Sosialogiyanın predmeti və vəzıfələri


özünü identifikasiya; 2) həyat səviyyəsi; 3) təhsil səviyyəsi



Yüklə 131,59 Kb.
səhifə24/31
tarix15.01.2022
ölçüsü131,59 Kb.
#51311
1   ...   20   21   22   23   24   25   26   27   ...   31
Sosialogiyadan imtahan sualları

özünü identifikasiya; 2) həyat səviyyəsi; 3) təhsil səviyyəsi.

Elmi ədəbiyyatda orta sinfi səciyyələndirən digər meyarlara da təsadüf edilir:

1) mövcud konkret cəmiyyət üçün götürülən gəlir səviyyəsi;

2) əhalinin maddi cəhətdən orta səviyyədə təmin olunmuş qrupları;

3) xırda mülkiyyətçilər və xırda firmaların rəhbərləri;

4) ali təhsilli mütəxəssislər (təhsil səviyyəsi və peşə bilikləri meyarı üzrə);

5) ah təhsili olmayan qulluqçular (aşağı orta sinif) və s.

Azərbaycanda orta sinfin möhkəmlənməsinə maneçilik yaradan əsas səbəblərdən biri odur ki, həyata keçirilən özəlləşdirmə xırda və orta mülkiyyətçilərin deyil, iri mülkiyyət sahiblərinin formalaşmasına kömək etmişdir. Fikrimizcə, aşağıdakı amillər orta təbəqənin formalaşmasını sürətləndirəcəkdir: [118 - 119]

1)sosial meyarların kristallaşması, dəyərlər, normalar və sanksiyaların mədəni formalarla şərtlənən sisteminin inkişafı;

2) cəmiyyət institutlannm stabilləşməsi, onlann öz sabitliyini təkrar istehsal etmək qabiliyyəti, hakimiyyətin demokratikləşməsi və aşkar xarakteri.

Müasir dövrdə Azərbaycanda sosial strukturun inkişafının xarakterik meyllərindən biri də yeni sosial qrupların yaranmasıdır. Yeni sosial qruplar sırasına sahibkarları, fermerləri, bankirləri, aksionerləri, kooperatorlan və fərdi əmək fəaliyyəti ilə məşğul olanlan aid etmək olar. Sənaye sahəsində, maliyyə və vasitəçilik biznesində məşğul olan sahibkarlan, xüsusi, birgə və kiçik müəssisələrin mülkiyyətçilərini xüsusi qeyd etmək lazımdır. Bu sosial qruplar hazırda Azərbaycanda aktiv fəaliyyət göstərirlər.

2005-ci ilin yanvar ayına olan məlumata görə, son 15-16 ildə iri və orta müəssisələrin əsasında yaradılmış səhmdar cəmiyyətləri, fərdi sahibkarlar, xarici və müştərək müəssisələrin sayı artaraq müvafiq surətdə 10-a, 2681- ə, 796-ya, kiçik müəssisələrin sayı isə 2463-ə çatmışdır^

Azərbaycanın sosial struktur sosiologiyasında ən mühüm meyllərdən biri də onun tranzit (keçid) cəmiyyət strukturu kimi tədqiq olunmasıdır (Azərbaycan sosiumu nəzərdə tutulur).

Azərbaycanın sosial strukturunu təxminən aşağıdakı kimi təsvir etmək olar:

1. Yuxan sinif (dövlət idarəetmə sistemində və inzibati orqanlarda apancı yerləri tutan elita, banklann, tikinti, hasiletmə və emaletmə müəssisələrinin, təhsil, səhiyyə, ticarət, xidmət və məişət müəssisələrinin sahibləri).

2. Orta sinif (xırda mülkiyyətçilər, fərdi kəndli sahibkarlar, məmurlar, menecerlər, hüquqşünaslar, professorlar və s.). [119 - 120]

3. Kooperatorlar (sənaye istehsalında, xidmət sferasında və kənd təsərrüfatında).

4. Fəhlə sinfi: a) iri dövlət miqyaslı sənayedə, tikintidə, ticarətdə, kənd təsərrüfatında işləyənlər; b) qanşıq və xüsusi müəssisələrdə çalışanlar və s.

5. Aşağı sinif (mülkiyyətə sahib olmayanlar, işsizlər, yoxsullar və s.).



  1. Sosial stratifikasiya nəzəriyyələrini araşdırın.

Sosiologiyada son dərəcə geniş yayılmış olan sosial stratifikasiya anlayışı və nəzəriyyəsi də onlarla əlaqəlidir. Bu anlayış cəmiyyətin strukturunu və sosial təbəqələr üzrə bölgünün əlamətlər sistemini əhatə edir.

Stratifikasiya anlayışı (lat. stratum - təbəqə və facio -edirəm) sosiologiyaya geologiyadan (müxtəlif süxurlann şaquli [112-113] yerləşməsini bildirir) gətirilmişdir. Sosial stratifikasiya və sosial təbəqələşmə anlayışlan elmi ədəbiyyatda eyni mənanı ifadə edir. «Təbəqələşmə» anlayışı hərfi mənada bütün cəmiyyətin təbəqələrə bölünməsi deməkdir. Sosial təbəqələşmə isə əhali arasmda təbəqələrin yaranma prosesini göstərir. Latın dilində buna sosiologiya elmində qəbul olunmuş iki termin uyğun gəlir - diferensiasiya və stratifikasiya.'

«Stratifikasiya» termini daha çox elmi ədəbiyyatda, «təbəqələşmə» sözu isə gündəlik danışıqda işlədilir.

«Təbəqələşmə» cəmiyyətin varlı və yoxsullara bölünməsini ifadə edirsə, «stratifikasiya» bununla yanaşı, həm də çoxsaylı orta təbəqəni ehtiva edir. Stratifıkasiyanm tarixi tipləri aşağıdakılardır:



  1. quldarlıq; b) kasta quruluşu; c) təbəqələr; ç) siniflər.

Adi təbəqələşmə ilə müqayisədə sosial stratifikasiya iki fərqli cəhəti ilə seçilir. Birincisi, stratifikasiya dərəcəyə görə təbəqələşmə ilə xarakterikdir. Belə ki, 5mxan təbəqələr aşağı təbəqələrdən (sərvətlərə sahibolma münasibətində və ya mükafatlann alınması imkanlan ilə müqayisədə) daha imtiyazlı vəziyyətdədirlər. İkincisi, yuxarı təbəqələrin cəmiyyətdəki üzvlərinin sayı xeyli azlıq təşkil edir. Alman sosioloqu R. Darendorf sosial stratifikasiya üçün başlıca meyar «nüfiız» anlayışını hesab edirdi. Amerika sosioloqu B. Barber cəmiyyətin stratifıkasiyasım gəlir, təhsil, dini, peşə, etnik mənsubiyyət və s. kimi meyarlann əsas götürülməsini təklif etmişdir.

P. Sorokinin sosial stratifikasiya ilə bağlı fikirləri də maraq doğurur. O, sosial stratifıkasiyamn üç müxtəlif növünü fərqləndirir: iqtisadi, siyasi və peşə.




Yüklə 131,59 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin