Söhrab Tahir "Ata" Poema-epos


Söhrab Tahir                                "Ata" Epos-poema II cild



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə52/69
tarix17.04.2017
ölçüsü6,34 Mb.
#14318
1   ...   48   49   50   51   52   53   54   55   ...   69

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

658 


 

Düz adamlar çox da gözə soxulmaz.           

                  *** 

Gecə- Turqər səs eşitdi uzaqdan

Ana südü kimi olur ilıq söz. 

Bu Şamxatın anasının səsiydi, 

Ana südü kimi olur ilıq söz. 

 

«- Turq, qızımı ata kimi dindirdin, 



Onu uzaq uzaqlara göndəribsən, 

Sən tanrını göz yaşına döndərdin, 

Ana südü kimi olur ilıq söz. 

 

Mənim qızım sözə qulaq asmadı, 



Tanrıların qabağında susmadı, 

Sevdi, onu qorxu-ürkü basmadı, 

Sevdi, ancaq düz yolunu azmadı, 

Ana südü kimi olur ilıq söz. 

 

Qız balamı tapşırıram sənə mən, 



Onu qoru yerli-yersiz sevgidən, 

Öcə dönür sevgisində o hərdən, 

Tanrılara inamını çoxalt sən, 

Hər iş üçün o çıxmasın özündən, 

Ana südü kimi olur ilıq söz. 

 

Mindiyarın mənəm ana tanrısı, 



Mənəm böyük dolanışın qapısı, 

Mənəm böyük tanrımızın qarısı, 

Mənəm böyük tanrılığın yarısı, 

Tanrı sözü görüm səni qorusun, 

Ana südü kimi olur ilıq söz. 

 

Onu da bil, Turqər, ölməz olubsan, 



Sən ox batmaz, ağrı bilməz olubsan, 

Sən tanrıdan ölməz adı alıbsan, 

Sən düz yoldan geri dönməz olubsan, 

Ana südü kimi olur ilıq söz. 

 

Turq söylədi:- Ana tanrı sağ olsun, 



Təki sevən qızlarımız çox olsun, 

Yolu üstən Alpis, İblis yox olsun, 

Sevginin də gərək gözü tox olsun, 

Ana südü kimi olur ilıq söz. 

 

Hələ çox var ölməzliyə çatım mən, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

659 


 

Yaxşı olar lapdan ölüm, yatım mən, 

Tanrıların işiğına batım mən, 

Ana südü kimi olur ilıq söz. 

                     *** 

Şamxat minir sarı yala, çaparaq, 

Uzaq yola dözüm gərək, at gərək. 

Qarlı dağlar göz ağardır Şamxata, 

Uzaq yola dözüm gərək, at gərək. 

 

Deyir:- Atım, məni çatdır Urərə, 



Döş gər, baş çək dağa, düzə hər yerə, 

Gərək bu gün sevgilimi mən görəm, 

Acıq edib, küsüb məndən on kərə, 

Mən Şamxatam, öz sevgimə yetərəm, 

Ya da uca dağlar içrə itərəm, 

Uzaq yola dözüm gərək, at gərək. 

 

Deyir:- Atım, yelə dönən Sarıyal, 



Qarlı dağlar zirvəsinə çat, ucal, 

Çapaq, ötək cığırları dalbadal, 

Uzaq yola dözüm gərək, at gərək. 

 

Deyir:- Mənə, tanrı ana, yardım et, 



Qabaqdakı qarlı buzu sən ərit, 

Həm anasan, həm tanrısan, güc yerit, 

Ur ölməyib, ölsə onu sən dirilt, 

Uzaq yola dözüm gərək, at gərək. 

 

 

 



Şamxat beş gün yol arayır, yol gedir, 

Dağlar içrə cığır itir, yol itir, 

Çörək bitir, arpa, saman, ot bitir, 

Neçə dağı, aşırımı at ötür, 

Ağır yola dözüm gərək, at gərək. 

 

Dağda onlar qalın qara batırlar, 



Çıxmaq üçün çox-çox əl-qol atırlar, 

Bütün gecə qar quyuda yatırlar. 

Ağır yola dözüm gərək, at gərək. 

 

Üçüncü gün bir səs gəlir, qurd səs, 



Qurd quyuya girmək üçün tələsir, 

Qarı eşir gizlənməkçün hərəsi, 

Birdən uçur qar quyunun çevrəsi, 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

660 


 

Ağır yola dözüm gərək, at gərək. 

 

Ağqurd qarı yavaş yavaş deşirdi, 



Qat-qat qazıb o aşağı düşürdü, 

Qar şəpəsi qar üstünə aşırdı, 

Şamxat bundan çəkinərək şaşırdı. 

Ağır yola dözüm gərək, at gərək. 

 

Qurd elə bil lap acından ölürdü, 



Qarı eşib dayanmadan dəlirdi, 

Bu quyuda nə olduğun bilirdi, 

Ağır yola dözüm gərək, at gərək. 

 

Qar uçuldu, durdu onlar üz-üzə, 



Sarıyalla, Şamxat, Ağqurd göz-gözə, 

Döndü çovğun, ağ qar sanki gündüzə. 

Ağır yola dözüm gərək, at gərək. 

 

Ayaqları üzərinə qalxdı Qurd, 



Şamxat qıza lap yaxından baxdı Qurd, 

Gördüyündən diksinərək qorxdu Qurd, 

Ağır yola dözüm gərək, at gərək. 

Qurd dilləndi, dilə gəldi o birdən, 

Dedi:- Şamxat, qara batan bu sənsən, 

İzləyirdim çovğun içrə sizi mən, 

Nəsə duyub gözləyirdim düzü mən, 

Ağır yola dözüm gərək, at gərək. 

 

Mən Urərəm burda başbaş olmuşam



Tək sevgimlə burda yuva salmışam, 

Qayalarda, meşələrdə qalmışam, 

Ağır yola dözüm gərək, at gərək. 

 

Şamxat birdən çığıraraq yıxıldı, 



Üstündəki göy mıncıqlar dağıldı, 

Əl-ayağa düşüb sanki boğuldu, 

Dil tutuldu, döşü, başı sıxıldı, 

Ağır yola dözüm gərək, at gərək. 

 

Handan-hana, ayılaraq qız dedi, 



-Niyə belə ayrı düşdük biz, dedi, 

Bu nə gündür, nə yöndəmdir, qız dedi, 

Heç bilmədən ona ağır söz dedi, 

Sarıyalı çıxar burdan tez, dedi, 

Ağır yola dözüm gərək, at gərək. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

661 


 

 

Onlar qalxıb qar quyudan çıxdılar, 



Bir-birinə doyuncalıq baxdılar, 

Qucaqlaşıb döşü-döşə sıxdılar, 

Ağır yola dözüm gərək, at gərək. 

                      *** 

-Mən çovğunda qurd dərisi geyirəm, 

Tanınarsan öncə üzlə, geyimlə. 

Bu geyimdə adam qurda oxşayır, 

Tanınarsan öncə üzlə, geyimlə. 

 

Turq atanı gözləyirdim dolayda, 



O demişdi, «gələcəyəm bu yayda», 

Sizi gördüm bu çovğunda, bu hayda, 

Tanınarsan öncə üzlə, geyimlə. 

Alpis bizi yaşamağa qoymayır, 

Çox qan-qada salır burda, doymayır, 

O, Hormozu, Turqu, Tunqu saymayır, 

Dev kimdir, yalvar-yaxar duymayır. 

Tanışarsan öncə üzlə, geyimlə. 

 

Təkcə Turqdan o çəkinir bir azca, 



O baş əyir Turqa, Şimşəkqılınca, 

Üstyer, Altyer, olub ona oyuncaq, 

Sanki onun əlindədir hər açar, 

Düşərlikdən ölür çox gənc, çox qoca, 

Heç bilmirik ondan necə biz qaçaq, 

Tanınarsan öncə üzlə, geyimlə. 

 

Sizi gördüm, gedirdiniz bu qarda, 



Dedim, bunlar gəlir hansı diyardan, 

Qoy çıxarım qızı-dedim-bu dardan, 

Yol azıbdır, aran harda, dağ harda, 

Tanışarsan öncə üzlə, geyimlə. 

 

Sonra gördüm sənsən, sevgi tanrısı, 



Mənə qarşı qancıl sevgi qurusu, 

Gördüyümə inanmıram, doğrusu, 

Üzümdədir o günlərin sarısı, 

Ölüb gedib ilk sevgimin yarısı, 

Tanınarsan öncə üzlə, geyimlə. 

 

Necə sənə «sevgim» dedim, ağladım, 



Kimsəyə yox, sənə könül bağladım, 

Sənsə mənim ürəyimi dağladın, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

662 


 

On il məni daldalarda yoxladın, 

Harda gördün ürəyimi oxladın, 

Mən sarsıldım, öz sevgimdə dığladım, 

Tanınarsan öncə üzlə, geyimlə. 

 

 



 

Şamxat dedi:- yaxşı, yaxşı, deyinmə. 

Gəldiyimə çox da elə sevinmə, 

Keçmiş uşaq sevgin ilə öyünmə, 

Apar məni tanış elə evinlə. 

Tanınarsan öncə üzlə, geyimlə. 

 

Gedək, mənim yaylaq evim yaxındır, 



Neçə gündür dağıdıcı çovğundur, 

Özün incik, atın isə yorğundur, 

Baxışların sərtdir, yenə yayqındır, 

Gözlər soyuq oynaq, incik, vurğundur, 

Tanınarsan öncə üzlə, geyimlə. 

                   *** 

Yaylaq evi sanki qarda batmışdı, 

Çovğunda da susmur sevgi, gileylik. 

Sevgililər oturublar üz-üzə, 

Çovğunda da susmur sevgi, gileylik. 

 

-Sənin üstə tanrılıqdan qovuldum, 



-İndi, Şamxat, öz yerinə qoyuldun, 

-Sənin üstə adım Urda yayıldı, 

-Mən də sevdim, ancaq çox gec ayıldım, 

Çovğunda da susmur sevgi, gileylik. 

 

-Gərək ordan qaçmayaydın acıqlı, 



-Ordan çıxdım acıqlı yox, yanıqlı, 

-Sən acıqda, mən sevgidə qılıqlı, 

-Sən soyuqsan, mən də belə sayıqlı, 

Çovğunda da susmur sevgi, gileylik. 

 

-İndi nədir, məndən acıq çıxırsan, 



-Danışırıq, niyə belə qorxursan, 

-Mənə niyə yazıq yazıq baxırsan, 

-Heçdən mənə tez-tez qara yaxırsan, 

Çovğunda da susmur sevgi, gileylik. 

 

 

-Yaxşı, qızma, sözlərini dəyişmə. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

663 


 

-Qan qoxuyur sevgi üstə deyişmək, 

-Yox olaydı görüm belə sevişmək, 

-Sevgidəndir ağırlaşmaq, döyüşmək, 

-Sonu birdir, qucaqlaşmaq öpüşmək, 

Çovğunda da susmur sevgi, gileylik. 

                   

                    *** 

Çovğun ötür, at kişnəyir, gün çıxır, 

Deyişməkdən sonra gəlir barışıq. 

Urər Şamxat qucaqlaşıb öpüşür, 

Deyişməkdən sonra gəlir barışıq. 

Barışıqdan sonra gəlir deyişmək. 

 

At kişnəyir, dəyir ata şillağı, 



Görüb sanki o görünməz qonağı, 

Dırnağıyla eşir tez-tez torpağı, 

Ürküb qaçır hərdən başı aşağı, 

Urər durur, qapır oxu, bıçağı, 

Deyişmədən sonra gəlir barışıq. 

Barışıqdan sonra gəlir deyişmək. 

 

Urər deyir:- bu, Alpisdir, gəlibdir, 



Sənin bura gəldiyini bilibdir

Onun tanrı Qızçiçəyi ölübdür, 

Sevgisinə yetişmədən solubdur, 

Qızçiçəyin yeri bom - boş qalıbdır, 

Deyişmədən sonra gəlir barışıq. 

Barışıqdan sonra gəlir deyişmək. 

 

Gəlib səni dilə tutsun, aparsın, 



Qabağına lapdan qatsın, aparsın, 

Öz tərkinə alıb atsın, aparsın, 

Deyişmədən sonra gəlir barışıq. 

Barışıqdan sonra gəlir deyişmək. 

 

 

-Onun gücü mənə çatmaz bilir o, 



Aparmağa səni, bil ki, gəlib o, 

Mənim üçün yalvar-yaxar ölür o, 

Öldürməyə çox qızları alır o, 

Deyişmədən sonra gəlir barışıq. 

Barışıqdan sonra gəlir deyişmək. 

 

Görünmədən Alpis deyir, ucadan, 



Nə görübsüz yarıtanrı qocada, 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

664 


 

Getdim onu iki böldüm qılçadan, 

Yatdıraram sizi bu dar komada, 

Öc alaram sizdən, qapı-bacadan, 

Deyişmədən sonra gəlir barışıq. 

Barışıqdan sonra gəlir deyişmək. 

 

Urər dedi:- Alpis, burdan uzaqlaş, 



Get Altyerdə tanrılarla ayaqlaş. 

Get qıtlıqla, quraqlıqla qucaqlaş. 

O pisdikli tanrılarla yataqlaş, 

Hey verənlə sən ağızlaş, qulaqlaş, 

Deyişmədən sonra gəlir barışıq. 

Barışıqdan sonra gəlir deyişmək. 

 

Görünmədən Alpis dedi yavaşdan, 



Mən deyirəm sizə elə bu başdan, 

Bir şey çıxmaz didişmədən, tutaşdan, 

Əl çəkmərəm bu qızdakı göz-qaşdan, 

Deyişmədən sonra gəlir barışıq. 

Barışıqdan sonra gəlir deyişmək. 

 

Şamxat  tutur qılıncını qabağa, 



Əl gəzdirir hər qapıya, bucağa, 

Sonra deyir o görünməz qonağa, 

-Mən getmərəm sənin kimi sarsağa. 

Deyişmədən sonra gəlir barışıq. 

Barışıqdan sonra gəlir deyişmək. 

 

Bir heyvərə çıxır birdən ortaya, 



O bənzəyir yeyib yatan buğaya, 

Gəlib burda sürü, ilxı otdaya, 

Şamxat deyir:- Devdir, girib obaya, 

Çala gözü bənzər yanan Sobaya, 

Onun canı buynuzunda yerləşir, 

Buynuzundan vur qılıncı qabaya, 

Deyişmədən sonra gəlir barışıq. 

Barışıqdan sonra gəlir deyişmək. 

 

Urər vurur, iki buynuz tökülür, 



Yerə gəlir, qarnı, döşü sökülür, 

Alpis qorxub, durub qaçır, əkilir, 

Birdən göydən qorxu, ürkü çəkilir, 

Deyişmədən sonra gəlir barışıq. 

Barışıqdan sonra gəlir deyişmək. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

665 


 

                     *** 

Şamxat deyir:- Urər, böyük igidsən, 

Igid sevmək hər bir qızın borcudur. 

Buğa inaq tanrısıydı, gəbərdi, 

İgid sevmək hər bir qızın borcudur. 

 

Urər deyir:- Burdan gedək Urelə, 



Ordan qaçan burda dönüb bir elə, 

Burda Urel yaranmışdır, bax, belə. 

İgid sevmək hər bir qızın borcudur. 

 

Şamxat deyir:- Bunu Turqa yetirək, 



Alpisləri vuraq, yıxaq, itirək, 

Siz sevgidən gərək arta bitirək

Düşərliyi kəsib burdan götürək, 

İgid sevmək hər bir qızın borcudur. 

 

Şamxat deyir:- Qabaqdadır iş hələ, 



Ana tanrı, bizə bollu güc dilə, 

Tanrı kimi biz də sevək, sevilək, 

İgid sevmək hər bir qızın borcudur. 

Şamxat verir Sarıyalı Urərə, 

Üz tuturlar yaşıl oymaq çöllərə, 

Çapıb atı döş gərirlər yellərə, 

Baş çəkirlər obalara, ellərə, 

Əl tuturlar işdən qabar əllərə, 

İgid sevmək hər bir qızın borcudur. 

 

Yoxdur burda çovğun, qıtlıq, quraqlıq, 



Yoxdur burda itim-itim uzaqlıq, 

Yoxdur burda hələ yaraq, yaraqlı, 

Hamı burda əli belli, çomaqlı, 

İgid sevmək hər bir qızın borcudur. 

 

Məndə bir az Şanşan qalıb, al, qoçaq, 



Onu yeyən ölməz olub qalacaq, 

Dolanışa qoca yaşıd olacaq, 

İgid sevmək hər bir qızın borcudur. 

 

Şamxat verir onu,- Ura, - al- deyir, 



Ancaq baxır görür Şanşan əriyib, 

Çoxdan qalıb ağ yaylıqda çürüyüb, 

Ancaq iyi el-obanı bürüyür, 

Kim iyləyir, iç acığı əriyir, 

Içdə, çöldə pislik nə var, kürüyür, 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

666 


 

İgid sevmək hər bir qızın borcudur. 

 

Urər deyir:- Bunu belə qoruyaq, 



Yaxşı pisi göstərməyə yarayar, 

İksir olar o düşərsə haraya, 

Vuruşanda ərlər, girər araya, 

Biz haraya Şanşan bizlə oraya, 

Vuruş olsa o da durar sıraya, 

Bunun üçün onu gərək qoruyaq, 

İgid sevmək hər bir qızın borcudur. 

                 *** 

Dalğalanır ağ başraqlar Ureldə, 

Haradasan, kimsən, eli unutma. 

Şamxat bir-bir çox evlərə baş çəkir, 

Haradasan, kimsən, eli unutma. 

Səs yayılır dağlar boyu Elata, 

Hamı gəlir baxır gözəl Şamxata, 

Sarıyala burda çətin at çata, 

Haradasan, kimsən, eli unutma. 

 

Urər dedi:- Gəlin gəlib bu göyçək



Bu gəlini bərk qoruyaq biz gərək, 

Toxunmasın ona çovğun, qar, külək, 

Bu gəlinlə bir oynayaq, bir gülək, 

Haradasan, kimsən, eli unutma. 

 

Sorağ çatdı Əkbitənə, Uryerə, 



Oradan da Odərpaya, Tunq ərə, 

Şamxat qızın igidliyi hər yerə, 

Haradasan, kimsən, eli unutma. 

 

Çıxdı üzə bu yerin də gilinci, 



Artdı yerinc seçilməyin sevinci, 

Dedilər ki, dəyərlidir hər inçi, 

Bu Urelin Urər olsun yerinci, 

Urər bizim içimizdə birinci, 

Urər işdə, gücdə öncül, görümcül. 

Haradasan, kimsən, eli unutma. 

 

Ancaq bir qız gendən baxır acıqlı, 



Alnı, başı, boynu ipək sarıqlı, 

Mal otarır patavalı, çarıqlı, 

Haradasan, kimsən, eli unutma. 

 

-Mən Dümağam. Sürüləri otaran, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

667 


 

Pislikləri – burdan qovub qaytaran, 

Mal-qaranı çovğunlardan qurtaran, 

Yazda otam, qışda ilıq qar, boran, 

Haradasan, kimsən, eli unutma. 

 

Yerinc olmaq güclü olmaq deməkdir, 



Acıqana qılınc vurmaq gərəkdir, 

Yerinc işdə sarsılmayan ürəkdir, 

Haradasan, kimsən, eli unutma. 

Yerinc öncə gərək mənlə güləşsin, 

Gücü, çəmi, qıvraqlığı, bəlləşsin, 

Yerinc öncə gərək ellə elləşsin, 

Dilli olsun, acıqanla dilləşsin, 

Haradasan, kimsən, eli unutma. 

 

Urər deyir:- Qız, gücünlə az öyün, 



Güləşərəm mən səninlə lap bu gün, 

Hardan gəlib  bu yekə baş ərköyün, 

Görən görür mən güclüyəm, sən ölgün, 

Haradasan, kimsən, eli unutma. 

 

Şamxat deyir:- Dümağ qızıdır, sən oğlan



Qoy güləşim mən onunla üç-beş an, 

Üzə çıxsın bu gün burda düz, yalan, 

Haradasan, kimsən, eli unutma. 

                       *** 

Dümağ lapdan süpürləyir Şamxatı, 

Hər bir işdə ilk başlayan udacaq. 

Adı Dümağ, işdə qıvraq, özü sağ, 

Hər bir işdə ilk başlayan udacaq. 

 

Şamxat deyir:- Dayan, gəlim özümə, 



Yaralıyam, dəymə mənim dizimə, 

Bir də elə baxma tez-tez gözümə, 

Bax, əl atma sən saçıma, üzümə, 

Hər bir işdə ilk başlayan udacaq. 

 

Dümağ dedi:- Niyə bura gəlmisən, 



Sən Urəri pərsəng daşı bilmisən, 

Tanrılıqdan sonra bil ki, ölübsən, 

Hər bir işdə ilk başlayan udacaq. 

 

Sən sevginlə neçə oğul qırıbsan, 



İndi gəlib burda sevgi qurubsan, 

Gəlib mənlə sən üz-üzə durubsan, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

668 


 

Hər bir işdə ilk başlayan udacaq. 

Sən gəlmisən buraları pozasan, 

Qaş - göz ilə güclüləri basasan, 

Öz əlinlə bizə sonev qazasan, 

Hər bir işdə ilk başlayan udacaq. 

 

Bunu deyib baxdı Ura gözaltı, 



O qaldırdı başı üstə Şamxatı, 

Birdən ona yaxınlaşdı qaraltı, 

Qulağına dəydi sanki »Turq« adı, 

Hər bir işdə ilk başlayan udacaq. 

 

Qoydu yerə o Şamxatı yavaşca, 



Çəkildilər yana iki dalaşqan, 

Gücdə, Adda o başqaydı, bu başqa, 

Hər bir işdə ilk başlayan udacaq. 

 

Dedi Şamxat, mən sevirəm Urəri, 



Bundan sonra bu Urərdən dur bəri, 

Hər gözəlin öz yolu var, öz yeri, 

Tanrılıqdan sonra yoxdur dəyərin, 

Hər bir işdə ilk başlayan udacaq. 

 

Urər dedi:- Mən yerincəm, sən çoban, 



Yerinc seçə gərək ağı qaradan, 

Burda basar vecə gəlməz, güc yalan, 

Sən özündən çox deyirsən, çox yaman, 

Hər bir işdə ilk başlayan udacaq. 

 

Dümağ dedi:- Qoy elimiz ayılsın, 



Bundan sonra yerinc güclü ər olsun, 

Kim güclüdür burda yerinc sayılsın, 

Güclü olsa qız da yerinc qoyulsun, 

Hər bir işdə ilk başlayan udacaq. 

 

Hamı dedi:- Qoy güləşsin Ur, Dümağ, 



Basar olan burda yarinc olacaq, 

Yığışılsın üz görənlik, dəf - daraq, 

Hər bir işdə ilk başlayan udacaq. 

Dümağ qıvraq qol-qıçını yoxladı, 

Döş-başını qayım-qayım bağladı, 

Süpürlədi Urəri o bir anda

Başı üstə qaldıraraq saxladı, 

Hər bir işdə ilk başlayan udacaq. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

669 


 

Dedi:- Baxın, məndən uca durur o, 

Yerinclikdə yarı mənəm, yarı o, 

Ucalıqda yerinc yeri qurur o, 

Mənlə birgə pislikləri qırar o, 

Qancılların sırasını yarır o, 

Hər bir işdə ilk başlayan olacaq. 

 

Hamı dedi, düzdür, uca durar o, 



Yerinclikdə yarı Dümağ, yarı o, 

Dümağ ilə pisdiklini qırar o, 

Qancılların sırasını yarar o, 

Hər bir işdə ilk başlayan olacaq. 

                  *** 

Bir qaraltı gəlib burdan sürüşdü, 

Ölənlərin iç üzüdür qaraltı. 

Dümağ dedi:- Kimsən, qardaş, nəçisən, 

Ölənlərin iç üzüdür qaraltı. 

 

Çoxu qorxdu, öz evinə çəkildi, 



Birdən göydə qara bulud söküldü. 

Birdən göydən yağış, dolu töküldü, 

Qaraltı da yox olaraq əkildi, 

Ölənlərin iç üzüdür qaraltı. 

 

Turq göründü, Şimşəkqılınc, Şimşəkat, 



Əl-ayağa düşdü sanki yurd, elat, 

Keç atlının qabağına, a Şamxat, 

Ölənlərin iç üzüdür qaraltı. 

 

Ancaq Şamxat tapılmadı, harada, 



Basılan qız qaçıb çıxıb aradan, 

Qalıb təkcə Dümağ, Urər sırada, 

Ölənlərin iç üzüdür qaraltı. 

                   *** 

Turqər dedi:- O qaraltı Alpisdir, 

Qorun, gizli qaraltıdan, kölgədən. 

Alpis gözə kölgə kimi görünür, 

Qorun, gizli qaraltıdan, kölgədən. 

 

O Şamxatı hərləyirdi, güdürdü, 



Hər bir yerdə dörd yanından ötürdü, 

Gah görünür, gah da gözdən itirdin, 

Harda Şamxat, o da orda bitirdi, 

Qorun, gizli qaraltıdan, kölgədən. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

670 


 

Dedilər ki, Şamxat yoxdur, itibdir, 

O, Alpisə qoşulubdur, gedibdir, 

Turq atadan üz-gözünü örtübdür, 

Qorun, gizli qaraltıdan, kölgədən. 

 

Urər tutdu aşağıya başını, 



Uçurtmuşdu sanki könül quşunu, 

Utanrıdı, görməyirdi qarşını, 

Qorun, gizli qaraltıdan, kölgədən. 

 

Turq söylədi:- Urər, belə sıxılma, 



Bundan sonra hər güləşdə yıxılma, 

Sən yay kimi çəkilərək, yığılma, 

Basılsan da sən udqunma, boğulma, 

Qorun, gizli qaraltıdan, kölgədən. 

 

Mən görürdüm lap uzaqdan güləşi, 



Güləşənlər güclənərək elləşir, 

Bir-birilə kələzdənib dilləşir, 

Qorun, gizli qaraltıdan, kölgədən. 

 

Mənə qalsa, burda yerinc cüt olar



Yerincyanı yardımçılar dörd olar, 

Onda Urel yaxşı elat, yurd olar, 

Burda qıtlıq özü dönüb qıt olar, 

Qorun, gizli qaraltıdan, kölgədən. 

Dümağ, Urər yerinc oldu Urelə, 

Barışdılar burda verib əl-ələ, 

Bir yerincdən, iki yerinc çox bilər, 

Qorun, gizli qaraltıdan, kölgədən. 

 

Turq söylədi:- gəzin, tapın Şamxatı, 



Minin, çapın onun Sarıyal atın, 

Qoymayın ki, gəzsin burda qaraltı, 

Hər gün, hər il tikin yurdu, Elatı, 

Qorun, gizli qaraltıdan, kölgədən. 

 

Mən gedirəm Alpis ilə vuruşa, 



Şamxat üstə çətin onla barışam, 

Vuruşmasam Altyer, Üstyer, qarışar, 

Anni məndən öz qızını soruşar, 

Qorun, gizli qaraltıdan, kölgədən. 

 

Dümağ dedi:- Apar məni özünlə, 



Mən çıxmaram böyük ata sözündən, 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin