Sosialogiyanın predmeti və vəzıfələri


Əksikliklərin vəhdəti qanununu təhlil edin



Yüklə 131,59 Kb.
səhifə30/31
tarix15.01.2022
ölçüsü131,59 Kb.
#51311
1   ...   23   24   25   26   27   28   29   30   31
Sosialogiyadan imtahan sualları

Əksikliklərin vəhdəti qanununu təhlil edin.

Əksliklərin vəhdəti və mübarizəsi qanunu inkişaf prosesinin daxili mənbəyini və hərəkətverici qüvvəsini açır. Bu qanunun izahına onu ifadə edən əsas anlayışların şərhi ilə başlamaq məqsədəuyğundur. Belə anlayışlar «eyniyyət», «fərq», «əkslik» və «ziddiyyət»dir.

«Eyniyyət» kateqoriyası predmetin müəyyən zaman ərzində özözünə bərabər olmasını, eyniyyət təşkil etməsini səciyyələndirir. Nəzərdə tutulmalıdır ki, hər bir predmet fasiləsiz surətdə dəyişilmədədir. Buna görə də predmetin eyniyyətdə olması müvəqqətidir. O tezliklə, öz- özündən fərqlənir. «Fərq» dedikdə hər hansı bir obyekti başqalarından ayıran cəhət və əlamətlər nəzərdə tutulur. Hər hansı bir obyektin bir- birinə əks istiqamətli tərəfləri əksliklər adlanır. Əksliklər predmetlərdəki sabitlik və dəyişiklik meyllərini ifadə edirlər. Dünyadakı hər bir obyekt iki əks tərəfə malikdir. Məsələn atomun daxilində müsbət yüklü nüvə və mənfi yüklü elektron mövcuddur. Cansız təbiətdəki cisimlərdə dəfetmə və cəzbetmə qüvvələri də əksliklərdir. Kimyada birləşmə və ayrılma reaksiyaları, üzvi aləmdə irsiyyət və dəyişkənlik, assimilyasiya və dissimilyasiya prosesləri də əksliklərə misaldır.

Qeyd olunmalıdır ki, əksliklərə malik olmaq predmetlərin daxili təbiətindən irəli gəlir. Çünki onlar sabitlik ilə dəyişkənliyini vəhdətini ifadə edirlər. Əksliklərin mübarizəsinin mütləqliyi bunda ifadə olunur ki, yeni hadisə mübarizənin nəticəsində törəyir. Sonra, əksliklərin mübarizəsi inkişafın daxili mənbəyidir. Digər tərəfdən, əksliklərin mübarizəsi labüddən onlar arasındakı vəhdəti pozur. Nəhayət, bu da göstərilməlidir ki, əksliklər qarşılıqlı surətdə bir birinə keçə bilirlər.Ziddiyyət predmetin əks tərəflərinin qarşılıqlı tə'sirini ifadə edir. Onun yaranmasının mənbəyi obyektdə əks istiqamətə yönələn meyillərdir. Ziddiyyətə dair aşağıdakı nümunələri göstərmək olar: cəzbetmə və dəfetmə, müsbət və mənfi elektrik yükləri, kimyəvi birləşmə və parçalanma, orqanizmdə assimilyasiya və dissimilyasiya, əsəb prosesində qıcıqlanma və ləngimə, ictimai həyatda əməkdaşlıq və mübarizə. Ziddiyyət, dəyişilmə və inkişaf bir- birindən ayrılmazdır. Inkişaf və özhərəkətin olduğu yerdə dialektik ziddiyyət də mövcuddur. Dialektik ziddiyyət predmet və hadisələrin əks, bir- birini istisna edən, daxili vəhdətdə olan və qarşılıqlı nüfuz edən, özhərəkətin və inkişafın mənbəyi rolunu oynayan tərəflərin və meyllərin qarşılıqlı tə'siridir.

Dialektik ziddiyyət müəyyən bir tamın daxilində əksliklərin həm vəhdətini və həm də mübarizəsini ifadə edir

Ziddiyyətlərin xarakteri əks tərəflərin spesifikliyi və onların mübarizəsinin konkret şəraiti ilə müəyyən olunur. Bu mə'nada ziddiyyətlərin bir çox növləri vardır (daxili və xarici antaqonist və qeyriantaqonist, əsas və qeyri- əsas, başlıca və başlıca olmayan və s.).

Daxili ziddiyyət müəyyən obyektdə olan əks tərəflərin qarşılıqlı tə'siridir. Heyvanlarda və bitkilərdə növdaxili mübarizə, müəyyən bir orqanizm daxilində əks proseslərin mübarizəsi buna misaldır.

Əgər daxili ziddiyyət sistemin hüdudlarından kənara çıxmırsa, xarici ziddiyyət müəyyən obyekt ilə ondan kənarda olanlar arasında baş verir. Qeyd olunmalıdır ki, ziddiyyətlərin bu növlərə bölgüsü nisbi xarakter daşıyır. Belə ki, eyni bir ziddiyyət yanaşma səpkisindən asılı olaraq daxili və ya xarici ola bilər.

Xarici ziddiyyətlərə misal kimi təbiət ilə cəmiyyət, orqanizm ilə mühit arasındakı ziddiyyətləri göstərmək olar.



  1. Sosial etnik münasıbətlərin səciyyəvi cəhətlərini təhlil edin.

  2. Kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi qanununu təhlil edin.

  3. Sosial etnik münasibətlərin mahiyyətini araşdırın.

  4. Qanun anlayışı və qanunların təsnifatını təhlil edin.

Inkişafın qanunlarını öyrənmək çox vacibdir. Onları bilmədən inkişaf prosesini elmi idarə etmək qeyri- mümkündür. Başqa sözlə bunsuz dünyanın gedişinə insanların tələbatlarına uyğun tə'sir göstərmək olmaz.

Qanun hadisələr arasında əlaqə formasıdır. Lakin hər cür əlaqə qanun deyildir. Qanun əlaqələri bir sıra spesifik əlamətlərə malikdir. Onlardan birincisi qanun əlaqələrinin obyektivliyi, yə'ni insanın şüur və iradəsindən asılı olmamasıdır. Digər tərəfdən, qanun hadisələr arasında mühüm əlaqə formasıdır. Bu o deməkdir ki, qanun əlaqələri predmetlərin daxili vacib tərəfini ifadə edir. Sonra, qanun zəruri əlaqə formasıdır. Başqa sözlə deyilsə bu əlaqələr mühüm olduğu üçün, birmə'nalı şəkildə özünə yol açır. Qanun əlaqələrinin bir xassəsi də onların təkrarlanan olmasıdır. Bu və ya digər qanunun fəaliyyəti üçün lazımi şərait mövcud olduqda o mütləq tə'sir göstərir. Nəhayət, qanun əlaqələri öz ümumiliyi ilə səciyyələnir. Bu o deməkdir ki, müvafiq qanun müəyyən çoxluğa (sinfə) daxil olan bütün hadisələrdə fəaliyyət göstərir. Qanunların təsnifatı müxtəlif əlamətlərə görə aparılır. Məsələn öz əhatə dairəsinə görə qanunlar xüsusi, ümumi və ən ümumi növlərə ayrılır. Xüsusi qanunlar bir hərəkət forması daxilindəki hadisələr arasında fəaliyyət göstərir (məsələn biologiyada irsiyyət və dəyişkənlik, kimyada elementlərin dövri sistemi belə qanunlardandır). Ümumi qanunlar nisbətən geniş sahəni əhatə edir, bir neçə hərəkət formasına aid olur (məsələn fizikada enerjinin itməməsi və saxlanması qanunu bu qəbildəndir). Həmin qanun bütün maddi sistemlərdə tə'sir göstərir. Ən ümumi qanunlar universal əhatə dairəsinə malikdir. Onlar təbiətdə cəmiyyətdə və təfəkkürdə fəaliyyət göstərir. Dialektikanın qanunları belələrindəndir. Digər bir əlamətə- yönəlmə istiqamətinə görə qanunlar aşağıdakı iki növə bölünür: fəaliyyət qanunları inkişaf qanunları. Birinci tip qanunlar hadisələr arasında statik (sabit) əlaqələri ifadə edir (məsələn ümumdünya cazibə qanunu). Inkişaf qanunları adından göründüyü kimi predmetlər arasında dəyişilmə meyllərini, onun müxtəlif perspektiv pillələrini səciyyələndirir (məsələn. təbii tarixi inkişaf prosesində materiyanın mürəkkəbləşməsi və şaxələnməsa qanunu). qanunlar öz fəaliyyəti mexanizminə görə iki növə (dinamik və statistik) ayrılır. Dinamik qanunlar hadisələr arasında bütün göstəriciləri əvvəldən mə'lum olan və buna görə də gələcək vəziyyətini irəlicədən söyləmək mümkün olan münasibətləri ifadə edir (məsələn səma mexanikası qanunları bu qəbildəndir). Onların bu keyfiyyətinə əsaslanaraq hələ qədimdən günəş və ay tutulmalarının tarixini irəlicədən hesablaya bilirdilər. Statistik qanunlar çoxlu saya malik həmcins obyektlər arasında fəaliyyət göstərir. Onlar bütövlükdə hadisələr çoxluğunu səciyyələndirir, bu çoxluğa daxil olan hər bir hadisəni əhatə etmir. Bu qanunlar böyük miqdarda hadisələr içərisində orta statistik göstərici kimi çıxış edirlər. Iqtisadi nəzəriyyədə öyrənilən dəyər qanunu buna misaldır. Dinamik qanunlar mötəbər və dəqiq informasiya verir. Statistik qanunlar isə bunlardan fərqli olaraq ehtimal xarakteri daşıyır. Ehtimalın konkret dərəcəsi isə təsadüfi hadisələr çoxluğunun reallaşması göstəriciləri ilə müəyyən olunur. Dialektikanın üç əsas qanunu vardır: kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi qanunu, əksliklərin vəhdəti və mübarizəsi qanunu, inkarı inkar qanunu.

  1. Fərdi sosial mobillik və marginallıq anlayışlarını fərqləndirin.

  2. Sosial-siyasi və humanitar elmlər sistemində sosialogiyanın yerini araşdırın.

  3. Sosial mobilliyin inkişaf kanallarını fərqləndirin.

Bəzi cəmiyyətlərdə gənclərin təkəbbürü nəticəsində mobillik kanalı üçün bir və ya iki dəfə imkan yarana bilir. Lakin elə cəmiyyətlər də mövcuddur ki, həmin gənclər yüksək statuslu vəziyyətə çatmaq üçün daha çox yol əldə edə bilərlər. Yüksək vəziyyətin yollan etnik və ya sosial-sinfi fərqlə, fərdin öz şəxsi xüsusiyyətləri ilə, bacanğmı tətbiq edə bilməməsi ilə bağlı ola bilər. Lakin sosial vəziyyəti tamamilə dəyişmək, yeni, daha yüksək sosial vəziyyətə malik qrupun mədəniyyətinə daxil olmaq, yeni sosial ətrafla qarşılıqlı əlaqələri qurmaq prosesində çətin problemlər yaranır. Mədəniyyət və əlaqə maneələrinin aradan qaldıniması üçün lazım olan üsullan fərdlər sosial mobillik prosesində həyata keçirirlər. Bir sıra hallarda nikah sosial mobillik üçün mühüm inkişaf kanallarından biridir. Belə ki, nikah həmişə sosial mobillik zamanı qarşıya çıxan maneələrin aradan qaldırılmasına köməklik göstərir. Birincisi, maddi imkan fərdin şəxsi bacanğmı göstərməsi üçün yaxşı imkanlar yaradır. İkincisi, fərdə bir çox vəziyyətləri maneəsiz irəliləməyə imkan yaranır. Üçüncüsü, yüksək statuslu təbəqənin nümayəndəsi ilə nikahda olmaq həmin təbəqənin mədəniyyətini tez öyrənmək problemlərini həll edir. Belə nikahlar adətən, bir çox cəmiyyətlərdə insanlara sosial maneələri dəf etməkdə böyük imkan verir və onlann elit təbəqəyə keçməsini şərtləndirir. Əgər fərd tez bir zamanda yeni sosial vəziyyətin mədəniyyətini öyrənə bilmirsə, onda bu nikah ona mobil olmaqda heç bir köməklik göstərə bilməyəcəkdir. Çünki belə olan halda yuxan mənsəbli təbəqənin nümayəndələri onu «özününkü» [145 - 146] hesab etməyəcəklər. Digər mobillik kanalı ruhani karyerası ola bilərdi: böyük filosof, kardinal Nikolay Kuzanski kasıb balıqçı ailəsində doğulmuşdu. Lakin o, monaxlığı qəbul etdi, təhsil aldı və zümrəyə qoşularaq yüksək status qazandı. Şaquli sosial mobillikdə irəliləmə təkcə güzəranın yaxşılaşmasa və imtiyazlar yox, həmçinin yeni məhdudiyyətlər, məsuliyyət yaradır. Yeni vəzifənin yaradacağı əlavə gərginliyə və məsuliyyətə görə bəzi adamlar onlara təklif olunan 5niksək vəziyyətə keçməkdən imtina edirlər. Yeni təyin olunmuşlarda əsəbilik və stresslər istisna olunmur. Yeni mədəniyyətə uyğunlaşma prosesi çox mürəkkəbdir, hətta bir sıra hallarda əsəb pozğunluğu əmələ gətirə bilər.

Bir çox insanlar şaquli mobilliyə meyllidirlər və valideynlərindən fərqli olaraq onlar daha 5diksək sosial vəziyyətə nail olurlar. Məsələn, əgər fərdin valideynləri fəhlə sinfinə mənsubdurlarsa, o isə ziyalı təbəqəsinə daxil olmuşdursa, onda fərd ilə valide5mlər müxtəlif mədəniyyət səviyyələrində çalışmalı olurlar. Fərd valideynləri ilə söhbətdə bir sıra hallarda ümumi mövzu tapmaqda çətinlik çəkir; ətrafdakı hadisələrə müxtəlif nöqteyi-nəzərdən yanaşmaları onlan bir-birindən xeyli uzaqlaşdırır. Uşaqlannm yuxan qalxması üçün çalışmış valide}mlər başa düşürlər ki, onlar arasmda mənəvi aynhq yaranmışdır.

Mobillimin deqradasiyası fərdlər üçün daha pis nəticələr verə bilər. Bu zaman fərd öz dostlanm, yaxın qohumlanm itirə bilir, onun ailəsi dağıla bilir və s.


  1. Region spesifik social ərazi birliyi anlayışını təhlil edin.

Region təbii şəraitinin özünə-məxsusluğu, istehsalın təşəkkül tapmış ixtisaslaşması, məhsuldar qüvvələrin, istehsal infrastrukturunun inkişafinın müəyyən səviyyəsi ilə fərqlənir, habelə spesifik sosial struktur və infrastrukturla, əhalinin spesifik həyat tərzi ilə səciyyələnir. Regionun müxtəlif tipləri vardır. Belə ki, mikroregionlardan, kiçik regionlardan başlamış təbii-təsərrüfat əlamətlərinə [97 - 98] görə bir sıra ərazi-iqtisadi rayonları və onların hissələrini birləşdirən zonalara qədər müxtəlif səviyyəli tipləri ayırd etmək olar. , regionun sosial siması aşağıdakıları əks etdirir:

- cəmiyyətin sosial münasibətlərinin maddi-iqtisadi bazasının ərazi təşkilini;

- onun ərazisində yaşayan əhalinin demoqrafik, entik, təsərrüfat və s. xüsusiyyətlərini^

Region əhalinin yerləşməsinin iki əsas formasının - şəhərin və kəndin sosiologiyasının inteqrasiyaedici obyektidir. Sosial-ərazi birliyi forması kimi regionun sosioloji baxımdan öyrənilməsi şəhərin və kəndin yaxınlaşmasının sosial qanunauyğunluqlarını, bu prosesdə urbanizasiya və miqrasiyanın rolunu, yeni məskunlaşma aqlomerasiyası formalarının insanın əmək və məişət fəaliyyətinin şərait və məzmununa, həyat tərzinə təsiri xüsusiyyətlərini öyrənməyi nəzərdə tutur.

. Ölkədə əksər regionlar ikinci və üçüncü tipə aiddir.

Regionların sosioloji təhlili, dinamikasının proqnozlaşdırılması «açıq», yaxud əksinə «qapalı» sosial-ərazi sistemi kimi regionun spesifikasını nəzərə almadan mümkün deyildir, yəni müəyyənləşdirilməlidir ki, həmin sistemin sosial inkişafı daxili və ya xarici ehtiyatların təbii təkrar istehsalı (sadə, yaxud geniş) hesabına hansı dərəcədə baş verir. Ölkədəki regionların əksəriyyəti «açıq» sosial-ərazi sistemidir. Bu baxımdan əhalinin miqrasiyasının sosial problemlərinə xüsusi diqqət yetirilməlidir. Bir obyekt kimi regionu əslində istənilən istiqamətdə tədqiq etmək olar, önun sosial problemlərinin tədqiqi kompleks xarakter daşımalıdır. Keçmiş SSRİ məkanında belə tədqiqatlar cəmi iki layihə hüdudunda aparılmışdır: Həmin layihələrdən biri cəmiyyətin sosial inkişalinm göstəricilərinə, digəri isə həyat tərzi problemlərinə aid olmuşdur. Layihələr SSRİ EA Sosioloji Tədqiqatlar İnstitutu tərəfindən 1979-87-ci illərdə reallaşdırılmışdır (EA müxbir üzvü Q. V. Osipovun, f.e.d., prof. N. T. Levıkinin rəhbərliyi altında). Son illərdə regionlarımızın sosial-iqtisadi və sosial-mədəni inkişafına diqqət daha da artmışdır. Bu baxımdan «Azərbaycan Respublikası regionlannm sosial-iqtisadi inkişali Dövlət Proqramı (2004-2008-ci illər)» xüsusi əhəmiyyətə malikdir. Proqram Respublika Prezidentinin 2004-cü il 11 fevral tarixli fərmanı ilə təsdiq edilmişdir. Proqramda Azərbaycan Respublikasmm iqtisadi rayonlannm (Abşeron; Gəncə-Qazax; Şəki-Zaqatala; Quba-Xaçmaz; Aran; Yuxan Qarabağ; Kəlbəcər-Laçm;

Dağlıq Şirvan; Naxçıvan) ümumi xarakteristikası verilir, [100 - 1011 2004-2008-ci illərdə regionlann sosial-iqtisadi inkişafmm əsas istiqamətləri, habelə Dövlət Proqramı üzrə həyata keçirilməli olan təbdirlər müəyyənləşdirilir'.


  1. Sosial mobilliyin səciyyəvi xüsusiyyətlərini fərqləndirin.

Sosial şəraitdən asılı olaraq cəmiyyət fərdlərin bəzilərinin vəziyyətini yüksəldə, digərlərininkini isə aşağı sala bilər. Bundan asılı olaraq şaquli mobillik prosesləri iyerarxiya pillələri üzrə yuxanya və aşağıya hərəkətlərdən ibarətdir. Bu iki istiqamət irəliləmə və deqradasiya - geriləmə adlan ilə tanınır. Peşə, iqtisadi və siyasi baxımdan iki əsas formada irəliləmə mobilliyi vardır: birincisi, fərdi irəliləmə və ya aşağı təbəqədən ali təbəqəyə doğru infiltrasiya; ikincisi isə hər hansı ali təbəqəyə yeni qrup şəklində daxil olmaq və ya onu əvəz etmək.

Anoloji olaraq mobilliyin deqradasiyasının da iki əsas forması vardır: birincisi, ayn-ayn fərdlərin 5diksək sosial vəziyyətdən aşağıya doğru enməsi; ikincisi, qrup halında sosial vəziyyətin itirilməsi. İstəyə nail olmaq haqqında məsələnin tədqiqində K. Levinin sahələr nəzəriyyəsindən istifadə edilməsi məqsədəuyğundur.

Bir qədər aşağı mənsəbli vəziyyətdə olan qrupda fəaliyyət göstərən fərd yüksək statuslu vəziyyətə nail olmaq üçün qrup və ya təbəqələrarası maneələri dəf etməlidir. Daha yüksək mənsəbli qrupa doğru irəliləmək istəyən fərdin yuxanda dediyimiz maneələri dəf etməsi üçün müəyyən eneqisi vardır. O, bu enerjisini aşağı mənsəbli təbəqə ilə yuxan mənsəbli təbəqə arasındakı M məsafəsinin qət edilməsinə sərf edir. Həmin sərf olunan eneqini F qüvvəsi kimi ifadə edək. Maneənin müvəffəqiyyətlə dəf edilməsi yalnız və yalnız fərdin sərf etdiyi qüvvənin onu itələyən qüvvələrdən üstün olması halında mümkündür.

Fərdin yuxan mənsəbli təbəqəyə doğru irəliləməsinə sərf etdiyi qüvvəni ölçməklə nailiyyəti barədə müəyyən ehtimal söyləmək olar. Ehtimalın xarakteri vəziyyətin həmişə dəyişməsindən, həmçinin fərdlər arasında olan şəxsi münasibətlərdən asılıdır.



İnkişaf prosesini kəmiyyətcə qi}nnətləndirmək üçün adətən sosial mobilliyin sürəti və intensivliyi kimi göstəricilərdən istifadə edirlər. Mobilliyin sürəti dedikdə «şaquli mobilliyin məsafəsi» başa düşülür. Məsələn, ali məktəbi bitirdikdən və işə başladıqdan 3 il sonra hər hansı bir fərdə ali məktəbdə müəllim vəzifəsinə kimi yüksəlmək nəsib olur. Onunla bir vaxtda qurtarmış digər tələbə yoldaşı isə ancaq orta məktəbdə direktor müavini vəzifəsinə kimi 5diksəlmişdir. Aydındır ki, bu halda birinci fərdin mobillik sürəti ikincidən bö5üikdür. Digər tərəfdən, əgər hər hansı bir fərd yaranmış vəziyyətlə əlaqədar, ya da şəxsi zəifliyi nəticəsində 5Üiksək sosial vəziyyətdən cəmiyyətin lap aşağı vəziyyətinə enirsə, onda onun haqqmda deyilir ki, sosial mobillik sürəti bÖ5dikdür, lakin bu sürətin istiqaməti aşağı vəziyyətə doğru yönəlmişdir. Mobilliyin intensivliyi dedikdə, müəyyən vaxt ərzində sosial vəziyyətlərini şaquli və ya üfüqi istiqamətdə dəyişən fərdlərin sayı başa düşülür. Belə fərdlərin sayı hər hansı sosial cəmiyyətdə mobilliyin mütləq intensivliyini göstərir, onların digər hissəsi isə mobilliyin nisbi intensivliyini ifadə edir. Məsələn, əgər biz 40 yaşa qədər olan boşanmış və başqa ailə qurmuş fərdlərin sayını nəzərə alsaq, onda söhbət bu yaş hüduduna olan üfüqi mobilliyin mütləq intensivliyindən gedəcəkdir. Əgər biz 40 yaşa qədər olan bütün fərdləri bu yaşa qədər boşanaraq təzə ailə quranlarla müqayisədə götürsək, onda söhbət sosial mobilliyin üfüqi istiqamətdə nisbi intensivliyindən gedəcəkdir. Çox zaman mobillik prosesinə sürət və intensivliyin qarşılıqlı əlaqədə olması nöqteyi-nəzərindən baxılması lazım gəlir. Bu halda həmin sosial birlik üçün ümumi mobillik indeksindən istifadə edilir. Bu yolla, məsələn, iki cəmiyyətdən hansında müəyyən müddət ərzində mobilliyin göstəricilərinin çox və ya az olduğunu təyin etmək mümkün olur. Belə indeks peşə, siyasi, iqtisadi sahədə fərdin fəaliyyətindən asılı olaraq hesablanır.



  1. Kəndin sosialogiyasını müqayisəli təhlil edin.

  2. Sosialogiyanın tədqiqat obyektini araşdırın.

  3. Şəhərin sosialogiyasının xarakterik xüsusiyyətlərini müqayisəli təhlil edin.


  4. Yüklə 131,59 Kb.

    Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin