fuzunu azalda, siyasi
təklənməsinə səbəb ola
bilər.
Dünyaya yüksək liderlik qabiliyyəti ilə
gələn, hər an çalışmaqla liderlik qabiliyyətini
daha da yüksəldən, hamının gördüyündən
uzağı görən, hamının gördüyündən çox görən,
başqalarına nəzərən daha öncə hiss edən,
dünya liderləri sırasında ən yüksək zirvədə
duran Heydər Әliyev 1969‐cu ildə Azərbay ‐
canda hakimiyyətə gəldi və qısa müddətdə
ölkənin təhsilini, elmini, mədəniyyətini, səna ‐
yesini, kənd təsərrüfatını inkişaf etdirdi. O,
Azərbaycanın qədim tarixini olduğu kimi dün ‐
yaya çatdırmaqla öz xalqının ululuğunu, onun
böyük inkişaf yolu keçdiyini sübut etdi,
dünyaya onlarca dahi verdiyini bəyan etməklə
bütün dünyanı öz xalqına hörmət etməyə, ona
ehtiramla yanaşmağa məcbur etdi. Lakin
Heydər Әliyev Moskvaya – SSRİ‐nin rəh bər ‐
liyinə dəvət olunduqdan sonra onun yerinə
təyin edilən insanların liderlik səviyyəsi bir
şəhərə rəhbərliyə belə yetərli olmadığından
ölkədə tənəzzül dövrü başladı. 1992–1993‐cü
illərdə bu tənəzzül kulminasiya nöqtəsinə
çatdı. Ölkədə xaos, anarxiya, özbaşınalıq, keç ‐
mişə hörmətsizlik yüksək həddə çatdı, Azər ‐
baycan cəngəllik qanunları ilə idarə olunmağa
düçar oldu. Ölkənin məhv olmaq təhlükəsi
yarandı. Torpaqlarımızın 20%‐ə qədəri düşmən
əlinə keçdi, qaçqınların və məcburi köçkün ‐
lərin sayı bir milyona çatdı.
Ölkənin əvvəllər mövcud olan nüfuzu ən
aşağı həddə düşdü.
Praktiki olaraq sənaye və kənd təsərrüfatı
sektorları dağıdıldı, istehsalın səviyyəsi aşağı
düşdü, aclıq təhlükəsi yarandı. Azərbaycan
dünyanın siyasi səhnəsində təkləndi.
Ölkəni ölüm məngənəsindən çıxarmaq üçün
güclü, dünyanın qəbul edəcəyi yeni lider
lazım idi. Bu lider dünyanın siyasi tarixini
yaxşı bilməli, böyük təcrübəyə və yüksək şəxsi
nüfuza malik olmalı idi. Bu parametrlər yalnız
bir şəxsiyyətdə var idi. O, Heydər Әliyev idi.
Bəli, xalqın ümid yeri yalnız О idi. Və xalq onu
yenidən hakimiyyətə dəvət etdi. О qayıtdı,
xalqını, dövlətini məhv olmaqdan xilas etdi.
On il ərzində həm ölkəsini, həm də millətini
ucaltdı, ölkənin elmi, mədəni, iqtisadi, hərbi
inkişafını təmin etdi, ona yüksək siyasi nüfuz
qazandırdı.
Heydər Әliyev genetik olaraq ən yüksək
liderlik potensialı ilə dünyaya gəlmişdi və
yuxarıda qeyd olunan qanunların hamısına
uyğun olaraq öz liderlik keyfiyyətlərini ən
yüksək səviyyədə yarada bilmişdi.
Dostları ilə paylaş: