Söhrab Tahir "Ata" Poema-epos


Söhrab Tahir                                "Ata" Epos-poema II cild



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə45/69
tarix17.04.2017
ölçüsü6,34 Mb.
#14318
1   ...   41   42   43   44   45   46   47   48   ...   69

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

568 


 

Ayaqlayıb keçdi qanlı ölümü, 

Pozdu susqun düzülüşü, qurumu, 

Dəyişdirdi qılınc ilə dözümü, 

Basar olar kim özünə inansa. 

 

Vuruşanlar bir-birini söyürdü, 



Qılınc vurub öz-özünü öyürdü, 

Yaraqsızlar bir-birini döyürdü, 

Basar olar kim özünə inansa. 

 

Bu an bir səs eşidildi uzaqdan, 



-Mən baxıram bu döyüşə bayaqdan, 

Əl saxlayın, durun bir- bir qıraqda, 

Mən Turparam, köküm iki dayaqdan, 

Mən şah olmaq istəmirəm bu vaxtda, 

Düşüb şahlıq Parsdiyarda ayaqdan, 

Basar olar kim özünə inansa. 

Gedin, deyin ögey atam Daryaşa, 

Dirəməsin toplumları başbaşa, 

Mən şah deyil, güləş üzrə başbaşam, 

Öc olmasın daha qardaş qardaşa, 

Basar olar kim özünə inansa. 

 

Buzər dedi:- gəl, güləşək, lap indi, 



Görək gücə üstün gələn güc kimdir, 

Kim basılsa o basara çəkimdir, 

Basar olar kim özünə inansa. 

 

Mənlə gedər olacaqsan basılsan. 



Mən olaram Parsdiyarda basarman, 

Sən olarsan şahdan sonra ataman, 

Basar olar kim özünə inansa. 

 

Turpar, Buzər soyundular, durdular, 



Güləşdilər, boyun, bel, qol burdular, 

Tərlədilər, bir-birini yordular, 

Basar olar kim özünə inansa. 

 

Turpar tutdu, sıxdı, yordu Buzəri, 



Gördü Buzər düşüb, ağır tərpənir, 

Dik burnunun qıraqları göyərib, 

O qaldırdı başı üstə Buzəri

Basar olar kim özünə inansa. 

 

Buzər dedi:- Yollan, qayıt Parselə, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

569 


 

Işlə, ək, biç, ver elinlə əl-ələ, 

Sən özünü yorma, cırma bir belə, 

De, şah olmaq istəmirəm mən hələ, 

Basar olar kim özünə inansa. 

 

Oturdular yerə bunu görənlər, 



Öz-özünə gizli toxdaq verənlər, 

Bu döyüşə çox könülsüz girənlər, 

Basar olar kim özünə inansa.    

                   *** 

Buzər döndü üzü qara döyüşdən, 

Hamı sanır o güclüdür hamıdan. 

Daryaş onu danışdırdı iki gün, 

Hamı sanır o güclüdür hamıdan. 

 

Biləndə ki, Turpar onu saymayıb, 



Parsellini o yaxına qoymayır, 

Daryaş nədir, ata nədir duymayır, 

Hamı sanır o güclüdür hamıdan. 

 

Deyir, Gərək Tunqər çıxa aradan, 



Ona Tanrı gücü verib yaradan, 

Qaplandan da güclü olub bu Qaplan, 

Hamı sanır o güclüdür hamıdan. 

 

Ağı verim gərək ona saralsın, 



Öz içində yatıb sönüb qaralsın, 

Çabalasın yer, göy ona daralsın, 

Hamı sanır o güclüdür hamıdan. 

 

Bir də Turqa bir toy-düyün qurum mən, 



Lapdan gəlib daldan onu vurum mən, 

Yarı Tanrı zirvəsində durum mən. 

Hamı sanır o güclüdür hamıdan. 

 

Onda gərək yaxın durum onlara, 



Aramızda görünməsin heç ara, 

Toy çalınsın, dinsin qopbuz, nağara, 

Hamı sanır o güclüdür hamıdan. 

 

Mən bu sayaq ancaq ona bataram, 



Onu Alpis Altyerinə qataram, 

Mindiyarın şahlığına çataram, 

Hamı sanır o güclüdür hamıdan. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

570 


 

Onda Turpar gələr öpər əlimdən, 

Besyarı da qucaqlaram belindən, 

Mən özüm də qurtararam ölümdən, 

Hamı sanır o güclüdür hamıdan. 

Ancaq Turpar alçaltmışdı atanı, 

Necə bir də gedim ona qatdanım, 

Bir də məndən üz döndərsə, odlanıb, 

Itildərəm, qaldıraram baltanı, 

Öldürərəm sarı dimdik çolpanı, 

Sağaldaram içimdəki yaranı, 

Hamı sanır o güclüdür hamıdan. 

 

O düşünüb sıtqayırdı, gülürdü, 



Öc içində dirilirdi, ölürdü, 

Qorxub hərdən düşüncəyə dalırdı, 

Hamı sanır o güclüdür hamıdan. 

       

       Qurdağız söylənci 

 

On il keçdi, yaşa doldu Qurdağız, 



Ana südü dib daşıdır körpəyə. 

Ana qurdun südəməri Qurdağız, 

Ana südü dib daşıdır körpəyə. 

 

Uşaq ikən anasıtək uladı, 



Anasının ağzın, burnun yaladı, 

Ana qulaq, bu da əl-qul salladı, 

Ana qurdu mindi, çapdı, yalladı, 

Ana südü dib daşıdır körpəyə. 

 

Qurdlar kimi bu da qurdla əyləşdi, 



Nərildədi, onlar ilə dilləşdi, 

Qurdlar ilə ova çıxdı, əlləşdi, 

Böyüdükcə adamlığı bəlləşdi, 

Ana südü dib daşıdır körpəyə. 

 

Ulartısı yalda, yolda yayıldı, 



Kənd evləri diksinərək ayıldı, 

Onu görən qız, gəlinlər bayıldı, 

Adam idi, o, Qurdağız sayıldı, 

Ana südü dib daşıdır körpəyə. 

Qurdağızı sən böyütdün, ana qurd, 

Hərdən onu yanlayaraq sən ovut, 

Dincliyini itiribdir, elat, yurd, 

Ana südü dib daşıdır körpəyə. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

571 


 

 

Qurd olsa da ağaclara dırmaşır, 



İlan kimi gülə, kola sarmaşır, 

Çaqqallarla ağızlaşır, qarmaşır, 

Ana südü dib daşıdır körpəyə. 

 

Atılırdı dağdan Ayıgölünə, 



Ağacdan da boz ayının belinə, 

Döş gərirdi qışın qarlı yelinə, 

Ana südü dib daşıdır körpəyə. 

 

Çiyni, qolu, boynu, köksü iriydi, 



Armud, alma, tut yeməklə diriydi, 

Qaldığı yer ana qurdun yeriydi, 

Ana südü dib daşıdır körpəyə. 

 

Bir gün Turqun yolu düşdü bu yerdən. 



Kənndə biri baxdı ona çəpərdən, 

Dedi:- Qardaş, görürəm ki, önərsən, 

Bizi qurtar lüm-lüt gəzən bir ərdən, 

Ana südü dib daşıdır körpəyə. 

 

-Kimdir - dedi:- Turq, o adam yeyəndir, 



Yoxsa durub ana, bacı söyəndir, 

Ya dəlidir, onu, bunu döyəndir, 

Ya lüt gəzib öz-özünü öyəndir, 

Ana südü dib daşıdır körpəyə. 

 

Qoca dedi:- Qurddur, üzdə adamdır, 



Çaparlıqda qurd yanında yalandır, 

Qız, gəlini qorxutmaqda yamandır, 

Ana südü dib daşıdır körpəyə. 

 

Turqər gəzdi onu yolda çaylaqda, 



Gördü bir qız su götürür bulaqdan, 

Qız çəkinir, qorxur bir az uzaqda, 

Durub ona baxan lüm-lüt çılpaqdan, 

Ana südü dib daşıdır körpəyə. 

 

-Adamdır o, adı qalıb Qurdağız, 



Qurdlar ilə gəzir çöldə o yalnız, 

Ulayaraq qalıb yurdsuz, yuvasız, 

Ana südü dib daşıdır körpəyə. 

 

                    *** 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

572 


 

Qurdağıza yaxınlaşdı Turq bir az, 

Qurd dilsizdir, dil bilməsə, iy bilir. 

Balasını güdür gendən ana qurd, 

Qurd dilsizdir, dil bilməsə, iy bilir. 

 

Qurd iy bilir, gəlir, birdən ulayır, 



Yaxınlaşır Turqa, quyruq bulayır, 

Çökür, onun ayağını yalayır, 

Qurd dilsizdir, dil bilməsə, iy bilir. 

 

Turq tanıyır onu, qaçır dodağı, 



On il qabaq qaçırmışdı uşağı, 

Uşaq indi gəzir igid sayağı, 

Qurd dilsizdir, dil bilməsə, iy bilir. 

 

Qurdağızı, qurdu bir-bir öyür o, 



- Qoca, buna paltar gətir-deyir o, 

Əldən alıb çörək, bişmiş yeyir o, 

Qurd dilsizdir, dil bilməsə, iy bilir. 

 

Turq gəzdirir kənddə ana, balanı, 



Tumarlayır hərdən dilsiz ananı, 

Gələn onun dörd yanına dolanır, 

Qurd dilsizdir, dil bilməsə, iy bilir. 

 

 



Deyir:- hərdən dilsizləri haqlayın, 

Geyindirin, onu kənddə saxlayın, 

İşdə-gücdə, kənddə, çöldə yoxlayın, 

İsinişin, ona könül bağlayın, 

Qurd dilsizdir, dil bilməsə, iy bilir. 

 

Ana qurda »ana« deyin görəndə, 



Tumarlayın ona çörək verəndə, 

Siz qorxmayın, durun onun böyründə. 

Qurd dilsizdir, dil bilməsə, iy bilir. 

 

Mənim iki anam vardır, qoşadır, 



Biri qurddur, ikincisi anamdır, 

Ata arxa, anam isə inamdır, 

Qurd dilsizdir, dil bilməsə, iy bilir. 

 

Evdə, çöldə onun yerin gözləyin, 



Onu yarıtanrı sayın, bəsləyin, 

Sevin onu, »ana« deyib səsləyin, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

573 


 

Qurd dilsizdir, dil bilməsə, iy bilir. 

 

Baxıb hərdən bərk gülürdü Qurdağız, 



Sanki artıq dil bilirdi Qurdağız, 

Gah qaçırdı, gah gəlirdi Qurdağız, 

Qurd dilsizdir, dil bilməsə, iy bilir. 

                   *** 

Bir ay qaldı, toy düyünü gördü Turq

Çətin işdən yapış ər ol, düyün aç. 

Ayrılanlar, sevişənlər görüşdü, 

Çətin işdən yapış ər ol, düyün aç. 

 

Pisdir düyün düyün üstə düşəndə, 



Ağlar ağlar qalan gözlər şişəndə, 

Acı sözlə eşənəyi eşəndə, 

Çətin işdən yapış ər ol, düyün aç. 

 

Var qudurğan, zəngin, varlı, var yoxsul, 



Sən yoxsulun əlindən tut, ay oğul, 

Onlarilə qal yenidən sən doğul, 

Çətin işdən yapış ər ol, düyün aç. 

Sağ olsunlar dolanışa gələnlər, 

Var olsunlar el yolunda ölənlər, 

Çörəyini yoxsul ilə bölənlər, 

Ac gözlərə acı-acı gülənlər, 

Çətin işdən yapış ər ol, düyün aç. 

 

Istəyirsən sağ olasan, çox əlləş, 



Dolanışı gözəlləşdir, gözəlləş, 

Gözəlliyin özlüyündə özəlləş, 

Çətin işdən yapış ər ol, düyün aç. 

 

Tanrı baxdı, çalhaçala, çatçata, 



Dedi, sağ ol, yarıtanrı Turq ata, 

Dedi:- Oğul, sən çox tuşsan bu ada, 

Çətin işdən yapış ər ol, düyün aç. 

 

Sən pislərin burunların ovursan, 



Sən Alpisi o yerlərdən qovursan, 

Yer üzündə sən olubsan Ər Alpan, 

Çətin işdən yapış ər ol, düyün aç. 

 

Alpis tərsdir, səni görcək şaşır o, 



Cızığını keçib tez-tez aşır o. 

Kimsəsizə qarşı qalxır coşur o, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

574 


 

Yanğın salır, köpüklənib daşır o, 

Çətin işdən yapış ər ol, düyün aç. 

 

Yer üzündə hələ çoxdur qan- qada, 



Yenə at çap, gir çovğuna, gir oda, 

Gözlər səni dara düşmüş çox adam, 

Sən hər şeyi yoluna qoy Turqata, 

Çətin işdən yapış ər ol, düyün aç. 



 

XXVII  QAPI. Muğdiyar söylənci 

 

Əkbətəndən Buzboğaza bir ay yol, 

Əl çatmazdır ölkə böyük olanda. 

Qumdur iki Çayarası, çökəkdir, 

Əl çatmazdır ölkə böyük olanda. 

Burdan ora, ordan bura köçürlər

Otla birgə əkiləni biçirlər, 

Oturağa ildə bir yer seçirlər, 

Əl çatmazdır ölkə böyük olanda. 

 

Muğeldə də yaşıl çöllər sozarıb, 



Ot seyrəlib, sürü, ilxı azalıb, 

Yaylaq, qışlaq otsuz qalıb, bozarıb, 

Əl çatmazdır ölkə böyük olanda. 

 

Qarçiçəkdən sonra Muğel çökübdür, 



Qıtlıq çapıb Muğdiyarı sökübdür, 

Alpis burda acıqanlıq əkibdir, 

Əl çatmazdır ölkə böyük olanda. 

 

Orda Çinel töküb neçə alayı, 



Geri alıb Mindiyardan Çinçayı, 

Qalxıb göyə Minellinin harayı, 

Əl çatmazdır ölkə böyük olanda. 

 

Turqər sayır bir-bir gecə-gündüzü, 



Acığından göyəribdir üz-gözü, 

Göndərmişdir Çinçay yurda yardıma, 

Gücdəbiri, Dəmirqızı, Ağüzü, 

Əl çatmazdır ölkə böyük olanda. 

 

Qocalsa da Ağüz hələ qıvraqdır, 



Mindiyarın bayrağına dayaqdır, 

O bicləmə işlərində oyaqdır, 

Döyüşlərdə çox ərəndən qabaqdır, 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

575 


 

Əl çatmazdır ölkə böyük olanda. 

 

Uğureldən aldı qırxmin yaraqlı, 



Dörd təkərli, önü tuncdan tutaqlı, 

Iki min də qoçaq, əli çomaqlı, 

On min kişi Çinel – Minel sayaqlı, 

Əl çatmazdır ölkə böyük olanda. 

 

Iki dağcıq arasında durdular, 



Çox alaçıq, çoxlu evcik qurdular, 

Dörd bir yanda qazıb qazma vurdular, 

Əl çatmazdır ölkə böyük olanda. 

 

Balta, bizuc, ox atanlar qabaqda, 



Dörd təkərli iki yandan qıraqda, 

Qılınclılar, atlılarsa görünməz, 

Meşə içrə durub arxa, dayaqda, 

Əl çatmazdır ölkə böyük olanda. 

 

İki atlı yaxınlaşır onlara, 



Boyun bükük, baş sarıqlı, üz para, 

Bəbəkləri sapsarıdır, qapqara, 

Əl çatmazdır ölkə böyük olanda. 

 

Biri deyir:- Bizi çinli sayıblar, 



Evimizi, kəndimizi soyublar, 

Çapıb bizi, yeyib içib doyublar, 

Döyüb, vurub belə günə salıblar, 

Əl çatmazdır ölkə böyük olanda. 

 

Ağüz deyir:- Kimdir bunca acıqan, 



Kimdir burda quduzlaşan qudurqan, 

O qovulsun gərək bu gün buradan, 

Sönməlidir tüstülənən burulqan, 

Əl çatmazdır ölkə böyük olanda. 

 

Onlar deyir:- Muğel oğul Muğərdir, 



Çapqınçıya o yel verən öndədir, 

Deyir, ulu, ulu atam Gücərdir, 

Çinçay, Çinel bizim ulu yerlərdir, 

Əl çatmazdır ölkə böyük olanda. 

 

Acıqlanır Ağüz bunu biləndə, 



Qancıl üstə o gəlmişdi gələndə, 

İndi görür Çinçay Muğ Ər əlində, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

576 


 

Bir neçə söz gəzir onun dilində

Əl çatmazdır ölkə böyük olanda. 

                 *** 

Tək başına Ağüz çapır Muğelə, 

Hər bir şeyin ölçüsü var, unutma. 

Muğər ilə tək təkinə görüşür, 

Hər bir şeyin ölçüsü var, unutma. 

 

Deyir:- Muğər, bu iş nədir görürsən, 



Yenə evə, obalara girirsən, 

Eli çapıb ona acıq verirsən, 

Hər bir şeyin ölçüsü var, unutma. 

 

Muğər deyir:- Biz ac-susuz qalırıq, 



Ac qalmaqdan saralırıq, soluruq, 

Yürük edib ev, obaya doluruq, 

Çinellini çapıb düyü alırıq, 

Hər bir şeyin ölçüsü var, unutma. 

 

-Biz gəldik ki, buraları arayaq, 



Gəldik səni acıqandan qoruyaq, 

Gəldik bura el – obaya yarayaq, 

Hər bir şeyin ölçüsü var, unutma. 

 

Sənsə cumub onu, bunu çapırsan, 



Özgə əldən güclə çörək qapırsan, 

Sən qancılsan, bunca toxdaq tapırsan, 

Hər bir şeyin ölçüsü var, unutma. 

 

Sən azıbsan, çapqınçısan, dilənçi, 



Bundan sonra Gücdəbirdir birinci, 

O olacaq burda Muğel yerinci, 

Əl çatmazdır ölkə böyük olanda. 

 

Muğər susdu, sanki beli büküldü, 



Ağ qaşları ox yayı tək çəkildi, 

Gözlərindən küsü, acıq töküldü, 

Əl çatmazdır ölkə böyük olanda. 

                    

                   *** 

Muğdiyarın səsləncləri gurladı, 

Qorxaq, maymaq ürkər səslənc səsindən. 

Ad dəyişdi Muğel oldu Muğdiyar, 

Qorxaq, maymaq ürkər səslənc səsindən. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

577 


 

Ağüz dedi Gücdəbirə:- Ayıq ol, 

El işində gözü açıq, soyuq ol, 

Qonşu Çinel duyğuludur, duyuq ol, 

Qorxaq, maymaq ürkər səslənc səsindən. 

 

Artır atı, otu, unu, kəpəyi, 



Al Çineldən boya-boya ipəyi, 

Tikilini, toxunmanı, örpəyi, 

Qorxaq, maymaq ürkər səslənc səsindən. 

 

Gəlirlidir orda ipək, dəf-daraq, 



Çox ucuzdur o ölkədə yal-yaraq

Gərək ondan yararlanaq, varlanaq, 

Qorxaq, maymaq ürkər səslənc səsindən. 

 

Gedək birgə qonaq olaq Xaqana, 



Düşsün alver işlərimiz sahmana, 

Əl atmyaq bir də qılınc, qalxana, 

Qorxaq, maymaq ürkər səslənc səsindən. 

 

         Çindiyar söylənci 

 

Qardaşlaşıb Çindiyarla Mindiyar, 



Doğma kimi bax hər yandan qonşuna. 

Iki böyük ölkə durur yan-yana, 

Doğma kimi bax hər yandan qonşuna. 

 

Qalıb Çinçay vuruşları arxada. 



Baxır barış bayraqları ucadan, 

Bir olublar sanki ata-anadan, 

Doğma kimi bax hər yandan qonşuna. 

Baş qapılar hərelliyə açıqdır, 

Onlar ancaq yaraqlıya qoruqdur, 

Başev gözəl, doğma ancaq soyuqdur, 

Doğma kimi bax hər yandan qonşuna. 

 

Oturubdur yerdə Xaqan başbaşı, 



O çox gəncdir, olar onun qırx yaşı, 

Onun ilə Minbaşılar yanaşı, 

Doğma kimi bax hər yandan qonşuna. 

 

Hər yan mərmər döşənəkli dirəkdir, 



Sallanmalar yeddi boya ipəkdir, 

İç, çöl güldür, göz oxşayan çiçəkdir, 

Qalxıb enən qu yelpiclər lələkdir, 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

578 


 

Doğma kimi bax hər yandan qonşuna. 

 

Boğuq səsdə çalqıçılar çalırlar, 



Oynar qızlar, könül verib alırlar, 

Oturanlar baxıb susqun qalıblar, 

Doğma kimi bax hər yandan qonşuna. 

 

Sayınlıqla qarşılanır, üç qonaq, 



Gülür üzə göz aydınlıq, təmtəraq, 

Baxışlarda parıldayır bax-maraq, 

Doğma kimi bax hər yandan qonşuna. 

 

Ağüz deyir:- böyük Xaqan sağ olsun, 



Çindiyarda olan qalan sağ olsun, 

Yaman getsin, barış, aman sağ olsun, 

Doğman kimi bax dörd yandan qonşuna. 

 

O danışır, say-sayınlıq gözlənir, 



Gün aydınlıq, göz aydınlıq səslənir, 

Qonaqlara yüksək qayğı bəslənir, 

Doğman kimi bax dörd yandan qonşuna. 

 

Xaqan deyir:- Biz qardaşıq, doğmayıq. 



Göydən yerdən gələn, düşən yığmayıq, 

Bir tanrıdan, bir torpaqdan çıxmayıq, 

Doğman kimi bax dörd yandan qonşuna. 

Mindiyarın qarayağı, göy daşı, 

Gülər üzü, qayğısıyla yanaşı, 

Sizdən çox çox say-soy görüb başbaşı, 

Doğman kimi bax dörd yandan qonşuna. 

 

Minel yaydı doğu yerə ipəyi, 



İpək oldu Çinellinin çörəyi

Birdir bizim iki elin ürəyi, 

Doğman kimi bax dörd yandan qonşuna. 

 

Eşitdik ki, olub Muğel, Muğdiyar, 



Dəyişilib orda başçı olanlar, 

Aralığa qarışıqlıq salanlar, 

Doğman kimi bax dörd yandan qonşuna. 

 

Ağüz dedi:- Dəyişilib başbaşı, 



Yerinc olub mənim kiçik qardaşım, 

Gücdəbirə yerinc olmaq yaraşır, 

Doğman kimi bax dörd yandan qonşuna. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

579 


 

 

Gücdəbirə baxır Xaqan baş əyir, 



Diz üstündə dikələrək Gücdəbir, 

Baş əyərək gənc Xaqana o deyir: 

Doğman kimi bax dörd yandan qonşuna. 

 

- Gücdəbirəm, Muğdiyarın yerinci, 



Bu baş evə sığınmayır sevincim, 

Biz barışda olacağıq birinci, 

Olmayacaq daha ara gilinci, 

Əkdiyini biçəcəkdir əkinçi, 

Doğman kimi bax dörd yandan qonşuna. 

 

Böyük Xaqan, siz inanız bu sözə, 



Oturacaq yenə ellər diz-dizə, 

Alver artar biz də çıxsaq dənizə, 

Düyü verin, ilxı verək biz sizə, 

Doğman kimi bax dörd yandan qonşuna. 

              *** 

Görüşdülər, danışdılar, durdular, 

Çox düyünlər tez açılır görüşdə. 

Düşdü işə alver, yol ver, izin ver, 

Çox düyünlər tez açılır görüşdə. 

 

Yaxınlaşdı iki ölkə bir az da, 



Pay götürdü hər az-çoxdan, çox-azdan, 

Dəri gəldi, pambıq, göy daş Çinelə, 

Əkbitəndən, Muğdan, qoşa boğazdan, 

Çox düyünlər tez açılır görüşdə. 

 

Biz əzəldən bir olmuşuq deyirlər, 



Çox üzbəüz qoyulmuşuq deyirlər, 

İndi-indi ayılmışıq deyirlər, 

Çox düyünlər tez açılır görüşdə. 

 

Nə durubsan matdım-matdım baxırsan, 



Öp qonşunu, niyə belə ağırsan, 

Qonşu gələr ilk yardıma, çağırsan, 

Çox düyünlər tez açılır görüşdə. 

 

Kimə gərək, yığışılsın bənd-bərə, 



Qardaş desin qonşusuna qoy hərə, 

Kəsi ollam qadaşlaşan ellərə, 

Gözü açıq, gözü qıyıq ellərə, 

Çox düyünlər tez açılır görüşdə. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

580 


 

 

Qıtlıq keçdi, artdı sürü, artdı var, 



Qardaşlaşdı Minel, Çinçay, Mindiyar, 

Yaxınlaşdı bir-birinə uzaqlar

Çox düyünlər tez açılır görüşdə.                    

                       *** 

Yerincyerdə bərk oturdu Gücdəbir, 

Yanıq olur gözü yolda qalanlar. 

Turpar, Besyar gözləyirdi atanı, 

Qopuq olur gözü yolda qalanlar. 

Yazı yazdı, yola saldı Besyara, 

Yazdı, »Gələ bilsən gəl Muğdiyara, 

Ərən kimi min mən minən çapara, 

Tapşır evi, ev-eşiyi Turpara, 

Tutuq olur gözü yolda qalanlar. 

 

Beş il çəkdi qıtlıq ilə üzdurma, 



Buğda, arpa, mərci əkib artırma, 

Otlaqları quyularla suvarma, 

Qıvraq olur gözü yolda qalanlar. 

 

Sürü, naxır, ilxı artdı düzlərdə, 



Getdi aclıq sarılığı üzlərdən, 

Gülümsədi toxluq, bolluq gözlərdə, 

Yapıq olur gözü yolda qalanlar. 

 

Yola düşdü Əkbitənə ilxılar, 



Artdı işdə- gücdə sapma- sayğılar, 

Körpələrə, qocalara qayğılar, 

Ayıq olur gözü yolda qalanlar. 

 

Alpis yaman qorxdu yeni qurqudan, 



At istədi Gücdəbirdən yuxuda, 

At götürdü, qaçdı getdi qorxudan, 

Gündən –günə say-say artan ilxıdan, 

Gücdəbirdə gərginləşən duyğudan, 

Duyuq olur gözü yolda qalanlar. 

 


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin