141) Xəstəxanadan kənar pnevmoniyanın müalicəsi zamanı antibakterial müalicənin müddəti minimum necə qün tövsiyə edilir?
A) 2 gün
B) 15 gün
C) 10 gün
D) 5 gün
E) 7 gün
Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
142) Xəstəxanadan kənar pnevmoniyası olan pasiyent minimum 5 gün ərzində antibakterial müalicə almalıdır. Xəstə neçə saat ərzində afebril olmalıdır?
A) 24 saat
B) 8 saat
C) 10 saat
D) 5 saat
E) 48-72 saat
Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
143) Xəstəxanadan kənar pnevmoniya diaqnozu olan xəstənin hospitalizasiyası üçün göstəriş hansıdır?
A) Ağır gedişli pnevmoniyalar (CURB – 65 üzrə hesablama)
B) Pis sosial mühit və tənha xəstələr
C) Ehtimal olunan aspirasiya
D) Sadalanların hamısı
E) 3 gün ərzində aparılan ambulator müalicənin təsirsiz olması
Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
144) Xəstəxanadan kənar pnevmoniya zamanı intensiv terapiya blokunda müaliçəyə göstərişlər hansılardır?
A) Septik şok
B) Kəskin ürək çatışmazlığı
C) Sadalanların hamısı
D) Kəskin damar çatışmazlığı
E) Pnevmoniyanın uzun müddət davam etməsi (4 həftədən çox)
Ədəbiyyat: “Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik
145) Hospitalizasiyaya göstərişi olmayan, ağır xəstəxanadan kənar pnevmoniyalı pasiyentin ambulator şəraitdə AB ilə terapiyadan sonra xəstəliyin neçənci günü müalicəni dayandırmaq qərarı verilməsi məqsədəuyğundur?
A) 7- 10 -cu günu
B) 14 -cü gün
C) 6 – 7 - ci günü
D) 5 -6 -cı günü
E) 12 -ci günu
Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
Dostları ilə paylaş: |