Suleyman-m teze qxd


  də Azərbaycanda xanlıqlar zamanı  xan, xanım, bəy, bəyim, ağa



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə142/153
tarix13.12.2023
ölçüsü2,03 Mb.
#174448
1   ...   138   139   140   141   142   143   144   145   ...   153
Nitq-mədəniyyəti(1)

224 


də Azərbaycanda xanlıqlar zamanı 
xan, xanım, bəy, bəyim, ağa 
sözləri müraciət formaları kimi çox işlək olmuşdur. 
Məşədi, hacı, 
kərbəlayi, seyid, şeyx, axund, molla 
sözləri dini müraciət formasım 
təşkil etmişdir və indi də qalmaqdadır. Xalqımızın milli ənənələrinə, 
təfəkkür tərzinə, etik görüşlərinə uyğun olaraq son 70 ildə 
yoldaş, 
müəllim, bəy 
sözləri, indi isə 
cənab 
sözü rəsmi və qeyri-rəsmi 
müraciət formalan kimi istifadədədir. 
İnsanlar arasında ictimai əlaqələrə, qocalara və uşaqlara, qızlara 
və qadınlara, yaşça və vəzifəcə böyüklərə münasibət məsələsi 
danışıqda gözlənilən amillərdəndir. İnsanlara edilən müraciət 
formalanmn müxtəlifliyi əksər hallarda bu baxımdan qiymətləndirilir. 
Məsələn, qohumluq münasibəti bildirən sözlərə baxmaq yerinə düşər; 
atacan, anacan, anam-bacım, atam balası, gəlinbacı, dayıcan, 
əmican, qaqaş 
və s. Bu sözlərlə, əsasən, ən yaxın adamlara müraciət 
olunur. Amma bu, həmişə belə olmur. 
"Əmican", "dayıcan" 
deyə 
müraciət olunan şəxs sözü deyənin doğrudan-doğruya əmisi və ya 
dayısı olmaya da bilər. Xoş qılıq anlamında "can" sözü müraciəti 
doğmalaşdım. Doğmalıq bildirən müraciət formaları adlara da əlavə 
kimi işlədilir: Səfər əmi. Nadir dayı. Zərifə xala və s. 
Azərbaycanda geniş şəkildə işlədilən müraciət forması keçən 
əsrin iyirminci-doxsanıncı illərində "müəllim" sözü olmuşdur. 
Hazırda bu sözü adlarla birlikdə təkcə təlim-tərbiyə işləri ilə məşğul 
olanlara deyil, həm də rəsmiyyət və hörmət naminə başqa sənət 
adamlarına da (müəssisə, təşkilat, idarə rəhbərliyinə) şamil edirlər. 
Müraciət olunanda "müəllim" sözü şəxsin adı ilə birlikdə işlədilir; 
Ramiz müəllim, Müslüm müəllim. Rövnəq müəllim. Nailə müəllimə 
və s. Hazırda məsul vəzifəli şəxslərə yaxın adamlarından fərqli olaraq 
geniş ictimaiyyət "cənab" sözünü həmin şəxsin soyadı ilə birlikdə 
işlədir. Cənab Abdullayev, cənab Məmmədov, cənab səfir, cənab 
hakim, cənab nazir, cənab Misir müəllim, möhtərəm Şeyx həzrətləri 
və s. rəsmi məqamlarda geniş işləklik qazanmışdır. Təkcə ölkə 
prezidentinə deyi 

Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin