Tərbiyə prosesinin mahiyyəti və məqsədi



Yüklə 268,27 Kb.
səhifə63/122
tarix02.01.2022
ölçüsü268,27 Kb.
#35378
1   ...   59   60   61   62   63   64   65   66   ...   122
PEDAQOGİKA 2 hissə

Musiqi dərsləri şagirdlərin estetik tərbiyəsində əsas tədris fənlərindən biridir. Musiqi dərslərində tədris olunan hər hansı möv- zu şagirdlərin daxili aləmini zənginləşdirir, bədii zövqlərini, duy- ğularını, qavrayışlarını tənzimləyir, estetik dünyagörüşlərini geniş- ləndirir. Musiqi insanda ruh yüksəkliyi yaradır, həvəslə işləməyə sövq edir.

Musiqi, heç şübhəsiz, daha çox hisslərlə bağlı olub, insanın əhvalına, emosional vəziyyətinə təsir edir. Lakin bir çox pedaqoqlar musiqinin əqli tərbiyə üçün də böyük önəm daşıdığını qeyd edirlər. V.A.Suxomlinski qeyd edir ki, musiqi tərbiyəsindən kənarda mükəmməl əqli inkişaf mümkün deyil. Digər tərəfdən, «gimnastika

bədəni dikəltdiyi kimi, musiqi də insan ruhunu dikəldir». Bizcə, musiqi növündən asılı olaraq müxtəlif təsir imkanlarına malikdir.

Aşağı sinif şagirdlərində sadə mahnılar yuxarı sinif şagirdləri- nə isə səs həcmi geniş olan mahnılar öyrədilir. Məktəblilərə mahnı öyrədilərkən onun mətni və müəllifi haqqında söhbətlər aparmaq və dərsi mümkün qədər əyaniləşdirmək lazımdır.

Dahi bəstəkar Üzeyir Hacıbəyov şagirdlərin musiqi estetik tərbiyəsində xalq musiqisi nümunələrinə üstünlük verirdi. Bununla yanaşı, Ü.Hacıbəyov xalq musiqisindən başqa dünya musiqisi kori- feylərinin də əsərləri ilə məktəbliləri tanış etməyi məsləhət görür və onun fikrincə, “əks təqdirdə Azərbaycan xalqı mədəni xalqlar səviyyəsinə qalxa bilməz”. Şagirdlərin estetik tərbiyəsilə əlaqədar məktəb qarşısında duran əsas vəzifə haqda Ü.Hacıbəyov yazırdı: “Məktəbin ən yaxın məqsədi azərbaycanlıları musiqi sənətinə alış- dırmaqla bunlar üçün yeni sənət qapısı açmaq, əlavə məxfi qalmış olan məharət və təbii sahibləri zühura çıxarmaqla bəşəriyyətə bu yolla xidmətlər göstərməkdir. Digər böyük bir qayeyi-əməl vardır ki, o da Şərq musiqisini məktəb vasitəsilə tərəqqi etdirib Qərb musi- qisini bu gün işğal etməkdə olduğu uca mərtəbələrə qədər irəlilət- məkdir...”

Musiqi dərsinin düzgün qurulması uşaqlarda müxtəlif yaradıcı keyfiyyətlərin formalaşmasına xüsusi şərait yaradır. Esteteik dünyagörüş uşaqları, digər fənləri də dərindən öyrənməyə alışdırır və onları məktəbin bütün ictimai həyatında yaxından iştirak etməyə istiqamətləndirir. Nəticədə:



  1. Uşaqlar digər fənlərin estetik mahiyyətini yaxşı qavrayırlar;

  2. Dünya klassik musiqi nümunələrini, geniş həcmli, musiqi əsərlərini asanlıqla mənimsəyirlər.

  3. Bədii yaradıcılıq dərnəklərinə üzv yazılırlar.

  4. Şagirdlərdə gözəlliyi duymaq, qavramaq qabiliyyəti inkişaf

edir.

  1. Ətraf aləmdə gözəllikləri duymağı və onlardan zövq almağı

formalaşdırır.

Bütün bunlar şagirdlərin estetik tərbiyəsinin hərtərəfli inkişa- fına kömək edir.



Rəsm çəkməklə bütün uşaqlar maraqlanır və bu onların ilk sevimli işlərindən biri hesab olunur. Uşaqlar çox həvəslə şəkil

çəkirlər. Rəsm uşaqların görmə qavrayışını, bədii hislərini, təxəyyü- lünü, zövq və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirir. Bu dərslər uşağı cisim və hadisələrini mahiyyətinə daha dərindən nüfuz etməyə alışdıraraq cisimlərin forma və məzmun gözəlliyini seçməkdə, bu gözəlliyi qiymətləndirə bilməkdə onlara yardım göstərir.

Rəsm dərslərində məktəblilərin həm də rəssamların həyat və yaradıcılığı ilə tanış olur,onların çəkdikləri şəkillərdəki ideya və süjet xəttini duymağı öyrənirlər. Rəssamların çəkdikləri şəkillərdən tərtib olunmuş albomlar və eləcə də sərgilər, şagirdləri təsviri incəsənət aləminə daxil edir, gözəlliyi duymaq və qiymətləndirmək sahəsində onlarda həssaslığı artırır.

Rəsm dərslərində məktəblilərin əldə etdikləri müvəffəqiyyətlə kifayətlənməməli, rəsm dərnəyində onların iştirakını təmin etməklə bu müvəffəqiyyəti möhkəmləndirmək lazımdır.

Uşaqları ardıcıl olaraq rəsm sərgilərinə aparmalı, görkəmli rəssamların əsərləri haqqında məlumatlar verilməlidir. Rəsm əsərlə- ri uşaqların ruhuna hiss üzvlərinə qüvvətli təsir göstərən sənət növüdür.

Sənət var ki, ancaq duyğulandırır, sənət var ki, həm də düşün- dürür. Məsələn, mənzərə şəkli ancaq təbii gözəlliyi ifadə etdiyi hal- da, müəyyən bir hadisənin, süjetin təsviri hiss aşılamaqla bərabər, insanı həm də düşündürə bilər. Məşhur realist Azərbaycan rəssamı Bəhruz Kəngərli (1892-1922) Azərbaycan rəssamlıq sənətində portret və mənzərə yaradıcılığının əsasını qoymuş, rəssamlıq sənəti- nə yeni məzmun və forma gətirmişdir. Onun rəsm əsərləri insanda müxtəlif hisslər yaratmaqla bərabər həm də düşündürür, insanları tarixi hadisələrlə məlumatlandırır.

Bəhruz Kəngərlinin çoxsaylı əsərlərində Vətən torpağı, onun təbiəti, tarixi yerləri, mənzərələri, insanları tərənnüm edilir ki, bu da rəssamın doğma yurduna, vətəninə dərin sevgi və məhəbbətindən irəli gəlir. Onun yaradıcılığında tarixi mövzulu əsərlər xüsusi yer tutur. Bu tarixi əsərlər əsasən Naxçıvan diyarının tarixi abidələrinə, dağlarına, qalalarına, müqəddəs məkanlarına, məscidlərinə, habelə ermənilər tərəfindən dağıdılmış, yandırılmış tarixi yerlərinə, qaçqın- lara, didərginlərə həsr olunmuşdur. Bu əsərlər bədii estetik cəhətdən dəyərli olduğu kimi, tərbiyəvi cəhətdən də çox əhəmiyyətli və qiy- mətli əsərlərdir. Bu əsərlər insanlarda vətən torpağına sevgi və

məhəbbət, milli iftixar hissləri, yüksək mənəvi, əxlaqi keyfiyyətlər tərbiyə edir. Bu cəhətdən müəllim və tərbiyəçilər, sənət adamları, pedaqoqlar rəssamın yaradıcılığından, yüksək peşəkarlığından, əsər- lərinin bədiiliyindən, estetikasından danışarkən bu əsərlərin bədii- əxlaqi, mənəvi, cəhətləri də unudulmamalıdır.

Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndələrin- dən biri Azərbaycanın əməkdar incəsənət xadimi, Azərbaycan xalq rəssamı, Azərbaycan Dövlət mükafatı laureatı Səttar Bəhlulzadədir (1909-1974) ki, onun əsərləri davamlı olaraq məktəblilərə tanıtdır- malı, öyrədilməli və bu əsərlərin estetik, bədii gözəlliyi uşaqlara çatdırlmalıdır. S. Bəhlulzadə Abşeronun neft mədənlərini, bağ və kəndlərini təsvir edən rəsmlər yaratmışdır. Bəhlulzadənin yaradı- cılığında təbiət təsvirlərinə meyl getdikcə güclənmiş, o, mənzərə janrında daha bitkin əsərlər yaratmışdır. Onun “Abşeron etüdləri”, "Buzovna neft mədənləri", "Əmircan", ”Axşamçağı Ordubad bağlarında", "Vətənimin baharı", "Bakıda atəşfəşanlıq", "Qudyalçay vadisi", "Qızılbənövşəyə gedən yol", "Suraxanı atəşgahı", "Şahna- bat", "Neft daşları", "Şamaxı üzümlükləri" və s. əsərləri qiymətli, bədii sənət əsərləridir ki, bunlar yetişən nəslimizə çatdırılmalı və onların estetik məna dəyəri uşaqlara anladılmalıdır.

Digər rəssamlarımız və onların əsərləri haqqında da şagirdlərə ardıcıl məlumatlar verilməlidir. .

İbtidai siniflərin ana dili dərslərində şagirdlərə öyrədilən kiçik, sadə, obrazlı nağıllar, şeir parçaları onların estetik və əxlaqi hisslərini, bədii təxəyyülünü inkşaf etdirir. Orta və yuxarı siniflərə keçdikcə bu vərdişlər daha da dərinləşdirilir. Məktəbin orta və yuxarı siniflərində estetik tərbiyə üçün bədii ədəbiyyatdan geniş istifadə etmək imkanı yaranır.


Yüklə 268,27 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin