusu əldə etmişdir. Mifolo giyanın

predmetini, özünün saysız‐hesabsız təzahür ‐

ləri ilə,  Dünya İradəsi – Tale, dinin predmetini

– ilahi iradə, nəzəri təbiət şünas lığın predmetini

isə təbiət qanunu təşkil edir.

Güman edirəm ki, deyilənlər mənim o fik ‐

rimi aydınlaşdırır ki,  bu gün, Yeni dövrün əvəz ‐

ləndiyi bir zamanda, filosof insanın dünyada

öz yaşayışını təmin etməsi üçün yeni ontoloji

əsaslar verə biləcək dünyagörüşü perspektivini

axtarmaq qabiliyyətinə malik olmalıdır. Bu,


Yüklə 30,85 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin