Əqli nəticə elə təfəkkür formasıdır ki, onun vasitəsilə bir neçə sadə hökmdən yeni hökm alınır. Deduksiya da əqli nəticənin bir növüdür. Deduksiya elə bir əqli nəticədir ki, verilmiş predmet və hadisələrə əsaslanaraq yeni nəticə hasil edirik. Burada fikir ümumidən konkretə gedir.
Deduktiv əqli nəticənin ən çox işlədilən növü sadə qəti sillogizmlərdir. Sillogizm elə əqli nəticə formasıdır ki, burada iki hökm orta termin vasitəsilə əlaqələndirilir və yeni bir nəticə hökmü çıxarılır.
Bilavasitə əqli nəticədə hökmün kəmiyyəti dəyişdirilmir. Bu cür əqli nəticənin formaları aşağıdakılardan ibarətdir:
Bilavasitə əqli nəticədə hökmün kəmiyyəti dəyişdirilmir. Bu cür əqli nəticənin formaları aşağıdakılardan ibarətdir:
çevirmə
dəyişmə
qarşılaşdırma
məntiqi kvadrat üzrə əqli nəticə
Çevirmə
Hökmlərin çevrilməsində məqsəd subyektin başlanğıc hökmün redikatına zidd olan məfhuma qarşı münasibətini bildirməkdən ibarətdir.
Dəyişmə
Hökmün predikatının həcmini və onun subyektə olan münasibətini dəqiqləşdirmək üçün dəyişmədən istifadə olunur.
Qarşılaşdırma
Hökmlərin qarşılaşdırılması elə ( bilavasitə) əqli nəticədir ki, burada hökm 2 dəfə dəyişikliyə uğrayır, yəni hökm dəyişir, həm də çevrilir.
Məntiqi kvadrat üzrə əqli nəticə
Məntiqi kvadrat sxemində nümayiş etdirilən A,E,İ,O qəti hökmlər arasındakı münasibəti nəzərə alaraq bir hökmün həqiqiliyindən və yalanlığından, digər hökmün həqiqiliyi və ya yalalığı nəticəsini çıxarmaq olar.
Sadə qəti sillogizm
Sadə qəti sillogizm — deduktiv əqli nəticənin ən çox işlədilən növüdür Sillogizm elə əqli nəticə formasıdır ki, burada iki hökm orta termin vasitəsilə əlaqələndirilir və yeni bir nəticə hökmü çıxarılır.
Terminlərin qaydaları: Hər bir sillogizmdə 3 termin olmalıdır, az və ya çox olarsa nəticə almaq mümkün deyil. Orta termin heç olmasa müqəddimlərin birində ehtiva olunmalıdır. Orta terminlər eyni mənalarda işlənməlidir.
Müqəddimələrin qaydaları: İki inkari hökmdən nəticə almaq olmaz. Ən az biri iqrari olmalıdır. Müqəddimələrdən biri inkaridirsə, nəticə də inkari olacaqdır. İki xüsusi hökmdən nəticə çıxmır. Ən az biri ümumi olmalıdır və müqəddimələrdən biri xüsusidirsə nəticə də xüsusidir.
Sillogizmin fiqur və modusları
Sillogizmlərdə orta terminin yerinin dəyişməsindən asılı olaraq sillogizmin 4 fiquru meydana çıxır.
Sillogizmin düzgün qurulması üçün hər bir fiqurun qaydası ödənməlidir. Həmçinin sillogizmin modusları anlayışı da var ki, burda söhbət müqəddimələrdəki hökmlərin kəmiyyət və keyfiyyətə görə bir-birindən fərqlənməsidir.
Moduslar təhlil aparan zaman meydana çıxır, lakin əvvəlcədən hər bir fiqur üçün hesablanmış stabil moduslar mövcuddur.
Dördüncü fiqur: qanunları birinci fiqurun qanunları ilə eynidir.
Modusları: AAİ, AEE, EAO, EİO
Polisillogizm
Mürəkkəb ixtisadi sillogizmlər Polisillogizm adlanır, bu bir neçə sadə qəti sillogizmin birləşməsindən əmələ gəlir və iki növü: yüksələn, enən növləri mövcuddur. Məsələn:
Hüquq pozuntusu cinayət işidir.
Adam öldürmək hüquq pozuntusudur.
Balta ilə boyun vurmaq adam öldürməkdir.
Məcid balta ilə boyun vurmuşdur.
Məcidin hərəkəti cinayət işidir.
Ədəbiyyat siyahısı
M.M.İsrafilov – “Məntiq kursu”. Bakı, “Turan” nəşriyyatı 2001