Slavyan olkeleri tarixi. 1917-2015. pdf


SSRİ-nin 1936-cı il Konstitusiyası



Yüklə 1,22 Mb.
səhifə31/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   27   28   29   30   31   32   33   34   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

SSRİ-nin 1936-cı il Konstitusiyası. SSRİ-də sosializmin iqtisadi təməlinin qurulması, iqtisadiyyatda çoxukladlılığın aradan qaldırılması, kapitaliast siniflərinin və qolçomaqların ləğv edilməsi ölkədə sosializmin əsaslarının qurulmasının qanunvericilik yolu ilə təsbit edil- məsini, başqa sözlə 1924-cü il konstitusiyasının dəyişdirilməsini tələb edirdi. Konstitusiya latın sözü olub bərqərar olmaq, quruluş deməkdir. Konstitusiya – 6sas Qanun ölkənin bütün qanunverici aktlarının əsası olub, ictimai və dövlət quruluşunu, nümayəndəli hakimiyyət or- qanlarının təşkilinin qayda və prinsiplərini, seçki sistemini, vətəndaşların hüquq və vəzifə- lərini, cəmiyyətin həyatının önəmli məqamlarını müəyyən edir. Konstitusiya adətən humanist, hüquqi və siyasi funksiya daşıyır. 6gər bunlar həyata keçmirsə, saxta xarakterə malikdir.
1930-cu illərin birinci yarısında ölkə daxilində siyasi vəziyyətin, beynəlxalq münasibət- lərin kəskinləşməsi, cəmiyyətin həyatında baş verən əsaslı dəyişikliklər, sənaye və kənd təsərrüfatında radikal tədbirlərə tələbat, dövlətin prestij və nüfuzunun möhkəmləndirilməsi, xalqın gələcək firavan həyat xəyallarının gerçəkləşməsinə inam ifadə etmək məqsədilə yeni konstitusiyanın qəbuluna ehtiyac var idi. Başqa bir tərəfdən yeni konstitusiyanın qəbul edil- məsi sovet demokratiyasını bütün dünyaya nümayiş etdirərək sovet cəmiyyətinin kapitalizm cəmiyyətindən üstün olduğunu göstərmək məqsədi daşıyırdı.
Belə bir şəraitdə, 1935-ci il fevralın 6-da SSRİ VII Sovetlər qurultayı SSRİ MİK-nə yeni konstitusiya layihəsi hazırlamağı tapşırdı. Fevralın 7-də SSRİ MİK-i İ.V.Stalinin sədrliyi ilə 31 nəfərdən ibarət konstitusiya komissiyası yaratdı. Konstitusiya layihəsinin hazırlanma- sına partiya, dövlət, həmkarlar ittifaqları, respublikaların nümayəndələri, elmi işçilər və b. səfərbər edilmişdi.
1936-cı il iyun ayında konstitusiya layihəsinin hazırlanması işi başa çatdı və MK ple- numunda İ.V.Stalin konstitusiya layihəsi haqqında məruzə etdi. Plenum konstitusiya layi- həsini əsasən bəyəndi. Konstitusiya layihəsi 1936-cı il iyunun 11-də SSRİ MİK Rəyasət Heyətində müzakirə edilərək bəyənildi və onun ümumxalq müzakirəsi üçün mətbuatda dərc edilməsi qərara alındı. 1936-cı il iyunun 12-də konstitusiya layihəsi qəzetlərdə dərc edildi. Eyni zamanda layihə SSRİ xalqlarının 100 dilində kitabça halında çap olundu. 1936-cı ilin yayında və payızında yeni konstitusiya layihəsi müzakirə olundu. Müzakirə zamanı layihəyə çoxlu əlavələr, düzəlişlər, təkliflər irəli sürüldü. Təkliflər və əlavələr iki formada-açıq və gizli formada irəli sürülürdü.
Fəaliyyəti dayandırılmış bir sıra burjua və xırda burjua partiyalarının nümayəndələri ölkədə çoxpartiyalı sistemin yaradılması təklifi ilə çıxış edirdilər. Donda, Ryazanda və başqa yerlərdə fəaliyyət göstərən gizli qruplar “Partiyalar azadlığı” şüarını irəli sürürdülər.
1936-cı il noyabrın 25-dən dekabrın 5-dək SSRİ fövqəladə VIII Sovetlər qurultayı keçirildi. Qurultay dekabrın 5-də konstitusiyanın qəti mətnini təsdiq etdi. Yeni Konstitusiya SSRİ-də sosializmin qələbəsi faktını qanunvericilik yolu ilə təsbit etdi. Konstitusiya 11 fəsil və 146 maddədən ibarət idi. Birinci maddədə deyilirdi ki, “SSRİ fəhlə və kəndlilərin sosialist dövlətidir.” Birinci fəsildə ölkənin siyasi əsasından danışılır və qeyd edilirdi ki, SSRİ-nin siyasi əsasını zəhmətkeş deputatları Sovetləri təşkil edir. Konstitusiyaya görə ölkənin iqtisadi
əsasını istehsal alət və vasitələri üzərində sosialist mülkiyyəti təşkil edir ki, bu da iki formada
- dövlət və kolxoz-kooperativ mülkiyyəti formasında olur. Xüsusi mülkiyyət forması ləğv edildi, yalnız kustar və xüsusi həyatyanı təsərrüfatların saxlanılmasına yol verirdi ki, burada da muzdlu əməyin tətbiqinə icazə verilmirdi.
Konstitusiyanın ikinci fəslində SSRİ-nin dövlət quruluşundan bəhs edilirdi. 1936-cı ildə
SSRİ İttifaqının tərkibinə 11 müttəfiq respublika – RSFSR, Ukrayna, Belarusiya, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Qırğızıstan, Azərbaycan, Gürcüstan və Ermənistan daxil idi. ZSFSR 1936-cı il dekabrın 5-də ləğv edildi.
Xarici siyasət, müdafiənin təşkili, xarici ticarət, dövlət təhlükəsizliyinin qorunması məsələləri, xalq təsərrüfatı planlarının qəbul edilməsi və başqa məsələlər SSRİ İttifaqının səlahiyyətinə daxil edilmişdi. Bu məsələlər istisna olmaqla yerdə qalan bütün dövlət məsə- lələrini müttəfiq respublikalar müstəqil surətdə həll edə bilərdilər. Formal da olsa hər bir sovet respublikasının SSR İttifaqından sərbəst çıxmaq hüququ saxlanılırdı və onun coğrafi ərazisi özünün razılığı olmadan dəyişdirilə bilməzdi. Konstitusiyanın 21-ci maddəsinə uyğun olaraq bütün SSRİ ərazisində vahid vətəndaşlıq müəyyən edilmişdir.
İttifaq respublikasının qanunları ümumittifaq qanunlarına uyğun gəlmədikdə 20-ci mad- dəyə müvafiq olaraq ümumittifaq qanunları əsas götürülürdü. Bu isə ümumittifaq orqanlarının nüfuz və siyasi üstünlüyünü göstərirdi. Bu bir tərəfdən mərkəzləşmiş plan təsərrüfatının rolunun artmasına, başqa bir tərəfdən mərkəzin özbaşınalığına və demokratik prinsiplərdən totalitarizmə keçməsinə şərait yaratmışdır.
Konstitusiyanın onuncu fəsli “Vətəndaşların əsas hüquq və vəzifələri”nə həsr edil- mişdir. Sovet vətəndaşlarına əmək, istirahət, təhsil, qocalıqda və əmək qabiliyyətini itirdikdə maddi təminat almaq hüququ və başqa hüquqlar verilirdi.
Konstitusiyada xalqa vicdan, söz, mətbuat, yığıncaq və mitinqlər azaldığı, ictimai təşki- latlarda – həmkarlar ittifaqlarında, kooperativ birliklərində, gənclər təşkilatlarında, yaradıcılıq təşkilatlarında və s. birləşmək hüququ üçün təminat verilirdi. Konstitusiyanın bu fəslini N.İ.Buxarin yazmışdı və bu ən yaxşı fəsil hesab olunurdu. V.İ.Lenin “Yeni fabrik qanunu”
əsərində yazırdı ki, “Rusiyanın imperator hökuməti qanunlarda yaxşı sözlər yazmağı, sonra isə onları təlimatlarla əvəz etməyi çox sevir.” Leninin bu sözlərini 1936-cı il Konstitusiyasına aid etmək olar. Vətəndaşların konsitutsiya ilə təmin olunmuş hüquqları nəinki müdafiə olun- mur, onların hüquq və vəzifələri çox kobud şəkildə pozulurdu.
Konstitusiyanın on birinci fəsli seçki sistemini müəyyənləşdirdi. 1924-cü il konsitusiya ilə müqayisədə seçki sistemi prinsiplərinə yeni cəhətlər daxil edildi. Seçki hüququndakı məhdudlaşdırmalar (istismarçıların seçki hüququndan məhrum edilməsi) mənasını itirib köh- nəldiyi üçün ləğv olundu. 1936-cı il Konstitusiyası hakimiyyət orqanlarının orta və ali pillə- lərinə çoxdərəcəli seçki sistemini və açıq səsverməni rədd etdi. Ümumi, bərabər, birbaşa və gizli seçki hüququna keçildi. Gizli səsverməyə keçilməsi dövlət aparatına xalq kütlələrinin nəzarətinin gücləndirilməsinə kömək etməli idi.
Beləliklə, SSRİ-də sosializmin Sovet modelinin bərqərar olması 1936-cı il Konstitu- siyasında qanunvericilik yolu ilə təsbit olundu. Yeni Konstitusiyaya müvafiq olaraq, 1937-ci ilin dekabrında birinci SSRİ Ali Soveti seçildi.
Lakin yeni Konstitusiya ilə elan edilmiş olan geniş ümumxalq demokratiyası prin- siplərinin ardıcıl surətdə həyata keçirilməsinə Stalinin şəxsiyyətinə pərəstişlə əlaqədar olan özbaşınalıq, təqib və repressiyalar mane oldu. Tarix göstərdi ki, 1936-cı il Stalin Konstitu- siyası əsl demokratiya aləti ola bilməmişdir. Onun qabaqcıl prinsipləri cəmiyyət tərəfindən tam qəbul edilmədi, burada da sadə vətəndaşları ittiham etmək mümkün deyildir. Belə ki, 6sas qanun qəbul edilən vaxt ölkə hələ də inqilabi şəraiti unutmamışdır. Sovet cəmiyyətini idarə edənlər sıravi vətəndaşlara qorxu və etimadsızlıq prizmasından baxırdılar. “Bürokra- tikləşməyə” davam edən Sovetlər məmur özbaşınalığın dayandırmaq yerinə onu daha da şiddətləndirmişdir. Beləliklə, Stalin Konstitusiyası cəmiyyətin sosial dəyişikliklər mexanizmi yerinə qeyri-müəyyənlik şəraiti yaratmışdır.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin