Slavyan olkeleri tarixi. 1917-2015. pdf



Yüklə 1,22 Mb.
səhifə42/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   38   39   40   41   42   43   44   45   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

6saslı dönüúün sabablari. Müharibənin gedişində əsaslı dönüşü təmin edən başlıca səbəblərdən biri 1942-ci ilə doğru ölkənin iqtisadiyyatını tamamilə hərbi relslər üzərinə keçirərək dinc dövr üçün nəzərdə tutulan məhsul istehsalının hesabına daha çox hərbi texnika və silahlar hazırlamaq oldu. Ölkənin sənaye ehtiyyatının 1942-ci ilin yayında şərq rayonlarına köçürülməsinin ikinci mərhələsinin başa çatması ilə iqtisadi göstəricilər yüksəldi. Qızıl Ordu sıralarında 11 milyon nəfər adamın olması şəraitində Sovet hökuməti 1942-ci ilin fevral ayında şəhər, noyabrda isə kənd əhalisin səfərbərliyə alaraq məcburi surətdə sənaye və tikintiyə göndərirdi. Bunun nəticəsində yalnız 1942-ci ildə üç milyon nəfər adam, o cümlədən, 830 min nəfər məktəbləri yenicə bitirmiş oğlan və qız əmək cəbhələrinə göndərildi. Eyni zamanda cəbhəyə gedən ixtisaslı fəhlələri əvəz etmək məqsədilə 1 milyon 800 min nəfər adam fabrik- zavod məktəblilərinin (FZU) tezləşdirilmiş kurslarında təhsilə cəlb olundu. Məhz fabrik-zavod məktəbləri və başqa peşə-texniki tədris müəssisələrinin fəaliyyəti sahəsində orduya səfərbər edilən ixtisaslı işçilərin yerini doldurmaq mümkün oldu. Müharibənin dörd ili ərzində işçi qüvvələrinin əməyi nəticəsində sənayedə əmək məhsuldarlığı 40 faiz artdı. 1942-ci ilin sonundan başlayaraq SSRİ həm hərbi texnika buraxılışının miqdarına görə, həm də keyfiyyətinə nisbətən Almaniyanı xeyli üstələyirdi. Sovet hərbi sənaye müəssisələri ayda 2100 təyyarə, 2000 tank istehsal edir, hazırladıqları T-34 tankları, İL-2 qırıcı təyyarələri keyfiyyətinə görə alman maşınlarını xeyli qabaqlayırdılar. Təkcə 1943-cü ildə aviasiya sənayesi cəbhəyə 35 min təyyarə verdi ki, bu da 1942-ci ildəkindən üç dəfə artıq idi. Ölkənin şərqindəki üç iri zavod, yəni Uralmaş, Çelyabinskdə Kirov və 183 saylı zavod istehsal olunan tankların 2/3 hissəsini verirdi. 1943-cü ilin əvvəllərində cəbhəyə özüyeriyən yeni artilleriya qurğusu SAU-122-nin ilk partiyası göndərildi. 1942-ci ilin sonuna nisbətən 1943-cü ilin yayına doğru atıcı qoşunlarda tankvuran silahların miqdarı 85 mindən artaraq 145 min ədədə çatdırıldı.
Qızıl Ordu silahlarının modernləşdirilməsi ilə yanaşı, onun strukturu da təkmilləşdi. Hücum döyüşlərində fəal iştirak etmək üçün atıcı qoşunlarda korpusların sayı artdı. Ali Baş Komandanlığın Ehtiyatının tank əleyhinə məhvedici silahlarının miqdarı artdı, onun yarıb keçmə və zent artdiviziyaları yaradıldı. Hər bir cəbhənin tərkibində hava ordusu var idi. Mühəndis qoşunlarında, avtomobil, yol və hərbi-tibbi qulluq sahəsində keyfiyyət dəyişikliyi baş verdi. Komanda kadrları və döyüşçülərin şəxsi heyətinə tələbkarlıq artırıldı. 1942-ci ilin oktyabrında hərbi komissarlar qaydası ləğv edildi və Qızıl Orduda vahid rəislik bərqərar oldu. Beləliklə, iqtisadiyyatın sürətlə hərbi relslər üzərinə keçməsi, yeni hərbi texnikanın kütləvi istehsalının vermaxta nisbətən daha üstün vəziyyəti, ordu strukturunun təkmilləşməsi sovet silahının hərbi qüdrətini artıraraq onun hücum qabiliyyətini yüksəltdi ki, bu da əsaslı dönüşün təmin edilməsində mühüm rol oynadı.
Müttəfiqlərin lend-liz üzrə SSRİ-yə hərbi və iqtisadi köməyi də müharibədə əsaslı dö- nüşün təmin edilməsində əhəmiyyətli rol oynamışdır. Rəsmi sovet məlumatlarına əsasən müttəfiqlərin köməyi sovet hərbi istehsalının dörd faizini təşkil edirdi. Lakin Amerikan rəsmi məlumatları bu köməyin 11-12 milyard dollar miqdarında olduğunu iddia edirdi. 6sil həqiqət ondan ibarətdir ki, müttəfiqlər Sovet İttifaqına çoxlu miqdarda barıt, sursat, yanacaq, əlvan metal və polad lövhələr, dəzgah, ərzaq və s. göndərmişdir ki, bu yardım əsaslı dönüşün təmin edilməsinə və faşizm üzərində qələbədə əhəmiyyətli tövhə olmuşdur.
Hitlerçilər işğal etdikləri ərazilərdə “Şərq” (“Ost”) planına uyğun olaraq “yeni qaydalar” müəyyən etdilər. Hakimiyyət alman hərbi komendaturalarına keçdi. Eyni zamanda yerli satqınlardan ibarət “özünüidarələr” təşkil olundu. Şəhərlərdə burqomistr və starostalar təyin edildi. 18-45 arasındakı yaşlı əhali əmək mükəlləfiyyətli hesab edilirdi. İş saatı 14-16-ya ça- tırdı. Şəhərlərdə aclıq hökm sürürdü. Hətta fəhlələrə belə həftədə 800 qram çörək norması, yerdə qalan sakinlərə isə 200 qram çörək verilirdi. Bu isə Leninqrad mühasirəsində olan normadan da az idi.
1941-ci il iyulun 17-də A.Rozenberq Şərq işləri üzrə nazirliyə başçı təyin edildi ki, o da işğal zonaların təcrübə meydanına çevirdi. Onun “Şərq siyasəti” nəzəriyyəsinə görə sovet hakimiyyətin xalqdan ayırıb, siyasi və sosial cəhətdən narazı vətəndaşları, ilk növbədə, kənd-
liləri rejimə qarşı qaldırmaq lazımdır. “Şərq siyasətində” xüsusilə yəhudi və kommunistlərin kütləvi surətdə məhv edilməsi nəzərdə tutulurdu. Xüsusilə Belarusiyanın və Ukraynanın bəzi rayonlarının çoxsaylı yəhudi əhalisi mütəmadi olaraq məhv edilirdi. Kiyev altında Babi-Yarda 50 min meyidin qalıqlarının aşkar edilməsi və ümumən 1050 min sovet yəhudisinin məhvi bu siyasətin birbaşa nəticəsidir. Qızıl Ordunun əsir düşən siyasi komissarları və kommunistlər yerindəcə güllələnirdi. Müharibənin ilk üç həftəsi ərzində əsir düşən 70 mindən, 1941-ci ilin sonunda iki milyon nəfərdən çox sovet hərbiçisi ən ağır işgəncəyə məruz qalmışdır. Ümumən müharibədə əsir düşən 5,7milyon nəfər sovet əsgər və zabitinin 3,7 milyon nəfəri ya öldürülmüş, ya da dözülməz həyat və əmək şəraitinin qurbanı olmuşdur.
1941-ci ilin payızında almanlar ucuz işçi qüvvəsindən istifadə etmək məqsədilə işğal edilmiş ərazilərin əhalisin məcburi surətdə Almaniyaya göndərməyə başladılar. Ümumən SSRİ-dən 4,9 milyon nəfər adam işləmək üçün zorla Almaniyaya göndərilmişdir. “Ostarbay- terlər” adlanan bu adamlar gündə 10 saat olmaqla ən ağır işlərdə yarımac vəziyyətdə çalı- şırdılar. Onların heç bir hüququ yox idi, döyüylür və ələ salınırdı. Almaniyaya getməmək üçün yerli əhalinin çoxu partizanlara qoşulurdu.
A.Rozenberqin “şərq siyasətində” əsas yerlərdən birini də SSRİ əhalisinin etnik cə- hətdən parçalanması tuturdu. Belə ki, Baltikyanı xalqlar alman mədəniyyətinə yaxın olduğu üçün alman yaşam tərzinə qovuşmalı idilər. Onlar müharibə vaxtı imtiyazlı vəziyyətdə olaraq hətta alman yönümlü milli hökumətləri belə yaratmışdılar. Qafqazda isə almanları müs- təmləkəçilik məsələləri deyil, yalnız neft ehtiyyatları maraqlandırırdı. Onlar Qafqaza İrak və İranın neft rayonlarını ələ keçirmək üçün məsafələrarası dayanacaq meydanı kimi baxırdılar. Qızıl Ordu çəkildikdən sonra üç dağlı müsəlman xalqı qaraçaylılar, kabardin və balkarlar antisovet üsyanına qalxdıqları üçün alman komandanlığı onlara dini, siyasi və iqtisadi mux- tariyyəti əhatə edən yerli komitələr yaratmağa icazə verdi. Almanların müdafiəsinə sığınan Krım tatarları 1942-ci ildə Simferopolda Mərkəzi Müsəlman Komitəsini yaratdılar. Ancaq almanlar pantürkizm hərəkatının dirçəlişindən ehtiyat edərək Krım tatarlarına muxtariyət vermədilər.
A.Hitlerə görə SSRİ-yə hücum etmək yalnız hərbi əməliyyat demək deyildir. Məqsəd həm də şərqdə almanlar üçün vacib olan müstəmləkələr ələ keçirmək idi. Məhz buna görə A.Hitler bolşevizmin yəhudi təbiətinə və ümumən bütün slavyan xalqlarına dərin nifrət bəs- ləyirdi. Hitlerə görə tarixən Almaniya ilə Rusiya arasında olan münaqişələr Rusiyanı almanlar üçün daimi təhlükə mənbəyinə çevirir. Başqa bir tərəfdən fürer belə hesab edirdi ki, slavyan irqinin mükəmməl olmaması Rusiyanın hər hansı bir siyasi xarakterli quruluşunu məhv et- məyi zəruri edir, çünki qulların dövləti olmur. Ukraynanı isə Almaniyanın iqtisadi maraq- larına cavab verən əsas yerlərdən biri hesab edən A.Hitler burada milli oyunlara aludə olmaq fikrindən uzaq idi. Gələcəkdə bu əraziləri almanlaşdırmağı planlaşdıran vermaxt yerli slav- yanlara qarşı, xüsusilə milliyyətçilik təbliğatı aparan ziyalılara qarşı sərt tədbirlər görürdü. Bütün bunlar isə işğal altında olan ərazilərdə artıq 1942- ci ilə doğru almanların öz etibarlarını itirməsinə səbəb oldu. Təbii olaraq faşistlərin SSRİ xalqlarını, xüsusilə slavyanları parçalayıb qula çevirmək siyasəti işğalçılara qarşı müqaviməti artıraraq əsaslı dönüşün təmin edilməsinə xeyli yardım etdi və hitlerçilərin “Şərq siyasəti” iflasa uğradı.



Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin