Slavyan olkeleri tarixi. 1917-2015. pdf



Yüklə 1,22 Mb.
səhifə41/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   37   38   39   40   41   42   43   44   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

Dneprin keçilmasi. 1943-cü ilin avqust-sentyabr aylarında Qızıl Ordu solsahil Ukray-
nasına hücumu genişləndirərək Dnepr çayına çıxdı. Donbas və Krivoy Roqun kömür-metal mənbələrini, Ukraynanın məhsuldar torpaqlarını öz əlində saxlamağa çalışan alman koman- danlığı bütün Şərq cəbhəsi boyu müdafiyə keçərək avqustun 11-də “Şərq səddi” strateji mü- dafiə hüdudunun qurulmasına dair əmr verdi. Narva-Pskov-Vitebsk-Orş-Soj çayı-Dneprin orta axını-Moloçnı çayını əhatə edən bu müdafiə xəttində əsas diqqət keçilməz təbii sərhəd- lərə malik olan Dnepr çayına yönəlmişdir. Almanlar Qızıl Ordunu “Şərq səddi”ndə dayan- dırmağı nəzərdə tutaraq belə hesab edirdilər ki, sovet ordusu nəhəng çay səddi olan Dnepri keçə bilməzlər. Ali Baş komandanlıq Qərargahı Donbası, solsahil Ukraynasını, Krımı azad edib Dneprin keçilməsini planlaşdırdı. Sentyabrda hücuma keçən sovet qoşunları “Cənub” cəbhəsinin hissələrinə ağır zərbə vuraraq, düşmən müdafiəsini yardılar, Dneprin sağsahilində qoşunlar Kiyev və Kremençuq-Dneprovsk döyüş meydanlarında möhkəmləndilər. Artıq sentyabrın axırlarında sovet ordu birlikləri Dneprin sağsahilində 23 əməliyyat meydanı tutaraq onları genişləndirməyə başladılar. Dnepri birbaşa əldəqayırma vasitələrlə keçən sovet qoşunları böyük itki verdi. Bu isə almanlara möhkəmlənmək imkanı verməmək və İ.Stalinin Kiyevi noyabrın 7-də tutmaq tələbi ilə bağlı idi. Hitlerçilərin Moloçnı çayında və Dneprin aşağı axarlarında darmadağın edilməsi Tamanın azad edilməsinə, Kerçdə desant əməliyyatı- nın keçirilməsinə şərait yaratdı. 1943-cü il avqust ayından dekabra qədər sovet ordusu “Cənub” ordu qrupu qüvvələrini məğlub edərək qərbə doğru 200-400 km irəlilədilər. N.F.Vatutinin komandanlığı altında Birinci Ukrayna cəbhəsinin döuyüşçüləri noyabrın 6-da Kiyevi azad etdilər ki, A.Hitler bunu bütün Ukraynanın itirilməsi kimi qiymətləndirdi. Yaz- yay kompaniyası zamanı 40 mindən çox yaşayış məntəqəsi, o cümlədən, 162 şəhər düşmən işğalından təmizləndi. Kiyev, Xarkov, Bryansk, Smolensk, Novorossiysk, Donbas, Çerniqov, Poltava, Qomel, Dnepropetrovsk, Dneprodzerjinsk, Zaporojye, Taqanroq və s. yerlər buna misaldır. Düşmən tərəfindən işğal edilmiş ərazilərin yarıdan çoxu təmizlənmiş oldu.
1942-ci lin payızında qərb müttəfiqləri Şimali Afrikada fəallaşdılar. İngilislər feld- marşal B.Montqomerinin komandanlığı altında 6l-6ləmeyn altında döyüşdə qələbə çalaraq E.Rommelin komandanlığı altındakı alman-italyan qoşunlarının Misirdən qovulmasına səbəb oldu. Amerikan qoşunları D.Eyzanhauerin komandanlığı altında 6lcəzairə çıxaraq şərqə doğru hücum edib 1943-cü ilin mayında alman və italyan ordu hissələrini Tunisdə müasirəyə alıb təslim olmağa məcbur etdilər. 1943-cü ilin iyul-avqust aylarında ingilis-amerikan birlik- ləri Siciliya adasını tutdular. Bu B.Mussolininin devrilməsi və İtaliyanın müharibədən çıxması demək idi. Sentyabrn 3-də marşal P.Badolo başda olmaqla yeni italiyan hökuməti danışıqsız təslim olmaq aktını imzalayaraq müharibədən çıxdı və oktyabrın 13-də Almaniyaya müharibə elan etdi. İtaliyanın şimal və mərkəzi yerlərini tutan almanlar burada oyuncaq hakimiyyət quraraq onun başına A.Hitlerin əmri ilə desantçılar tərəfindən oğurlanaraq azad olunan Mus- solinini gətirdilər. Sakit okeanda 1942-ci ildə ABŞ Midueydəki və Quadalkanal adasındakı dəniz döyüşlərini udaraq Sakit okeanın cənub və mərkəz hissəsində qəti əkshücuma keçdi. Bütün bunlarla bərabər İkinci Dünya müharibəsinin əsas ağırlığı Qızıl Ordunun üzərinə düşməkdə davam edirdi. Sovet Ordusunun qələbələrindən onun daha da güclənəcəyindən ehtiyat edən F.Ruzvelt və U.Çörçill 1943-cü ildə Kvebekdəki konfransda belə qərara gəldilər ki, ikinci cəbhəni adı “Overlord” olan əməliyyat planını La-manşı keçməklə 1944-cü il mayın 1-də həyata keçirsinlər. 1943-cü il noyabrın 28-dən dekabrın 1-nə kimi Tehran konfransında İ.Stalin, F.Ruzvelt və U.Çörçill ilk dəfə görüşdülər. Konfransın əsas məsələsi ikinci cəbhənin açılması problemi idi ki, yekun sənədində “Overlord” əməliyyatının 1944-cü ilin may ayında baş tutacağı nəzərdə tutulurdu. Müttəfiqlər həmçinin Polşa məsələsini müzakirə edərək belə qərara gəldilər ki, Polşanın qərb sərhədləri Oder çayı boyunca müəyyən edilsin. Şərq sər- hədləri isə Qərbi Ukrayna və Qərbi Belarusiyanın SSRİ-nin tərkibində qalması şərti daxilində həll edilsin. Konfransda Almaniyanın müharibədən sonrakı quruluşu məsələsi də müzakirə edildi. Müttəfiqlər Almaniyanın danışıqsız təslim olması haqqında yekdil qərar qəbul etdilər. Üç dövlətin elan etdiyi müharibədə faşist Almaniyasına qarşı birgə fəaliyyət və müharibədən sonrakı əməkdaşlıq haqqında Bəyənnamə mühüm siyasi əhəmiyyət kəsb edirdi. Müttəfiqlər eyni zamanda Baltik dənizində donmayan Köniqsberq (Kalininqrad) və Memel (Klaypeda)
limanlarının SSRİ-yə verilməsi haqqında razılığa gəldilər.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin