Әbülhəsən Abbasov (AMEA Fəlsəfə, Sosio ‐
logiya və Hüquq İnstitutunun baş elmi işçisi).
Hesab edirəm ki, filosofun mədəniyyət lərin
dialoqunda yeri və rolu müzakirə olunursa,
epistemologiyaya xüsusi diqqət yetirilməlidir.
Elə qneseoloji, məntiqi‐metodo loji, aksioloji
əsaslar axtarılmalıdır ki, bir tərəfdən bunlar
gerçəkliyi optimal şəkildə əks etdirə bilsin,
digər tərəfdən isə cəmiyyətin, regionun, bütöv ‐
lükdə, dünyanın rekonstruksi ya sında proqres‐
siv məqsədlərə xidmət edə bilsin.
Әslində, bu məsələ fəlsəfənin və filosof ların
başlıca missiyasıdır. Məhz bu missiya, daha
doğrusu, onun səviyyəsi və reallaşdı rılmasının
keyfiyyəti bütün zamanlarda, son nəticədə
fəlsəfənin funksiyalarını, yaradıcı, dünyagö ‐
rüşü xüsusiyyətlərini, nəzəri‐praktik əhəmiy ‐
yə tini müəyyənləşdirib.
Meydana belə bir sual çıxır, insanı məhv ‐
edici böhranlardan, fəlakətlərdən mühafizə
etmək və onun pozitiv gələcəyini təmin etmək
üçün daha çox hansı istiqamətdə axtarışların
aparılmasını, yeni koqnitiv məkanın formalaş ‐
dırıl
masını, bəşəriyyətə dərketmənin hansı
epistemologiyasını və yaradıcı imkanlarını
təklif etmək məqsədəuyğundur? Düşünürəm
ki, müasir şəraitdə daha məqbul və adekvat
nəzəri baza olaraq «mürəkkəblik fəlsəfəsi»ni
təqdim etmək olar. Fəlsəfi tədqiqatların XX
əsrin 50‐ci illərinin əvvəlindən formalaşmağa
başlayan bu istiqaməti, fikrimcə, postqeyri‐
klassik elmi paradiqmanın əsasını təşkil edir.
Bu paradiqma barədə fikir söyləyərkən mən,
prinsipial olaraq yeni ideyalar, prinsiplər və
təsəvvürlər sistemini, yəni faktik olaraq,
zamanın və tarixin, elmi rasionallığın və səmə ‐
rəliliyin tələblərinə cavab verə bilən təfəkkürün
və fəaliyyətin yeni tərzini nəzərdə tuturam.
Struktur yaradıcılığın və sistemliliyin,
özünütəşkilin və öz‐özünə hərəkətin, substan‐
sional müəyyənliyin və özünütənzimləmənin,
nizamın və nizamsızlığın (xaosun) nisbətinin
prinsipial məsələlərinin, stabilliyin və daya nıq ‐
sızlığın, müxtəlifliyin və vahidliyin, funksional
Dostları ilə paylaş: |