Slavyan olkeleri tarixi. 1917-2015. pdf



Yüklə 1,22 Mb.
səhifə39/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   35   36   37   38   39   40   41   42   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

Partizan harakatı. Artıq Moskva altında döyüşlər vaxtı SSRİ-də iki min partizan və gizli qruplar fəaliyyət göstərirdi. Faşistlər tərəfndən işğal edilən ərazilərdə partizanlar kommunikasiya xətlərini xarab edir, alman ordusunun və hərbi idarəsinin arxa obyektlərinə hücum edir, satqınları cəzalandırır, adamların Almaniyaya göndərilməsinə mane olur, təxribatlar hazırlayırdılar. 1942-ci il mayın 30-da Ali Baş Komandanlıq Qərargahı nəzdində Belarusiya KP MK-nın katibi P.Ponomarenko başda olmaqla partizan hərəkatının Mərkəzi Qərargahı təşkil edildi. Cəbhə hərbi şuralarının nəzdində də partizan qərargahları yaradıldı. 1942-ci ilin yayı və payızında partizan hərəkatına 13 min, müharibə müddətində isə 60 min mütəxəssis qoşulmuşdur. Bunlar kəşfiyyatçılar, rabitəçilər, partizan müharibəsi təşkilatçıları və s. ibarət idi. 1942-ci ildə partizan hərəkatı xüsusilə Bryanskin meşə rayonlarını, Smolensk, Oryol, Belarusiya, Ukraynanın meşə hissəsini və Krımı bürümüşdür. 1943-cü ilin payızında
200 min km çox ərazi partizanların tam nəzarəti altında idi. Belarusiyada sayı 50 min nəfərdən ibarət olan 400 partizan dəstəsi fəaliyyət göstərirdi. Orş ətrafında K.S.Zaslonovun komandası altında partizan briqadası döyüşürdü.
1942-ci ilin payızında S.A.Kovpakın və A.N.Saburovun komandası altında üç min nəfər süvari partizan dəstəsinin reydləri şöhrət qazanmışdır. D.N.Medvedevin komandanlığı altında Oryol, Smolensk, Mogilyov, Rovensk, Lvov vilayətlərində, P.M.Maşerovun komandanlığı ilə Belarusiyada partizan dəstələri düşmənə ağır zərbə vuraraq öz adlarını tarixin səhifələrinə həkk etdirdilər. Kursk döyüşü dövründə partizanlar “Rels müharibəsi” əməliyyatı təşkil edərək düşmənin 800-dən çox eşalonunu məhv etdilər. Ancaq 1943-cü ildə partizanlar 11 min qatarı qəzaya uğratmış, 900 dəmir yol, 5,5 min başqa körpülər partlatmışdır. 1941-ci ilin noyabr ayında işğalçılar əlehinə gizli fəaliyyət göstərən Liza Çaykina, partizan qız Zoya Kosmodemyanskaya, gənc partizan Marat Kazeyin və d. igidlik əməlləri partizan hərəkatının parlaq səhifələridir. Partizan hərəkatının xüsusi formalarından biri şəhərlərdəki gizli təşkilatlar idi. Onlar kəşfiyyat məlumatları toplayır, vərəqə və qəzetlər buraxır, təxribatlar törədirdilər. Belə qruplar Odessa, Sevastopol və digər işğal olunmuş şəhərlərdə fəaliyyət göstərirdilər. Krasnodonda 1943-cu ilin fevralında Oleq Koşevoyun “Gənc qvardiya” (“Molodaya qvardiya”) gizli komsomol təşkilatının şöhrəti bütün ölkədə yayılmışdır. Vermaxt getdikcə daha çox hərbi qüvvələrini partizanlarla mübarizəyə ayırmağa məcbur olurdu. Bu isə onların partizanlarla daha amansız rəftar etməsinə gətirib çıxardı. Təkcə 1942-ci ilin mayında “Mərkəz” ordu qrupunun arxasında partizan hərəkatı ilə əlaqə şübhəsi sayəsində 80 min adam almanlar tərəfindən güllələnmişdir. Partizanlarla əlaqə saxlamaq üstündə alman faşistləri bütöv kənd əhalisini belə qurşuna düzmüşlər. 1943-cü ildə partizan hərəkatı özünün ən yük- sək nöqtəsinə çatmışdır. 1944-cü ildə partizanlar Belarusiyanın və sağsahil Ukraynasının azad edilməsinə önəmli töhfə verdilər. Sovet İttifaqının işğal olunmuş əraziləri düşməndən azad edildikcə partizan dəstələri döyüşən ordu ilə birləşirdi. Sovet adamlarının düşmən arxasındakı mərd mübarizəsi Sovet İttifaqının Böyük Vətən müharibəsində qələbəsinin mühüm faktor- larından biridir.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin