Slavyan olkeleri tarixi. 1917-2015. pdf


Antihitler koalisiyasının yaranması



Yüklə 1,22 Mb.
səhifə37/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   33   34   35   36   37   38   39   40   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

Antihitler koalisiyasının yaranması. Alman qoşunları SSRİ ərazisinə daxil olan kimi Böyük Britaniya və ABŞ-ın rəhbərləri işğalçılara qarşı mübarizədə Sovet İttifaqını müdafiə edəcəklərini elan etdilər. 1941-ci il iyulun 12-də Moskvada SSRİ və Böyük Britaniya Almaniyaya qarşı birgə hərəkət etmək haqqında saziş imzaladı. Tərəflər bir-birinə kömək etməyi və qarşı tərəflə seperat saziş bağlamamağı öz üzərlərinə götürdülər. Avqustun 31-də Böyük Brtaniyadan göndərilən ilk ittifaq hərbi yük karvanı Murmanska çatdı.
Hitlerçilərin Sovet İttifaqına hücum etməsinin üçüncü günü ABŞ prezidenti F.Ruzvelt SSRİ-yə kömək etmək niyyətində olduğunu elan etdi. Müharibənin ilk həftələrində ABŞ-da belə hesab edirdilər ki, Qızıl Ordu Almanlar qarşısında uzun müddət davam gətirə bilməz, odur ki, SSRİ-yə kömək etməyin heç bir mənası yoxdur. Lakin 1941-ci ilin iyulunda ABŞ prezidentinin şəxsi nümayəndəsi Q.Qopkins Moskvaya səfər etdikdən sonra Qızıl Ordunun və sovet xalqının yüksək mənəvi əhval-ruhiyyədə olduğunu təsbit edərək prezidentə bildirdi. 1941-ci ilin sentyabrında SSRİ Böyük Britaniya və ABŞ-ın avqust ayında qəbul etdikləri Atlantika xartiyasını müdafiə etdiyini bildirdi. Xartiya zorla ərazi dəyişikliyindən imtina edilməsini, xalqların müstəqillik və idarəetmə formasının seçilməsi hüququna hörmət göstərilməsini elan edirdi. 1941-ci il sentyabrın 29-dan oktyabrın 1-nə kimi Moskvada SSRİ, ABŞ və Böyük Britaniya nümayəndələrinin konfransı oldu. ABŞ və İngiltərə 1941-ci il oktyabrın 1-dən 1942-ci il iyunun 30-na kimi hər ay SSRİ-yə 400 təyyarə, 500 tank, 200 tank
əleyhinə silah, hərbi material göndərməyi öz öhdələrinə götürdülər. Sovet tərəfi hərbi məhsul istehsalı üçün xammal verməyi vəd etdi. İlk dəfə olaraq Sovet dövlətinə bir milyard həcmində faizsiz kredit təqdim olundu. 1941-ci il noyabrın 7-də ABŞ SSRİ-ni lend-liz üzrə kömək alan ölkələr sırasına daxil etdi. İngilis-amerikan yükü Murmans və Arxangelsk, o cümlədən Vladivastok və İran ərazisi vasitəsi ilə daşınırdı.
1941-ci il dekabrın 7-də Yaponiya müharibə elan etmədən Havay adalarında yerləşən amerikanın Perl-Xarbor hərbi-dəniz bazasına hücum etdi. Dekabrın 8-də ABŞ Yaponiyaya müharibə elan etdi. İngiltərə də Yaponiyaya müharibə elan etdi. Dekabrın 11-də Almaniya və İtaliya ABŞ-a müharibə elan etdi. Beləliklə, İkinci dünya müharibəsinin miqyası kəskin şəkildə genişləndi. 1942-ci il yanvarın 1-də Vaşinqtonda 26 dövlətin antifaşist koalisiyası, o cümlədən, SSRİ, ABŞ, İngiltərə və Çin bəyənnamə imzalayaraq hərbi və iqtisadi ehtiyatlarını faşist blokuna qarşı mübarizədə istifadə etməyi öz üzərlərinə götürdülər. Bu dövlətlər və sonradan onlara qoşulanlar “Birləşmiş Millətlər” adlandırılmağa başlandı. 1942-ci il mayın 26-da müharibədə müttəfiqlik, müharibədən sonra əməkdaşlıq haqqında ingilis-sovet müqa- viləsi, 1942-ci ilin iyununda SSRİ-yə lend-liz üzrə köməyi təsdiq edən sovet-amerikan sazişi imzalandı. SSRİ ilə onun qərb müttəfiqləri olan İngiltərə və ABŞ-ın 1942-ci ildə Avropada ikinci cəbhəni açmaq istəməməsi müttəfiqlər arasında əsas problem olaraq qalırdı. U.Çörçill və F.Ruzveltin mövqeyi bundan ibarət idi ki, iki nəhəng güc – SSRİ və Almaniya bir-biri ilə nüharibədə öz güclərini tükətsinlər. İngiltərə və ABŞ isə dünya miqyasında aparıcı yer tutaraq onlara öz iradələrini qəbul etdirmək imkanı qazansınlar.



Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin