Rəsmi-işgüzar məktublar, adətən, ölkə başçılan arasında əlaqələr
qurmağa hesablanır.
Açıq məktublar ictimai-siyasi mahiyyətli əlur və mətbuatda- qəzet
və jurnallarda çap edilir, kərrespəndentin adresata müsbət və ya mənfi
münasibəti açıqlanır, ənun faydalı və ya ziyanlı fəaliyyəti ilə bağlı
ziyalı mövqeyi bütün təfərrüatı ilə ortaya qoyulur.
Ədəbi məktublar səsial mahiyyətdə əlur, yazanın dünyagörüşünü,
həyata münasibətini əks etdirir. Ədəbi məktublara misal olaraq XIX
əsrin böyük satirik şairi Qasım bəy Zakirin Azərbaycan
dramaturgiyasının banisi, dəstu Mirzə Fətəli Axundova, Seyid Əzim
Şirvaninin "Əkinçi" qəzetinin naşiri və redaktoru Həsən bəy
Zərdabiyə, Cəlil Məmmədquluzadənin Məhəmməd Tağı Sidqiyə,
Ömər Faiq Nemanzadəyə, Cənubi Azərbaycan şairi Məmmədhüseyn
Şəhriyarın Süleyman Rüstəmə, Məmməd Rahimə, Bəxtiyar
Vahabzadəyə və bu şairlərin Şəhriyara və.s. məktublarını göstərmək
olar.
İntim-məişət məktublan isə ən yaxın, əziz adamlann, sevgililərin
bir-birinə yazışmasıdır. Bu tipli məktublar ən xəş söz və ifadələrlə -
atama, anama, bacıma, qardaşıma, dəstuma, sevdiyimə, əzizimə,
gözəlimə və s. başlanır və elə bu ruhda da tamamlanır.
Dostları ilə paylaş: