Slavyan olkeleri tarixi. 1917-2015. pdf



Yüklə 1,22 Mb.
səhifə29/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   25   26   27   28   29   30   31   32   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

6dabiyyat va incasanat. Vətəndaş müharibəsi saysız-hesabsız qiymətli incəsənət və heykəltaraşlıq abidələrini, çoxlu kitabxana, xüsusi arxiv və mədəniyyət ocaqlarını dağıdaraq Rusiyanın mədəniyyətinə ağır zərbə vurdu. Bədii sahədə çalışan ziyalıların çox hissəsi sovet hakimiyyətini qəbul etməyərək Rusiyadan xarici ölkələrə mühacirətə getdilər. Bu illərdə bədii yaradıcılqla məşğul olan ziyalıların yolu birmənalı olmadığl kimi, həm də ziddiyyətli olmuş- dur. Sol (avanqard) istiqaməti təşkil edən yazıçı və şairlər, rejissor və aktyorlar, rəssam və heykəltaraşlar inqilabın təntənəsindən bəhrələnərək özlərini ifadə etməyin yeni yaradıcılq formalarını azad surətdə axtarıb tapmaq məqsədilə köhnə incəsənət ənənə və üsul, qayda- qanunlarını sındırıb-dağıtmaq yolunda əllərinə fürsət düşdüyünü ümid edirdilər. Odur ki, bu məqsədlə onların çoxu bolşeviklərlə əməkdaşlıq etməyə başladılar.
20-ci illərin əvvəllərində incəsənət və ədəbiyyatda realizmi inkar edən və köhnə in- cəsənət ənənə və üsullarını dağıtmalı olan yeni bir üslub yaratmağa çalışan formalist cəryan olan futurizmin tərəfdarları hətta dövlət statusuna belə iddia edirdilər. Başqa sözlə, onlar
özlərini inqilabi incəsənətin yeganə təmsilçiləri elan etdilər. Futuristlər və imajinistlər “Kom- muna incəsənəti” qəzetinin səhifələrində köhnə ədəbi irsin dağıdılmasını və “sol incəsənətin” diktaturasının bərqərar olunmasını təbliğ edirdilər.
Bəhs edilən dövrdə inqilabi şüarlara fanatikcəsinə aludə olan bir sıra ədəbiyyatçı və tənqidçilər belə hesab edirdilər ki, əvvəlki mədəni irsdən tamamilə imtina edərək yeni proletar mədəniyyəti yaratmaq lazımdır. 1917-ci ilin payızında meydana gələn mədəni-maarif və ədə- bi-bədii proletar mədəniyyəti (Proletkult) təşkilatına A.A.Boqdanov, V.F.Pletnyev və başqa- ları rəhbərlik edirdi. İxtisasca həkim olan keçmiş bolşevik A.A.Boqdanov Oktyabr silahlı üsyanında iştirak etməməsinə baxmayaraq, yeni proletar mədəniyyətinin yaradılamsında yaxından iştirak edirdi. A.Boqdanov Xalq Maarif Komissarı A.V.Lunaçarski ilə birlikdə belə hesab edirdilər ki, proletar mədəniyyəti partiya aparatından asılı olmamalıdır. Proletkultun dərnək və studiyaları ədəbiyyat, teatr və təsviri sənətə geniş zəhmətkeş kütlələri cəlb etməklə onların arasından gələcək şair, yazıçı, rəssam, aktyor və s. aşkar edirdilər. Proletkultçular özlərinin “Fit” (“Qudki”), “Proletar mədəniyyəti” (“Proletarskaya kultura”) jurnallarını nəşr edirdilər. Proletar şairlərin şeirlər toplusu çap edilirdi. Məsələn, A.K.Qastevin “Fəhlə zər- bəsinin poeziyası”, V.T.Kirillovun “Gələcək şəfəqlər” kitabları buna misal ola bilər. Ümumən 1920-ci ildə proletkultçular hərəkatında 400 min nəfərə yaxın adam iştirak edirdi.
Proletar mədəniyyətçilərin partiya və dövlətə münasibətdə müstəqil siyasət yeritmə- lərini son dərəcə ziyanlı hesab edən V.İ.Lenin proletkult ideyalarına kəskin mənfi münasibət bəsləyirdi. Buna baxmayaraq proletkultçuların ideologiyası mövcud olmaqda davam edirdi və proletar yazıçıların Rusiya assosiasiyası onların xələfi oldu. (RAPP). Bu assosiasiyada tən- qidçi L.Averbaxın rəhbərliyi altında birləşən ədib və şairlər xırda burjua ədəbiyyatçıları hesab etdikləri çığırdaşlar, o cümlədən, A.N.Tolstoy, A.P.Platonov, M.A.Bulqakov, S.A.Yesenin və hətta V.V.Mayakovskiyə qarşı mübarizə aparırdılar. 1917-ci ilə kimi burjua publisistikasın özünün futurist manifestləri ilə heyrətləndirən V.Mayakovski proletar inqilabının carçısına çevrilərək onun təntənəsini tərənnüm etməyə başaldı. Lakin V.Mayakovskinin sovet həqiqəti ilə inqilabi ideallar arasındakı uyğunsuzluğu görməsi “proletariat incəsənəti”nin qısqanc tə- rəfdarlarının narazılığına səbəb olurdu ki, bu da şairin faciəli həyat sonluğu ilə üzləşməsinə gətirib çıxardı. Baş verən hadisələri V.Mayakovski özünün “Misteriya-buff” poemasında qələmə almışdır.
Böyük rus liriki, doğma təbiətin dahi tərənnümçüsü S.Yeseninin də taleyi fəlakətli dövrün ziddiyyətləri ilə müşayiət olunurdu. Onun yaradıcılığı “qolçomaq şair” kimi “ideya cəhətdən yad” elan olunmasına baxmayaraq Yesenin şeirlərinin sətirləri sovet adamlarının qəlbini döyündürür və isidirdi. XX əsr Rusiyanın tarixi dramını yaşayanlardan biri hakimiy- yətin təqib etdiyi və reprressiyaya məruz qalan həqiqəti dərindən estetik şəkildə dərk edib tərənnüm edən şair O.Mandelştam idi. Bu dövrdə, poeziyanın istedadlı nümayəndələrindən biri B.Pasternakın “Leytenant Şmidt” epik əsəri çap edildi. A.Platonov “Çevenqur”, “Kot- lovan” (“Çala”), “Yuvenilnoye more” əsərlərindəki qəhrəmanlarının timsalında göstərdi ki, həyatdan uzaq düşən sosial eksperimentlər insan naturasını eybəcərləşdirərək nəyə gətirib çıxara bilər. M.A.Bulqakovun vətən ədəbiyyatının klassikləri sırasına daxil olan romanlarında insan məişəti problemləri geniş tarixi və sosial-psixoloji kontekstə işıqlandırılır. Onun senzura sayəsində yalnız bir hissəsi çap edilən “Ağ qvardiya” (“Belaya qvardiya”) əsəri vətəndaş müharibəsi tarixinə başqa mövqeydən işıq salır. Sosial fantastika janrında da əsərlər yazan M.Bulqakov 20-ci illərdə “İblislik” (“Dyavoliada”), “Pis yumurta” (“Rokovıye yaytsa”), çap edilməyən “İt ürəyi” (“Sobaçye serdtse”) əsərlərini yazır. Eyni ruhda sosial fantastika janrında E.İ.Zamyatin “Biz” (“Mı”) əsərində yüksək totalitar cəmiyyətin satirik təsvirini vermişdir. Bəhs etdiyimiz yazıçı və şairlərin əsərlərinin çox hissəsi hakimiyyətin tələb etdiyi sosialist realizminə cavab vermədiyi üçün qadağan edilərək çap edilmirdi. Bu səbəbdən F.Platonov, E.Zamyatin, A.Axmatova, M.Bulqakov, O.Mandelştam, S.Klıçkov və b. əsərləri çap edilmir və yaxud çox az nüsxə ilə nəşr edilirdi.
30-cu illərin əvvəllərində Sovet dövləti yazıçıların böyük əksəriyyətini öz tərəfinə çəkə- rək çoxlu ədəbi təşkilatların mövcud olması zəruriliyini aradan qaldırmaq, bütün yazıçıları
Sovet Yazıçıları İttifaqında birləşdirmək məqsədilə 1932-ci il aprelin 23-də “6dəbi-bədii təş- kilatların yenidən qurulması haqqında” qərar qəbul etdi. Qərara uyğun olaraq 1934-cü ilin av- qustunda 557 nümayəndənin iştirakı ilə birinci ümumittifaq yazıçılar qurultayında A.M.Qor- kinin sədrliyi ilə Sovet Yazıçılar İttifaqı yaradıldı. A.M.Qorkinin ölmündən sonra İttifaqa A.A.Fadeev sədrlik etməyə başladı. 2,5 min nəfəri əhatə vedən SSRİ Yazıçılar İttifaqının ya- ranması ilə nisbi bədii yaradıcılıq azadlığına son qoyuldu. 6dəbiyyat və incəsənətdə əsas ya- radıcılıq metodu başlıca prinsipi partiyalılıq olan sosialist realizmi elan olundu. Yazıçılar itti- faqının nizamnaməsində deyildiyi kimi, sosialist realizmi yaradıcıdan “vəziyyəti həqiqi, konkret-tarixi və inqilab inkişaf mahiyyətində təsvir etməyi” tələb edir. Bu isə, yaradıcılıqda avanqard bədii qayda və formalardan imtina edilməsi demək idi. Başlıcası isə, o idi ki, bun- dan sonra hansı hadisənin təsvirinin həqiqət olmasını partiya instansiyası müəyən etməli idi.
Rəsmi ideoloji çərçivəyə baxmayaraq, bir çox istedadlı sovet yazıçıları cızılmış sərhədləri pozaraq görkəmli bədii əsərlər yaratdılar. A.M.Qorkinin yaradıcılıq fəaliyyətiniin çiçəklənməsi məhz bu illərə təsadüf edir. Onun bir-birinin ardınca “Mənim universitetlərim”, (“Moi universiteti”), “Artamonovların işi”, (“Delo Artomonovıx”), “Klim Samginin həyatı”, (“Jizn Klima Samqina”), “Yeqor Bulıçov və başqaları”, (“Yeqaor Bulıçov i druqie”), “Dosti- qayev və başqaları” (“Dostiqayevi i druqie”) roman, dram və kitabları nəşr edildi. A.Qorkinin yaradıcılığı Sovet ədəbiyyatının və ölkə ədəbi mühitinin mühüm bir mərhələsini təşkil edir.
Xarici hərbi müdaxilə və vətəndaş müharibəsi dövründə kazakların taleyinin geniş tarixi epopeyasını tərənnüm edən M.A.Şoloxovun “Sakit Don” (“Tixiy Don”), A.N.Tolstoyun “6zablı yollarla”, (“Xojdeniye po mukam”), N.A.Ostrovskinin “Polad necə bərkidi” (“Kak zakalyalas stal”) və d. bədii yaradıcılıq nümunələri adamların yaşam və həyat mübarizəsinə həsr edilmişdir.
30-cu illərin ədəbiyyatında əsas yerlərdən birini sənayeləşdirməni əks etdirən istehsalat romanları tuturdu. Bu əsərlərdə əsas qəhrəman konkret adamlar deyil, ümumiləşdirilmiş tex- niki tərəqqi və şanlı əmək obrazıdır. F.Qladkovun “Sement” (“Tsement”), V.Katayevin “Za- man, irəli”, (“Vremya, vpered”), F.Panferovun “Tir” (“Bruski”), İ.Erenburqun “İkinci gün” (“Vtoroy den”) və s. əsərləri buna misal ola bilər. Sovet kəndində cərəyan edən faciəli hadi- sələr M.Soloxovun “Oyanmış torpaq” (“Podnyataya tselina”) adlı sanballı əsərində özünün bədii həllini tapmışdır. 1927-1941-ci illərdə Sovet satirasının gözəl nümunələri olan İ.İlf və E.Petrovun “Oniki stullar” (“Dvenadsat stulev”), “Qızıl buğa” (“Zolotoy telenok”) əsərləri meydana gəldi.
30-cu illərin ikinci yarısından başlayaraq repressiya şəraitində sovet bədii yaradıcı- lığının səviyyəsi kəskin şəkildə aşağı düşdü. A.Platonov, M.Bulqakov kimi bir çox ədəbiy- yatçılar ya repressiyaya məruz qalmış, ya da ədəbiyyatdan uzaqlaşdırılmışdılar.
Sovet hakimiyyətinin ilk illəri teatrların sayının sürətlə artması ilə müşayiət olunurdu. Bir qayda olaraq yeni teatrlar köhnə teatr incəsənətindən imtina edən kəskin sol mövqeydən çıxış edirdilər. “Oktyabr teatrının” ideoloqları içəriaində böyük rejissor V.E.Meyerxold əsas yer tuturdu. Vətəndaş müharibəsi epoxasının tələb etdiyi təşviqatçı və plakat xarakterli ilk sovet pyesləri, o cümlədən V.Mayakovskinin “Misteriya-buff” tamaşası səhnələrdə öz yerini aldı. Yeni iqtisadi siyasətə keçidlə bağlı teatrlar ağır günlər keçirməyə başladı. Maliyyə çətinliyinə görə əyləncə incəsənəti olan bir çox teatrlar bağlandı. Dramaturgiya və opera teatrları isə yalnız 20-ci illərin ikinci yarısından sonra öz vəziyyətlərini normal məcraya yönəldə bildilər. Artıq bu vaxt vətəndaş müharibəsi dövrünün təbliğatçı incəsənəti tamaşaçını qane etmirdi.
Fəhlələrin inqilabi hisslərinə hesablanan teatr avanqardçılığı onların özü üçün belə anlaşılmaz idi. Tədricən akademik teatrların səhnəsində, o cümlədən, K.S.Stanislavski və V.İ.Nemiroviç-Dançenkonun rəhbərliyi ilə MBAT-da (MXAT) teatr ənənələri bərqərar ol- mağa başladı. 20-ci illərin ikinci yarısı – 30-cu illərin əvvəllərində ölkə teatrlarının repertua- rında böyük şöhrət qazanmış bir çox tamaşalar meydana gəldi. M.A.Bulqakovun “Turbinlərin günü” (“Dni Turbinıx”), K.A.Trenyevin “Lyubov Yarovaya” (“Lyubov Yarovaya”), B.A.Lav- renyevin “Sındırma” (“Razlom”), V.V.İvanovun “Zirehli qatar 14-69”, (“Bronepoezd 14-
69”), N.P.Erdmanın “Mandat” (“Mandat”), Vs.V.Vişnevskinin “Nikbin faciə” (“Optimistiçes- kaya traqediya”) və s. pyeslərin tamaşaları buna misaldır. Düzdür, demək olar ki, bu tama- şaların hamısı dəfələrlə senzura tərəfindən qadağan olunmuşdur. Sovet realist teatrının cızdığı sərhədlərdən kənara çıxanlar burjua formalizmində və yaxud da hər cür “solçuluq” təhrif- lərində günahlandırılırdı. Teatr incəsənəti sahəsində məcburi bərqərar edilən bir istiqamət – Stanislavski sistemi ağalıq edirdi. Teatrlarda bədii eksperimentlər uzun müddət yaddaşlardaan silinmiş oldu. Milli teatrlar sürətlə artırdı. 1920-ci ildə Ukraynada İvan Franko adına Teatr, Belarusiyada birinci Dram Teatr Minskidə fəaliyyətə başladı. Bu respublikalarda özfəaliyyət teatr hərəkatı geniş vüsət aldı. 30-cu illərin ikinci yarısından başlayaraq teatr və incəsənət sahəsində “formalizmlə” mübarizə pərdəsi altında repressiya dalğası geniş miqyas aldı. Formalizmlə mübarizə şüarı ilə böyük rejissor V.E.Meyerxoldun teatrı bağlandı, özü isə 1939-cu ildə həbs edilərək güllələndi.
Sovet hakimiyyəti misilsiz təbliğat imkanı olan kinomatoqrafiyaya xüsusi diqqət yetirirdi. İlk sovet bədii filmi hələ vətəndaş müharibəsi illərində ekrana çıxmışdı. S.M.Eyzen- şteynin 1925-ci ildə yaratdığı “Potyomkin zirehli gəmisi” (“Bronenosets Potemkin”) səssiz kinofilmi dünyada şöhrət qazanmışdır. 1926-cı ildə rejissor Vesevolod Pudovkin A.M.Qor- kinin “Ana” əsəri əsasında ölməz kinofilmini yaratdı. Rejissorlar V.Pudovkin və S.Eyzen- şteyn yaratdıqları kinofilmlərlə nəinki vətən, həm də dünya kino incəsənəti sahəsində yeni söz sahibi kimi məşhurlaşdılar. Tarixi mövzuya müraciət edən Sergey Eyzenşteyn slavyan rus xalqının milli qəhrəmanı Aleksandr Nevskinin bədii ekran obrazını “Aleksandr Nevski” (“Aleksandr Nevskiy”) kinofilmində yaratdı. Tarixi mövzuda V.İ.Pudovkinin çəkdiyi “Suvo- rov”, V.M. Petrovun “Birinci Pyotr” (“Petr Pervıy”) kinofilmləri böyük şöhrət qazandı. 1929- 1930-cu illərdə dünya şöhrətli Ukrayna rejissoru Aleksandr Dovjenko “Arsenal” və “Torpaq” (“Zemlya”) filmlərini yaratdı. Ölkə üzrə milyonlarla tamaşaçı təkrar-təkrar S.D. və Q.N.Va- silyevlərin ekranlaşdırdığı “Çapayev” filminə tamaşa edirdilər ki, bu da onlara unudulmaz təsir bağışlayırdı. Kinomatoqrafçılar bütov bir yeni nəslin, dinc dövrün qurucularının bədii obrazını kino səhnəsinə daşıdılar. Rejissorlardan N.V.Ekkin “Həyata vəsiqə” (“Putevka vı jizn”), S.A.Gerasimovun “Yeddi cəsur” (“Sem ero smelıx”), İ.A.Pıryevin “Traktoristlər” (“Traktoristı”), G.V.Aleksandrovun “Işiqli yol” (“Svetlıy put”) kinofilmləri buna misaldır. Sovet kinosunda rejissor M.İ.Rommun “Lenin Oktyabrda” (“Lenin vı Oktyabre”), “Lenin 1918-ci ildə” (“Lenin vı 1918 qodu”) filmləri sosialist realizminin şedevrləri hesab edilirlər. Sovet kino incəsənəti sahəsində mühüm yerlərdən birini musiqili komedya janrı tutur ki, bu da əslində İ.Stalinin irəli sürdüyü “yaşamaq yaxşı olmuşdu, yaşamaq şən olmuşdu” tezisinin təsdiqinə xidmət edirdi. Belə kinofilmlərdən rejissor G.V.Aleksandrovun “Şən uşaqlar” (“Veselıe rebyata”), “Sirk” və “Volqa-Volqa”nı misal göstərə bilərik. Bu filmlərin musiqisini görkəmli bəstəkar İ.O.Dunayevski yazmışdır ki, onun da əsasını xalq musiqisi təşkil edirdi. Kinomaftoqrafçılar 30-cu illərdə kütləvi tamaşaçıya sirayət edə bilən sadə yaradıcılıq metod və vasitələri ilə sosializmin qələbəsinin təmin olunmasının ideya əsasını təşkil edən kino- filmlər yaradırdılar. Sosializm realizmi çərçivəsinə sığmayan filmlərin müəllifləri ya unu- dulur, ya da repressiyalara məruz qalırdılar. Məhz 30-cu illərin sonlarındakı repressiya dalğası yaradıcı ziyalılardan rejissor V.E.Meyerxold, şairlərdən O.E.Mandelştam və T.Y.Tabidze, yazıçılardan İ.E.Babel və A.Veselonun həyatına son qoymuşdu. Yaradıcı ziyalıların bir hissəsi uzun müddətə sürgün və həbsxanaya göndərilmiş, başqaları isə özlərinin bədii və estetik təsəvvürləri baxımından əsərlər yaratmaq imkanından məhrum edilmişdilər.
1936-cı ildə “Pravda” qəzetində müasir sovet musiqisində, o cümlədən balet, teatr incə- sənəti və kinomatoqrafiyada formalizm və ideyasızlığı mühakimə edən məqalə dərc olundu. Bir çox arxitektorlar və konstruktorlar “ziyankar burjua axını” nümayəndələri elan edildilər. Partiya və dövlətin göstərişinə müvafiq olaraq 30-cu illərin ikinci yarısından başlayaraq teatr, musiqi və təsviri incəsənət sahəsində “formalizmlə” mübarizə geniş miqyas aldı. 1936-cı ildə D.D.Şostakoviçin dahi operası “Mtsen qəzasının ledi Maqbeti” (“Ledi Makbet Mtsenskoqo uezda”) qərəzli tənqid atəşinə tutuldu, ona görə ki, opera ənənəvi sənətə alışmış İ.Stalinin xoşuna gəlməmişdir. Mərkəzi partiya aparatının sifarişi ilə “Pravda” qəzetində dərc edilən
məqalədə D.Şostakoviçin operası yerdən-yerə vurularaq “musiqi yerinə qarma-qarşıqlıq” adlandırılırdı. Bədii yaradıcılığın çərçivəyə salınması mənfi təsirini göstərsə də musiqi və təs- viri sənətin irəliləməsinin qarşısını ala bilmədi. D.D.Şostakoviçin “Burun” (“Nos”), “Katerina İzmaylova”, S.S.Prokofyevin “Semyon Kotko”, R.M.Qliyerin “Şahsənəm”, İ.İ.Dzerjinskinin “Sakit Don” (“Tixiy Don”) operaları meydana gəldi. Mahnı yaradıcılığının inkişafında V.İ.Lebedev-Kumaç, M.V.İsakovski, A.A.Prokofyev kimi şairlərin sözlərinə görkəmli bəstə- karlar İ.O.Dunayevski, Pokrass qardaşları, A.V.Aleksandrov və başqaları uzun illər yaddaş- lara həkk edilən mahnılar bəslədilər.
Oktyabrdan dərhal sonra V.Leninin heykəltəraşlıq təbliğatı planı həyata keçirilməyə başlandı. İnqilabçı və kəndli liderlərinə, yazıçı, şair və alimlərə heykəllər ucaldıldı. Çox vaxt gips və ağacdan hazırlanan bu heykəllərin ömrü uzun olmasa da, bu yeni hakimiyyətin xalqla təsviri incəsənət dilində təması demək idi. 20-ci illərdə təsviri incəsənətdə “sol” istiqamətlə realizmin kəskin rəqabəti müşayiət olunur. İ.E.Qrabar, K.A.Korovin, S.V.Malyutin kimi sə- nətkarlar köhnə ənənəvi realist incəsənət üslubunda çalışırdılar. Öz yaradıcılıqlarında müxtəlif avanqard istiqamətlərdə isə P.P.Konçalovski, K.S. Maleviç, K.S.Petrov-Vodkin, V.E.Tatlin və b. fəaliyyət göstərirdi. 1922-ci ildə realist rəssamlar inqilabi Rusiyanın rəssamlar Assosia- sını (AXRR) yaratdılar. 20-ci illərin ikinci yarısından başlayaraq İRRA-nın işi sayəsində həqiqəti ön plana çəkən incəsənətdə bədii sosialist realist metodu bərqərar oldu. 30-cu illərdə bütün bədii rəssamlıq cəmiyyətlərinin A.M.Gerasimovun rəhbərliyi ilə SSRİ Rəssamlar İtti- faqında birləşdirilməsi rəssamların böyük əksəriyyətinin sosializm realizmi metoduna dönüş etməsinə səbəb oldu. 30-cu illərdə çoxlu görkəmli rəssamlar S.V.Gerasimov, İ.İ.Brodski, B.V.İoqanson, M.B.Qrekov, P.İ.Kotov və başqaları parlaq əsərlər yaratdılar. Sovet hakimiy- yətinin tələb etdiyi kimi rəssamların əsas vəzifəsi sosializmin qələbəsini, fəhlə və kəndlilərin qəhrəman əməyini tərənnüm edərək Stalini tərifləyib göylərə qaldırmaq idi.
20-ci illərin sonu – 30-cu illərdə ölkədə sənayeləşdirmənin həyata keçirilməsi şəhərsal- manın inkişafını sürətləndirərək memarların, heykəltaraşların, rəssamların yaradıcılıq fəaliy- yətinə təkan verdi. Yeni mədəniyyət sarayları, fəhlə klubları və sağlamlıq mərkəzləri ucal- dıldı. Bunların layihələşdirilməsində memarlardan İ.V.Joltovski, İ.A.Fomin, A.V.Şusev, Leonid, Viktor və Aleksandr Vesnin qardaşları yaxından iştirak edirdi. 6sl novatorluq nümayiş etdirən sovet memarlarından K.S.Melnikov Moskvada Rusakova adına mədəniyyət evini, B.M.İofan nəhəng beşulduz formasında Qızıl Ordu Teatrını və s. layihələşdirdi. Memar V.İ.Muxinanın 1937-ci ildə Parisdəki beynəlxalq sərgidə SSRİ pavilyonunda nümayiş etdirilən “Fəhlə və kolxozçu qadın” heykəl qrupu yüksək bədii sənət əsəridir. 1935-ci ildə Moskvanın yenidən qurulmasının baş planı təsdiq edildi. Plana uyğun olaraq meydançalar salınır, küçələr genişləndirilirdi. Lakin tarixi tikililərin hifz olunmasına diqqət verilmədiyi üçün bir çox tarixi abidə xüsusilə kilsələr vəhşicəsinə dağıdılmışdır. Hələ baş planın qəbul edilməsinə kimi, yəni 1931-ci ildə xilasedici Xristosun (Xrista Spasitelya) məbədi partladıldı.
Rəsmi ideologiyanın təbliğində, mədəni inqilab kimi səciyyələndirilən 20-30-cu illərin mədəni tədbirlərinin həyata keçirilməsində kitabxanalar, qiraət komaları, klublar və mədəniy- yət sarayları əsas rol oynayırdı. Partiya və dövlətin nəzarəti altında qəzet və jurnalların səhifə- lərində marksizm-leninizm-stalinizm ideyaları təbliğ olunur, əhali arasında genişmiqyaslı mədəni-maarif işi aparılırdı. Mətbuatda çap edilən məqalələr, təşkil olunan mühazirə, müsahi- bə, disput və sərgilər əsasən siyasi xarakter daşıyırdı. Kommunal mənzillərdə və ya zavod ya- taqxanalarında yaşayan sovet adamları üçün işdənkənar kitabxana, klub və mədəniyyət ev- lərində vaxt keçirmələri həm də ehtiyacdan meydana gəlirdi. 1936-cı ilin yanvar ayına olan məlumata görə SSRİ-də 5123 klub və 65 min qırmızı guşə fəaliyyət göstərirdi. Yarım milyon- dan çox adam özfəaliyyət dərnəklərində məşğul olurdu. Texniki tərəqqini təcəssüm etdirən radionun şərəfinə radiosevərlər dərnəkləri daha geniş yayılmışdır. Gənc nəsil daha çox idmanın hərbiləşdirilmiş növləri ilə, o cümlədən paraşüt idman ilə məşğul olurdular. Rəsmi mətbuat klub və istirahət parklarını xoşbəxt həyat arzusunun həyata keçdiyi “ümumi sevinc yerləri” kimi təbliğ edirdi. Hər il ölkənin və milli respublikaların paytaxtlarında partiya və hö- kumət rəhbərlərinin iştirakı ilə 1 may və 7 noyabr dövlət bayramları günü münasibətilə qələbə
marşı sədaları altında təntənəli parad təşkil olunurdu. Bütün dünyaya sosializmin “qüdrətini” nümayiş etdirməli olan bu paradlar eyni zamanda sovet adamlarını yeni əmək xarüqələri yaratmağa səsləyirdi.
Oktyabr silahlı üsyanından sonra vətənini tərk edərək xarici ölkələrə mühacirətə gedən bədii və elmi ziyalıların nümayəndələri 1920-30-cu illərdə öz yaradıcılıqları ilə ölkə mədəniy- yətinin bir hissəsi olduqlarını təsdiq etmişlər. Vətəndaş müharibəsinin sonlarında Sovet Ru- siyasından 1,5 milyon adam xarici ölkələrlə mühacirətə getmişdir. Ölkəni tərk edənlərin de- mək olar ki, üçdə iki hissəsi Fransa, Almaniya və Polşada sığınacaq tapmışdır. Mühacirlərin bir hissəsi Şimali və Cənubi Amerika ölkələrində məskunlaşmışdır. Vətənlərindən qoparılmış bu insanlar öz mədəni adət və ənənələrini yaşatmağa çalışmışlar. Paris, Berlin, Praqa, Varşava və bir çox başqa şəhərlərdə rus dilində qəzet və jurnallar çap edilməyə başlandı. İ.A.Bunin, M.İ.Svetayeva, Q.V.İvanov, V.F.Xodaseviç öz əsərlərini çap etdirirdilər, N.S.Trubetskoy və D.P.Karsavin kimi böyük filosof alimlər avroasiya hərəkatını əsasını qoyaraq belə hesab edirdilər ki, Rusiya iki mədəniyyəti, iki dünyanı – Avropa və Asiyanı təcəssüm etdirir. Görkəmli iqtisadçı alim S.N.Prokopoviç mühacirələrin iqtisadiyyat kabinetini yaradaraq 20-ci illərdə Sovet Rusiyasının sosial-iqtisadi prosesslərini təhlil etməklə məşğul olurdu. Mühacirlərin bir çoxu 30-cu illərin sonlarında vətənə döndü, xarici ölkələrdə qalan ziyalıların
əsərləri yalnız bir neçə onillikdən sonra öz vətənlərində məlum oldu.
Ümumiyyətlə, 1920-30-cu illərdə mədəniyyət sahəsindəki dəyişikliklərə birmənalı qiymət vermək mümkün deyil. Cəsarətlə qeyd etmək olar ki, bütün rəsmi qadağa və təqiblərə baxmayaraq bəhs edilən dövrdə mənəvi və maddi mədəniyyət dəyər qazanaraq əhalinin mədəni səviyyəsinin yüksəlməsində, mütəxəssislərin sayının artmasında, dünya miqyasında bədii incəsənət əsərlərinin ərsəyə gəlməsində böyük rol oynamışdır. Bununla bərabər, ideoloji basqı, bədii yaradıcılığın çərçivəyə salınması mədəniyyətin bütün sahələrinin inkişafına neqativ təsir göstərməklə yanaşı təbliğat xarakterli, aşağı səviyyəli bir sıra incəsənət nümunə- lərinin yaranmasına səbəb olmuşdur.



Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin