Slavyan olkeleri tarixi. 1917-2015. pdf


Manavi inkiúafın ziddiyyatlari



Yüklə 1,22 Mb.
səhifə33/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   29   30   31   32   33   34   35   36   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

Manavi inkiúafın ziddiyyatlari. İctimai şüur üzərində nəzarətin təmin edilməsində qorxu mühüm, lakin yeganə vasitə deyildi. Belə təminatın digər mühüm vasitəsi əhali içərisində total ideoloji təbliğat idi. Bu məqsədlə, dövlət Kommunist partiyasının nəzəri prinsiplərini ideologiyanın əsasına çevirmək xətti götürdü. Bu prinsiplər əsasən Marksın, Leninin
əsərlərindən götürülmüşdü. Odur ki, partiyanın ideologiyası marksizm-leninizm adlandırıl- mışdı. Bununla bərabər, Marksın və Engelsin fikirləri Stalin tərəfindən müəyyən edilən rəsmi siyasətə uyğun olaraq şərh edilir, bu isə çox zaman onların fikirlərinin ilkin məzmununun sadələşdirilməsinə və təhrif olunmasına gətirib çıxarırdı.
Buna baxmayaraq, sovet adamlarının ən azı bir neçə nəsli mükəmməl, məntiqi cəhətdən dügün, yeganə doğru olan marksizm-leninizm nəzəriyyəsi kimi təqdim olunan bütün bu təlimlərin tamamilə qəbul edilməsi ruhunda tərbiyə edilmişdi. RSDF (b) P- PK (b) P- UİK (b) P-Sov.İKP-nin müxtəlif inkişaf mərhələlərindəki siyasəti isə “fəaliyyətdə olan marksizm- leninizm” kimi təqdim olunurdu. Stalinin şəxsiyyəti isə marksizm-leninizmi düzgün şərh edən və təcrübədə həyata keçirən yeganə tarixi şəxsiyyət kimi ön plana çəkilirdi. İnsanları Stalinin yazdığı və dediyi hər bir sözün ədalətli olmasına dərin inam ruhunda tərbiyə etməyə çalışırdılar. Stalin tərəfindən marksizm-leninizmin izahı, nəticə etibarilə onun yaratdığı siyasi və iqtisadi sistemin modelini, onun yeritdiyi siyasəti əsaslandırmağa yönəlmişdi. Partiyada və cəmiyyətdə başqa cür düşünənlər ciddi təqib olunur və xaric edilirdilər. İnsanlar “xalqın düşmənləri” kateqoriyasına aid edilmək və bundan irəli gələn bütün nəticələrin qorxusu altında tam biganəlik göstərməyə, ümumi qəbul olunmuş mülahizələrlə razılaşmağa və öz növbəsində ictimai həyatın müxtəlif sahələrində onları təkrarlamağa məcbur idilər. Partiya, sovet, komsomol və həmkarlar təşkilatlarının işçiləri, ziyalıların peşəkar dəstələrinin nü- mayəndələri, əhalinin bütün yaş təbəqələrinin şüuruna dünyada birinci sosialist dövlətinin yeganə düzgün inkişaf yolunda olması, partiya və dövlətin tarixində Stalinin xüsusi rol oynaması ideyasını fəal surətdə yeritmək işinə istiqamətləndirilmişdilər. Təhsil və elmi müəssisələrin, ədəbiyyatın və incəsənətin, kütləvi informasiya vasitələrinin, partiya, sovet, komsomol və digər ictimai təşkilatların fəaliyyətinin əsasında kütlələrin şüuruna eyni cür təsir göstərmək dururdu.
Qeyd edilməlidir ki, adətən Stalin özü ideoloji işə istiqamət verirdi. O marksizm nəzə- riyyəsinə və tarixinə dair “Leninizmin əsasları”, “Leninizm məsələləri”, “Oktyabr inqilabı və rus kommunistlərinin taktikası”, “Dialektik və tarixi materializm haqqında” adlı bir sıra böyük tarixi əsərlərin, çoxsaylı məqalələrin müəllifi idi. O, bütün humanitar sahənin inkişafı- nın xarakterini və məzmununu tənzimləyən partiya sənədlərinin tərtibində fəal iştirak edirdi. Başqa sözlə, dövrün ideoloji həyatı tədricən onun tərəfindən formalşdırılan totalitar və avtoritar sistem haqqında onun öz təsəvvürlərinə və maraqlarına tamailə uyğunlaşdırılırdı.
Stalinin ideoloji konsepsiyasının təsdiqinin ən yüksək həddi 1938-ci ildə “UİK (b) P tarixinin qısa kursu”nun nəşri oldu. 6sər stalinizmin əsil ensiklopediyası, onun nəzəri-ideoloji ifadəsi oldu. Bu əsərin əhəmiyyəti onda idi ki, onun ictimai həyat məsələlərinin geniş dairə- sini əhatə edən əsas müddəaları uzun illər üçün rəsmi ideoloji konsepsiyanı müəyyənləşdirdi. Stalin kitabın təşəbbüsçüsü, baş redaktoru və ayrı-ayrı bölmələrinin müəllifi idi. Stalinin ölümündən sonra “Qısa kurs”, bir qayda olaraq, bəzi çatışmazlıqlarına görə tənqidə məruz qalırdı, lakin onun əsas müddəaları 80-cı illərin ortalarına qədər rəsmi sovet ideologiyasının
əsasını təşkil edirdi.
Partiyada və xalqda vahid düşüncə yaratmaq 20-30-cu illərdə Kommunist partiyasının bütün ideoloji siyasətinin məqsədi idi. Zahirən bu məqsəd əldə edilmişdi. 30-cu illərin sonu üçün əhalinin əsas hissəsi rəsmi Stalin ideologiyasının göstərişlərinə uyğun olaraq öz fikir- lərini açıq ifadə etməyi öyrənmişdi. İnsanların çoxu yazılanların, yüksək tribunalardan deyi- lənlərin, kitablarda və qəzetlərdə qeyd edilənlərin doğruluğuna həqiqətən inanırdılar. Lakin, bütün amansız diktaturalar və repressiyalar, güclü ideoloji təzyiqlər dövrlərində olduğu kimi, başqa cür düşünən, rəsmi təbliğatın bir çox ehkamlarına və stereotiplərinə şübhə ilə yanaşan insanlar da az deyildi. Gizli müxalifətçilik potensialı qalmaqda idi. 30-cu illərin sonundakı Stalin repressiyaları buna həmişəlik son qoymaq məqsədi güdürdü. Lakin həyat göstərdi ki, müxalifətçiliyin tamamilə kökünü kəsmək mümkün deyil.
Cəmiyyətin mənəvi həyatında bir ideologiyanın inhisarını yaratmaq cəhdi yaradıcılığın, azad inkişafın, insan şüurunda olan ideyalar potensialından istifadənin mümkünlüyü üçün böyük təhlükə törədir, insanın təşəbbüskarlığının qarşısını alır. Bu isə, sovet dövlətinin və cəmiyyətinin inkişafına öz mənfi təsirini göstərmişdi.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin