heyvanlar qrupunda hansısa
təbii iyerarxiya
yaranır. Әvvəlcə başçının iyerarxiyası yaranır:
yalnız bundan sonra bu qrupun üzvləri yeyə
bilər, özünü qaydaya sala bilər və cütlük yara ‐
da bilər. Təbiətin inkar olunmaz birinci qay ‐
dası məqsədə uyğun olan qaydaları yarat maqdır.
İnsan cəmiyyətində vahid başçının olma ‐
ması vətəndaş müharibəsinə gətirib çıxarır.
Başçı o adamdır ki, digərlərini əzmədən,
dağıt madan və zəbt etmədən öz ağlının gücü
ilə digərlərinin funksionallığına təminat verə
bilir. Әks halda söhbət infantil liderlikdən
gedə bilər.
Lider o adamdır ki, xidmət edə bilir,
fəaliyyət göstərməyə məcbur edə bilir, həm
maddi, həm də mənəvi səviyyədə nailiyyət
qazanmanın ən yüksək səviyyədə əldə olun ‐
ması naminə hamının arasında müna sibət ‐
lərin harmoniyasını yarada bilir.
Yalnız o adam rəhbər ola bilər ki, yaxşı
xidmət etməyi bacarır. Həqiqi rəhbər yad
ərazidə olduqda o ərazinin liderini hamıdan
yaxşı xidmət etmək və tabe olmaq qabiliy ‐
yətinə görə tanıya bilir.
Lider o adamdır ki, ilahi proporsiyanı,
real lığın verdiyi proporsiyanı, həyat enerjiləri
nisbətlərinin hərəkətlərini dərk edir və andan‐
ana, vəziyyətdən‐vəziyyətə keçdikdə qələbə
həllini almaq üçün lazımi formulu istifadə
edir. O, ümumi mövcudluq məsələsini həll
edən həyat formulunun yaradıcısıdır.
Lider ümumi məqsədə nail olmaq naminə
kollektivin fəaliyyətini əla əlaqələndirmək
bacarığına malik olur.
Lider humanistlik ekologiyasının zirvəsi ‐
dir. O özü özünü ardıcıl və məsuliyyətlə
inkişaf etdirir.
Dünya təcrübəsi göstərir ki, insanlıq tari ‐
xində liderliyin çox böyük rolu vardır. Güclü
lideri olan millətlər və dövlətlər yüksək inkişaf
yolu keçmiş və tarixi uğurlar əldə etmişlər.
Lakin liderlik keyfiyyətləri təkcə dövlət baş ‐
çıları, siyasi xadimlər üçün yox, hər bir şəxsiy ‐
yət üçün vacibdir. Hər kəs işlədiyi yer dən asılı
olmayaraq, liderlik keyfiyyət
lərinə malik
olmalı və bunun üçün öz üzərində daim çalış ‐
malıdır. Hər bir müəssisənin, kollektivin, idman
komandasının və s. uğuru ona rəhbərlik edən
liderin liderlik bacarığından çox asılıdır.
Liderliyin həqiqi prinsipləri dəyişməzdir.
Özünü həqiqi lider görmək istəyən hər bir
şəxs liderlərə xas olan inkarolunmaz qanun ‐
ları bilməli, özünün liderliyi üçün lazım olan
dəyişikliyi həyata keçirməli, yüksək liderlik
keyfiyyətlərinə malik tarixi şəxsiyyətlərin
həyatını öyrənməli, müasirləri olan liderlərin
uğurlarının mahiyyətini özü üçün aydınlaş ‐
dırmalıdır.
Siz liderliyin inkarolunmaz qanunlarından
nə qədər çoxuna riayət etsəniz, liderlik keyfiy ‐
yətləriniz və həyat uğurlarınız da bir о qədər
çox olar.
Liderlərin həyatının təhlili göstərir ki,
onları üç qrupa bölmək olar:
•
5% liderlər cəmiyyətdə baş verən
böhranlar zamanı meydana çıxırlar. Bu‐
rada təsadüflərin rolu çox böyükdür.
• 10% liderlər təbiətən liderlik keyfiy
‐
yətlərinə malik olurlar, başqa sözlə,
genetik
kodlarla lider kimi dünyaya
gəlirlər.
• 85% liderlər 10% liderlərin təsiri ilə
yetişir.
Dünyanın inkişaf tarixində 10% liderlər
çox mühüm rol oynayırlar. Onların sayı nis ‐
bətən az olsa da, tarixin gedişinə təsirləri çox
böyükdür. Dahi liderlər, əsasən, məhz 10%
liderlər arasından çıxır.
Belə bir fikir formalaşmışdır ki, liderliyin
21 inkarolunmaz qanunu var və onların mahiy ‐
yətinin dərk olunması gələcəkdə böyük uğur ‐
lar qazanan liderlər səviyyəsinə yüksəl məyə
imkan verir.
Liderliyin inkarolunmaz qanunları aşağı ‐
da kılardır:
1. Yuxarı hədd qanunu.
Liderlik qabiliyyəti insanın səmərəlilik
səviyyəsini müəyyən edir.
2. Təsir qanunu.
Liderliyin həqiqi ölçüsü təsirdir.
3. Proses qanunu.
Liderliyə bir gündə yox, hər gün çalış ‐
maqla çatmaq olar.
4. Naviqasiya (istiqamətləndirmə) qanunu.
Hər bir kəs gəminin şturvalını fırlada bilər,
lakin kurs götürmək üçün lider tələb olunur.
Dostları ilə paylaş: