Söhrab Tahir "Ata" Poema-epos


Söhrab Tahir                                "Ata" Epos-poema II cild



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə51/69
tarix17.04.2017
ölçüsü6,34 Mb.
#14318
1   ...   47   48   49   50   51   52   53   54   ...   69

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

645 


 

 

Seta dedi:- Şahım, sevgi ocaqdır. 



Bu ocağa hərə qırx il qonaqdır, 

O ürkəkdir, o quşdan da oyaqdır, 

Kişilərdə sevgi inam, yaraqdır, 

Qadınlara o körpəcə uşaqdır, 

Sevgi sınıq adamlara dayaqdır, 

Duruluqda sevgi tanrı sayaqdır, 

Qorxuludur yoxlanmamış nəki var. 

 

Qız sevgisi qaynar, duru bulaqdır. 



Sevgi də var ağda qara yamaqdır, 

Adamlıqdan, doğmalıqdan uzaqdır, 

O, quruşdur pal-paltardır, yataqdır, 

O tanrıya, tanrılıqa yasaqdır, 

Qorxuludur yoxlanmamış nəki var. 

                 *** 

Qurdər dedi:- Çox bilənsən, ay gözəl

Sevgi tanrı, tanrı sevgi olanmaz. 

Sən sevgini öyüb dağa döndərmə, 

Sevgi tanrı, tanrı sevgi olanmaz. 

 

Dedi:- Seta, göyərçintək çeviksən, 



Gözəllikdə tez-tez səkən kəhliksən, 

Danışıqda başdan – başa biliksən, 

Baldan təmiz, sən ağ balsan pətəksən, 

Ləçəyində şeh saxlayan çiçəksən, 

Sevgi tanrı, tanrı sevgi olanmaz. 

 

Bacıların çox sevgiyə uyubdur, 



«Sevgi» deyən tez sevgidən doyubdur, 

Çox evləri sevgi uçuq qoyubdur, 

Ürəkləri yandırıbdı, soyubdur, 

Soyub, uyub yalan sözlər yayıbdır, 

Pis-pis onu hələ tanrı sayıbdır, 

Sevgi tanrı, tanrı sevgi olanmaz. 

 

Mən gedərəm, süd anamı taparam, 



Tapıb onu təkliyimdən qoparam, 

Səni alıb Parsdiyara çaparam, 

Sevgi tanrı, tanrı sevgi olanmaz. 

 

Sevgi nədir, deyər mənə Qurd anam, 



Gərək ana qulluğunda dayanam, 

Gecə gərək yatam, tez də oyanam, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

646 


 

Durub tezdən çapım atı dörd yana, 

Sevgi tanrı, tanrı sevgi olanmaz. 

 

Bu andaca bir səs gəldi meşədən, 



Silkələndi qız səsini eşidən, 

Bu qız harda, bu ağlarca səs nədən, 

Sevgi tanrı, tanrı sevgi olanmaz. 

                 

                  *** 

Qurdər gəldi, Devqalanın yanına, 

Susqun evin olayları çox olur. 

Dedi:- Kimdir ağlar - ağlar qışqıran, 

Susqun evin olayları çox olur. 

 

Biri çıxır, buynuz yeri cığ vurub, 



Gəlib onun qabağında dik durur, 

Sağ əlilə üç - üç, beş - beş, ox qırır, 

Hərdən vurur öz döşünə, döş yarır, 

Susqun evin olayları çox olur. 

 

Kələzdənir dilli-dinməz heyvərə, 



Qorxu-ürkü gəlir sanki Qurdərə

Atır-tutur qaş-gözünü boş yerə, 

Susqun evin olayları çox olur. 

 

Qurdər deyir o, döşünü gərmişə, 



Deyir:-Səni mən Altyerdə görmüşəm, 

Qılınc balta, ox payını vermişəm. 

Gəl bir daha duraq burda döş-döşə, 

Susqun evin olayları çox olur. 

 

Qurdər çəkib topbuzunu oynadır. 



Vurur onun baş-gözünü qanadır, 

Deyir, kimdir ağlar, qızdır, anadır, 

Susqun evin olayları çox olur. 

 

Seta vurur heyverəni arxadan, 



O yıxılıb yerdə yatır qorxudan, 

O səs gəlir yenə arxa daxmadan, 

Susqun evin olayları çox olur. 

 

-Mən Sonayam, sevgilisi Turparın, 



Mindiyardır mənim doğma diyarım. 

Alpis məni oğurlayıb gecəykən, 

O Altyerə çəkib məni aparır, 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

647 


 

Susqun evin olayları çox olur. 

                   *** 

Qurdər açır əl-qolunu Sonanın, 

Yazıq olur çox yiyəsiz gözəllər. 

Sona deyir:- Alpis gəlir yenə də. 

Yazıq olur çox yiyəsiz gözəllər. 

 

Turpar öldü,. mən də ölləm, basar tək. 



Gözlərimdə qaraldı yer, gül - çiçək, 

Turpar yoxsa bu yaşamaq nə demək, 

Yazıq olur çox yiyəsiz gözəllər. 

 

Alpis deyir, sənin üzün gözəldir, 



Səndən gərək Şiş tanrısı düzəldim, 

Mən gəzirdim səni, Sona, yüz ildir, 

Yazıq olur çox yiyəsiz gözəllər. 

 

Mən yığaram nə var, nə yox gücümü, 



Qancıllardan allam qanlı öcümü, 

Verrəm igid Turparıma borcumu. 

Yazıq olur çox yiyəsiz gözəllər. 

 

Dedi:-Bil ki, Daryaş ölüb nə vaxtdır, 



Sona dedi:-Ölməyibdir, o sağdır, 

O Altyerdə tanrılara qonaqdır, 

O doğrusu yarım ölü sayaqdır. 

O Alpisə, Alpis ona dayaqdır, 

Yazıq olur çox yiyəsiz gözəllər. 

 

Qurdər dedi:- ölər bir də, iki də, 



Ta dirilməz, yaşamağı tərgidər, 

Öz yoluna düşər ölçü- biçidə, 

Bu qılıncım boş başları bərkidər, 

Yazıq olur çox yiyəsiz gözəllər. 

 

Yola düşdü Qurdər getdi Çinelə, 



Dedi:- Ordan çıxmayıbdir Turq hələ, 

Gəlsə, onla mən verərəm əl-ələ, 

Gərək adam qırılmasın bir belə

Yazıq olur çox yiyəsiz gözəllər. 

               *** 

Sona getdi Qurdər ilə Çinelə, 

Tanrı hər şey verib igid qızlara. 

-Bundan sonra  yaraqlıyam mən –dedi, 

Tanrı hər şey verib igid qızlara. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

648 


 

 

Onlar keçdi neçə eli, diyarı, 



Sona öydü igid ölən Turparı, 

Yolda aldı, geydi kişi paltarı, 

Tanrı hər şey verib igid qızlara. 

 

Tunc toxunma döşlük, dizlik, cılısqa, 



Göynək gendir, çəkmə dardır, darısqal, 

Başda dəmir dəbilqəsi asılqan, 

Tanrı hər şey verib igid qızlara. 

 

Baxıb dəmir yal-yarağa, paltara, 



Dedi:- Daha mən Sona yox, Turparam, 

Üz sapsarı, geyim isə qapqara, 

Tanrı hər şey verib igid qızlara. 

 

Seta baxdı:- Belə olar qız - dedi, 



Qız toplumu olmalıyıq biz- dedi, 

Nə dedisə bu qız bir-bir düz- dedi, 

Tanrı hər şey verib igid qızlara. 

 

Qurdər dedi:- Qızlar, susun, dayanın, 



Döyüş gedir arxasında qayanın, 

Yolun üstü, baxın, qana boyanıb, 

Tanrı hər şey verib igid qızlara. 

 

Tələsirlər, yetişirlər oraya, 



Qulaq asıb qışqırığa, haraya, 

Görürlər ki, quldur dolub buraya, 

Yük çaparaq qaçır ora-buraya, 

Qılınc cəkib yeriyirlər araya, 

Tanrı hər şey verib igid qızlara. 

Qurdər vurub quldurları birbəbir, 

Üç qulduru bir andaca gəbərdir, 

Budur, buğda, pambıq yükü ayda bir, 

Qarayağsa tuluqlarda ildə bir, 

Çinə, Hində, Qobuçölə yol gedir, 

Tanrı hər şey verib igid qızlara. 

                  *** 

Bu andaca qurd ulayır meşədə, 

Tük qabardır, qan titrədir ulartı. 

Qurdağıza tanış gəlir qurd səsi, 

Tük qabardır, qan titrədir ulartı. 

 

Şimşəkatın kişnərtisi dalınca, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

649 


 

Bu səs yolu, dağı-daşı alınca, 

Turq görünür, o əl atır qılınca, 

Qurd görünür yorğun, arğın, yarımcan, 

Tük qabardır, qan titrədir ulartı. 

 

Öz oğlunu görüb cumur ana qurd, 



Gözlərini ağlar yumur ana qurd, 

Eşir yeri, qumu, şumu ana qurd, 

Tük qabardır, qan titrədir ulartı. 

 

O, Qurdərə, Qurdər ona dırmaşır, 



Ana, bala bir-birinə sarmaşır, 

Sevgili tək, doğmalar tək, yalaşır. 

Tük qabardır, qan titrədir ulartı. 

 

Turqu görüb hamı susur, dinməyir, 



Ana-bala ayrılığı sönməyir, 

Turq dayanmır, öz yolundan dönməyir

Tük qabardır, qan titrədir ulartı. 

 

Turq söyləyir:- Gəzdim dağı, aranı, 



Gördüm qızı, əri, Qurdu, Qaplanı, 

Gördüm yanğı baxışını qabanın, 

Gördüm ölməz doğruluğu, yalanı, 

Gördüm burda bir daha süd anamı. 

Dilli, dilsiz bir sevgidən yaranıb, 

Tanrım, belə gözəl elə hər yanı. 

Qoy sevişsin bunca doğma, yabanı, 

Altyerdən də götür olan - qalanı, 

Tük qabardır, qan titrədir ulartı. 

 

Mən də gedim öz yerimdə dayanım, 



Üztutuma, işığına boyanım, 

Tük qabardır, qan titrədir ulartı. 

                  *** 

Göydə birdən qanad gərdi qızıl quş, 

Yenə harda nələr olub görəsən. 

Göydən enib o qıy vurdu iki yol, 

Yenə harda nələr olub görəsən. 

 

Ağlar bulud, niyə belə dolubsan? 



Yenə harda nələr olub görəsən, 

Yoxsa qucər, Turq qayıdıb Qobuya, 

Yenə harda nələr olub görəsən. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

650 


 

Daş boşqabda, Gümüş qabda adınız, 

«Minel» deyib Mindiyarda artdınız, 

Arxanızca toplumları dartdınız, 

Tunclaşdınız, daşlaşdınız, qartdınız, 

Yenə harda nələr olub görəsən. 

 

Uçur göydə quş, yönəlir doğuya, 



Yer qalmayır daha yersiz sorğuya, 

Dörd at dönür çapan, uçan qırğıya, 

Yenə harda nələr olub görəsən. 

 

Şimşəkatsa  yoldan yola sıçrayır, 



Dağlıqlarda qısa yollar arayır, 

Yel tək çapır, meşələri darayır, 

Yenə harda nələr olub görəsən. 

 

Çapır, uçur Turq Qurdərlə elbəel, 



Ur görünür öndə, bir də Duzlugöl, 

Burda qana bələnibdir aran çöl, 

Yenə harda nələr olub görəsən. 

Duzdağ-duzgöl dağılıbdır, var deyil, 

Ur vergi də verməyirdi əlli il. 

Tanrı burda olmaqdaydı ilbəil, 

Yastı dağın ətəkləri o yerdir, 

Ura Sıdır meşələri çəpərdir, 

Ancaq hər yan burda tutqun təhərdir, 

O Mindiyar içrə qoruq şəhərdir. 

O yaylaqdır Əkbitənə sipərdir, 

Ur el deyil çəpər içrə şəhərdir, 

Yenə harda nələr olub görəsən. 

 

Yerəsmədən burda uçqun, aşınma, 



Qol-qıç, baş-göz əski ilə sarılma, 

Ordan bura, burdan ora daşınma, 

Burda daha nələr olub görəsən. 

 

Aralanıb yer ikiyə, Ur batıb, 



Yeri dağa, dağı yerə kim qatıb, 

Ev-eşiyi sürütdəyib yel atıb, 

Burda daha nələr olub görəsən. 

 

Düzlügölün ortasından dağ çıxıb, 



Su qırağı nə olubsa o, yıxıb, 

Deyən tanrı tanrılıqda darıxıb, 

Tanrı sanki acıqlanıb, karıxıb, 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

651 


 

Deyən tanrı doluxsunub, doluxub, 

Yenigisoyun qan öcündən soluxub, 

Bölgəmisin dinc yurduna od yaxıb, 

Burda daha nələr olub görəsən. 

 

Öc alıbdır Şamxat sevgi tanrısı, 



Şamxat idi orda şan - şan oğrusu

Öc Bölgəmis üstündəydi doğrusu, 

Görən keçib qızın sevgi ağrısı, 

Burda daha nələr olub görəsən. 

               

 

                  *** 



Bir səs gəldi göydən, Turqu səslədi, 

Nə səs gəlsə göydən tanrı səsidir. 

-Bil, ölməzik istəyirdi Bölgəmis, 

Nə səs gəlsə göydən tanrı səsidir. 

 

Orda neçə yarıadam uluydu, 



Yol azmışlar, qaçqınlarla doluydu, 

Min il başçı, Turqun Düzər qoluydu, 

Yol, varlanıb başçılaşmaq yoluydu, 

Var, varlanmaq istəkləri yoluydu, 

Nə səs gəlsə göydən tanrı səsidir. 

 

Odur gör-gör düşünüşdü Ur ilə. 



Yıxdı onu, sürütdədi yer ilə, 

Yaxdı birdən şimşək ilə, qor ilə, 

Barışmadı o soyğunçu var ilə, 

Nə səs gəlsə göydən tanrı səsidir. 

 

Dəyişildi Fərat çayın yatağı, 



Batdı-seldə Urun otu, alağı, 

Qopdu, aşdı onun evi, dayağı, 

Qopdu Urdan urçuların ayağı, 

Nə səs gəlsə göydən tanrı səsidir. 

 

Odərpaya de ki, varı pisləsin, 



Tanrıların buyruğunu gözləsin, 

O Sərtüzün qoy yolunu izləsin, 

Nə səs gəlsə göydən tanrı səsidir. 

 

Dedi:- Turqta, tikin Uru qaldırın, 



Yeni, yeni yerdə yurdlar saldırın, 

Ürəkləri yaxşlıqla doldurun, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

652 


 

Nə səs gəlsə göydən tanrı səsidir. 

 

Dedi:- Özün otur burda, başçı ol, 



Hər bir yolda qoy başlasın yaxşı yol, 

Qur, tik, yarat, Alpislərdən sən öc al, 

Nə səs gəlsə göydən tanrı səsidir. 

Göndər getsin Parsdiyara Qurdəri, 

Addım-addım gəz hər yurdu, hər yeri, 

Yaşat, işlət sən yaradan əlləri

Nə səs gəlsə göydən tanrı səsidir. 

                  *** 

İllər keçdi, Urellilər yoruldu, 

İllər keçdi, Ur yenidən quruldu, 

Yaşlı gözlər işıqlandı, duruldu, 

Alpis gəldi, baxdı, susdu, saraldı, 

Gözlərində Üstyer, Altyer daraldı, 

Öz - özündən küsdü, yenə, qırıldı. 

Nə səs gəlsə göydən tanrı səsidir. 

 

Turqa dedi:- « -Sən tanrısan doğrudan, 



Mindiyardır qat-qat artır uğurdan, 

Gəl, sən onu çıxart yola cığırdan, 

Gəl, qurtarım səni çala-çuxurdan, 

Üstyerdəki bu qıtlıqdan, yağmurdan, 

Hər inamdan, hər alçaqdan, dılqırdan, 

Ay Turq ata sən tanrısan doğrudan, 

Gəl qurtaraq yer üzünü ağrıdan, 

Gəl biz qovaq tanrılıqdan Hormuzu, 

Nə səs gəlsə göydən tanrı səsidir. 

 

Turq söylədi:- Alpis, yenə gəlibsən, 



Sən Üstyeri yenə Altyer bilibsən, 

Yaranışı iki yerə bölübsən, 

Sən neçə yol bu Üstyerdə ölübsən, 

Yaxşılığa ağlar-ağlar gülübsən, 

Içindəki öcü öclə silibsən, 

Nə səs gəlsə göydən tanrı səsidir. 

 

Mən yaradan, sən dağıdan, döş-döşə, 



Gəl, adam ol, gəl qarışma hər işə, 

Gəl toxunma yerə, yurda, örüşə, 

Get sənsiz də bu dolanış ötüşər, 

Nə səs gəlsə göydən tanrı səsidir. 

Mindiyara gəlmə daha, ay yazıq, 

Burda qurub yaradaraq biz varıq, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

653 


 

Sənsiz dincdir bu yaranış, bu varlıq, 

Nə səs gəlsə göydən tanrı səsidir. 

 

Mən andımda yarıtanrı qalıram, 



Buyuruğu mən Hormuzdan alıram, 

Əyriləri doğru yola salıram, 

Yaranışa mən Turq ata oluram, 

Nə səs gəlsə göydən tanrı səsidir. 

 

Alpis qaldı gözü yaşlı, utancaq, 



Çiyni sallaq, beli bükük yoxsayaq, 

Getdi tutqun, yolu əyri, yuvarlaq, 

O tapmadı heç bir yerdə tutacaq, 

Nə səs gəlsə göydən tanrı səsidir. 

 

        Uryer söylənci 

 

Oturmuşdu, düşünürdü Turq ata, 

Elə bağlan, yarıtanrı olsan da. 

«Mən baş evdən çox aralı düşmüçəm, 

Elə bağlan, yarıtanrı olsan da». 

 

«Tunqər Alpan, Ağüz, Qobu, Əkbitən, 



Elçiçəkdən on il ayrı mən, nədən, 

Gedib görüm öz oğlumu mən hərdən, 

Ya köçürüm cumərləri bura mən, 

Gəlmir daha çox iş mənim əlimdən, 

Topuq vurur hərdən-birdən dilim də

Elə bağlan, yarıtanrı olsan da». 

 

Saldım tanrı çığırına Uryeri, 



Qoy çağırım bura gəlsin Tunqəri, 

Çox əlləşdim, yoxdur burda dəyərim, 

Bağlan elə, yarıtanrı olsan da. 

 

Bu an girdi evə gözəl bir qadın, 



Şamxat idi bu gözəlin soy adı, 

Tanrı necə belə gözəl yaradıb, 

Sanki onu süd - qaymaqdan yaradıb, 

Saçı, gözü qaradan da qap-qatı, 

Bağlan elə, yarıtanrı olsan da. 

 

Dedi:- Turqər, çox əlləşdin burada, 



Sən ayırdın burda ağı qaradan, 

Gəlib sənə, mən baxırdım arada, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

654 


 

Doğmalaşıb  bu Uryeri yaradan, 

Bağlan elə, yarıtanrı olsan da. 

 

Mən də sevgi tanrısıyam Mineldə, 



Hələ tanrı olacağam min il də, 

Səni sevdim mən ürəkdən, könüldən, 

Bağlan elə, yarı tanrı olsanda. 

 

Bölgəmisin Ulusoyu Qızağdır. 



Bu soy yalan, yalançıdan uzaqdır, 

Ulu Qızağ əyriliyə yasaqdı, 

Bölgəmistək, Yengisoytək qoçaqdı, 

Bağlan elə, yarıtanrı olsan da. 

 

Tanrılarla onlar yola getmədi, 



Bizə qarşı acıqları ötmədi, 

Varla, bolluq istəkləri bitmədi, 

Bağlan elə, yarıtanrı olsan da. 

 

Tanrı Ura acıqlandı, qabardı, 



Geri aldı Urda yaxşı nə vardı, 

Yertitrəmə Uru uddu, apardı, 

Bağlan elə, yarıtanrı olsan da. 

 

Bir yol onda Uryer belə dağılıb, 



Düzər gəlib, Ur yenidən doğulub, 

Bura tanrı olmayanlar yığılıb, 

Düzərliyə çapqınçılar soxulub, 

Bağlan elə, yarı tanrı olsanda. 

Ölməz olmaq istəyirdi Düzər də. 

Getdi onu axtarmağa o yerdə. 

Düzər batdı, qaldı elə o yerdə, 

Bağlan elə, yarıtanrı olsan da. 

 

Yüz il oğlu Turqoğul da baş oldu, 



Çox işlərdə atasıtək boş oldu, 

Mənə qarşı üzü, könlü daş oldu, 

Çoxu çıxdı, getdi burdan, quş oldu, 

Bağlan elə, yarı tanrı olsanda. 

 

Oğlu Urər məni görüb vuruldu, 



Hər gün mənə yalvarmaqdan yoruldu, 

Çox döyüşdə başı, döşü yarıldı, 

Acıq etdi, o Ureldən qırıldı. 

Getdi sanki öz kökündən ayrıldı, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

655 


 

Sonda gedib o təkliyə sarıldı. 

 

Tək yaşadı, qaldı, günü qaraldı, 



Indi onun yerinc yeri Uraldı, 

Bax beləcə Ur kiçildi, saraldı, 

Bağlan elə, yarıtanrı olsan da. 

 

                  *** 



Turqər dedi:- Şamxat, göylər gözəli, 

Düz adamlar çox da gözə soxulmaz. 

Anan  Anni  Minelliyə anadır, 

Düz adamlar çox da gözə soxulmaz. 

 

Düzər ölməz olmaq üçün sarsılıb, 



Bölgəmis də ölməzlikdən asılıb, 

Bu adlarsa Daş boşqabda qazılıb, 

Mindiyarın keçmişinə yazılıb, 

Düz adamlar çox da gözə soxulmaz. 

 

Sözlərində yalan çoxdur, doğru yox, 



Uru Alpis dağıtmışdır, tanrı yox, 

Sevgində də lağ-lağı var, ağrı yox, 

Düz adamlar çox da gözə soxulmaz. 

Sənin sevgin, qızım, elə çoxalıb, 

Tanrı səni tanrılıqdan çıxarıb, 

Sən düşübsən, sevgi qalxıb yuxarı, 

Çox sevibsən, səndə sevgi yoxalıb, 

Düz adamlar çox da gözə soxulmaz. 

 

Utanaraq Şamxat birdən ağladı, 



Əllərilə üz-gözünü bağladı, 

O Turqəri sanki bir də yoxladı, 

Düz adamlar çox da gözə soxulmaz. 

 

Dedi:-Ata, kimsəsizəm indi mən



Hormoz qovub məni tanrı yerimdən, 

Atalıq et mənə, böyük ata, sən, 

Yardım elə, yapış mənim əlimdən, 

Düz adamlar çox da gözə soxulmaz. 

 

Turqər dedi:- Sən gözəlsən, mayasan, 



Sən biçilmiş otdan bağlı tayasan, 

Düz ol, olsan elə- yurda arxasan, 

Yoxsa indi başdan-başa boyasan, 

Üzdən boya, ürəkdənsə sayasan, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

656 


 

Gərək gedib üz-gözünü yuyasan, 

Elə-yurda bunca gərək olasan, 

Düz adamlar çox da gözə soxulmaz. 

 

Anni bilsin, inanıram sənə mən, 



Tapşırıram, get Urəri tapginən, 

Sən özünü qoru həm də Alpisdən, 

O qancildir, qandır, ondan çəkin sən, 

Düz adamlar çox da gözə soxulmaz. 

 

O qız gəzir, dönsün onun ərinə, 



Qoysun onu Qızçiçəyin yerinə, 

Qız çevrilsin pis tanrının birinə, 

O Altyerdə dönsün bir əl kirinə, 

Onla gəzə, onla qoşa görünə, 

Düz adamlar çox da gözə soxulmaz. 

Şamxat yenə bərk ağladı, sevindi, 

Qız ürəyi onun bərk-bərk döyündü, 

İlk aldığı tapşırıqla öyündü, 

Getdi ipək geyimini soyundu, 

Bezdən alt, üst əski paltar geyindi, 

Düz adamlar çox da gözə soxulmaz. 

 

Qayıdanda gördü, Turqun çörəyi, 



Çörək üstə qalıb yarı yeməyi, 

Ona birdən pıçıldadı ürəyi, 

«Bu Şanşanı əz, səp, yatırt yeməyə, 

Qoy bilmədən Turqər yesin yeməyi, 

Ondan alım qoy min-min il ölməyi, 

Ölməz olsun qoy bu ellər gərəyi, 

Nə gözəldir mənə «qızım» deməyi, 

Ona belə pıçıldadı ürəyi, 

Düz adamlar çox da gözə soxulmaz. 

 

Gəldi, dedi:- Mən gözələm bu sayaq



Mən nə idim, bir boyalı yapalaq, 

Bölgəmisdən oğurlayıb qaparaq, 

Gizlətdiyim şan-şan qalır, o ancaq, 

Turqər ata, ancaq sənin olacaq, 

Düz adamlar çox da gözə soxulmaz. 

 

Ye şan-şannı, sən ölməz ol, qal belə, 



Minellilərlə yaşayarsan sən hələ, 

Alpis baxar, acığından lap ölər, 

Üst, Altyerdə öz yerini o bilər, 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

657 


 

Düz adamlar çox da gözə soxulmaz. 

 

Turqər dedi:- Ölməzlikdə ölərəm, 



Mən istəsəm çox çox qala bilərəm, 

Mən tanrımla öz gücümü bölərəm, 

Yarıtanrı günlərimi dilərəm, 

Düz adamlar çox da gözə soxulmaz. 

 

Şan-şan qalsın, ancaq ölməz olma sən, 



Onun bunun artığına qalma sən, 

Ölməz olub ölməzlikdə solma sən, 

Ölməzlikdən bezib-bezib dolma sən, 

Ölüm üçün haray-həşir salma sən, 

Düz adamlar çox da gözə soxulmaz. 

 

Atma, qızım, o şan-şanı ortaya, 



Onu yeyən çox qocalar, qarıyar, 

Gövdə dönər suluq-yoluq yaraya 

Onda kimdir gəlib səni arayan, 

Onda kimdir qaçıb gələn haraya, 

Mən qocayam, ancaq yarıtanrıyam, 

Gərək elin hər işinə yarayam, 

Düz adamlar çox da gözə soxulmaz. 

 

Mən görmüşəm bir tək qartmış ölməzi, 



Qarışıbdır bir-birinə hər üzü, 

Təngə gəlib yaşamaqdan o özü, 

Ölmək üçün o yalvarır lap düzü, 

Düz adamlar çox da gözə soxulmaz. 

 

Hamı, hər şey ölüb gedir, bu, düzdür, 



Təkcə tanrı ölmür, bizə o gözdür, 

Hər bir şeydən o üstündür, o üstdür, 

Düz adamlar çox da gözə soxulmaz. 

 

Sən də elə yaşa, yarat maraqla, 



Ək, biç yeri hər gün xışla, oraqla, 

Şanşanların üstündən keç, ayaqla, 

Yaxınlıq et, bağlan odla, ocaqla, 

Yoxsulları, yazıqları sorağla, 

Düz adamlar çox da gözə soxulmaz. 

 

Şamxat dedi:- Mən gedirəm, izin ver, 



Yaxınlıqla qoy ucalsın Uruyer, 

Gedim tapım, görüm Urər nə deyir, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin