olduqca primitiv əmək alətləri vardır, öz əmlaklarını özləri ilə gəzdirirlər.
Sosial həyatları qohumluq əlaqələri əsasında qurulur. Belə bir cəmiyyətdə
siyasi sistem mövcud deyildir, cəmiyyət isə ağsaqqallar tərəfindən idarə
olunur.
istifadə edilmişdir. Bu da kənd təsərrüfatının məhsuldarlığını artırmış və
şəhərlərin, sənətkarlığın və ticarətin yaranmasına təkan verdi. Aqrar
cəmiyyəti əsasında dövlət, özünün bürokratik aparatı və ordusu ilə meydana
gəldi, ilk pul sistemi yarandı, yazı kəşf edildi, ticarət genişləndi. Aqrar
cəmiyyəti şəraitində, cəmiyyətin siyasi təşkilində daha mürəkkəb
formaların yaranması baş verdi. Qan qohumluğu əlaqələri cəmiyyətdə
yeni sosial struktur ilə tədricən əvəz edildi, lakin siyasi həyatda onlar bu
gün də vacib rol oynayırlar. Burada mühüm mülki və hərbi vəzifələr irsən
atadan oğula keçirdi. Lakin aqrar cəmiyyətlərdə əsas istehsal vahidini daim
ailə təşkil edirdi.
4.
Sənaye cəmiyyəti. Bu tipli cəmiyyətlər İngiltərədə XVIII əsrin
sonunda sənayeləşmə prosesinin təsiri nəticəsində yaranmışlar. Bu proses
göstərdi ki, cəmiyyətin mövcud olduğu müddət ərzində məhsuldar qüvvələr
yüksək inkişafa çatmışlar və maşınlı istehsalın meydana gəlməsi üçün
şərait hazırlanmışdır. O zaman İngiltərədə birinci sənaye inqilabı baş
vermişdir və burada başlanan sənaye çevrilişi XIX əsrdə digər Avropa
ölkələrinə, Şimali Amerikaya yayılır. Müasir qabaqcıl sənaye cəmiyyətləri
Şimali Amerikada, Avropada, Şərqi Asiyanın Yaponiya, Tayvan, Honkonq,
Cənubi Koreya kimi ölkələrində XX əsrdə yaranmışlar. Digər ölkələrdə
sənayeləşmə prosesi bu gün də getməkdədir.
25
Dostları ilə paylaş: