Bəzi anlayışların izahı və nisbətən rəsmi
məlumatlar
Xeyli müddətdir Qlobal İqlimin (xahiş
edirəm diqqətli olun, Qlobal İqlim yazdıqda
səhv etmirəm) dəyişməsi haqqında elmi
ədəbiyyatda və kütləvi informasiya vasitə ‐
lərində müxtəlif müəlliflərin çoxlu sayda yazı ‐
ları dərc olunur. Tədqiqatçılar və köşə yazar ları,
əsasən, iki qrupa bölünmüşdür: birincilər iqli ‐
min qlobal surətdə istiləşməsini sübut etməyə
çalışır, ikincilər isə əksinə, heç bir istiləşmə
olmadığını, bunun mif olduğunu israr edirlər.
Mən bu yazıda hər iki tərəfin baxışlarını və
real şəraiti obyektiv surətdə təsvir etməyə
cəhd göstərirəm.
2005‐ci ilin əvvəlində Robert Emmeriksin
«Birisi gün» adlı qəza filmi iqlim dəyişməsini
kütləvi düşüncənin probleminə çevirdi. Məlu ‐
matsız adama ilk dəfə olaraq aydın və başa
düşü
lən şəkildə Şimali Atlantika axınının
(Qolfstrim) Şimal yarımkürəsinin iqliminin
formalaşmasında həlledici rolunu izah etdilər.
Hollivud sənətkarlığı ilə iqlim trendinin təs ‐
virini verdilər. Göstərdilər ki, qütb buzlarının
əriməsi Qolfstrimin istiqamətinin dəyişməsinə
və Yerin şimal yarımkürəsində soyuqlaşmanın
baş verməsinə gətirir. Bu filmdə son nəticə
yeni buzlaşma dövrünün başlanmasıdır.
Әvvəla, iqlim və onun Qlobal İstiləşməsi
nədir və rəsmi təşkilatların bu haqda fikir ‐
lərini təqdim edək. İqlim atmosfer‐quru‐okean
sisteminin statistik ansamblının bir neçə on ili
üçün ortalaşmış vəziyyətidir. Mütəxəs sislərin
axırıncı razılaşmasına görə, iqlim dedikdə at‐
mosfer parametrlərinin (temperatur, yağıntı
və s.) son 30 il üçün ortalaşmış qiymətləri
nəzərdə tutulur. Qlobal İstiləşmə isə XX və
XXI əsrlərdə Yer atmosferinin və Dünya
okeanının illik orta temperaturunun tədricən
artması prosesidir. İqlimin Dəyişməsi üzrə
Dövlətlərarası Ekspert Qrupunun (İDDEQ‐
IPCC‐Intergovernmental Panel on Climate
Change), «Böyük səkkizlik» ölkələ rinin Milli
Elmlər Akademiyaları ilə razılaşdırdığı möv ‐
qeyə görə sənaye inqilabı dövründən (XVIII
əsrin ikinci yarısı) bəri müddətdə Yer kürəsi
havasının orta temperaturu 0,7
0
C artmışdır və
son 50
ildə müşahidə olunan istiləşmə, əsasən,
insan fəaliyyəti, birinci növbədə, istixana ef‐
fekti yaradan qazların (CO
2
, CH
4
) atmosferə
atılması ilə əlaqədardır (şəkil 1‐ə bax). Bu
təşkilatın İqlim Modelləri üzrə aparılan
qiymətləndirmələrinə görə, Yer səthinin orta
temperaturu 1,1‐dən 6,4
0
C‐yə qədər arta bilər.
Bəzi regionlarda temperatur bir qədər azala
bilər.
Ancaq qeyd etmək lazımdır ki, iqlimin,
ümumiyyətlə, istiləşmədiyini təkid edənlər də
vardır. Bəzilərinin fikrincə isə istiləşmə var,
ancaq bu, atmosferdə karbon qazının miqda ‐
rının artması ilə əlaqədar deyildir, bu, təbii
pro sesdir, biz sadəcə olaraq buzlaqlararası
dövrdə yaşayırıq. Məqalədə biz bu sualların
izahını verməyə çalışacağıq. Ancaq əvvəla
iqlimin paleotarixi və onun dəyişmə səbəbləri
haqqında.
Dostları ilə paylaş: