Söhrab Tahir "Ata" Poema-epos



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə43/69
tarix17.04.2017
ölçüsü6,34 Mb.
#14318
1   ...   39   40   41   42   43   44   45   46   ...   69

 

Gedə bilməz gördü belə yerişi

“Getdim necə Tunq Ər ilə görüşüm, 

Mən bu işə hansı üzlə girişim”, 

Çalış olma başqa əldə oyuncaq. 

 

Dedi, “Çətin mən bu işdə bic olam, 



Mən boylu bir qadın, həm də bir dulam, 

Bu, oxşayır çox gülməli nağıla, 

Çalış olma başqa əldə oyuncaq. 

 

Mən görürəm o sevməyir heç məni, 



Başqa yerə o göndərir bic məni, 

Görünür ki, Daryaş sayır gic məni 

Çalış olma başqa əldə oyuncaq. 

 

Getməsəm də məni öcsüz qoymaz o, 



Acıqandır, yerdən, qandan doymaz o, 

Şahlıq güdür, sevgi-mevgi saymaz o, 

Sevgiliyə, sevimliyə uymaz o, 

Çalış olma başqa əldə oyuncaq. 

 

Bir də bizə pis olmayıb Mindiyar, 



Yuxarıdan buna baxan Tanrı var, 

Biz Hindeldən gələnlərik, qaçanlar, 

Bizə yeyə, qayğı olub Mindiyar, 

Çalış olma başqa əldə oyuncaq. 

 

Baş götürüm hara qaçım onda mən, 



Çox pis günə qaldım deyən sonda mən, 

Daryaş qandır, çapalaram qanda mən, 

Çalış olma başqa əldə oyuncaq. 

                      *** 

Çox düşündü Besyar, yordu günləri, 

Hər bir yolda öz yolu var hərənin. 

Besyar qaçdı Darvidelə gecəykən, 

Hər bir yolda öz yolu var hərənin. 

 

Sanna, Balaşq evlənmişdi bir ildi, 



O anaydı, bu da yaxşı ər idi, 

Döyüşlərdə ikisi də nər idi, 

Hər bir yolda öz yolu var hərənin, 

 

O başına gələnləri danışıdı, 



O Balaşqdan iki əlli yapışdı, 

Sanna özü bu işlərə qarışdı, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

543 


 

Hər bir yolda öz yolu var hərənin. 

 

Dedi:- Besyar, get Tunqa de bunları, 



O şişirdir, öyür sizin diyarı. 

Tökür tay- tay üstünüzə yox- varı, 

Vergi vermir, nə el, nə gənc, nə qarı, 

Biz qıtlıqdan saralmışıq, sap-sarı, 

Hər bir yolda öz yolu var hərənin. 

 

Besyar ayıq qonşulardan çəkindi, 



Çox düşündü, güc – dözümü tükəndi, 

Başsız qaldı, öz özünə, söykəndi, 

Hər bir yolda öz yolu var hərənin. 

Sanna dedi:- Besyar, geri qayıt sən, 

Daryaşa de, mən boyluyam, keyəm mən, 

Uzaqlaşa bilməm çox da yerimdən, 

Hər bir yolda öz yolu var hərənin. 

 

Besyar gecə Parsdiyara qayıtdı, 



Baş evdəki yatanları ayıltdı, 

Sözlərilə Daryaş şahı sarsıtdı, 

Hər bir yolda öz yolu var hərənin. 

 

Daryaş dedi:- Ya ketmək var, ya ölüm, 



Besyar qaldı şah önündə bükülü, 

Getmək, ölmək arasında ikili, 

Bərk tutduğu bağlar bir bir sökülü

Hər bir yolda öz yolu var hərənin. 

 

Dedi, “Gedib Tunqa deyim düzünü, 



Mən qatdayım Tunq önündə dizimi, 

O eşitsə mənim doğru sözümü, 

Görsə mənim qanlı, yaşlı gözümü, 

Irəliyə atar Tunq Ər özünü, 

Hər bir yolda öz yolu var hərənin. 

 

Bu olmasa, aldadaram hamını, 



Deyərəm ki, alçaldıblar sayğını, 

Kəsibdilər mənə qarşı qayğını, 

Aldadıblar bu kimsəsiz qadını 

Bağlayıblar dörd bir yandan qapını, 

Hər bir yolda öz yolu var hərənin. 

 

Ya deyərəm mən boyluyam Alandan, 



Alan məni aldatmışdır yalanla 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

544 


 

Qayıdarsan – dedi-uşaq olanda, 

Hər bir yolda öz yolu var hərənin. 

     

     Besyar, Tunqər söylənci 

 

 

Yola düşdü Əkbitinə gecə ikən, 



Ağır işə getmə iki ürəkli. 

Üç gün çapdı dördtəkərli, beşatlı, 

Ağır işə getmə iki ürəkli. 

Onu qoyub Əkbətinə, getdilər, 

Daryaşlılar qaçıb gözdən itdilər, 

Gizli gəlib gizli yoldan ötdülər, 

Ağır işə getmə iki ürəkli. 

 

Biri gəldi, yaxınlaşdı Besyara, 



Dedi:- Bacı, bura hara, sən hara, 

Burda qaşov çəkir beş yüz yaraqlı, 

Başçıların mindikləri atlara, 

Ağır işə getmə iki ürəkli. 

 

Buralara atlı gəlir hərdən bir, 



Sən kiminin yeri bura deyildir, 

Kimliyini nə aç, nə de, nə bildir, 

Ağır işə getmə iki ürəkli. 

 

Besyar dedi:- Kim deyiləm, kimsəsiz, 



Biz yaxınıq lap yaxınıq doğma biz, 

Tunq Ər Alpan qaynatamdır bir ildir, 

Ağır işə getmə iki ürəkli. 

 

Çatan kimi bu söz böyük Tunq Ərə, 



Tunq Ər özü gəlib çıxdı bu yerə, 

Dedi:- Kimsən qızım, yolçu günündə, 

Dedi, soyun, kökün çatır kimlərə. 

Ağır işə getmə iki ürəkli. 

 

Tunqu görüb Besyar birdən bayıldı, 



Bir gün sonra o Başevdə ayıldı, 

Dedikləri hər bir yerə yayıldı, 

Baş- başının o, gəlini sayıldı, 

Ağır işə getmə iki ürəkli. 

 

Tunq Ər Alpan çətin işə qalmışdı, 



Çox yaxınlar gəlib bura dolmuşdu, 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

545 


 

Hamı sanki gözlə qulaq olmuşdu, 

Ağır işə getmə iki ürəkli. 

Bu qayğını görüb Besyar ağladı, 

Göz yaşını güclə güclə saxladı, 

Dedi:- gəldim, sizi bir də yoxladım, 

Mən bir daha sizə könül bağladım, 

Ağır işə getmə iki ürəkli. 

 

Qoy deyim mən kimliyimi bu başdan



Mən gəldim ki, sizə deyim yavaşdan, 

Mən boyluyam Alandan yox, Daryaşdan, 

Atam anam ölüb gedib savaşda, 

Mən kimsəsiz bir qadınam bu yaşda, 

Ağır işə getmə iki ürəkli. 

 

Göndəriblər bura məni bicliyə, 



Ara vurum, mən son qoyum dincliyə, 

Öc öyrədim yeniyetmə gəncliyə, 

Mindiyarı yola salım heçliyə, 

Ağır işə getmə iki ürəkli. 

 

Besyar bir bir olanları danışdı, 



Səs-küy qalxdı, bir- birinə qarışdı, 

Hərə ondan bir yenilik soruşdu, 

Biri küsdü, çoxu onla barışdı, 

Ağır işə getmə iki ürəkli. 

 

Tunq Ər dedi:- qızım yoxdur, qızım ol, 



Sən bu gündən Daryaşin yox, bizim ol, 

Dirriyinə ana, yiyə özün ol 

Ağır işə getmə iki ürəkli. 

 

Sevincindən Besyar özün itirdi, 



Ağlar –ağlar tez- tez kökus ötürdü, 

Dedi, “İşi mən yerinə yetirdim, 

Ağır işə getmə iki ürəkli. 

                   *** 

Ancaq onu istəməz də var idi, 

Heç bir işdə hamı səs-bir olanmaz. 

Ağız əyib, deyinirdi neçəsi, 

Heç bir işdə hamı səs-bir olanmaz. 

Dilləşirdi burda zənginsayaqlar, 

Baxıb, susub gözləyirdi qonaqlar, 

Udqunurdu tez- tez iri qırtlaqlar, 

Dinməyirdi hələ beli qatdaqlar, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

546 


 

Palazlar da qaynaşırdı boyaqlar, 

Çiçək dolu qızıl, gümüş bardaqlar, 

Yanmaqdaydı orda-burda ocaqlar, 

Heç bir işdə hamı səs- bir olanmaz. 

 

Tunq Ər dedi:- Dib daşımız barışdır, 



Baş yolumuz yürüş deyil, duruşdur, 

Ilk andımız qan qadadan qaçışdır, 

Heç bir işdə hamı səs bir olanmaz. 

 

Dedi:- Baxın, Parsdiyar da ucalıb, 



Ancaq bizdən baş- başısı öc alır, 

Dedikləri iki üzlü, haçalı, 

Yoxdur onun barışıqa maçalı, 

Heç bir işdə hamı səs- bir olanmaz. 

 

Dalğalansın Mindiyarın bayrağı, 



Gəlsin onun Buzboğazdan sorağı, 

Boldur atı, yemi, yunü, yarağı, 

Qarayağı, durudaşı yaylağı, 

Gönü, dəni, tikmə-tikmə bel bağı, 

Bol çörəyi, əti, otu, otlağı, 

Heç bir işdə hamı səs bir olanmaz. 

 

        Gücdəbir söylənci 

 

Ağ üz dedi:- Oğlum, yenə ayıq ol, 



Üzdə hər nə görürsənsə örtükdür. 

Göz qoy, gör, o hansı yuva quşudur, 

Üzdə hər nə görürsənsə örtükdür. 

 

Besyar çox da pisləyibdir Daryaşı, 



Yazıq deyir o özünə sözbaşı, 

Ola bilər bunlar ilə yanaşı, 

Dibdə o qız qızışdırır savaşı, 

Qadın sevir, tök üstünə daş-qaşı, 

Ya da sən tap bir yoxlanmış yüzbaşı, 

Besyar olsun yüzbaşının yoldaşı, 

Üzdə hər nə görürsənsə örtükdür. 

Görünməyən nə var kökdür, kötükdür. 

 

Ola bilər bicdir, yazıq görünür, 



Ola bilər gizli bizi öyrənir, 

Bilə-bilə Mindiyara söykənir, 

Hər sözündə öz özünə güvənir, 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

547 


 

Gah ağlayır, gah əzilir, ərinir, 

Üzdə hər nə görürsənsə örtükdür. 

Görünməyən nə var kökdür, kötükdür. 

 

Çox söz dedi Tunqa o gün Ağüzər, 



Tunq da uddu o sözləri bir təhər, 

O düşündü, “Qancıldırsa qız əgər, 

Söküləcək onda bir də çəpərlər, 

Başımıza nə gələcək, gör nələr, 

Üzdə hər nə görürsənsə örtükdür. 

Görünməyən nə var kökdür, kötükdür. 

 

Əkbətində  yüzbaşıydı Gücdəbir, 



Ayıqlıqda, igidlikdə mindəbir, 

Düyüşlərdə qılınc idi, ox dəmir, 

Dinclikdə də yoxdu onda səs-səmir, 

Üzdə hər nə görürsənsə örtükdür. 

Görünməyən nə var kökdür, kötükdür. 

 

Gücdəbiri çağırtdırdı yanına, 



Tunq söylədi:- Göz ol o tək qadına, 

Onu qoru, güd, boyludur, gənc ana, 

Üzdə hər nə görürsənsə örtükdür. 

Görünməyən nə var kökdür, kötükdür. 

 

Yurd yerinə apardılar Besyarı, 



İkisinə bir ev verdi bir qarı, 

Onlar iki, Besyar isə bir yarım, 

O boyludur, qarnı dikdir, qabarıq, 

Yüzbaşının boyu ondan yuxarı, 

Üzdə hər nə görürsənsə örtükdür, 

Görünməyən nə var kökdür, kötükdür. 

 

On gün gəzdi, susdu yurda köçənlər, 



Gedib birgə arpa, buğda biçənlər, 

Özlərinə yeni bir yol seçənlər, 

Bardaqlardan damcıyla su içənlər, 

Üzdə hər nə görürsənsə örtükdür. 

Görünməyən nə var kökdür, kötükdür. 

 

                   *** 



Hər gün gördü işdə onu Gücdəbir

Evdə, işdə, çöldə, çalış bir cür ol. 

Gördü qonaq nə bic, nə də öc deyil, 

Evdə, işdə, çöldə, çalış bir cür ol. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

548 


 

 

O Besyarı, Besyar onu bəyəndi, 



Ürəkləri birgə vurdu, döyündü, 

Ancaq qarı bunca hər gün deyindi, 

Evdə, işdə, çöldə, çalış bir cür ol. 

 

Ürəklərdə qorxaq sevgi süründü, 



Üzlərdəki çox qırışlar göründü, 

Gözlər, sözlər sevinclərə büründü, 

Evdə, işdə çöldə çalış bir cür ol. 

 

İkisi də dedi, gedək evlənək, 



Sevgi varsa sevgililər bir gərək, 

Sevgimizə bir ağlayaq, bir gülək, 

Mindiyarın sayğısını biz güdək, 

Evdə, işdə çöldə çalış bir cür ol . 

 

Evləndilər, ancaq ayrı yatdılar, 



Sevgi, sevinc dənizində batdılar, 

Günlərini bir-birinə qatdılar, 

Evdə, işdə çöldə çalış bir cür ol. 

 

Tunq eşitdi bunu, susdu bir ara, 



Ürəyində inam artdı Besyara, 

Üzük, sırğa göndərtdirdi onlara, 

Xalça, palaz, asqı, qoyun, malqara, 

Evdə, işdə çöldə çalış bir cür ol. 

 

Dedi: “ Bir az gözləsinlər, yay olsun”, 



Dedi: “ uşaq doğulanda toy olsun”, 

Saz çalınsın, qopuz dinsin, hay olsun, 

Qan qarışsın, eldə yeni soy olsun, 

Oğlan olsun, igid hündürboy olsun, 

Evdə, işdə çöldə çalış bir cür ol. 

                    *** 

Alpis yenə qıtlıq qatdı Minelə, 

Hər dillinin uyuşu var, yaxşı pis. 

Alpisin də pislik idi uyuşu, 

Hər dillinin uyuşu var, yaxşı, pis. 

 

Unuduldu bircə ildə toy – düyün, 



Artdı, aclıq azlıq, qıtlıq  günbəgün, 

Unuduldu uşaq, sevgi büsbütün, 

Hər dillinin uyuşu var, yaxşı pis. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

549 


 

Odərpayın səsi göyə çatmadı, 

Gecələri Tunq Ər alpan yatmadı, 

Yalvarışla arpa, buğda artmadı, 

Alpis qancil, ona söz – möz çatmadı, 

Hər dillinin uyuşu var, yaxşı pis. 

 

Besyar çıxdı dağ döşünə, yaylağa, 



Üzü quylu  o sərildi torpağa, 

Ağlar, ağlar əl gəzdirdi otlağa, 

Hər dillinin uyuşu var, yaxşı, pis. 

 

Dedi: - Tanrım, məni pisgün yaratdın, 



Günlərimi, aylarımı qaraltdın, 

Yeniyetmə olan kimi qocaltdın, 

Hər dillinin uyuşu var, yaxşı, pis. 

Səndən bircə gözləməm var, istəyim, 

Sənsən mənim sarsılmayan dirəyim, 

Sənə kəsi balam, ərim, ürəyim, 

Yoxa çıxıb elin suyu, çörəyi, 

Qıtlığı poz, qovla Alpis köpəyi, 

Sınsın onun qanadının lələyi, 

Mindiyarın açsın gülü, çiçəyi, 

Hər dillinin uyuşu var, yaxş, pis. 

 

Besyar üç gün üzü quylu uzandı, 



Hamı baxdı, ağlamaqdan usandı, 

Dürdüncü gün çatdı göyə qız andı, 

Bulud gəldi, yay silkəndi, yazlandı, 

Hər dillinin uyuşu var, yaxşı, pis. 

 

Yağış yağdı, sel – su üç gün, üç gecə, 



Ağlar gözlər, sözlər döndü sevincə, 

Son qoyuldu evlər yıxan gilincə, 

Hər dillinin uyuşu var, yaxşı, pis. 

 

Bu gözlənməz sorağ çatdı Tunqərə, 



Tunqər gəldi qıtlığ vurmuş yerlərə, 

Sağ ol dedi o Besyara yüz kərə, 

Hər dillinin uyuşu var, yaxşı, pis. 

 

Dedi, Tanrı yerə baxıb silkəndi, 



Yağış tökdü, çala-çuxur gölləndi, 

Quraqlıqlar bulud əmdi, gülləndi, 

Hər dillinin uyuşu var, yaxşı, pis. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

550 


 

Gücdəbirə dedi:- Güc var, güc səndə, 

Uşaqları götür, gətir başkəndə, 

Qarşılasın sizi ellər gələndə, 

Hər dillinin uyuşu var, yaxşı, pis. 

 

Bir ay keçdi, Besyar dağdan enmədi, 



Besyar burdan Əkbitənə dönmədi, 

Susdu, qaldı, danışmadı, dinmədən, 

Hey ağladı öz içində sönmədi

Hər dillinin uyuşu var, yaxşı, pis. 

Dedi:- Tanrı, səndən bir də güc allam, 

Dedi, Alpis, səndən qanlı öc allam, 

Qallam burda, tək başına köç ollam, 

Hər dillinin uyuşu var, yaxşı, pis. 

 

          Turqər söylənci 

 

Besyar qalır dağ döşündə, yaylaqda, 

Özlüyü var suyu, otu hər yerin. 

Bir yaşında körpəsinə ad qoyur, 

Özlüyü var suyu, otu hər yerin. 

 

Turpar bala gecə gündüz yuxulu, 



Mindiyarın, Parsdiyarın oğulu, 

O anadan ikidamar doğulub, 

Özlüyü var suyu, otu hər yerin. 

 

Süd əməndə anasının döşündən, 



Süd tökülürTurparın süd dişindən, 

Gücdəbir də əkin-biçin işində, 

Özlüyü var suyu, otu hər yerin. 

 

Otlar burda sürü, naxır, ilxılar, 



Başı üstə qartal, quzğun, qırğılar, 

Burda gələr Turparərə duyğular, 

Onu alar öz quyluna qayğılar, 

Özlüyü var suyu, otu hər yerin. 

 

On yaşında Turpar boyda ərləşir, 



Gücdə, at, ot işlərində nərləşir, 

Bir çiynində iki qoyun yerləşir, 

Qara saçlar buruq- buruq gurlaşır, 

Özlüyü var suyu, otu hər yerin. 

 

Ata deyir:- Bu uşaqa göz dəyər, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

551 


 

Bir qoruyaq onu gərək bir təhər

Qorxuludur burda sağ, sol, həndəvər, 

Özlüyü var suyu, otu hər yerin. 

 

Ana deyir:- İgid yaşa, a Turpar, 



Qaş gözündə sənin qıztək çəkim var, 

Daryaş səni oğurlayar, aparar, 

Ağlar qalar anan, atan Mindiyar, 

Ayrılığın onda məni yandırar, 

Özlüyü var suyu, otu hər yerin, 

 

Ancaq Turpar bu sözlərdən qorxmadı, 



Daryaş kimdir, Parsel nədir, baxmadı, 

»Ana« deyib öz yolundan çıxmadı, 

Özlüyü var suyu, otu hər yerin, 

 

Sürü, naxır, ilxı qovur çöllərə, 



Döş qabardır küləklərə, yellərə, 

Dayan deyir çaylar aşan sellərə, 

Özlüyü var suyu, otu hər yerin. 

 

                   *** 



Bir gün biri yaxınlaşdı Turpara, 

Nə gözləsən bir gün çıxar qarşına. 

Dedi:- Məni bura Daryaş göndərib, 

Nə gözləsən bir gün çıxar qarşına. 

 

Turpar dedi:- Daryaş kimdir, sən kimsən, 



Minelliyəm, yaraqlıyam, qoca, mən, 

Get anamdan soruş məni, istəsən, 

Nə gözləsən bir gün çıxar qarşına. 

 

Daryaş idi, başqa adda gəlmişdi, 



Özgə görkəm, başqa atda gəlmişdi, 

Oğlu boya çathaçatda gəlmişdi, 

Öz suyu var suyu, otu hər yerin. 

 

                  *** 



O gəlmişdi öz oğlunun dalınca, 

Ata, bala bir-birini tapınca, 

Daryaş birdən əl atmışdı qılınca, 

Nə gözləsən çıxar bir gün qarşına. 

Daryaş belə düşünmüşdü qorxaraq, 

Turpar güclü bir igiddir, çox qıvraq, 

Bir gün o da öz yolunu azaraq, 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

552 


 

Atasının üstə gələr çaparaq, 

Lapdan onu daldan vurub yıxaraq, 

Parsdiyarın şahlığına çatacaq, 

Nə gözləsən çıxar bir gün qarşına. 

 

Onu gərək başa salım, aparım, 



Mindiyarın torpağından qoparım, 

Odur indi mənim ən son taparım, 

Nə gözləsən çıxar bir gün qarşına. 

 

O gəlmişdi başqa adda, görümdə, 



Turparını oğurlasın yerindən, 

Gəlib görüb sarsılmışdı dərindən, 

Nə gözləsən çıxar bir gün qarşına. 

 

Daryaş dedi:- gedək, atan gözləyir, 



O Mineli, Mindiyarı pisləyir, 

Atan səni öz yurduna səsləyir, 

Nə gözləsən çıxar bir gün qarşına. 

 

Turpar dedi:- Mənim atam burdadır, 



Başqa atam yoxdur, varsa hardadır, 

Bir daryaş var, gözü yerdə, vardadır, 

Başı yekə, ürəyisə xırdadır, 

Nə gözləsən çıxar bir gün qarşına. 

 

Daryaş kimdir, Mindiyara göz tikib, 



Neçə kərə Turq önündə diz çöküb, 

Eşitmişəm onu yenə qan çəkir, 

Nə gözləsən çıxar bir gün qarşına. 

 

Daryaş durub qızarmışdı acığdan, 



Düşünürdü, nə vecsizdir bu oğlan, 

Gərək onu mən qaçırım buradan, 

Nə gözləsən çıxar bir gün qarşına. 

                    *** 

Daryaş qılınc sıyıraraq bozardı, 

Ata əli hər bir əldən ağırdır. 

Yaraladı o Turparın döşünü, 

Ata əli hər bir əldən ağırdır. 

 

Bir də vurdu, qılınc dəydi çiyninə, 



Qan fışqırdı balasının əgninə, 

Yandı ata bu oğlanın gününə, 

Qan sıçradı sanki ata beyninə, 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

553 


 

Ata əli hər bir əldən ağırdır. 

Ata əli çörək, paltar, nağıldır. 

 

Turpar deyil, ata özü yıxıldı, 



Gözü, başı, döşü birdən sıxıldı, 

Çapaladı, əl – ayağı yığıldı, 

Bir səs gəldi, onun səsi boğuldu, 

Ata əli hər bir əldən ağırdır. 

Ata əli çörək, paltar, nağıldır. 

 

-Daryaşa de, mənim atam Gücdəbir, 



Anam minlər içində də mindəbir, 

Ölkəm mənim əl çatmayan gündədir, 

Ata əli hər bir əldən ağırdır. 

Ata əli çörək, paltar, nağıldır. 

 

Üç ay keçdi sağalmadı yarası, 



Gördü ağır yara alıb balası, 

Əl qaldırdı göyə yenə anası, 

Ata əli hər bir əldən ağırdır. 

Ata əli çörək, paltar, nağıldır. 

 

Dedi:- Tanrım, qapalıdır bu uşaq, 



Turpar haçan necə sağlam olacaq, 

Demir kimdir onu vuran bu sayaq, 

Deyən çatmır onda hələ qanacaq, 

Ata əli hər bir əldən ağırdır. 

Ata əli çörək, paltar, nağıldır. 

Çox keçmədi Turpar durdu ayağa, 

O sarıldı ağır, iti yarağa, 

Çıxdı getdi at belində ovlağa, 

Ata əli hər bir əldən ağırdır. 

Ata əli çörək, paltar, nağıldır. 

 

Güddü onu addım-addım Gücdəbir, 



Dedi, görüm hara gedir bu kəndir

Görüm onu vuran kimdir, nəçidir, 

Ata əli hər bir əldən ağırdır. 

Ata əli çörək, paltar, nağıldır. 

 

                    *** 

Turpar gedir, sağa-sola baxmayır, 

Süpürləmə getmə, yolu azarsan. 

Gücdəbir də arxasınca pusquda, 

Süpürləmə getmə, yolu azarsan. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

554 


 

 

Görür bir qız su götürür bulaqdan, 



Ona baxır Turpar bir az uzaqdan, 

O gözləyir, durub səsdə - qulaqda, 

Körpə edib buzəkçəni qucaqda, 

Qız qıyqacı baxır ona qıraqdan, 

Süpürləmə getmə, yolu azarsan. 

 

Turpar deyir:- Mən azmışam haçandır, 



Parsdiyarın yolu, söylə, hayandır, 

Qız deyir ki:- Ora yollar yamandır, 

İndi yollar pisdir, çəndir, dumandır, 

Gözlə bir az, dincəl, atı dayandır, 

Süpürləmə getmə, yolu azarsan. 

 

Alpis gəlir, durur qızla yan-yana, 



Deyir: »Turpar, sən gedirsən hayana, 

Yol burdandır, atı döndər bu yana, 

Süpürləmə getmə, yolu azarsan. 

 

Kimsən deyir- qız – ay gözə görünməz, 



Gün dönməzdir, çay dönməzdir, yol dönməz, 

Pis yoldasan, öz yoluna sən tələs, 

Süpürləmə getmə, yolu azarsan. 

Alpis deyir:  »Vayzaqlama gözəl qız, 

Mən düz, doğru yol, gedirəm, mən yalnız, 

Mənim yolum qorxusuzdur, dumansız, 

Süpürləmə getmə, yolu azarsan. 

 

Qız deyir ki,- oğlan, qardır o yollar, 



Bu yandadır sən soruşan Parsdiyar, 

Bu Alpisdir, Şimşəkquyruq atı var, 

Gələr çölü, yalı, yolu odlayar, 

Süpürləmə getmə, yolu azarsan. 

 

Bir səs gəlir, yer-göy sanki titrəyir, 



Mənəm Alpis- deyir- atı ləhləyir, 

Yandan çıxır birdən birə Gücdəbir, 

Onun köksü sanki tuncdur, daş-dəmir, 

Süpürləmə getmə, yolu azarsan. 

 

Deyir:- Alpis, səni çoxdan gəzirəm, 



Orda-burda itdiyini sezirəm, 

Qıtlıq, aclıq, varlığına dözürəm, 

Tökdüklərin qan içində üzürəm. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin