www.vivo-book.com
1
Stiven Kinq – Yaşıl Mil
www.vivo-book.com
2
Birinci hissə
ĠKĠ QIZ MEYĠTĠ
1
Bu, 1932-ci ildə, Ģtatın həbsxanası hələ Kold Mauntində (Soyuq
Dağda) olanda baĢ verib. Elektrik stulu da, təbii ki, hələ orada idi.
Ġnsanların qorxduqları, amma qaçılmaz olan Ģeylər haqqında
danıĢdıqları kimi, məhbuslar da elektrik stulu haqqında zarafatlar
edirdilər. Məhbuslar onu öz aralarında Qoca Qığılcım, yaxud Yağlı
Tikə adlandırırdılar. Onlar elektrik sərfolmasına görə gələn hesablar
haqqında, rəis Mursun arvadı Melindanın ağır xəstə olduğundan,
ġükran Günü münasibətilə özünün bu payız biĢirəcəyi yeməklər
haqqında zarafatlar edirdilər.
Nə vaxtsa bu stula oturacaqlarını öyrənən məhbusların yumor
hissi anında yox olurdu. Mən Kold Mauntində iĢlədiyim müddət
ərzində yetmiĢ səkkiz edama rəhbərlik etmiĢəm (bu mənim heç nə ilə
qarıĢdırmadığım yeganə rəqəmdir, bu rəqəmi ölüm yatağında belə
xatırlayacağam) və düĢünürəm ki, bu insanların əksəriyyəti baĢlarına
nə gələcəyini məhz topuqları Qoca Qığılcımın möhkəm palıd
www.vivo-book.com
3
ayaqlarına bərkidilən anda dərk edirdi. Onların öz ayaqları artıq yolun
sonuna çatdığını məhz o an anlamağa baĢlayır (bunu onların gözlərinin
dərinliyindən qalxan soyuq dəhĢətdən anlamaq olar). Onların
damarlarında hələ də qan axır, əzələləri hələ də güclüdür; amma nə
fərqi var, hər Ģey bitib, çünki onlar daha çöldə gəzə, kənddə iməcilik
və Ģənliklərində qızlarla rəqs edə bilməyəcəkdilər. Qoca Qığılcımın
müĢtəriləri yaxınlaĢan ölümü topuqlardan üzüyuxarı anlamağa
baĢlayırlar. Bir də rabitəsiz və anlaĢılmayan son sözlərdən sonra
onların baĢlarına geyindirilən qara ipək torba var. Hesab edilir ki, bu
torba onlar üçündür, amma mənim fikrimcə, o torba bizim üçündür ki,
dizləri bükülmüĢ halda öləcəklərini dərk etdikləri an onların
gözlərində görünən dəhĢətli qorxunu görməyək.
Kold Mauntində ölümə məhkum edilmiĢlər üçün kamera yox idi,
yalnız baĢqa dörd kameradan təcrid edilmiĢ və onlardan təxminən dörd
dəfə balaca olan “E” bloku vardı. Bu blok taxta əvəzinə kərpicdən idi.
Onun metal damı yay günəĢinin altında hədəqəsindən çıxmıĢ qəzəbli
göz kimi parlayırdı. Blokun içində, enli mərkəzi dəhlizin hər tərəfində
üç kamera olmaqla, altı kamera vardı. Bu kameraların hər biri, o biri
dörd blokdakı kameralardan təxminən iki dəfə böyük olsa da, onlar
təkadamlıq idi. Burada məhbuslar üçüm əla Ģərait vardı, amma buranın
məhbusları (xüsusilə də otuzuncu illərdə) o biri bloklardakı kameralara
keçmək üçün çox Ģeylərindən keçərdilər. Ġnanın mənə, bunun üçün
həqiqətən çox Ģeyi qurban verərdilər.
www.vivo-book.com
4
Mənim nəzarətçi iĢlədiyim dövr ərzində bu altı kameranın eyni
vaxtda dolu olduğunu heç görmədim – bu lütfünə görə Allaha Ģükür
edirəm. Ən çoxu dörd məhbus – ağ və qaradərili (Kold Mauntində
“gəzən ölülər” arasında irqi mənsubiyyətinə görə fərqləndirmə yox
idi); amma yenə də bura cəhənnəmi xatırladırdı. Məhbuslardan biri
Beverli Makkol adlı bir qadın idi. O, qaratoxmaq tuz kimi qara və
sizin heç vaxt iĢləməyə cürət etməyəcəyiniz günah kimi gözəl idi.
Ərinin onu döyməsi ilə altı il barıĢsa da, onun sevgi macəraları ilə bir
gün belə barıĢa bilməmiĢdi. Ona xəyanət etdiyini (ola bilsin, bu, bir
gecəlik sevgili idi) öyrənəndən sonra bir axĢam o, dostlarının Həkkak
adlandırdığı zavallı ərini onun bərbərxanasından yuxarıdakı mənzilə
aparan pilləkənin üst meydançasında gözətləmiĢdi. O, əri xalatını
soyunana və ayaqqabılarının üstünə xəyanətkar bağırsaqlarından qaz
buraxanadək gözləmiĢ və Həkkakın öz ülgücündən istifadə etmiĢdi.
Qoca Qığılcıma gətirilməzdən iki gün öncə qadın məni
kamerasına çağırıb, öz afrikalı mənəvi atasının yuxusuna girərək, ona
kölə adından imtina etməyi və azad adla – Matuomi adı ilə ölməyi əmr
etdiyini söylədi. O xahiĢ etdi ki, ölüm hökmünü ona Beverli Matuomi
familiyası ilə oxusunlar. Deyəsən, onun mənəvi atası ona ad
verməmiĢdi, ya da o özü bunu mənə söyləməmiĢdi... Mən razılaĢdım.
Türmədə iĢlədiyim illər mənə məhbusların xahiĢlərini rədd etməməyi
öyrətmiĢdi, əlbəttə, qadağan olan xahiĢlər istisna olmaqla. Beverli
Matuominin məsələsində bunun artıq heç bir fərqi yox idi. Ertəsi gün
www.vivo-book.com
5
təxminən gündüz üç radələrində qubernator zəng edib onun ölüm
hökmünü, “Otlu Vadi” qadın islah koloniyasında çəkməklə, ömürlük
cəza ilə dəyiĢdi. “Yalnız cəza və heç bir əyləncə” – o vaxt biz belə
deyərdik. Növbətçi masasına yaxınlaĢanda, Beverlinin yumru
arxasının sağ tərəf əvəzinə, sola döndüyünü görəndə, mən həqiqətən
sevindim.
Təxminən otuz beĢ il sonra mən bu adı bir qəzetin nekroloq
səhifəsində, sağanağının küncləri straz – süni daĢlarla bəzədilən eynək
taxmıĢ ağsaçlı, arıq zənci qadının Ģəklinin altında gördüm. Bu, Beverli
idi. Nekroloqda deyilirdi ki, o, ömrünün son on ilini azadlıqda yaĢamıĢ
və Reynz Folz adlı kiçik qəsəbənin kitabxanasını məhv olmaqdan,
demək olar ki, təkbaĢına xilas etmiĢdi. O, həmçinin, kilsə məktəbində
dərs deyirmiĢ və onu bu sakit məkanda çox sevirlərmiĢ. Nekroloqun
baĢlığı belə idi: “KĠTABXANAÇI ÜRƏK ÇATIġMAZLIĞINDAN
HƏYATINI ĠTĠRDĠ”, aĢağıda isə gecikmiĢ bir fikir kimi, xırda Ģriftlə
yazılmıĢdı: “qətlə görə iyirmi ildən artıq türmədə yatıb”. Təkcə
küncləri straz daĢları ilə bəzədilmiĢ eynəyin arxasından baxan iri və
parıldayan gözlər dəyiĢməmiĢdi. Bu gözlər, hətta yetmiĢ yaĢında belə,
məcbur olarsa, ülgücünü bir an belə tərəddüd etmədən dezinfeksiya
məhlullu stəkandan çıxarmağa hazır qadının gözləri idi. Həyatlarını
kiçik, mürgüləyən qəsəbələrdə kitabxanaçı kimi bitirsələr belə,
qatilləri hər zaman tanımaq mümkündür. Mənim kimi ömrünün uzun
illərini qatillərlə keçirənlər üçün, əlbəttə ki, bu su içmək kimi bir
www.vivo-book.com
6
Ģeydir. Öz iĢimin xarakteri haqqında yalnız bir dəfə Ģübhə ilə
düĢünməli olmuĢam və məhz buna görə də bu sətirləri yazıram.
“E” blokunun mərkəzindəki geniĢ dəhlizin döĢəməsinə yaĢıl
limon rəngində linoleum döĢənmiĢdi və buna görə də baĢqa
həbsxanalarda “Sonuncu Mil” adlandırılan Ģey Kold Mauntində “YaĢıl
Mil” adlandırılırdı. Zənnimcə, dəhlizin uzunluğu – aĢağıdan yuxarıya,
cənubdan Ģimala doğru təxminən altmıĢ addım olardı. AĢağıda karser,
üstdə isə “T” formalı dəhliz vardı. Sola döngə həyat demək idi – əgər
günəĢin yandırdığı gəzinti həyətində baĢ verənləri belə adlandırmaq
olarsa. Bir çoxları elə belə də deyirdilər; çoxları heç bir aĢkar fəsada
uğramadan uzun illər beləcə yaĢayırdı. Oğrular, odvuranlar və seksual
cinayətkarlar öz söhbətləri, gəzintiləri və xırda iĢ-gücləri ilə burada
yaĢayırdılar.
Sağa döngə – tamam baĢqa məsələ idi. Əvvəlcə siz mənim
kabinetimə düĢürsünüz (buradakı xalça da yaĢıl idi, onu dəyiĢmək
fikrində olsam da, dəyiĢmədim), arxasında, sol tərəfdə Amerika
bayrağı, sağında isə Ģtatın bayrağı olan masamın önündən keçirsiniz.
Otağın uzaq divarında iki qapı vardı – birisi mənim və baĢqa
gözətçilərin (bəzən hətta rəis Mursun da) istifadə etdiyi balaca tualetə,
ikincisi isə anbara açılırdı. YaĢıl Mil adlandırılan yol burada bitirdi.
Buranın qapısı kiçik olduğundan, oradan keçəndə baĢımı əyməli
olurdum, Con Koffi isə az qalırdı oturaraq keçsin. Siz əvvəlcə balaca
bir meydançaya çıxırsınız, sonra üç beton pillə ilə taxta döĢəməyə
www.vivo-book.com
7
enirsiniz. Bu blokdakı qonĢu otaqla tamamilə eyni, qızdırılmayan,
metal damlı balaca bir otaqdır. QıĢda bura elə soyuq olur ki, nəfəs
alanda adamın ağzından buxar çıxır, yayda isə istidən boğulmaq olar.
Elmer Manfredin edamı zamanı – otuzuncu ilin ya iyulu, ya da
avqustunda, – zənnim məni aldatmırsa, edama Ģahidlik edən doqquz
nəfər istidən huĢunu itirmiĢdi.
Anbarın solunda yenə də həyat vardı. Alətlər (hamısı çarpaz
zəncirlərlə bərkidilmiĢ barmaqlılar arxasında bağlı saxlanırdı, elə bil,
bunlar kürək və kərkilər yox, karabin tüfəngləri idi), əsgilər, həbsxana
bağçasında yaz əkini üçün toxum torbaları, tualet kağızı qutuları,
həbsxana mətbəəsi üçün altlıqlar... hətta beysbol rombunu və futbol
sahəsində xətləri iĢarələmək üçün əhəng torbası. Məhbuslar otlaq ərazi
adlandırılan yerdə oynayırdılar, ona görə də Kold Mauntində bir
çoxları payız axĢamlarını həsrətlə gözləyirdi.
Sağ tərəfdə – yenə ölüm: güclü palıd ayaqları, bir çox insanın
həyatının son anında onların soyuq tər damcılarını canına hopdurmuĢ
geniĢ qoltuqaltıları, Baks Rocers komikslərindəki uĢaq robotun
kepkasına oxĢayan və adətən, stulun söykənəcəyindən qayğısız Ģəkildə
asılan metal baĢlığı ilə taxta platformanın üstündə duran Qoca
Qığılcım. Stuldan çıxan kabel onun arxasındakı Ģlak-pasa blokundan
olan divardakı dəlikdən keçirdi. Yanda üzünə sink çəkilmiĢ vedrə
vardı. Onun içinə baxsan, metal baĢlığın ölçüsünə tam uyğun yumru
süngəri görə bilərsən. Edamdan öncə onu duzlu suda isladırlar ki,
www.vivo-book.com
8
baĢlıq naqillə gələrək süngərdən keçən sabit cərəyanı məhkumun
beyninə yaxĢı keçirsin.
2
1932-ci il Con Koffinin ili idi. Təfsilatlar qəzetlərdə dərc
edilmiĢdi. Kimə maraqlı idisə, kimin enerjisi Corciyanın qocalar
evində öz həyatını baĢa vurmaqda olan qocanın enerjisindən çox idisə,
bu məlumatlara baxa bilər. O vaxt payız çox isti idi, indiki kimi
yadımdadır, çox isti idi. Oktyabr ayı lap avqustdakı kimi isti idi.
Həbsxana rəisinin arvadı Melinda bir müddət Ġndianoladakı
xəstəxanada yatdı. Həmin payız həyatımda ən ağır sidik yolu
infeksiyasına tutulmuĢdum. Xəstəxanada yatacaq qədər ağır olmasa
da, hər dəfə sidiyə çıxanda ölümü arzulayacaq qədər ağır idi.
Bu, yanında siçan gəzdirən, baĢı yarı dazlaĢmıĢ fransız
Delakruanın payızı idi. O, yayda gəlmiĢdi və makara ilə çox gözəl
fəndlər edirdi. Lakin hər Ģeydən öncə, bu, Con Koffinin Detteriklərin
əkiz qızlarını zorlayaraq öldürdüyünə görə ölümə məhkum edilərək
“E” blokuna gəldiyi payız idi.
Hər növbədə blokun mühafizəsini dörd və ya beĢ gözətçi təmin
edirdi, amma onların əksəriyyəti müvəqqəti iĢçi idi. Din Stanton, Harri
www.vivo-book.com
9
Tervilliger və Brutus Hovell (yoldaĢları onu “Brutal” (Qaba)
çağırırdılar, amma bu zarafat idi. Öz ölçülərinə baxmayaraq, o məcbur
olmasa, milçəyi də incitməzdi) artıq həyatda yoxdular. Persi Uetmor
da vəfat edib, bax o, əsil qaba idi, üstəlik də axmaq. Persi “E”
blokunda iĢləmək üçün yaramırdı, amma onun arvadı qubernatorun
qohumu olduğundan, o, blokda qaldı.
Məhz Persi Uetmor – “Meyit gəlir! Bura meyit gəlir!” – deyə
guya ənənəvi olan cümlələri qıĢqıraraq Koffini bloka müĢayiət
etmiĢdi.
Oktyabr ayı olmasına baxmayaraq, cəhənnəm istisi vardı.
Gəzinti həyətinin qapısı açıldı və içəriyə parlaq iĢıqla bərabər,
həyatımda gördüyüm ən nəhəng insan daxil oldu – təbii ki, həyatımı
boĢa sərf etdiyim bu yolunu azmıĢ əclafların yurdundakı “istirahət
otağında” qoyulmuĢ televizorda gördüyüm bəzi basketbolçular istisna
olmaqla. Onun əllərinə və çəllək kimi geniĢ sinəsinə zəncir
vurulmuĢdu, ayaqlarına zəncirli buxovlar taxılmıĢdı. O, yaĢıl dəhlizdə
kameraların arası ilə irəlilədikcə, buxovların zəncirləri Ģaqqıldayırdı.
Onun bir tərəfində Persi Uetmor, o bir tərəfində isə arıq və cılız Harri
Tervilliger gedirdi. Onlar əsir alınmıĢ ayının yanı ilə gedən balaca
uĢaqlara oxĢayırdılar. Hətta Brutus özü onun yanında xırda görsənirdi.
Baxmayaraq ki, onun boyu iki metr olardı, özü də arıq adam deyildi.
O, vaxtilə LCU futbol liqasının yarımmüdafiəçisi olmuĢdu. Onu
komandadan çıxarandan sonra yenə doğma yerlərinə dönmüĢdü.
www.vivo-book.com
10
Qoca Qığılcımın qucağında ölməzdən əvvəl qısa bir müddət “E”
blokunda qalan məhbusların əksəriyyəti kimi, Con Koffi də qaradərili
idi və boyu iki metrdən hündür olardı. O, televizordakı basketbolçular
kimi, incə və əsnək deyildi, baxmayaraq ki, onun çiyinləri və sinəsi
enli idi və elə bil, onun bədəni əzələlərlə qayıĢ kimi baĢdan-baĢa
qapanmıĢdı. Ona anbardan tapa bildikləri ən böyük paltarları
geyindirmiĢdilər, amma yenə də Ģalvarın manjetləri onun əzələli və
çapıqlı baldırlarının yarısına qədər çatırdı. Köynək sinəsinin alt
hissəsinə qədər açıq idi, köynəyin qolları isə onun biləkləri ilə
dirsəkləri arasında qalırdı. Ġri əlində tutduğu kepkası da nəhəng idi.
Əgər onu qızılağac rəngli daz baĢına qoyardısa, ġarmankaçının
meymununun kepkasına oxĢayardı – bircə fərq o olardı ki, bu kepka
meymunun kepkası kimi qırmızı yox, mavi idi. Ona baxanda adama
elə gəlirdi ki, o, zəncirləri, Milad hədiyyələrindən lent qoparırmıĢ
kimi, asanlıqla qıra bilər. Lakin onun üzünə baxanda anlayırdın ki, o,
belə Ģey etməz. O, üzdən axmağa oxĢamırdı – Persi onun axmaq
olduğunu düĢünsə də (tezliklə Persi onu “əbləh” deyə çağırmağa
baĢladı), bu, sadəcə, çaĢqınlıq ifadəsi idi. O, harada olduğunu, bəlkə də
kim olduğunu anlamağa çalıĢırmıĢ kimi, tez-tez ətrafına baxırdı.
Mənim ilk fikrim onun qaradərili Samsona oxĢaması oldu... sadəcə,
Dalilanın öz xain əli ilə onun baĢını qırxaraq bütün gücünü aldıqdan
sonrakı Samson.
www.vivo-book.com
11
“Meyit gəlir!” – Persi “ayı” adamın biləyindəki zəncirdən darta-
darta qıĢqırırdı. Persi zənciri elə dartırdı, sanki Koffi ayağını yerə
dirəsəydi, onu yerindən tərpədəcəkdi. Harri bir söz deməsə də,
karıxmıĢ görünürdü. “Meyit...”
– Daha bəsdir! – dedim. Koffi üçün ayrılmıĢ kamerada onun
çarpayısında oturmuĢdum. Mən, əlbəttə ki, onun gələcəyindən
xəbərdar idim. Onu qəbul etmək, onunla məĢğul olmaq üçün buraya
gəlmiĢdim, amma onu görənədək həqiqi ölçüləri haqqında heç bir
təsəvvürüm yox idi. Persi mənə elə baxdı, sanki demək istəyirdi ki,
mənim necə əclaf olduğumu hamı bilir (əlbəttə, kiçik qızları öldürən
bu nəhəng divdən baĢqa), amma bir söz demədi.
Onlar üçü də kameranın açıq qapısının önündə dayandılar.
Harrinin: “Onunla təklikdə qalmaq istədiyinizə əminsinizmi, boss?” –
sualına baĢımı yırğaladım. Harrinin səsində həyəcan notları olduğunu
nadir hallarda eĢitmiĢdim – altı və ya yeddi il bundan əvvəl baĢ vermiĢ
qiyamlar zamanı o, tərəddüd etmədən mənim yanımda olmuĢdu, hətta
qiyamçıların silahlı olduğuna dair Ģayiələr gəzməsinə baxmayaraq.
Amma bu dəfə onun səsindəki həyəcanı sezmək olurdu.
– Özünü yaxĢı aparacaqsanmı, igid? – ondan soruĢdum. Onun
çarpayısında oturub özümü necə pis hiss etdiyimi gizlətməyə
çalıĢırdım: sidik yolunun infeksiyası haqqında artıq qeyd etmiĢəm. O
zaman bu infeksiya hələ tam kəskinləĢməmiĢdi, amma qeyd etməliyəm
ki, həmin gün heç də çimərlikdə keçirdiyim gün kimi asan olmamıĢdı.
www.vivo-book.com
12
Koffi yavaĢca baĢını yırğaladı – əvvəlcə sola, sonra isə sağa. O,
gözlərini qırpmadan mənə baxırdı.
Harrinin əlində Koffinin sənədləri olan qovluq vardı.
– Kağızları ona ver, – Harriyə dedim. – Onları onun əlinə ver!
Harri dediklərimi eynilə yerinə yetirdi. Nəhəng müqəvva
laqeydcəsinə onları götürdü.
– Ġndi isə onları mənə gətir, oğlan, – dedim və Koffi zəncirlərini
cingildədərək itaət etdi. Kameraya girmək üçün Koffi baĢını əyməli
oldu.
Onun boyunun optik aldatma olmadığına əmin olmaq üçün bir
neçə dəfə onu baĢdan-ayağa süzdüm. Sənəddə onun boyunun 2.03
metr olduğu göstərilirdi. Çəkisi 127 kq idi. Məncə, bu sadəcə gözəyarı
bir rəqəm idi. Mənə görə, onun çəkisi 160 kq olardı. “Çapıqlar və
xüsusi əlamətlər” qrafasında qeydiyyat vərəqələrinin etibarlı dostu
“Maqnusson” maĢını ilə təkcə bir söz yazılmıĢdı: çoxsaylı.
Mən nəzərlərimi qaldıranda Koffi azacıq kənara çəkildi və
Harrini görə bildim. Harri dəhlizdə Delakruanın kameranın önündə
dayanmıĢdı. Koffi “E” blokuna gətirilən zaman Delakrua bizim yeganə
məhbusumuz idi. Delakrua cılız və dazlaĢmaqda olan birisi idi. Onun
qayğılı üzü israfçılığının üstünün tezliklə açılacağını bilən mühasibi
xatırladırdı. Delakruanın çiynində əhliləĢdirdiyi siçanı oturmuĢdu.
Ġndicə Con Koffi üçün ayrılmıĢ kameranın kandarında Persi
Uetmor dayanmıĢdı. O öz dəyənəyini əldəqayırma çexolundan çıxardı,
www.vivo-book.com
13
istifadə etmək niyyətində olduğu oyuncağa malik bir adam havası ilə
onu yavaĢ-yavaĢ boĢ əlinin ovcuna vurmağa baĢladı. Birdən mən onun
burada olmasına təhəmmül edə bilmədiyimi hiss etdim. Bəlkə də bu
mövsümə uyğun olmayan istidən, bəlkə də qasığımı daim acıĢdıran və
flanel alt paltarının toxunuĢundan dözülməz qaĢınma verən sidik
yolunun infeksiyasından idi. Bəlkə də bunun səbəbi qara dərili bu
əbləhin edam edilmək üçün Ģtatdan bura göndərilməsini və Persinin
açıq-aĢkar onunla bir az əylənmək istəməsini dərk etməm idi. Ola
bilsin ki, onların hamısı əsəblərimə toxunurdu. Hər halda, mən bir
anlıq onun yuxarılarla əlaqələrini unutdum.
– Persi, – dedim, – bu gün lazaret köçür.
– Bununla Bill Doc məĢğuldur.
– Bilirəm, – baĢımı yırğaladım. – Get ona yardım et.
– Bu mənim iĢim deyil, – Persi dirəndi. – Mənim iĢim bu nəhəng
cəmdəkdir. – Persi iribədənli adamları zarafatla “cəmdək” adlandırırdı.
Onun iri adamlardan xoĢu gəlmirdi. O, Harri Tervilliger kimi arıq
olmasa da, bəstəboy idi; davaya atılmağa hazır olan dalaĢqan xoruz
tipli adamlardan idi – xüsusilə də üstünlük onun tərəfində olanda. Persi
öz saçları ilə fəxr edirdi, daim onları sığallamaqdan yorulmurdu.
– Əgər elədirsə, sənin iĢin burada bitib, – dedim. – Lazaretə get.
O, narazılıqla alt dodağını uzatdı. Bill Doc və onun adamları
qutuları, mələfə bağlamaları və hətta çarpayıları daĢıyırdılar. Bütün
www.vivo-book.com
14
lazaret həbsxananın qərbindəki yeni binaya köçürdü. Ağır iĢ idi. Persi
Uetmor açıq-aĢkar bu iĢdən yayınmaq istəyirdi.
– Orada kifayət qədər adam var, – dedi.
– Onda get ora və iĢlərə rəhbərlik elə, – deyə səsimi qaldırdım.
Harrinin üzünü turĢutduğunu görsəm də, ona bir əhəmiyyət vermədim.
Əgər tabeçilik prinsipini pozduğuma görə qubernator rəis Mursa məni
iĢdən azad etməyi əmr etsə, Hal Murs mənim yerimə kimi təyin
edəcəkdi? Persini? Bu ciddi olmazdı. – Sənin nə ilə məĢğul olacağın
vecimə deyil, Persi. Bircə bir müddət buradan uzaqlaĢ, – dedim.
Bir anlıq mənə elə gəldi ki, o, heç yerə getməyəcək və əsil
problem onda baĢlayacaq – xüsusilə də dünyanın ən böyük donmuĢ
saatı kimi bayaqdan burada dayanmıĢ Koffinin yanında. Amma belə
olmadı, Persi dəyənəyini əldəqayırma çexoluna qoydu – ədəbazlıqdan
baĢqa bir Ģey deyildi – və tələsmədən dəhlizlə addımladı.
O gün növbətçi masasında gözətçilərdən kimin oturduğu yadıma
gəlmir – yəqin müvəqqəti iĢləyənlərdən kimsə, – amma deyəsən orada
oturanın baxıĢları Persinin xoĢuna gəlməmiĢdi, çünki oradan keçərkən,
bərkdən nərildədi:
– Bəsdi diĢlərini ağartdın, yoxsa o, axmaq təbəssümü sənin
üzündən silməyi bacararam!
Sonra açarların cingiltisi eĢidildi. Bir anlıq günəĢin Ģüaları
həyətdən içəriyə doldu və bir müddətə olsa da, Persi getdi.
www.vivo-book.com
15
Delakruanın siçanı balaca bığlarını oynada-oynada onun arıq
çiyinlərində ora-bura qaçırdı.
– SakitləĢin, cənab Cinqlz, – Delakrua dedi. Siçan onu baĢa
düĢübmüĢ kimi yerində donub qaldı. – Dəcəllik etmədən sakitcə otur.
– Delakrua luizianlı fransızların ləhcəsi ilə danıĢırdı, onun nitqində
“sakit” sözü qəribə və yad Ģəkildə səslənirdi.
– YaxĢısı budur, gedib yatasan, – sərt tərzdə dedim. – Ġstirahətini
elə. Burada baĢ verənlərin sənə dəxli də yoxdur.
O mənim dediyimə əməl etdi. Delakrua bir qızı zorlamıĢ, sonra
da öldürmüĢdü. Sonra isə qızın cəsədini onun yaĢadığı binanın
arxasına atmıĢ, öz cinayətinin izlərini itirmək ümidi ilə cəsədin üstünə
neft töküb yandırmıĢdı. Alov oradan binaya keçmiĢ və ikisi uĢaq
olmaqla daha altı nəfər həyatını itirmiĢdi. Onun üstündə yalnız bu
cinayət vardı və indi o, sadəcə üzü qayğılı, baĢı dazlaĢan və uzun
saçları köynəyinin yaxalığına tökülən mülayim bir adam idi. Tezliklə
o, az da olsa, Qoca Qığılcımın qucağına oturacaq, Qoca da onun
həyatına son qoyacaqdı... onu bu dəhĢətli cinayətə təhrik edən Ģey hər
nə idisə, o da artıq keçib getmiĢdi. Ġndi o öz balaca dostunun
civildəyə-civildəyə onun üstündə ora-bura qaçmasına imkan verərək
çarpayısında uzanmıĢdı. Bir tərəfdən elə ən pisi də bu idi: Qoca
Qığılcım onların içində olanları yandırmırdı. Bu günlərdə vurulan
dərmanlar daha onları yuxulatmırdı. ġər azad olur, bir baĢqasına keçir
Dostları ilə paylaş: |