Slavyan olkeleri tarixi. 1917-2015. pdf



Yüklə 1,22 Mb.
səhifə32/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   28   29   30   31   32   33   34   35   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

Siyasi rejim va kütlavi repressiyalar. Partiya daxilində gedən mübarizə ölkənin ictimai- siyasi həyatına olduqca mənfi təsir göstərirdi. Ölkənin idarə edilməsinin inzibati-amirlik metodlarla inkişaf edərək inzibati-amirlik sisteminə çevrilməsi ilə nəticələnirdi. 20-ci illərdə möhkəmlənmiş inzibati-amirlik sisteminin kökləri “hərbi kommunizm” dövrünə gedib çıxır ki, bu dövrdə də bütün məsələlərin həll edilməsinin əsas vasitəsi əmr və sərəncamlar idi. Yeni iqtisadi siyasət illərində bir qədər yumşaldılmış bu sistem sənayeləşdirmə dövründə və ən çox
isə kollektivləşdirmə dövründə daha da inkişaf etdirildi. 30-cu illərin sonlarında isə bu özünün kuliminasiya nöqtəsinə çatdı. Bu sistem iqtisadiyyatda bərqərar olduqdan sonra üstquruma da yayılmışdı ki, bu da sosialist demokratiyasını daha da məhdudlaşdırdı. İnzibati-amirlik sisteminə keçilməsi əslində aşkarlıq və plyuralizmin inkar edilməsi demək idi.
Hələ XVIII əsrdə görkəmli fransız maarifçisi və filosofu Monteskye göstərmişdir ki, “düzgün qaydalarla təşkil edilmiş dövlətdə tək hakimiyyət ola bilməz, bir-birindən asılı olma- yan üç hakimiyyət - qanunverici, icraedici və məhkəmə hakimiyyəti mövcud olmalıdır. Hansı formada olursa-olsun onların bir orqanın və şəxsin əlində cəmləşməsi ümumi mənafeyin iti- rilməsinə, sui-istifadə hallarına və şəxsiyyətin siyasi azadlığının boğulmasına gətirib çıxarır.”
Ölkədə bərqərar edilmiş hakimiyyət partiya aparatının siyasi hökmranlığına çevrilmişdi. Hələ 1918-ci ilin martında V.İ.Lenin Paris kommunasının təcrübəsinə əsaslanaraq Sovet hakimiyyəti haqqında belə bir tezis irəli sürmüşdü: “Qanunverici və icraedici dövlət işlərinin birləşdirilməsi”. XKS timsalında belə birləşmə həyata keçirilmişdi. Vətəndaş müharibəsi illərində məhkəmə hakimiyyəti Ümumrusiya Fövqəladə Komissiyasının, digər fövqəladə və qeyri-məhkəmə orqanlarının, yerli icra orqanlarının əlində cəmləşmişdir ki, onlar da XKS-ə tabe idilər.
YİS illərində məhkəmə orqanları ilə idarəçilik orqanları arasında funksiyalar bölün- müşdü. Lakin 30-cu illərdə bu ayrılmalar yenidən ləğv edilir. Dövlət, partiya orqanları müntə- zəm şəkildə məhkəmə hüquq orqanlarının işlərinə qarışırdılar. Hökmlərin, xüsusilə siyasi işlərə dair hökmlərin məzmunu əvvəlcədən müəyyənləşdirilirdi. 30-cu illərdə sovet cəmiyyəti mülki cəmiyyət olmadığı kimi, sovet dövləti də hüquqi dövlət deyildir və bu haqda söhbət də gedə bilməzdi. 1929-cu ildə siyasi xadimlərdən biri L.M.Koqanoviç deyirdi: “Biz hüquqi dövlət anlayışını rədd edirik.”
1936-cı il Konstitusiyasında bir sıra demokratik prinsiplər elan edilmişdi və göstərilirdi ki, ədalət mühakiməsi məhkəmələr tərəfindən həyata keçirilir, hakim müstəqildir və yalnız qanuna tabedir. 6slində 30-cu illərdə ölkədə konstitusiyaya zidd olaraq qeyri-məhkəmə orqanları sistemi fəaliyyət göstərirdi. Siyasi işlərə dair məhkəmələr müxtəlif illərdə Baş Siyasi İdarə (1934-cü ildən Daxili işlər nazirliyi) nəzdindəki Xüsusi müşavirə tərəfindən, çox hal- larda isə “üçlük”, “ikilik” tərəfindən həyata keçirilirdi. Bir sözlə, ölkədə vətəndaşların hüquqi müdafiəsi üçün heç bir təminat yox idi. Müxtəlif adlar altında fəaliyyət göstərən dövlət təh- lükəsizlik orqanları özlərinin başlıca vəzifəsini qorxu, xof və ümumi şübhəlilik yaratmaqda görürdülər. Dövlət orqanlarında işləyən çoxsaylı xəbərçilər ordusu adamların hər addımını izləyirdi. Açıq və gizli xəbərçilik şirnikləndirilirdi. Hər hansı bir adamın hakimiyyətə qeyri- loyal münasibətdə olması şübhə doğururdusa, həmin şəxs çoxsaylı ölüm düşərgələrindən birinə göndərilirdi. Ölkədə açıq məhkəmələrin olmasına, bunlarda məhkumun hüquqlarının vəkil tərəfindən müdafiə edilməsinə baxmayaraq, antisovet fəaliyyətdə şübhəli bilinən adam- lar haqqında məhkəməsiz sərt hökmlər çıxaran “Xüsusi müşavirələr” deyilən müşavirələr də fəaliyyət göstərirdi. Dövlətdə belə vəziyyət yeni sovet elitasını tamamilə qane edirdi, çünki onun cəmiyyətdə imtiyazlı vəziyyətini təmin edirdi. Odur ki, həmin elita başlanğıcdan döv- lətdə birinci adamın rolunun şişirdilməsinə çalışaraq, həm də bu işdə Rusiya əhalisinin döv- lətlə onun başında duran şəxsiyyəti eyniləşdirən, tarixən yaranmış kütləvi şüurundan istifadə edirdi. Bu meyl özünü mitinqlərdə, iclaslarda, qurultaylarda bolşevik partiyasının ali rəhbər- lərinin ünvanına deyilən saysız-hesabsız sağlıqlarda, şəhərlərin adlarının onların şərəfinə də- yişdirilməsində, fabriklərə, zavodlara, küçələrə onların adının verilməsində özünü göstərirdi.
20-ci illərdə partiyadaxili mübarizədə qalib gələn Stalin çox böyük, sözün əsl mənasın- da qeyri-məhdud hakimiyyətə sahib oldu. Onun partiya rəhbəri kimi, qanun çərçivəsi ilə məhdudlaşdırılmayan səlahiyyətləri nəinki xarici, həm də partiyadaxili müxalifətin olmadığı şəraitdə şəxsi hakimiyyət rejiminin möhkəmləndirilməsi imkanlarını genişləndirirdi. Stalin yaranmaqda olan totolitar sistemi öz şəxsi hakimiyyət rejiminin daha da möhkəmləndi- rilməsinə tabe etdi.
Bu yolda Stalin kütləvi represiyaların genişləndirilməsinə mühüm əhəmiyyət verirdi. Hələ 1928-ci ildə o, belə bir tezis irəli sürmüşdü ki, sosializmə doğru irəlilədikcə Sovet ha-
kimiyyətinin gizli düşmənlərinin qızğın müqavimət göstərməsi ilə əlaqədar sinfi mübarizə kəskinləşir. Bu mülahizə daxili və xarici “düşmən obrazı” yaratmaq, kütləvi repressiyalar təşkil etmək üçün əsas oldu. Bir qayda olaraq kütləvi repressiyalar ideoloji kampaniyalarla müşayiət olunurdu. Bu isə geniş kütlələrin gözündə toplu həbs və edamlara haqq qazandırmaq məqsədi daşıyırdı. “Düşmən obrazı” ilə öz mövqeyini və fəaliyyətini möhkəmləndirməyə ehtiyac duyan sistem 1928-1941-ci illərdə amansız repressiya kampaniyaları keçirmişdir. Onların təşkilinin öz daxili məntiqi və məqsədi olmuşdur. Belə ki, 1920-ci illərin sonu-30-cu illərin əvvəllərində köhnə ziyalılara, 30-cu illərin əvvəllərində “qolçomaqlara”, 30-cu illərin birinci yarısında sabiq müxalifətçilərə, 30-cu illərin ikinci yarısında partiya, təsərrüfat və hərbi kadrlara qarşı kütləvi repressiyalar təşkil edilmişdir. Artıq 20-ci illərin sonu – 30-cu ilərin əvvəllərində “Şaxta işi”, “Sənaye partiyasının işi”, “RSDFP İttifaq bürosunun işi” deyilən açıq məhkəmə prosesləri keçirilmiş, sənayenin ayrı-ayrı sahələrinin mütəxəssisləri guya mühacir, antisovet təşkilatlarının tapşırığı ilə pozuculuq fəaliyyətində ittiham edilmişdi. Müttəhimlərin günahını sübut edən heç bir əsaslı dəlil yox idi. Başlıca dəlillər istintaqın təzyiqi nəticəsində müttəhimlərin özlərinin verməyə məcbur olduğu “etiraflar” idi. Artıq o zaman açıq məhkəmə prosesləri məhkəməsiz kütləvi cəzaları ört-basdır etməyə və onlara bəraət qazandırmağa xidmət edirdi.
1928-1930-cu illərdə çox sayda görkəmli alim, mühəndis və idarəçilər repressiyanın qurbanı oldular. Onlar arasında vətən elminin təmsilçiləri H.D.Kondratyev, A.V.Çayanov, S.F.Platonov, E.V.Tarle, L.K.Ramzin, aviakonsistruktorlar D.P.Qriqoroviç, N.N.Polikarpov və b. var idi. 1930-1931-ci illərdə 3 min nəfərdən çox sabiq çar ordusu zabiti repressiyaya uğramışdır.
Stalin partiyanın ona danışıqsız tabe olması məsələsinə böyük diqqət yetirirdi. 1929-cu ildə Trotski ölkədən sürgün edilmişdi. 30-cu illərin əvvəllərində Stalinin siyasəti ilə razı olmadıqlarını bu və ya digər şəkildə bildirən bir sıra görkəmli partiya xadimləri təqiblərə məruz qalmışdı. Onlardan bəziləri partiya sıralarından xaric edilmiş və həbs olunmuşdu.
1932-ci ildə yaradılan və Moskva rayon partiya təşkilatlarından birinin keçmiş rəhbəri M.N.Ryutinin başçılıq etdiyi qeyri-leqal “Marksist-leninçilər İttifaqı"nın üzvləri ən ağır cəzaya məruz qalmışdılar. Bu təşkilat “Stalin və proletar diktaturasının böhranı” adlı xüsusi bir sənəd tərtib edərək, həmin sənəddə Stalinin rejimini məsləkindən dönüb inqilab işinə xə- yanət etməkdə ittiham etmişdi. Terror və hədə-qorxu metodları bolşevik partiyasında par- tiyadaxili demokratiyanın qalıqlarına son qoydu. Lakin Stalin hesab edirdi ki, onun şəxsi hakimiyyət rejiminə müxalif olan qüvvələrin potensialı hələ sona çatmamışdır. Cəmiyyətdə və partiyada müxalifətin kökünün kəsilməsini o xüsusi geniş miqyaslı kampaniyanın keçiril- məsi ilə əlaqələndirirdi.
Bəşəriyyat tarixində görülməmiş kütləvi repressiyalar 1934-cü il dekabrın 1-də Le- ninqradda kommunist partiyasının rəhbərlərindən biri olan Sergey Kirovun Nikolayev adlı bir şəxs tərəfindən öldürülməsi ilə başladı. Sergey Mironoviç Kirov (Kostrikov) (1886-1934) 1904-cu ildən bolşeviklər partiyasının üzvü kimi Qərbi və Şərqi Sibirdə fəaliyyət göstərərək Oktyabr silahlı üsyanının və Vətəndaş müharibəsinin fəal iştirakçısı olub. 1921-1926-cı illər- də Azərbaycan KP MK-nın. 1926-1934-cü illərdə Leninqrad partiya təşkilatının birinci katibi vəzifəsini tutub. 1930-1934-cü illərdə Siyasi Büronun üzvü, 1934-cü ildən eyni zamanda MK- nın katibi olmuşdur.
Belə bir rəsmən təsdiq olunmamış tarixi iddia mövcuddur ki, guya S.M.Kirovun öldürülməsi tapşırığını şəxsən İ.V.Stalin XDİK-nm rəhbəri G.Yaqodaya vermişdir. Başqa bir iddiaya görə isə bu qətl hadisəsinin səbəbkarı şəxsi qısqanclıq zəmnində hərəkət edən L.Nikolayev adlı şəxsdir. Lakin bu bir həqiqətdir ki, özünün siyasi rəqiblərin məhv etmək və terror kampaniyasını gücləndirmək məqsədilə İ.V.Stalin bu hadisədən maksimum dərəcədə istifadə etdi. Bu qətl böyük bir kampaniyanın başlanması üçün bəhanə oldu. Fransa inqilabı dövründə geniş yayılmış “xalq düşməni” termini gündəmə gətirildi. “Xalq düşməni” termini rəsmi olaraq ilk dəfə 1932-ci il avqustun 7-də “Dövlət müəssisələri və kolxozların əmlakının qorunmasına dair” Qanunda yer almışdır. Artıq Kirovun öldürüldüyü gün SSRİ MİK-nin
terrorçular haqqında qəbul etdiyi qanun terror haqqında düşünməyi belə terror aktını həyata keçirməyə bərabər tuturdu. Terrorçular haqqında istintaq işləri ittiham və müdafiə tərəflərinin nümayəndələrinin iştirakı olmadan, hökmən ölüm hökmü çıxarmaq şərti ilə iki həftə ərzində başa çatdırılırdı. Təkcə birinci iki ay ərzində ancaq Leninqradda Kirovun qətlinin təşkilində ittiham üzrə 843 nəfər həbs edilmiş və edam edilmişdi.
Kütləvi həbslər və edamlar bütün ölkəni bürümüşdü. “Xalq düşmənləri” sırasına ilk vaxtlar nə vaxtsa müxalifət fəaliyyətində iştirak edənlər aid edilirdi. 1935-1936-cı illərin təmizləməsi alovlarında məhv edilənlər içərisində keçmiş partiya rəhbərləri Q.Zinovyev və L.Kamenev də var idi.
1936-cı ilin avqustun 19-da Stalinə sui-qəsd təşkil edərək hakimiyyəti ələ keçirməyə cəhd edən terrorçu trotskiçi-zinovyevçi mərkəzin işi üzrə məhkəmə prosesi başladı. 6sas itti- hamçı SSRİ-nin Baş prokuroru A.Y.Vışınski 16 nəfər, o cümlədən Q.Zinovyev və L.Ka- menev, Q.Y.Yevdokimov, İ.N.Smirnov üçün əsas təşkilatçılar kimi ölüm hökmü tələb etdi. “Günahkarlar” üçün avqustun 24-də ölüm hökmü çıxarıldı və dərhal yerinə yetirildi. “Sağların”rəhbərlərindən hesab edilən M.P.Tomski bu prosessdən sonra avqustun 26-da intihar etdi.
1937-ci ilin yanvarında sabiq müxalifıətçilər G.L.Pyatakov, K.B.Padek, Q.Y.Sokol- nikov, N.İ.Muralov, L.P.Srebryakov başda olmaqla 17 nəfər üzərində məhkəmə işi başladı. Mühakimə olunanlara qarşı standart günah əməlləri, o cümlədən terrorizm, ziyankarlıq, SSRİ- nin müdafiə qabiliyyətini zəiflədən cəsusluq fəaliyyəti və s. irəli sürüldü. Yanvarın 23-də başlayan bu ikinci Moskva prosessi “trotskiçi-zinovyevçi mərkəzin” işinin davamçıları kimi kütləvi təxribatlar törətməkdə ittiham edilirdilər. 6vvəlkilər kimi bu məhkəmə tamaşası da cəmi bir həftə çəkdi, ittiham olunanlar öz günahların “tam etiraf” etdilər. 13 nəfər ölüm hökmünə, 4 nəfər isə uzunmüddətli həbs cəzasına məhkum edildilər. İkinci məhkəmə prosessi xalq təsərrüfatı və partiya kadrları üzərində qurma məhkəmə işlərinə yol açdı. 1937-ci ilin
əvvəllərində Stalinin ÜİK (b) P MK-nın fevral-mart plenumunda “Trotskiçilər və digər ikiüzlülər” adlı məruzə ilə çıxış etməsindən sonra ölkəni yeni repressiyalar dalğası bürüdü. Həmin məruzədə Stalin partiyada və cəmiyyətdə kütləvi təmizləmələr aparmağa çağırdı. Milyonlarla insan partiya, sovet, təsərrüfat rəhbərləri, hərbi rəhbərlər, elm və mədəniyyət xadimləri, fəhlələr və kəndlilər, hətta dövlət təhlükəsizlik orqanlarının işçiləri bu təmizləmələrin qurbanı oldu. Günahın yeganə sübutu vəhşicəsinə işgəncələr, şantaj və yalan yolu ilə müttəhimlərdən qoparılan şəxsi etiraflar idi. Repressiyaya məruz qalanların böyük
əksəriyyəti edam edilmiş və məhkəməsiz uzun illər məhkum edilmişdi. Düz iki il
repressiyaların şiddəti zəifləmədi.
1938-ci ilin martında sağtrotskiçi antisovet bloku haqqında 21 nəfəri əhatə edən Moskva prosesi başladı. N.İ.Buxarin, A.İ.Pıkov sağ təmayülün rəhbərləri kimi, sabiq Daxili İşlər Komissarı Q.Q. Yaqodanı, Kremlin həkimlərin, S.M.Kirov, V.V.Kuybışev, A.M.Qorkinin ölmündə, Stalinə qarşı sui-qəsddə təqsirli hesab edərək edam etdilər. Hətta N.İ.Buxarini 1918- ci ildə F.Kaplanın V.İ.Leninə qarşı törətdiyi sui-qəsdin iştirakçısı kimi belə damğaladılar. Şəxsi ağır fiziki işgəncələrə məruz qalan mühakimə edilənlər öz həyatlarını və yaxınlarını qorumaq üçün özləri haqqında yalan ifadələr verərək törətdikləri əməllər üçün xaricdə olan L.D.Trotskidən və alman faşistlərindən tapşırıq aldıqlarını etiraf edirdilər. Mart ayının 2-dən 13-ə kimi davam edən bu üçüncü Moskva prosessində V.İ.Leninin vaxtında Siyasi Büronun üzvü olmuş N.İ.Buxarin, A.İ.Rıkov, trotckiçi N.N.Krestinski, Avropa inqilabı hərəkatının görkəmli xadimi X.Q.Rakovski və b. mühakimə olunanlar sırasında idi. Rəsmi “tamaşanın” hakimi 21 nəfərdən 18 nəfəri ölüm hökmünə, 3 nəfəri isə uzunmüddətli həbs cəzasına məhkum etdi. “Bütün partiyanın sevimlisi”, Leninin ifadəsilə “bizim Buxarçik” Nikolay Buxarinin 1918-ci ilin avqustunda sol eserlərlə əlbir olaraq V.İ.Leninə sui-qəsddə iştirakı fərziyyəsi onun “ata qatili” kimi damğalanmasına, İ.V.Stalinin tarixdə Leninin işinin yeganə davamçısı kimi yer tutmasına xidmət edirdi.
Ordunun özündə də narazılıq artırdı. M.N.Tuxaçevski, İ.E.Yakir. İ.P.Uboreviç və baş- qaları ordu quruculuğunun köhnə metodlarına qarşı çıxış edirdilər. Marşal M.N.Tuxaçevski
və onun tərəfdarları bildirdilər ki, yeni şəraitdə ordu mexanikləşdirilməlidir və süvari orduya çəkilən xərclər azaldılmalıdır ki, bununla da onlar ordunun veteranları hesab olunan vətəndaş müharibəsi qəhrəmanları K.Y.Voroşilov və S.M.Budyonının köhnə psixologiyasına qarşı çı- xırdılar. Bu şəraitdə XDİK gestapo ilə birlikdə 1937-ci ildə hərbi sovet xadimlərinin İ.Stalinə qarşı sui-qəsd təşkil edilməsinə dair uydurma “iş” qurdular. Qızıl ordunun komandirləri mar- şal M.N. Tuxaçevski, İ.P.Uboreviç, İ.E.Yakir və başqaları həbs edilərək edam cəzasına məh- kum edildilər. Edam cəzası çıxaran tribunalın üzvləri marşallar S.M.Budyonnı, V.K.Blyuxer, A.İ.Yeqorov və başqalarının çoxu 1938-1939-cu illərdə repressiyaya məruz qalaraq güllələn- dilər. Repressiyalar bütün zabit heyətini bürüdü. 1937-1938-ci illərdə “Tuxaçevskinin işi” üzrə repressiyaya həm də hərbi sahədə qabaqcıl alim və mühəndislər A.N.Tunolev, S.P.Ko- rolyov və başqaları da məruz qaldılar. Demək olar ki, xarici kəşfiyyat kadrları tamamilə məhv edildi. Hərbi əməliyyat təcrübəsi olan, hazırlıqlı hərbi birləşmələrin komandirlərindən tutmuş polk komandirlərinə kimi Qızıl ordunun komanda heyətinin 90%-i həbs düşərgələrinə salındı. Bir çox zabit tutduğu vəzifədən azad edilərək partiya sıralarından xaric edildi. 8 nəfərin güllələndiyi, 980 nəfər komandir və siyasi işçinin məhkum edildiyi hərbiçilər əsasən 1923- 1925-ci illərdə Hərbi Akademiyada təhsil alarkən partiya yığıncağında Trotskinin təfərdarlarının qətnaməsinə səs verənlər idi. Repressiyalar bütün regionları və respublikaları
əhatə etdi. Azərbaycanda 200 minə yaxın və ya yaşlı əhalinin 15%-i repressiyaya məruz qalmışdı. Qanlı repressiya dalğası Ukraynanı, Belarusiyanı, Orta Asiyanı, Rusiyanın vilayətlərini bürüdü. Yalnız 1938-ci ilin sonu 1939-cu ilin əvvəllərində repressiyaların miqyası azaldı. Buna baxmayaraq, onlar insanların şüurunda sistem qarşısında qorxu və onun önündə gücsüzlük hissinin dərindən kök salmasında böyük rol oynayırdılar.
Ümumiyyətlə, bu dövrdə on minlərlə günahsız adam donosçular sayəsində “əksinqi- labçı” damğası ilə həbs olunaraq cəza çəkmək üçün Baş Düşərgə İdarəsi (QULAQ) siste- mindəki həbsxanalara göndərildilər. Belə məhbusların əməyindən meşə ağac emalında, yeni zavod və dəmir yollarının tikintisində istifadə olunurdu. 1930-cu illərin sonlarında Baş Düşərgə İdarəsi sistemində 50-dən çox həbsxana, 420-dən çox islahetmə məntəqəsi, yetkinlik yaşına çatmayanlar üçün 50 məntəqə fəaliyyət göstərirdi. Rəsmi məlumatlara əsasən 1930-cu ildə burada 179 min, 1935-ci ildə 839,4 min, 1937-ci ilin sonunda isə 996,4 min nəfər məhbus var idi. 1938-ci il iyulun 1-nə olan məlumata əsasən SSRİ XDİK Baş Düşərgə İdarəsi əmək məskun məntəqəsi növbəsinin qeydiyyatında 997329 nəfər əmək köçməni var idi ki, onlar da 1741 əmək məskun məntəqəsində yaşayırdılar. Lakin həqiqətdə məhbusların sayı daha çox idi. Bunu bilavasitə olaraq SSRİ-də əhalinin sayının artım dinamikası təsdiq edir. Belə ki, 1929-cu il yanvarın 1-dən 1933-cü il yanvarın 1-nə kimi ölkə əhalisi 11 milyon nəfər artdığı halda, 1933-cü il yanvarın 1-dən 1937-ci il dekabra kimi təqribən 2 milyon nəfər azalmışdır.
Düşərgə və koloniyalar SSRİ-də çıxarılan qızıl və xrom-nikel filizinin təqribən yarısını, platin və ağacın üçdə birinə qədərini verirdi. Məhbuslar əsaslı işlərin ümumi həcminin təqribən beşdə birini istehsal edirdilər. Sovet repressiya siyasətinin simvoluna çevrilən Düşərgə idarəsi (QULAQ) 1930-cu ilin aprelində BDSİ-nin nəzdində yaradılmış, oktyabrdan Baş idarə olmuşdur.
Repressiyanın dəqiq miqyası bu günə kimi müəyyən edilməmişdir. Təqribi hesabla- malara görə 1930-cu ildən 1953-cü ilə qədər 800 min nəfərə yaxın adam ölüm hökmünə məruz qalmışdır. 18 milyon nəfər adam həbs düşərgələrindən keçmişdir ki, onların da beşdə bir hissəsi siyasi maddə ilə məhkum edilənlər idi.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin