www.vivo-book.com
44
– Yox, ser, – deyə Koffi öz qalın səsi ilə cavab verdi. Onun
durmadan yaĢ axıdan qəribə gözləri üzdə əzabkeĢ görünsə də, haradasa
dərinlikdə etinasız və laqeyd idi. Sanki əsl Con Koffi haradasa baĢqa
yerdə idi və baĢqa bir mənzərəyə tamaĢa edirdi. Elə bil, bu mənzərədə
qətlə yetirilmiĢ qızlar üçün kədərlənməyinə dəyməzdi; bu gözlər
nəzərlərini qaçırmadan Makginin gözlərinin düz içinə baxırdı. –
Burada sadəcə mənim səhər yeməyim var.
– Səhər yeməyi deyirsən, eləmi? – Makgi soruĢdu və Koffi
baĢını yırğalayaraq – “Bəli ser” – deyə təsdiq etdi. Onun gözlərindən
axan yaĢlar aram vermir və damcılar burnunun ucunda iriləĢərək aĢağı
diyirlənirdi.
– Bəs, de görüm, sənin kimiləri öz səhər yeməklərini haradan
götürürlər? – Makgi soyuqqanlılığını qorumağa çalıĢırdı, baxmayaraq
ki, qızlardan gələn iyi burnu hiss edə və onların bədənlərinin nəm
yerlərinə qonan milçək buludunu görə bilirdi. “Ən pisi də onları saçları
idi” – sonralar o demiĢdi... Lakin bu deyilənlər heç bir qəzetdə öz
əksini tapmamıĢdı, çünki belə təfərrüatları ailəvi qiraətlər üçün çox
qorxunc hesab etmiĢdilər. Mən bu hadisə haqqında onu qələmə alan
jurnalistdən, cənab Hammersmitdən eĢitmiĢdim. Məqalənin müəllifini
sonralar, Con Koffi mənim üçün bir növ mübtəlalığa çevriləndən sonra
tapdım. Makgi Hammersmitə deyibmiĢ ki, qızların sarıĢın saçları o
vaxt daha sarıĢın deyilmiĢ, tünd qırmızı rəngdə imiĢ. Onların
saçlarından süzülən qan yanaqlarından axırmıĢ, sanki saçlar pis boya
www.vivo-book.com
45
ilə rənglənmiĢdi. Onların kövrək qafa taslarının o qüdrətli əllərin gücü
ilə bir-birinə çırpılaraq parça-parça edildiyini dərk etmək üçün həkim
olmağa gərək yoxdur. Ola bilsin ki, onlar ağlayırlarmıĢ; ola bilsin ki, o
onları susdurmaq istəyibmiĢ. Əgər qızların bəxti gətiribsə, bu hadisə
onların zorlanmasından öncə baĢ verib.
Belə bir mənzərənin Ģahidi olarkən soyuqqanlılıqla düĢünmək
çox çətindir, hətta öz iĢini görməkdə çox qətiyyətli olan ġerif
köməkçisi Makgi kimi bir adam üçün də. Qeyri-sağlam düĢüncə
səhvlərə yol verilməsi və hətta daha çox qan tökülməsi ilə nəticələnə
bilər. Makgi dərindən nəfəs alıb özünü toplamaq istədi, ən azından,
bunu etməyə çalıĢdı.
– Ser, mən dəqiq xatırlamıram, əgər yalan deyirəmsə, əclafam, –
Koffi göz yaĢları ilə boğula-boğula dedi. – Bu həqiqətən mənim səhər
yeməyimdir, orada buterbrod və səhv eləmirəmsə, duzlu xiyar
olmalıdır.
– Mən özüm baxaram, sənin üçün bir fərqi olmamalıdır, – Makgi
dedi. – Ġndi, Con Koffi, məbadə tərpənəsən. Bunu etmə, dostum, heç
ağlına belə gətirmə. Əgər barmağını belə tərpətsən, bədəninin beldən
yuxarısını yox etmək üçün sənə tuĢlanmıĢ kifayət qədər silahımız var.
Koffi yenə çayın o biri sahilinə baxırdı və Makgi səliqə ilə onun
köynəyinin döĢ cibinə girib qəzetə bükülmüĢ və üstündən də iplə
sarınmıĢ bir bağlamanı çıxaranda heç qımıldanmadı. Makgi ipi qırıb
qəzet bağlamasını açdı, baxmayaraq ki, orada, Koffinin dediyi kimi,
www.vivo-book.com
46
səhər yeməyinin olduğuna tamamilə əmin idi. Bağlamanın içində
donuz əti və pomidorlardan hazırlanmıĢ buterbrod, cemli rulet və bir
də, Con Koffinin heç vaxt açmayacağı, ayrıca kağıza bükülmüĢ duzlu
xiyar vardı. Səhər yeməyinin içində bircə kolbasa yox idi. Con
Koffinin səhər yeməyindən kolbasanı yəqin Bauzer götürmüĢdü.
Makgi gözlərini bir an belə Con Koffidən çəkməyərək səhər
yeməyini çiyninin üstündən arxasındakı adamlardan birinə verdi.
Sallağı oturduğundan, o, Con Koffiyə çox yaxın idi və ona görə də bir
an belə diqqətinin yayınmasına yol verə bilməzdi. Yenə səliqə ilə
bükülən və üstündən də iplə bağlanan səhər yeməyi, nəhayət, Bobo
Marçanta çatdı. O da bu yeməyi özünün bel çantasına qoydu. Bu
çantada o öz itləri üçün yemək saxlayırdı (bu çantada bir də balıq
tutmaq üçün yem olsaydı, mən təəccüblənməzdim). Həmin yemək
məhkəmədə əĢyayi-dəlil kimi təqdim edilməmiĢdi – ədalət məhkəməsi
dünyanın bu hissəsində çox çevikdir, amma donuz əti və pomidordan
hazırlanmıĢ buterbrodun salamat qalacağı qədər çevik deyil, –
baxmayaraq ki, yeməyin fotoĢəkilləri qalmıĢdı.
– Burada nə baĢ verib, Con Koffi? – Makgi özünün alçaq və
ciddi səsi ilə soruĢdu. – Sən burada nə baĢ verdiyini danıĢmaq
istəmirsənmi?
Və Koffi, demək olar ki, mənə dediyi sözləri dəqiqliklə Makgi
və orada olanların hamısına dedi; elə bu sözlər həm də ittihamçının
Koffinin məhkəməsində andlılara dediyi son sözlər oldu:
www.vivo-book.com
47
– Mən heç nə eləyə bilmədim, – zorlanmıĢ və öldürülmüĢ
qızların çılpaq bədənlərini öz qollarının arasında tutan Con Koffi dedi.
Yenə onun göz yaĢları yanaqları ilə axmağa baĢladı. – Mən hər Ģeyi
geri qaytarmağa çalıĢdım, lakin artıq çox gec idi.
– Oğlan, sən qətldə Ģübhəli bilinərək həbs edilirsən, – Makgi
dedi və Con Koffinin üzünə tüpürdü...
Andlılar təxminən qırx beĢ dəqiqə zalı tərk etdilər. Onların öz
yeməklərini yemələri üçün məhz bu qədər vaxt lazım idi. Mənə
maraqlı gələn isə baĢqa Ģeydir: görəsən onların boğazından tikələr
keçdimi?
5
Əlbəttə, siz yəqin baĢa düĢürsünüz ki, bütün bunları xarabazara
çevrilmiĢ həbsxana kitabxanasında keçirdiyim bir isti oktyabr
axĢamında, Pomona portağal yeĢiklərinin arasına qoyulmuĢ yeganə
köhnə qəzet dəstindən öyrənə bilməzdim, amma həmin axĢam
öyrəndiklərim o gecə yuxumun qaçması üçün tamamilə kifayət elədi.
Arvadım təxminən gecə saat ikidə yerindən qalxıb mənim mətbəxdə
oturaraq ayran içə-içə eĢmə papiros çəkdiyimi görəndə: “Nə olub,
əzizim, niyə yatmırsan?” – deyə soruĢdu. Mən də birgə keçirdiyimiz
www.vivo-book.com
48
uzun illər ərzində ona söylədiyim nadir yalanlardan birini dedim.
Dedim ki, yenə Persi Uetmor ilə sözləĢmiĢəm. Əlbəttə ki, bu həqiqət
idi, amma belə gec saatda yuxumu qaçıran və məni mətbəxdə
oturmağa vadar edən səbəb deyildi. Mən, adətən, Persi ilə bağlı
problemlərimi iĢdə qoya bilirdim.
– O çürük alma cecəsini yaddan çıxar. Gəl yatağına gir, – deyə
arvadım məni yatağa çağırdı. – Məndə elə bir Ģey var ki, sənin rahat
yatmağına kömək edər, istədiyin hər Ģeyi eləyə bilərsən.
– Avazın çox xoĢ gəlir, amma məncə, bunu eləməsək yaxĢıdı.
Mənim sidik sistemimdə bir balaca problemim var və istəməzdim ki,
onu sənə də bulaĢdırım.
Arvadım təəccüblə qaĢlarını qaldırdı.
– Hə, deməli, sidik sistemi, – acıqlı-acıqlı dedi. – Məncə, sən
keçən dəfə Baton Rujda olanda, yəqin, səkidə duran qızlarla ehtiyatsız
davranmısan.
Mən heç vaxt Baton Rujda olmamıĢam, heç vaxt küçə qızları ilə
iĢim olmayıb və biz ikimiz də bunu yaxĢı bilirdik.
– Bu, sadəcə, hamının bildiyi infeksiyadır; sidik yollarının
infeksiyası, – mən izah etməyə çalıĢdım. – Anam deyərdi ki, oğlan
uĢaqları bu infeksiyaya, iĢədikləri vaxt Ģimal küləyi əsəndə tutulurlar.
– Hə, sənin anan duz dağıdanda da bütün günü evdən çıxmazdı,
onu da bilirik, – arvadım zarafatından qalmadı. – Həkim Sedler...
www.vivo-book.com
49
– Yox, ser, – mən əlimi qaldıraraq etiraz etdim. – Həkim
Sedlerin dediyinə görə, mən kükürd qəbul eləməliyəm. Ona qulaq
assam, həftənin axırına öz kabinetimin hər tərəfinə qusub batıracağam.
Vaxtı gələndə, öz-özünə keçib gedəcək, amma hələlik, məncə, sənin
dediyin “oyunlara” bir qədər ara verməli olacağıq.
O məni alnımdan, düz sol qaĢımın üstündən öpdü. Ora
toxunanda həmiĢə tüklərim biz-biz olur. Cenis də bunu, əlbəttə ki,
bilirdi.
– Zavallı körpəm. O. əclaf Persi Uetmor azmıĢ kimi, o da
buradan. Gəl, əzizim, gəl yerinə gir!
Mən onun dediyinə qulaq asdım, amma əvvəlcə, öz təbii
ehtiyacımı qarĢılamaq üçün arxa artırmaya çıxdım (bunu etməzdən
öncə barmağımı yaĢlayıb küləyin hara əsdiyini yoxladım –
valideynlərimizin balaca olduğumuz vaxt bizə dedikləri, nə qədər
səfeh olsa belə, nadir hallarda yaddan çıxır). Bu haqda Ģairlər bir söz
deməsələr də, açıq havada iĢəmək kənd həyatının insana həzz verən ən
gözəl anlarından biridir. Lakin o gecə heç də həzz hiss etmədim;
məndən çıxan maye od kimi yandırırdı. Amma mən axĢam bundan
daha pis olduğunu düĢünərək özümə ürək-dirək verdim və dəqiq
bilirdim ki, bir-iki gün öncə vəziyyət bundan qat-qat ağır idi. Get-gedə
vəziyyətin düzəlməyə doğru getdiyinə içimdə bir ümid yarandı.
Mənim indiyədək belə əsassız ümid bəslədiyim yadıma gəlmir. Mənə
heç kim deməmiĢdi ki, içimə görərək özü üçün isti və nəm yer tapmıĢ
www.vivo-book.com
50
mikrob, daha çox qüvvə toplayıb yenidən öz iĢinə giriĢmək üçün, bir
neçə gün istirahət edə bilər. Bunu desəydilər, çox təəccüblənərdim.
Əgər mənə desəydilər ki, on beĢ-iyirmi ildən sonra elə həblər kəĢf
ediləcək ki, onları qəbul edən insanın daxilini rekord dərəcədə qısa
müddət ərzində belə infeksiyalardan təmizləyəcək... üstəlik, onları
qəbul edənin mədəsini bir balaca bulandırsa da, ya da xəstənin qarnı
getsə də, bu həblər həkim Sedlerin verdiyi kükürd həbləri kimi sizi
qusmağa vadar etməyəcək, bax, ən çox onda təəccüblənərdim. Amma
o vaxt, 1932-ci ildə xəstəliyin öz-özünə sağalacağını gözləməkdən və
bir də sanki kiminsə içinizə neft töküb, sonra da kibritlə alıĢdırırmıĢ
kimi dəhĢətli ağrı-acılara əhəmiyyət verməməyə cəhd etməkdən baĢqa
əlac yox idi.
Öz iĢimi bitirib yataq otağına qayıtdım və nəhayət, yuxuya gedə
bildim. Röyamda saçları qana batmıĢ və utancaqlıqla gülümsəyən
balaca qızlar görürdüm...
6
Səhərisi gün öz masamın üstündə bir order sənədi gördüm.
Sənəddə deyilirdi ki, mən mümkün olan ən qısa müddətdə həbsxana
rəisinin yanına getməliyəm. Bu çağırıĢın səbəbini yaxĢı bilirdim –
həbsxanada yazılmamıĢ, amma çox vacib qaydalar vardı və dünən qısa
www.vivo-book.com
51
müddət çərçivəsində bu qaydalara əməl etməmiĢdim. Ona görə də
həbsxana rəisinin yanına getməyi mümkün olduqca ləngitmək qərarına
gəldim – lap öz sidik yollarımdakı problemə görə həkimin yanına
getməyimi uzatdığım kimi. HəmiĢə düĢünmüĢəm ki, “bununla
birdəfəlik qurtarmaq” kimi iĢlərə həddən artıq əhəmiyyət verilir.
Hər halda, həbsxana rəisi Mursun kabinetinə getməyə
tələsmirdim. Bunun əvəzində, öz yun kitelimi soyundum, onu
stulumun söykənəcəyinə asdım və küncdəki ventilyatoru iĢə saldım –
bu gün də hava həddən artıq isti idi. Sonra öz yerimə əyləĢib Brutus
Hovellin gecə növbəsinə dair hesabatını gözdən keçirməyə baĢladım.
Hesabatda narahatlıq doğura biləcək heç nə yox idi. Geri qayıdandan
bir az sonra Delakrua ağlamıĢdı – o, demək olar ki, hər gecə belə
edirdi və mən tam əminəm ki, o, diri-diri yandırdığı adamlar üçün yox,
əsasən, özü üçün ağlayırdı, – sonra öz dostu Mister Cinqlzı içində
yatdığı siqaret qutusundan götürmüĢdü. Siçanı görən kimi Del
sakitləĢmiĢ və gecənin qalan hissəsini körpə uĢaq kimi yatmıĢdı.
Mister Cinqlz öz quyruğunu arxa ayaqlarının ətrafına dolayaraq və
girdə gözlərini qırpmadan bütün gecəni yəqin Delakruanın qarnının
üstündə keçirmiĢdi. Sanki Allah Delakruanın qoruyucu mələyə
ehtiyacı olduğuna qərar vermiĢdi və bizim Luizianadan olan
cinayətkar dostumuz kimi, siçovulun qoruyucu mələyinin yalnız siçan
ola biləcəyini müəyyənləĢdirmiĢdi. Əlbəttə ki, Brutusun hesabatında
bütün bunlar yazılmamıĢdı, amma mən yazılan sətirlərin arasındakı
www.vivo-book.com
52
mənanı oxumağı öyrənmək üçün gecə növbələrində kifayət qədər
olmuĢdum. Hesabatda Koffi haqqında qısa bir qeyd vardı: “Yerində
səssiz-səmirsiz uzanıb, bəzən ağlayıb. Mən onunla söhbətə baĢlamaq
üçün cəhd etdim, amma bir neçə deyingən cavabdan sonra bu fikridən
vaz keçdim. Bəlkə də Pol ilə Harrinin bəxti daha çox gətirər”.
“Söhbətə baĢlamaq” – bu bizim iĢimizdə, həqiqətən, ən əsas
məsələlərdən biridir. O vaxtlar hələ bunu bilmirdim, amma bu qəribə
ahıl yaĢımın zirvəsindən geriyə baxanda (düĢünürəm ki, gələcəkdə
yaĢamağa məcbur olanların hamısı üçün ahıl yaĢlar qəribə gəlir)
həqiqətən belə olduğunu və bunu o zamanlar nə üçün anlamadığımı
baĢa düĢdüm: bu məsələ bizim iĢin aparıcı məqamı kimi çox vacib idi
– lap elə nəfəs almağın yaĢamamız üçün vacib olduğu kimi.
Müvəqqəti iĢçilər üçün “söhbətə baĢlamaq”da mahir olmaq elə də
vacib deyildi, amma mən, Harri, Brutus və Din üçün bu, həyati
əhəmiyyət daĢıyırdı... Məhz bu, Persi Uetmorun bir fəlakət olmasının
səbəblərindən biri idi. Məhbuslar ona nifrət edirdilər, mühafizəçilərin
ondan zəhləsi gedirdi... – hamı ona ikrahla baxırdı. Bəlkə də onun
siyasi əlaqələrinə deyil, yalnız özünə və ola bilsin ki, (sadəcə bu bir
gümandır) anasına da nifrət edirdilər. O, düyün tortuna vurulmuĢ
arseni xatırladırdı və mənsə qarĢıda bizi gözləyən fəlakəti lap əvvəldən
duymuĢdum. Persi özü elə bil baĢ verəcəyi anı gözləyən bir fəlakət idi.
Yerdə qalanlara gəlincə, gözətçi kimi fəaliyyətimizdən daha çox,
məhbusların psixiatrları kimi faydalı olduğumuzu söyləyən hər kəsi
www.vivo-book.com
53
lağa qoyub gülərdik – mənim içimdə bir hissəm hələ indi də bu fikri
ciddi qəbul etməyərək, buna istehza edir, – amma biz “söhbətə
baĢlama”nın əhəmiyyətini dərk edirdik... Və bu söhbətləri etmədikdə
Qoca Qığılcımla görüĢü gözlənilən məhbusların ağlını itirmək kimi
sarsaq Ģakərləri vardı.
Mən Brutusun hesabatının sonunda Con Koffi ilə söhbət, ən
azından, buna cəhd etmək haqqında bir qeyd yazdım və sonra
həbsxana rəisinin baĢ köməkçisi Körtis Andersonun qeydinə keçdim.
Qeyddə deyilirdi ki, Anderson Edvard Delakrus (Anderson səhv
edirdi; məhbusun adı əslində Eduard Delakrua idi) üçün tezliklə EG
əmrini gözləyir. EG abreviaturasının mənası “edam günü” deməkdir
və onun etdiyi qeydə inansaq, Körtisə yuxarılardan deyilmiĢdi ki,
balaca fransız öz edam yolunu Hellovindən bir neçə gün öncə keçəcək.
Onun gümanına görə, edam oktyabrın 27-də olmalı idi və sizə deyim
ki, Körtis Andersonun ehtimalları heç vaxt əsassız olmurdu. Lakin bu
edamdan öncə Uilyan Uortoin adlı bir məhbusun gəliĢi gözlənilirdi.
“O sizin “çətin uĢaq” adlandıracağınız tiplərdəndir, – Kürtis öz zərif,
bir az da sola meyillənən xətti ilə yazırdı. – Dəlisov və yelbeyindir və
bununla fəxr edir. Təxminən bir il avara-sərgərdan bütün Ģtatı gəzib-
dolaĢandan sonra, nəhayət, öz cəzasını tapıb. Soyğun zamanı üç nəfəri
qətlə yetirib – onlardan biri hamilə qadın olub, qaçarkən də darvazanın
ağzında dördüncünü öldürüb. ġtatın patrul polisini. Ona, sadəcə,
rahibə və kor birisini öldürmək qalırdı. – Bu son cümləni oxuyanda
www.vivo-book.com
54
yüngülcə gülümsədim. – Uortonun on doqquz yaĢı var. Onun sol
qolunun yuxarı hissəsinə “Körpə Billi” sözləri döyülüb. Siz onun
burnuna bir-iki çırtma vurmalı olacaqsınız, bunu edəcəyinizə zəmanət
verirəm, amma çırtmaları vuranda, ehtiyatlı olun. Bu adamın itirəcək
heç nəyi yoxdur. – Bu son cümlənin altından o, iki xətt çəkmiĢ və
hesabatı belə bitirmiĢdi: – O, həm də böyük ehtimalla tənbəl avaradır.
ġikayət məktubları yazır və hər Ģey bir qırağa, o həm də həddi-büluğa
çatmayıb”.
ġikayət məktubları yazan və avaralanmağa meyilli dəlisov uĢaq.
Bu lap əla oldu ki! Bir anlıq mənə elə gəldi ki, hava bir az da istiləĢdi
və həbsxana rəisi Mursun yanına gediĢimi daha ləngitmək istəmədim.
Kold Mauntində gözətçi iĢlədiyim müddət ərzində üç həbsxana rəisi
dəyiĢmiĢdi. Hal Murs onların sonuncusu və ən yaxĢısı idi. Körtis
Andersondan fərqli olaraq, tamamilə ağıldan məhrum bir insan olsa
da, dürüst idi və çox qəribə siyasi fərasəti vardı ki, bu da ona həmin
çətin və amansız illərdə öz vəzifəsini qorumaqda yardım edirdi.
Dürüstlüyü həbsxana oyunlarında istifadə edilən rüĢvət və bir çox
baĢqa tamahlandırıcı Ģeylərdən onu qoruyurdu. Onun öz karyerasında
bundan daha yüksək vəzifələrə keçməsi gözlənilmirdi, amma belə
görünürdü ki, bu onu heç də narahat etmir. Həmin vaxtlar onun ya əlli
səkkiz, ya da əlli doqquz yaĢı olardı. Üzündəki dərin qırıĢlar onu
izaxtaran itə oxĢadırdı, yəqin o, Bobo Marçantın çox xoĢuna gələrdi.
Saçlarının ağarmasına və əllərinin əsməsinə baxmayaraq, o, hələ öz
www.vivo-book.com
55
gücünü itirməmiĢdi. Bir il bunda əvvəl, gəzinti həyətində bir məhbus
əlində qapı çərçivəsinin tirindən yonulmuĢ dəyənəklə onun üstünə
atılmıĢdı. Murs özünü itirməyərək onun biləyindən tutub elə burmuĢdu
ki, sümükləri ocaqda yanan quru budaq kimi xırçıldamıĢdı. Hücum
edən məhbus bütün incikliyini unudub diz üstə yerə düĢərək, anasını
çağırmağa baĢlamıĢdı. “Mən sənin anan deyiləm, – Murs öz mədəni
cənublu səsi ilə cavab vermiĢdi. – Əgər anan olsaydım, öz tumanımı
qaldırıb, səni dünyaya gətirmiĢ bətnimdən üstünə iĢəyərdim”...
Mən kabinetinə girəndə, o, ayağa qalxırdı. Yerindən qalxmasın
deyə, mən ona iĢarə etdim. Onunla üzbəüz oturandan sonra söhbətə
arvadının halını soruĢmaqla baĢladım... amma bunu sizin yerlərdə
edilən kimi etmədim. “Sənin gözəlçən necədir?” – deyə elə soruĢdum
ki, elə bil, Melindanın yaĢı altmıĢ iki, ya da altmıĢ üç deyil, on yeddi
idi. Marağım səmimi idi – o, elə bir qadın idi ki, əgər bizim həyat
yollarımız haradasa kəsiĢsəydi, onu sevə və onunla evlənə bilərdim, -
lakin mən həm də rəisin fikrini əsas məsələlərdən bir qədər
yayındırmaq istəyirdim.
O, dərindən nəfəs alıb dedi:
– Elə də yaxĢı deyil, Pol. Hətta heç yaxĢı deyil.
– Yenə baĢağrıları?
– Bu həftə yalnız bir dəfə oldu, amma bu baĢağrısı indiyədək
olanların ən pisi idi. Bu ağrıya görə o srağagün, demək olar ki, bütün
günü üzüqoylu yatıb. Ġndi də sol qolunda süstləĢmə var. – O özünün
www.vivo-book.com
56
baĢdan-ayağa çillə örtülü sağ əlini qaldırdı. Biz ikimiz də onun əlinin
masanın üstündəki qeyd kitabının üzərində necə əsdiyini gördük, sonra
o, əlini aĢağı saldı. Əminəm ki, o mənə dediklərini deməmək üçün çox
Ģeyini qurban verərdi və elə mən də bunları eĢitməmək üçün çox
Ģeydən keçərdim. Melindanın baĢ ağrıları keçən yaz baĢlamıĢdı və
bütün yayı ailə həkimləri onu əmin etməyə çalıĢırdı ki, bu baĢağrıları
“əsəblə bağlı miqrendir” və bunun da səbəbi Halın bu yaxınlarda
təqaüdə çıxacağını gözləməyin yaratdığı stresslə əlaqədar ola bilər.
Əslində, onlar ikisi də onun təqaüdə çıxmasına elə bir əhəmiyyət
vermirdi, hələ mənim arvadım deyirdi ki, miqren yaĢlıların yox,
cavanların xəstəliyidir və miqrendən əziyyət çəkən insanlar Melinda
Mursun yaĢına çatanda onların halı pisləĢmir, əksinə, yaxĢılaĢır. Bəs
onun qolundakı halsızlıq? Məncə, o, əsəb gərginliyinə heç oxĢamır;
bu, lənətə gəlmiĢ insulta daha çox oxĢayır.
– Həkim Haverstrom Melindanın Ġndianoladakı xəstəxanada
yatmasını istəyir, – Murs dedi. – Onun analizlərini götürüb. BaĢını
rentgenə salıb, kim bilir, daha nələr... Melinda qorxusundan az qalır
ölsün, – o, bir qədər sözünə ara verdi və sonra əlavə etdi: – Düzünü
desəm, elə mən özüm də çox qorxuram.
– Hə, amma görərsən, Melinda bunun öhdəsindən gələcək, – onu
sakitləĢdirmək üçün dedim. – ÇalıĢın, gecikdirməyin. Əgər onlar
rentgenlə bir Ģey görə bilsələr, bəlkə də onu müalicə etmək mümkün
oldu.
www.vivo-book.com
57
– Ola bilər, – deyə o razılaĢdı və sonra bir anlıq – xatırladığım
qədərilə söhbətimiz əsnasında yalnız bir dəfə – bizim nəzərlərimiz
qarĢılaĢdı. Biz bir-birimizi sözsüz də baĢa düĢürdük, sözlərə ehtiyac
yox idi. Bəli, böyük ehtimalla, bu iflicdir. Bu, beyində böyüməkdə
olan xərçəng ĢiĢi də ola bilərdi. Əgər beləydisə, onda Ġndianola
xəstəxanasındakı həkimlərin nəsə edə biləcəkləri ehtimalı praktiki
olaraq sıfıra enirdi. Yadınızdadırsa, o vaxt otuz ikinci il idi. Adi
xəstəliklərdən olan sidik kisəsinin infeksiyasının dərmanı o vaxt ya
kükürd və iylənmək, ya da əzab çəkərək gözləmək idi.
– Dərdimizə Ģərik olduğuna görə çox sağ ol, Pol. Gəl indi də
Persi Uemor haqqında danıĢaq.
Mən inildəyərək gözlərimi yumdum.
– Bu gün səhər mənə Ģtatın paytaxtından zəng vurmuĢdular. –
Həbsxana rəisi sakit səslə dedi. – Zəng edən əməlli-baĢlı acıqlı idi.
Əminəm ki, nə demək istədiyimi baĢa düĢürsən. Pol, qubernator elə
evlənib ki, elə bil, orda heç yoxdur – əgər nə demək istədiyimi baĢa
düĢürsənsə. Onun arvadının bir qardaĢı, bu qardaĢın da bir uĢağı var.
Bu uĢaq Persi Uetmordur. Persi dünən gecə öz atasına və atası da öz
bacısına zəng edib. Bu zəncirin hara apardığını baĢa düĢməyin üçün
davam etməmə ehtiyac varmı?
– Yoxdur, – deyə cavab verdim. – Persi xəbərçilik edib, eynilə
Ceklə Cillin soyunma otağında öpüĢdüyünü görən ana uĢağının öz
müəlliməsinə xəbərçilik etdiyi kimi.
|